Month: November 2020

  • Azərbaycanda koronavirusa yoluxmada yeni rekord, 32 nəfər vəfat edib – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 3705 yeni yoluxma faktı qeydə alınıb, 1609 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 32 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 36273 nəfərdir.

    Ölkədə son sutka ərzində 19178, hazırkı dövrədək isə 1665832 test aparılıb.

    Ümumi ölənlərin sayı 1256 nəfərdir.

    Ümumi yoluxanların sayı 106101nəfər, ümumi sağalanların sayı 68572 nəfərdir.

  • Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq

    Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq.

    Dövlət Turizm Agentliyindən verilən məlumata əsasən, bu barədə agentliyin sədri Fuad Nağıyev İslam Əməkdaşlığı Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) 36-cı sessiyasında çıxış edərkən deyib.

    Fuad Nağıyev işğaldan azad edilmiş torpaqların turizm potensialının yüksək qiymətləndirildiyini, burada mövcud olan imkanların həm daxili, həm də beynəlxalq turizmin inkişafı üçün önəm kəsb etdiyini vurğulayıb.

    O, işğal dövründə turizm əhəmiyyətli məkanların böyük bir hissəsinin məhv edildiyini, tarixi məscidlər, türbələr və bu kimi digər qədim dini abidələrin erməni vandalizmi nəticəsində viran edilərək, xarabalığa çevrildiyini bildirib. Sədr, həmçinin azad edilmiş torpaqlarda dayanıqlı turizmin inkişaf etdirilməsi və dağıdılmış İslam irsinin bərpası istiqamətində COMCEC-lə əməkdaşlıq çərçivəsində proqramların həyata keçirilməsinin məqsədəuyğun olacağını əlavə edib.

    Bildirilib ki, iyun ayında Qəbələ şəhərində “Turizmin inkişafında yerli icmaların rolu” mövzusunda keçirilməli olan, ancaq pandemiya səbəbindən təxirə salınan İslam Ölkələrinin Turizm Nazirlərinin Konfransının 11-ci sessiyasına 2021-ci ildə Bakının ev sahibliyi etməsi üçün müraciət olunacaq.

    Qeyd edək ki, Azərbaycan 1992-ci ildən İslam Əməkdaşlığı Təşkilatının üzvüdür.

  • Fransa qərəzli qətnaməyə görə Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşını itirə bilər

    Erməni lobbisinin təsiri altında Fransa Senatının qəbul etdiyi qətnamə regionda yeni reallıqların həzm edilə bilməməsini göstərir.

    Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

    Mərkəzin rəhbəri məsələyə münasibət bildirərkən deyib ki, əslində Azərbaycan Fransanın Cənubi Qafqazda ən iri ticarət partnyorudur və Fransanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin 2/3-si məhz Azərbaycanın payına düşür: “Yəni, Ermənistan və Gürcüstanın Fransa ilə cəmi ticarət həcmi Azərbaycanın Fransa ilə ticarət dövriyyəsindən iki dəfə azdır. 2019-cu ilin məlumatına əsasən Azərbaycanın Fransaya ixracı 537 milyon ABŞ dolları, Fransadan idxal olunan malların dəyəri isə 251 milyon ABŞ dolları olub. Ermənistanın 2019-cu ildə Fransaya ixracı cəmi 8,72 milyon ABŞ dolları, Fransadan aldığı malların dəyəri isə 82,95 milyon ABŞ dolları olub. Azərbaycan Fransaya ixracın həcminə görə Ermənistanı 62 dəfə, Fransadan idxalın həcminə görə isə 3 dəfə önləyir. Ticarət dövriyyəsində belə disproporsiya onu göstərir ki, Fransa Senatı praqmatizm və ədaləti deyil, respublikanın təməl prinsiplərinə zidd olaraq erməni havadarlığını üstün tutur”.

    İcraçı direktor vurğulayıb ki, Azərbaycan-Fransa ticarət dövriyyəsi müsbət dinamikaya malik olub və 2019-cu ildə Azərbaycandan Fransaya ixrac ötən ilə nisbətən 21,5 faiz, idxal isə 37 faiz artıb: “Fransa Azərbaycanın ixrac etdiyi ölkələr sırasında 4 faiz payla 11-ci yer, idxalında isə 1,83 faiz payla 12-ci yerdədir. Fransa Senatı oturduğu budağı baltalamaqla məşğuldur.

    Azərbaycan həm də Cənubi Qafqazda fransız sərmayələrini ən çox cəlb edən ölkədir. Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir. Fransa şirkətləri Azərbaycanda həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan layihələrdə podratçı qismində iştirak edib. Fransız şirkətləri 1995-2019-cu illər arasında Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə qoyub. Azərbaycanın Fransaya investisiyalarının həcmi 224,7 milyon ABŞ dolları təşkil edib. 2004-2018-ci illərdə Fransanın şirkətləri ölkəmizə aid 2,3 milyard ABŞ dolları həcmində sifarişləri yerinə yetirib. Fransız şirkətləri bundan sonra da Azərbaycanla iqtisadi əlaqələrdə maraqlıdırlar. Xüsusilə də Azərbaycanda post-konflikt quruculuğunda Fransa şirkətləri böyük potensiala malik olduğu halda, Senatın qətnaməsi onları çətin vəziyyətə salır. Gərək bu şirkətlər də Fransa ictimaiyyətinə, parlamentinə və hökumətə izah etsinlər ki, aşırı erməni havadarlığı Fransanın Cənubi Qafqazda maraqlarına sarsıdıcı zərbələr endirir”.

    Vüsal Qasımlı qeyd edib ki, Fransanın “Total” şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində 5 faiz və Abşeron offshore ərazisində 50 faiz paya sahibdir: “Fransanın “Total” şirkəti Azərbaycanda neft-qaz layihələrində iştirak edir, Ermənistan isə bu layihələri hədəfə alır və raket hücumları təşkil edir. Fransa Senatının qərarı hüquqi gücə və real təsir imkanına malik olmamaqla, Fransanın milli maraqlarının əleyhinədir, əgər Fransa regionda öz nüfuzunu tamamilə itirmək istəmirsə, Cənubi Qafqazın geostrateji oyunçusu olan Azərbaycanla münasibətləri düzgün tənzimləməlidir”.

    Qeyd edək ki, noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunub, noyabrın 25-də müzakirə edilərək qəbul olunub.

  • “Canavar” ləqəbli qazimiz: “Komandirim döyüşün ortasında məni çiyninə aldı, çıxardı”- MÜSAHİBƏ

    Heç bir dövlət müharibəni sevməz, heç bir millət müharibə olmasını arzu etməz. Lakin illərdir mənfur düşmənlə üz-üzə qalan, səbr edən bir dövlət, bir xalq olaraq Azərbaycan kifayət qədər humanist davrandı. 30 il boyunca Azərbaycanın səbrini sınayan Ermənistan çox təxribatlar törətdi, lakin sentyabrın 27-də Azərbaycan xalqının səbrini daşırdı.

    Artıq Azərbaycan xalqı öz tarixi torpaqlarını geri qaytardı. 44 günlük Vətən Müharibəsi ilə həm düşmənin belini bükdü, həm də dünya ölkələrinə öz gücünü, qüdrətini göstərdi. Bu gücün təməli isə müzəffər Azərbaycan ordusunun sıralarında olan igid əsgərlərindən gəlir.

    Bu müharibə bütün xalqın birliyini, mehribanlığını yenidən xatırlatdı. Bunu 44 günlük Vətən Müharibəsinin iştirakçısı qazı Əzizov Mikayıl Mehrab oğlu da təsdiqləyir. Müddətdən artıq həqiqi hərbi xidmətdə olan 23 yaşlı igidimiz sentyabrın 27-dən döyüşlərdə iştirak edib. Həyəcan içərisində keçən 44 gün ərzində döyüş bölgəsində yaşanan qürurverici anları, düşmənin necə qorxaq və hiyləgər olduğunu elə qəhrəman əsgərimizin öz dilindən eşidək.

    Budəfəki qəhrəmanımızı çoxunuz sosial şəbəkələrdə yayılan videodan tanıyırsınız.

    Oxu.Az nənəsinin “Canavar” adlandırdığı 23 yaşlı Mikayıl Əzizovla müsahibəni təqdim edir:

    – 23 yaşında Azərbaycanın tarixi qələbəsinə imza atan igidlərdə biri də sizsiniz. Qələbə necə hissdir?

    – Biz özümüz də hərbçi ailəsiyik. Vətən sevgisi qanımızda, canımızda var. İlk gündən döyüşlərdə iştirak etdim və ilk olaraq Füzuli istiqamətində irəlilədik. Cəbrayıl, Hadrut və Şuşa istiqamətində torpaqlarımızın işğaldan azad olunması üçün vuruşmuşuq. Hər birimiz əlimizdən gələnin artığını etməyə çalışdıq. Bu qələbəni ordumuz öz gücü ilə qazandı.

    – Döyüşlər gedə-gedə nə düşünürdünüz?

    – Biz illərdir torpaqlarımızı geri almaq üçün Ali Baş Komandanın əmrini gözləyirdik. Bu əmr gələndən sonra hər bir azərbaycanlı nəyi düşünürdüsə, biz də onu düşündük: yalnız irəli getmək və torpaqlarımızı düşmənlərdən təmizləmək. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrini Azərbaycan torpaqlarından iti qovan kimi qovdu. Hər dəfə yeni kəndi işğaldan azad edəndə daha da qürurlanırdıq. Biz yorulmurduq, insan evinə, vətəninə gedən yolda yorularmı? Motivasiyanı, əzmi qələbədən qazanırdıq. Nəticədə, tam qələbəni də qazandıq.

    – İşğaldan azad olunan kəndlərdən paylaşılan görüntüləri izlədikcə torpaqlarımızın düşmən tərəfindən yararsız vəziyyətə salındığını görürdük.

    – Təəssüf ki, elədir. Ermənilər öz yaşadıqları evlərini dağıdıb, viran qoyurdular. İnsan öz torpağına, yuvasına qarşı belə vəhşilik edərmi? Məncə, etməz. Amma biz bütün dağıdılan evləri, yandırılan əraziləri bərpa edib, özümüz bu torpaqlarda xoş günlər görəcəyik. Biz bu Vətən Müharibəsini xalqımız 30 ildir həsrətini çəkdiyi torpaqlarda bundan sonra rahat yaşasın deyə apardıq. Belə də olacaq.

    – Artıq 10 gündür biz sizin xəstəxanadan çıxmağınızı gözləyirik. Özünüzü necə hiss edirsiniz?

    – Şükür, nisbətən yaxşıyam. Amma tam sağalmağım üçün həkimlər əməliyyata ehtiyac olduğunu deyir. Əməliyyat isə həm riskli, həm də çox bahalı prosedurdur. Üstəlik, zədəm sinirə yaxın yerdədir, sağlamlığımı tamamilə itirə bilərəm.

    – Hansı istiqamətdə gedən döyüşlərdə yaralandınız?

    – Döyüşlərdə iki dəfə yaralandım. İlk olaraq Cəbrayıl istiqamətində minaatan mərmisinin dalğası nəticəsində onurğamdan zədə aldım. O qədər ağır zədələndim ki, bir müddət ikiqat qaldım, yerimdən qalxa bilmədim. Onurğamda fəqərələr sürüşdü, ayağım tutmadı. Özümdə güc toplayıb, ayağa qalxdım.

    İsmayılov Vüqar və kapitan Anar Sadıqov məni orada tək qoymadı. Komandirim döyüşün ortasında məni çiyninə aldı, çıxardı. İsti-isti hiss etmədim, bir anda özümdən getmişəm. Sonra gözümü açanda gördüm ki, məni çiynində aparır. Bir gün yaralı qaldım, döyüşü dayandırmadıq və düşmən postunu aldıq.

    Bir gün yaralı qaldıqdan sonra məni göndərdilər tibb məntəqəsinə, müalicə aldıqdan sonra yenidən qayıtdım. Özümü toparlayıb döyüşə davam etdim. Komandirlərim sağ olsunlar, çox diqqət edirdilər, qoruyurdular. Taborumuz məni çox irəli buraxmırdı, Şuşa istiqamətinə qədər belə döyüşdük.

    Şuşanın girişində axşam artilleriya atəşinə tutulduq. Elə bu zaman düşmənin atdığı minaatan mərmisinin dalğası yenə kürəyimin, onurğamın zədələnməsinə səbəb oldu. Ağrıdan şoka düşmüşdüm, yıxılmışam. Ayağa qalxmaq istəyəndə, bu mümkün olmadı. Silahdaşım Ömərov Elimin, Abbasov İlhamın köməyilə döyüş meydanından çıxarıldım. Bu dəfə geri qayıtmağa qoymadılar, birbaşa hərbi hospitala göndərdilər.

    – Ailənizlə necə əlaqə saxlaya bildiniz?

    – Əslində, həmin ərazilərdə şəbəkə olmurdu. Çox çətinliklə 1-2 dəqiqə ailəmlə danışıb “salamatam”, “narahat olmayın” deməyə şans olurdu. Elə olurdu ki, 5-10 gün əlaqə yarada bilmirdik. Hər gün döyüşdə olurduq, özümüz də düşünürdük, bəs bir də ailəmizi, anamızı, atamızı, bacı-qardaşlarımızı, övladlarımızı, həyat yoldaşımızı görə bilməsək?! Hər danışanda anamdan halallıq alırdım.

    Söhbətimizə qoşulan qazimizin anası Rəhimə Əzizova deyir ki, 45 gün ərzində həyat onun üçün dayanıb:

    “Oğlum evin böyük uşağıdır. Vətənpərvər ruhda böyüyüb. Mən müəlliməm, elə ona da dərs demişəm. Heç vaxt oğlumun başına sığal çəkməmişəm, hər zaman sərt olmuşam, ədəbli-ərkanlı olsunlar deyə çalışmışam. Döyüşlər başlayandan ön cəbhəyə getdi. 45 gün Mikayıl hər fürsət tapanda “Ana, haqqını halal et, irəli gedirik” yazırdı. Bir dəfə də zəng etdi. Hamını çağırdım ki, gəlin, Mikayılla danışın. Anayam, nə qədər fəxr edirdimsə, bir o qədər də ürəyim əsirdi. Mikayıl gələnə qədər nə fikrimi işə verə bilirdim, nə evə, nə uşaqlara.

    Onun orada bir gün ac, bir gün tox qaldığını düşünəndə havalanırdım. O, gələnə qədər iki qardaşına da gün verib, işıq vermədim (gülür). Deyirdim ki, onun xoşladığı yeməkləri, suyu, şirniyyatı o yeyə bilmirsə, siz də yeməyəcəksiniz. Gecəni səhərə qədər hamımız onun üçün dua etmişik. Yaralandı, amma şükür, gəldi. Allah şəhid olan oğullarımıza rəhmət eləsin, ailələrinə səbr versin. Yaralı balalarımıza isə Allah şəfa versin”.

    – Yəqin, xəbəriniz var, nənənizin sizinlə telefon danışığı sosial şəbəkədə sürətlə yayıldı. Necə oldu ki, belə bir maraqlı söhbət alındı?

    – Şuşa istiqamətində döyüşlərimiz başlayırdı. Elə fürsət tapıb yenə evi yığdım. Anamla danışdım ki, narahat olmasın, salamatam. Anam xeyir-dua verdi. Dedim ki, telefonu ver, nənəmin səsini eşidim. Elə nənəmlə danışırdım ki, birdən atışma başladı. Düşmən tərəfi bizi artilleriyadan atəşə tutdu. Nənəm telefonda atəş səslərini eşidəndə başladı mənə ürək-dirək olsun deyə sözlər deməyə. Videonu izləmisiniz də, deməyimə gərək yoxdur. Çalışırdı, məni həvəsləndirsin. Bir tərəfdən nənəmə qulaq asıram, sözünü kəsə bilmirəm, o biri tərəfdən də atışma başlayıb. Nəticədə, sən demə, evdəkilər də onun mənimlə danışığımı çəkib. Mən gələndə dedilər ki, çəkdik ki, gələcəkdə övladlarına göstərək ki, atanız müharibədə olanda nənəniz ona belə ürək-dirək verirdi (gülür).

    Amma videonun altında yazılan şərhləri oxuduqca insan qürurlanır. Xalqımız sağ olsun, çox dəstək oldular. Biz orada dünyadan xəbərsiz idik. Ancaq döyüşürdük. Buraya gəldikdən sonra gördüm bunları. Xalqımız çox mərddir. Bu müharibədə mən bunu özüm gördüm. Hər birimiz bir yerdən gəlmişdik, amma orada bir-birimizə elə dayaq olurduq, sanki eyni ana-atanın övladıyıq, bir evdən gəlmişik. Təsəvvür edin, hər kəs bir-birinin canı uğrunda öz canını təhlükəyə atırdı.

    – Bir yaxınınızdan eşitdik ki, siz bir neçə dəfə öz zirehli jiletinizi əsgər yoldaşınıza vermisiniz…

    – Bu barədə danışmaq istəməzdim, əslində. Dediyim kimi, biz orada bir-birimizi qorumağa çalışırdıq. Mənim əsgər yoldaşlarımdan birinin zirehli jiletində problem yaranmışdı. Bilirdim ki, evlidir, övladları var. Mən isə subayam. Bir neçə dəfə yox, sadəcə, iki dəfə jiletimi ona verdim. Şükür Allaha nə ona, nə də mənə heç nə olmadı.

    Müharibədir də, hər şey olur. Ac-susuz qaldığımız vaxtlar da olub. Hər şeyə hazır idik. Evdən çıxanda əminəm ki, hər birimiz bir də geri dönə bilməyəcəyimiz ehtimalını düşünmüşük. Odur ki, bu kimi şeylər normaldır. Əsas odur ki, biz qalibik, zəfər bizimdir.

    – Sosial şəbəkələrdə əsgərlərin spreylə işğaldan azad olunan ərazilərdə müxtəlif yazılar yazdığı videolar paylaşılırdı. Bəs siz necə?

    – Biz əslən İsmayıllının Basqal kəndindənik. Elə birdən ağlımıza gəldi, hərə bir divarı götürüb ürəyindən keçəni yazdı. Mənim də ağlıma Basqal yazmaq gəldi. Öz kəndimizin adını yazdım.

    – Əsgərlərimizin işğaldan azad olunan torpaqlarımızda yaşayış evlərinin anbarlarındakı qidalardan yediklərinə dair videolar da yayılıb. Qorxmurduz ki, zəhərli olar?

    – Kənardan videoya baxan hər kəs belə düşünür. Amma biz ehtiyatımızı gözləyirdik. Adi su belə olsun ağzı açıq heç bir şeyə toxunmurduq. Ağzı açılmamış su butulkaları isə əlimizdə sıxırdıq. Bəlkə iynə ilə içərisinə nəsə vurarlar deyə. Heç bir yerdən su sızması olmurdusa adi sudur, içirdik. O barədə heç kim narahat olmasın, əsgərlər bütün mövzuda təlimatlandırılır.

    Əsasən, toyuq, ördəkləri götürüb özümüz bişirib yeyirdik. Şüşə bankalarda şorabalar olurdu ağzı bağlı. Onlara heç nə qata bilməzdilər.

    – Sizin taborunuzda işğaldan azad olunan ərazilərimiz arasında öz ata yurdu olan əsgərlərimiz oldumu?

    -Xeyr, bizim taborda olmadı. Bizim taborda daha çox Laçından, uşaqlar var idi. Onlar həsrətlə gözləyirdilər ki, Laçına girək, ata yurdlarını görsünlər. Qismət olsa artıq gedib Laçını da, Şuşanı da rahat gəzəcəyik.

    – Müharibə Mikayıl Əzizovu hansı istiqamətdə dəyişdirdi?

    – Əsgərlərimizin işğaldan azad olunan torpaqlarımızda yaşayış evlərinin anbarlarındakı qidalardan yediklərinə dair videolar da yayılıb. Qorxmurduz ki, zəhərli olar?

    – Kənardan videoya baxan hər kəs belə düşünür. Amma biz ehtiyatımızı gözləyirdik. Adi su belə olsun ağzı açıq heç bir şeyə toxunmurduq. Ağzı açılmamış su butulkaları isə əlimizdə sıxırdıq. Bəlkə iynə ilə içərisinə nəsə vurarlar deyə. Heç bir yerdən su sızması olmurdusa adi sudur, içirdik. O barədə heç kim narahat olmasın, əsgərlər bütün mövzuda təlimatlandırılır.

    Əsasən, toyuq, ördəkləri götürüb özümüz bişirib yeyirdik. Şüşə bankalarda şorabalar olurdu ağzı bağlı. Onlara heç nə qata bilməzdilər.

    – Sizin taborunuzda işğaldan azad olunan ərazilərimiz arasında öz ata yurdu olan əsgərlərimiz oldumu?

    -Xeyr, bizim taborda olmadı. Bizim taborda daha çox Laçından, uşaqlar var idi. Onlar həsrətlə gözləyirdilər ki, Laçına girək, ata yurdlarını görsünlər. Qismət olsa artıq gedib Laçını da, Şuşanı da rahat gəzəcəyik.

    – Müharibə Mikayıl Əzizovu hansı istiqamətdə dəyişdirdi?

    – Əsgərlərimizin işğaldan azad olunan torpaqlarımızda yaşayış evlərinin anbarlarındakı qidalardan yediklərinə dair videolar da yayılıb. Qorxmurduz ki, zəhərli olar?

    – Kənardan videoya baxan hər kəs belə düşünür. Amma biz ehtiyatımızı gözləyirdik. Adi su belə olsun ağzı açıq heç bir şeyə toxunmurduq. Ağzı açılmamış su butulkaları isə əlimizdə sıxırdıq. Bəlkə iynə ilə içərisinə nəsə vurarlar deyə. Heç bir yerdən su sızması olmurdusa adi sudur, içirdik. O barədə heç kim narahat olmasın, əsgərlər bütün mövzuda təlimatlandırılır.

    Əsasən, toyuq, ördəkləri götürüb özümüz bişirib yeyirdik. Şüşə bankalarda şorabalar olurdu ağzı bağlı. Onlara heç nə qata bilməzdilər.

    – Sizin taborunuzda işğaldan azad olunan ərazilərimiz arasında öz ata yurdu olan əsgərlərimiz oldumu?

    -Xeyr, bizim taborda olmadı. Bizim taborda daha çox Laçından, uşaqlar var idi. Onlar həsrətlə gözləyirdilər ki, Laçına girək, ata yurdlarını görsünlər. Qismət olsa artıq gedib Laçını da, Şuşanı da rahat gəzəcəyik.

    – Müharibə Mikayıl Əzizovu hansı istiqamətdə dəyişdirdi?

    – Əsgərlərimizin işğaldan azad olunan torpaqlarımızda yaşayış evlərinin anbarlarındakı qidalardan yediklərinə dair videolar da yayılıb. Qorxmurduz ki, zəhərli olar?

    – Kənardan videoya baxan hər kəs belə düşünür. Amma biz ehtiyatımızı gözləyirdik. Adi su belə olsun ağzı açıq heç bir şeyə toxunmurduq. Ağzı açılmamış su butulkaları isə əlimizdə sıxırdıq. Bəlkə iynə ilə içərisinə nəsə vurarlar deyə. Heç bir yerdən su sızması olmurdusa adi sudur, içirdik. O barədə heç kim narahat olmasın, əsgərlər bütün mövzuda təlimatlandırılır.

    Əsasən, toyuq, ördəkləri götürüb özümüz bişirib yeyirdik. Şüşə bankalarda şorabalar olurdu ağzı bağlı. Onlara heç nə qata bilməzdilər.

    – Sizin taborunuzda işğaldan azad olunan ərazilərimiz arasında öz ata yurdu olan əsgərlərimiz oldumu?

    -Xeyr, bizim taborda olmadı. Bizim taborda daha çox Laçından, uşaqlar var idi. Onlar həsrətlə gözləyirdilər ki, Laçına girək, ata yurdlarını görsünlər. Qismət olsa artıq gedib Laçını da, Şuşanı da rahat gəzəcəyik.

    – Müharibə Mikayıl Əzizovu hansı istiqamətdə dəyişdirdi?

    Nənəsi deyir ki, Mikayıl Əzizovun uşaqlıqdan arzusu polis olmaq olub:

    “Mikayıl mənim nəvələrim arasında ən dəlisovudur. Bir o qədər də ürəyi təmizdir. Uşaq vaxtından idmana gedirdi. Həmişə deyirdim ki, hamı ilə mehriban ol. Heç kimlə dalaşma. 30 il mən hərbçi yolu gözləmişəm. İndi də 44 gün Mikayıl balamın yolunu gözləyə-gözləyə Allaha dua edirdim. Uşaqlıqdan arzusu idi ki, Polis Akademiyasına daxil olsun. İllərdir gördüyünüz bir otaqlı evdə, çətin şəraitdə yaşayırıq. Çətin şərtlərdə böyüdüb, boya-başa çatdırıb. Vətənə xidmətə göndərmişik balamızı. Nənə kimi mənim də arzumdur ki, dünya gözü ilə Mikayılı polis formasında görüm”.

    – Eşitmişəm ki, ermənilərin evində onların toy kasetlərinə baxırmışsız, doğrudurmu?

    – Bəli, oturub baxırdıq. Əslində maraqlı heç nə yox idi. Sadəcə onların geyimləri, oynamaqları, toy adət-ənənələri hamısı bizim adətlərimizdir. Xınayaxdı, elçilik mərasimi bunların hamısı bizə aid olan adətlərdir. Hətta oyunları, elə bizim musiqiləri özlləşdirməklə məşğul olublar. Evlərinə baxsaz it günündə yaşadıqlarını görə bilərsiz. Bu qədər pinti millət görməmişdim.

  • Ceyhun Bayramov ərəbistanlı həmkarı ilə Qarabağı müzakirə etdi

    2020-ci ilin 26 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər naziri Faysal bin Ferhan Al Saud arasında telefon danışığı baş tutub.

    Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər bölgədə mövcud olan son vəziyyəti müzakirə edib, o cümlədən 9 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsinin vacibliyini, bu bəyanatın bölgədə sülh və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

    Nazirlər, eyni zamanda, ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafından bəhs ediblər, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq imkanlarının genişlənməsinə dair müzakirələr aparıblar.

    Tərəflər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

  • Разыскиваемый Турцией гражданин задержан в Сумгайыте

    26 ноября в Генеральную прокуратуру Азербайджана поступила информация о задержании накануне сотрудниками полиции в Сумгайыте Ягмура Эрбая, объявленного правоохранительными органами Турции в международный розыск.

    Об этом сообщает пресс-служба надзорного ведомства.

    Гражданин Турции Я.Эрбай (1981 г.р.) обвиняется по статьям 81, 82/1А (умышленное убийство) Уголовного кодекса страны.

    Решением Сумгайытского городского суда задержанный, в соответствии с уголовно-процессуальным законодательством и требованиями Европейской конвенции об экстрадиции 1957 года, был заключен под стражу на 40 суток, пока решается вопрос его передачи турецким властям.

  • Türkiyənin axtarışa verdiyi şəxs Sumqayıtda saxlanıldı

    Bu gün Azərbaycan Respublikası Baş Prokurorluğuna Türkiyə Respublikası hüquq mühafizə orqanları tərəfindən İnterpol kanalları ilə beynəlxalq axtarışa elan olunmuş Yağmur Erbay Mustafa oğlunun 25 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmasına dair məlumat daxil olub.

    Baş prokurorluqdan verilən məlumata görə, müəyyən edilib ki, Türkiyə hüquq-mühafizə orqanları tərəfindən Türkiyə Respublikası Cinayət Məcəlləsinin 81, 82/l-A (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Türkiyə Respublikasının vətəndaşı, 16.06.1981-ci il təvəllüdlü Yağmur Erbay Mustafa oğlu barəsində beynəlxalq axtarış elan olunub.

    1957-ci il tarixli “Ekstradisiya haqqında” Avropa konvensiyasının tələblərinə əsasən Yağmur Erbay Mustafa oğlunun törətdiyi cinayətə görə Türkiyə Respublikasına ekstradisiya məsələsi həll edilənə qədər cinayət prosessual qanunvericiliyinə uyğun olaraq barəsində Sumqayıt şəhər prokurorluğunun təqdimatı əsasında məhkəmənin qərarı ilə 40 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

    Hazırda Baş Prokurorluq tərəfindən Yağmur Erbay Mustafa oğlunun Türkiyəyə ekstradisiya məsələsinin həll edilməsindən ötrü zəruri tədbirlər davam etdirilir.

  • İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanıldı

    İsmayıllıda koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etməsi barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Mayıl Qüddəsərovun COVID-19 testinin nəticəsinin pozitiv olması səbəbilə ona ev şəraitində müalicə təyin edilib, karantin qaydalarını pozarsa məsuliyyətə cəlb ediləcəyi barədə məlumatlandırılıb.

    M.Qüddəsərov infeksiya daşıyıcısı olduğunu bilməsinə baxmayaraq, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və şəhər ərazisində hərəkət etməklə digər insanların da sağlamlığı üçün real təhlükə yaradıb.

    Polis əməkdaşları tərəfindən M.Qüddəsərovun yeri müəyyən edilərək əraziyə dərhal həkim briqadası dəvət olunub və o, evinə geri qaytarılıb.

    İsmayıllı RPŞ-də də M.Qüddəsərov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb.

  • Чавушоглу и Столтенберг обсудили Нагорный Карабах

    Глава МИД Турции Мевлют Чавушоглу и генсек НАТО Йенс Столтенберг обсудили по телефону актуальные вопросы региональной повестки, в том числе ситуацию в Нагорном Карабахе.

    Об этом со ссылкой на дипломатические источники в Анкаре передает агентство “Анадолу”.

    Также состоялся обмен мнениями по обстановке на востоке Средиземноморья и в Афганистане.

  • Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Qarabağ münaqişəsini müzakirə ediblər

    Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberg telefonla regional gündəmin aktual məsələlərini müzakirə edib.

    Bu barədə “Anadolu” Agentliyi Ankaradakı diplomatik mənbələrə istinadla xəbər yayıb.

    Məlumata görə, müzakirələr zamanı Çavuşoğlu və Stoltenberg Dağlıq Qarabağdakı vəziyyətə də toxunublar.