Month: November 2020

  • Sumqayıt Dövlət Dram Teatrı “Əsgərə məktub” aksiyasına qoşuldu

    Sumqayıt Dövlət Dram Teatrı “Əsgərə məktub” aksiyasına qoşulub.

    “Sentyabrın 27-dən bu günədək həyacan və qürur hissi ilə müzəffər Azərbaycan Ordusunun qələbəsini izləyir, Ali Baş Komandanın qətiyyəti, taktiki-manevr qabiliyyəti ilə fəxr edirik. Azərbaycan əsgərinin cəbhədə göstərdiyi şücaət, düşmən mövqelərinin darmadağın edilməsi qəlbimizi sevinc hissi ilə coşdurur.

    Biz sənət adamlarıyıq. Missiyamız insanlara mənəvi güc vermək, dəstək olmaqdır. Yaradıcı heyətimiz ön xəttdə yurd torpaqlarını ermeni qəsbkarlarından azad edən cəsur döyüşçülərə mənəvi-ruhi dəstək niyyəti ilə videoçarx hazırlayıb. Düşünürəm ki, Vətən sevdasını, Bayrağın müqəddəsliyini, qan yaddaşını məzmununda ehtiva edən çarxımız əsgərlərimizdə Qələbə coşqusu yarada bilməkdədir.

    Hazırda dünyanın qüdrətli orduları sırasında yer alan Azərbaycan Ordusu maddi-texniki təchizatına görə də öndədir. Lakin hər vətəndaş, hər təşkilat ürəyinin cəbhə ilə bir döyünməsinin anlamı kimi orduya simvolik yardım göstərir. Teatrımızın rəhbər və işçi heyəti də könüllü şəkildə məvaciblərindən müəyyən məbləğı bu niyyətlə ianə edib. Bu günlərdə Azərbaycanın Ali Baş Komandanı ən yeni tarixin şöhrət səhifəsini yazır, Ali Baş Komandanın əmri ilə döyüş meydanına atılan, düşmənin canına qorxu salan azərbaycan əsgəri içdiyi anda sadiq qalaraq cəsarətlə düşmənin üzərinə gedir. Qələbəyə, böyük Qayıdış gününə lap az qalıb. Yurdundan didərgin düşən soydaşlarımız həyəcan içərisində Böyük Qayıdış anına hazırlaşırlar.
    Cəbhədəki əsgərləri ruhlandıran, onlara minnətdarlıq və qələbə əzmi ifadə edən “Əsgərə məktub” aksiyasına Sumqayıt Dövlət Dram Teatrı da böyük şövq və sevgi ilə qoşulub. Yaradıcı heyətin hər birinin məktubunda müqəddəs duyğular, alqışlar yer alıb. Məktublardan sətirləri təqdim edə bilərik.

    – İgid əsgərim mənim! Möhkəm dayan. Qələbə səninlədir!
    – Şanlı Ordumun igid əsgəri ! Qələbə ilə qayıt.
    – Qorxmaz, cəsur əsgər qardaşım! düşmənə Azərbaycan ordusunun nəyə qadir olduğunu isbatla.
    – Tanrı səni qorusun! Əsgərim!
    – Qüdrətli Dövlətimin cəsur əsgəri! Səninlə fəxr edirik! Qələbə sonrası Səni və əsgər yoldaşlarını teatrımızda görməkdən məmnun olarıq.
    – Vətənimin igid oğlu! Sayənizdə Şəhidlərimizin qanı yerdə qalmadı. Sağ salamat və Qələbə ilə qayıdışınızı gözləyirik”.

  • Noyabrın 4-də manatın dollara qarşı məzənnəsi

    Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, 04.11.2020-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

  • Ombudsmandan Ermənistan ordusunun uşaq hüquqlarını pozmasına görə beynəlxalq təşkilatlara şikayət – FOTO

    Ombudsman Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən uşaq hüquqlarının açıq şəkildə pozulması ilə bağlı müvafiq beynəlxalq təşkilatlara, o cümlədən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, UNICEF-ə, BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinə, BMT Baş Katibinin Uşaqlar və Hərbi Münaqişələr üzrə Xüsusi nümayəndəsinə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə şikayət ünvanlayıb.

    Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili özünün “Twitter” hesabından bildirib.

  • Azərbaycan ordusunun məhv etdiyi erməni polkovnik-leytenant – FOTO

    Azərbaycan Ordusunun bu gün cəbhənin Ağdərə istiqamətində düşmənin yüksək rütbəli zabitini məhv etdiyini xəbər vermişdik.

    Azərbaycan Ordusu 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankını sıradan çıxarmış və həmin vaxt 77-ci əlahiddə zirehli tank taborunun komandiri, polkovnik-leytenant Nelson Akopcanyan məhv edilmişdi.

    Nelson Akopcanyanın fotolarını təqdim edirik:

  • Azərbaycanla Pakistan arasında birbaşa aviareys açılacaq

    “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov və Pakistanın Azərbaycandakı səfiri Bilal Haye arasında görüş keçirilib.

    Bu barədə AZAL-dan bildirilib.

    Məlumata görə, görüşdə iki ölkə arasında mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələləri, həmçinin sərnişin axınının və yük daşımalarının artırılması üzrə perspektiv planları müzakirə edilib.

    Səfir bildirib ki, 2019-cu ildə 40 mindən artıq Pakistan vətəndaşı Azərbaycanı ziyarət edib və koronavirus (COVID-19), beynəlxalq uçuşlarla bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu rəqəm daha da artacaq. O, eyni zamanda Azərbaycan vətəndaşlarının turizm və ticarət üçün Pakistana səyahətə böyük maraq göstərdiklərini də qeyd edib.

    C.Əsgərov isə deyib ki, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizmin və işgüzar münasibətlərin inkişafına əlavə təkan verəcək. 2020-ci ilin yanvar ayında Azərbaycan və Pakistanın milli aviadaşıyıcıları arasında imzalanmış kod-şerinq sazişini xatırladan AZAL-ın prezidenti beynəlxalq hava əlaqələri bərpa edildikdən sonra, hər hansı məhdudiyyət qoyulmadan, hər iki ölkənin istənilən hava limanına müntəzəm sərnişin reyslərinin həyata keçirilməsini təklif edib.

    Qeyd edək ki, Pakistanla Azərbaycan arasında birbaşa reyslərin açılmasına tələbat çoxdan yaranıb. Birbaşa reyslər uçuş vaxtını azı 3 saat azaltmağa imkan verəcək, iki qardaş ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşdirilməsinə zəmin yaradacaq.

  • Paytaxtda ictimai iaşə obyektlərinin dövriyyəsi 58,4 faiz azalıb

    Bakıda ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 58,4 faiz azalıb.

    Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata əsasən, 2020-ci ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi 317,2 milyon manat olub.

    Özəl sektorda ictimai iaşə dövriyyəsinin 70,4 faizi hüquqi şəxs statuslu müəssisələrin, 29,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

    Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 36,5 faiz azalıb və 224,6 milyon manat olub.

  • Sahibə Qafarova Qətərin Azərbaycandakı səfiri Feysəl Bin Abdullah Əl-Hinzabla görüşüb

    Noyabrın 3-də Milli Məclisin sədri Sahibə Qafarova Qətərin ölkəmizdəki səfiri Feysəl Bin Abdullah Əl-Hinzabla görüşüb. Spiker qonağı salamlayaraq, onu Milli Məclisdə görməyindən məmnun olduğunu söyləyib.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub.

    Sədr vurğulayıb ki, Azərbaycan dost Qətər dövləti ilə müxtəlif sahələrdə əlaqələrin inkişafına böyük önəm verir. Dövlət başçılarımızın qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edir. Qeyd olunub ki, bugünədək iki ölkə arasında 32 sənəd imzalanıb. Azərbaycanla Qətər arasında mövcud siyasi dialoq iqtisadi münasibətlərimizə də öz müsbət təsirini göstərir. Təkcə ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 2 milyard ABŞ dolları həcmində olub.
    Milli Məclisin sədri deyib ki, ölkələrimizin ali qanunvericilik orqanları arasında xoş münasibətlər mövcuddur. Bu gün Milli Məclisdə Qətərlə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Deputatlarımız nüfuzlu beynəlxalq parlament təşkilatlarında fəal iştirak edir, mühüm məsələlərin müzakirəsində bir-birilərinə dəstəklərini əsirgəmirlər.

    Görüşdə Spiker Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açaraq, cəbhə bölgəsində mövcud durumdan danışıb. Sahibə Qafarova Azərbaycanın haqlı mübarizəsində ölkəmizə verdiyi dəstəyə görə Qətər dövlətinə və xalqına təşəkkürünü ifadə edib.
    Səmimi qəbul üçün minnətdarlığını bildirən Qətərin Azərbaycandakı səfiri Feysəl Bin Abdullah Əl-Hinzab ölkəsinin Qafqazın bu bölgəsinə böyük maraq göstərdiyini söyləyib. Bildirilib ki, yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri zamanı aparılan danışıqlar münasibətlərimizin daha da dərinləşməsi üçün yaxşı zəmin yaradıb.

    Qonaq, parlamentlər səviyyəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin dostluq və strateji tərəfdaşlıq münasibətlərimizin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib. Bildirilib ki, Qətər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində və digər prinsipial məsələlərdə dost və qardaş Azərbaycanın mövqeyini dəstəkləyir.
    Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • İctimai nəqliyyatda maskadan istifadə etməyənlərə XƏBƏRDARLIQ

    “Son vaxtlar koronavirusUn dinamikasında müşahidə olunan kəskin artım hər birimizi ciddi şəkildə narahat etməkdədir. Cəbhədə şanlı Ordumuzun düşmənə qarşı rəşadətlə döyüşdüyü vaxtda epidemiOloji vəziyyətin bu formada dəyişməsi heç də arzuolunan deyil”.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) yaydığı məlumatda qeyd olunub.

    Bildirilib ki, tibb işçilərinin diqqətinin cəbhəyə yönəldiyi bir dövrdə onları bu vacib missiyadan ayırmaq yolverilməzdir:

    “Koronavirusla mübarizə, həm əhalinin, həm də əsgər və zabitlərimizin sağlamlığının qorunması baxımından olduqca strateji əhəmiyyətə malik məsələdir. Bunun üçün vətəndaşlar koronavirus infeksiyasına laqeyd yanaşmamalı, daha artıq sosial məsuliyyət nümayiş etdirməlidir.

    İnsanların sıx toplaşdığı məkanlarda, o cümlədən, dayanacaqlarda və avtobuslarda mütləq qaydada qoruyucu tibbi maskadan istifadə olunmalıdır. Bu zaman maskadan düzgün istifadə qaydalarına diqqət olunması olduqca vacibdir.

    Təəssüflə bildiririk ki, son vaxtlar sərnişinlər arasında tibbi maskadan istifadə olunmaması və ya düzgün istifadə olunmaması halları çoxalıb. Sərnişinlərdən xahiş edirik ki, dayanacaqlardakı nəzarətçilərin, sürücülərin və dispetçerlərin maskadan istifadə ilə bağlı tələbinə anlayış göstərərək qaydalara əməl etsinlər. Əks halda epidemiloji vəziyyət daha da pisləşə bilər ki, nəticədə ictimai nəqliyyatda əlavə məhdudiyyətlərin tətbiqi istisna edilmir.

    Həmçinin bildiririk ki, sərnişindaşımaların yalnız avtobuslarla icra olunduğu indiki vaxtda onların maneəsiz hərəkətini təmin etmək yoluxmanın qarşısının alınması baxımından vacibdir. Ayrıca zolaqların olmaması saat 18:00-dan sonra artan nəqliyyat axını avtobusların tıxacda qalaraq yubanmasına səbəb olur. Gündəlik xəttə adi rejimlə müqayisədə 15% artıq avtobus cəlb olunsa da yollardakı tıxac əlavə çətinliklər yaradır.

    Tıxacların azaldılması, sərnişinlərin mənzil başına vaxtında çatması məqsədi ilə tərəfimizdən müvafiq tədbirlər görülsə də bəzi sürücülərin yanlış davranışları məsələni bir qədər çətinləşdirir. Belə ki, sürücülərin bir çox hallarda zolaqların, sarı kəsişmə toru nişanlanmasının tələbinə əməl etməmələri, nasaz avtomobillərdən istifadə sıxlıq və tıxac hallarını daha da artırır.

    Qeyd olunanları nəzərə alaraq, bir daha hərəkət iştirakçılarını vətəndaş mövqeyindən çıxış edərək daha çox sosial məsuliyyət nümayiş etdirməyə dəvət edirik. Cəmiyyət olaraq xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı və hər iki cəbhədə, hər iki səngərdə düşmənə fürsət verməməliyik”.

  • Армяне выпустили по селам Агдама около 30 снарядов

    Подразделения вооруженных сил Армении продолжают артиллерийский обстрел гражданской инфраструктуры в селах Агдамского района, сообщает с места событий корреспондент Report.

    Противник выпустил около 30 снарядов по территории сел Мираширли и Ахмедагалы. К счастью, пострадавших нет.

    Подразделения азербайджанской армии принимают адекватные ответные меры.

  • Ermənilər Ağdama 30-a yaxın top mərmisi atıblar

    Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun kəndlərindəki mülki infrastrukturu artilleriya atəşinə tutmaqda davam edir.

    Bu barədə Report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

    Düşmən tərəfindən rayonun Mirəşirli və Əhmədağalı kəndləri ərazisinə ümumilikdə 30-a yaxın top mərmisi düşüb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

    Azərbaycan ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.