Month: November 2020

  • Минобороны Азербайджана: Уничтожен командир отдельного бронетанкового батальона противника

    Несколько танков противника были выведены из строя на участке обороны 10-й горнострелковой дивизии вооруженных сил Армении, дислоцированной на агдеринском направлении фронта.

    Об этом сообщает Министерство обороны Азербайджана.

    В результате принятых нашими подразделениями мер уничтожен командир 77-го отдельного бронетанкового батальона подполковник Нельсон Акопджанян, отмечается в информации.

  • Azərbaycan ordusu düşmənin əlahiddə zirehli tank taborunun komandirini məhv etdi – RƏSMİ

    Cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri podpolkovnik Nelson Akopcanyan məhv edilib.

  • Ağrı dağ Azərbaycan və Türkiyə bayraqlarına bürünəcək – FOTO

    Ağrı Bələdiyyə başçısı Savcı Sayanın “Facebook”da etdiyi paylaşım böyük rəğbətlə qarşılanıb. O, Azərbaycan və Türkiyə bayraqlarının əks olunduğu fotonun tezliklə Ağrı dağ üzərinə həkk olunacağını, bunun üçün sürətli iş aparıldığını qeyd edib.

    “Ağrı Bələdiyyəsi olaraq sürətli bir iş üzərində çalışırıq. Tezliklə Ağrı dağının Ermənistana baxan tərəfində bu görüntünü görəcəksiniz”.

    Qeyd edək ki, bələdiyyə sədrinin paylaşdığı foto son günlər sosial şəbəkə istifadəçilərinin örtük şəklinə çevrilib və vətəndaşlarda böyük ruh yüksəkliyinə səbəb olub.

  • Азербайджан обновил рекорд по числу инфицированных и умерших от COVID-19 – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 1 242 новых случая инфицирования коронавирусом, еще 551 человек вылечился и был выписан домой.

    Об этом 3 ноября сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 15 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 58 282 человека, 768 из них скончались, 45 030 – излечились, 12 484 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 1 379 779 тестов (за последние 24 часа – 11 159) на COVID-19.

  • Azərbaycanda koronavirusa rekord yoluxma və ölüm – FOTO/VİDEO

    Azərbaycanda koronavirusa (COVID-19) 1242 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 15 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 12484 nəfərdir.

    Ölkədə son sutka ərzində 11159, hazırkı dövrədək isə 1 379 779 test aparılıb.

    Ümumi ölənlərin sayı 768 nəfərdir.

    Ümumi yoluxanların sayı 58 282 nəfər, ümumi sağalanların sayı 45 030 nəfərdir.

  • Азербайджанская армия уничтожила очередные склады боеприпасов противника – ВИДЕО

    3 ноября в результате мер, принятых нашими подразделениями, были уничтожены еще два склада боеприпасов вооруженных сил Армении, расположенные близ Ханкенди.

    Об этом сообщает Министерство обороны Азербайджана.

  • Düşmənin Xankəndi yaxınlığındakı daha iki sursat anbarı məhv edildi – VİDEO

    Bu gün bölmələrimizin gördüyü tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən daha iki sursat anbarı məhv edilib.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

  • Paşinyanın “sağ əli” məhv edilib – FOTO

    Ermənistanın Baş nazirinin müavini, Fövqəladə Hallar üzrə Komandan, Paşinyanın “sağ əli” Tiqran Avinyan (fotoda sağdan üçüncü) bir gün əvvəl məhv edilib, yaxud da ağır yaralanıb.

    Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb.

    Bildirilir ki, hadisə Dağlıq Qarabağ separatçılarının qondarma rəhbəri Araik Arutunyanın korteji Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurularkən baş verib.

    Tiqran Avinyan müharibə dövründə Dağlıq Qarabağ işğalçılarına kömək üçün “könüllü dəstələr”in təşkilində iştirak edib.

  • Azərbaycan MN: “Ermənistan öz itkilərini gizlətmək üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir”

    Ermənistan mətbuatının guya Azərbaycan xüsusi təyinatlılarına məxsus kalonların Xocavənd rayonunun Taqavard kəndi istiqamətində məhv edilməsi barədə yaydığı məlumatın heç bir əsası yoxdur və düşmənin növbəti uydurmasıdır.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, döyüş meydanında günü-gündən artmaqda olan itkilərini ört-basdır etməyə çalışan düşmən çıxılmaz vəziyyətdə qaldığı üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir.

  • Ermənilərin meşələri yandırmasının əsl məqsədi açıqlandı – VİDEO

    Ötən gecə ermənilər Daşkəsəni atəşə tutub, nəticədə, hektarlarla meşə ərazisi yanıb.

    Baku TV xəbər verir ki, ermənilər yalnızca Daşkəsəndə deyil, eyni zamanda, işğal altında olan ərazilərimizdə də yanğınlar törədir.

    Hərbi ekspert Emin Həsənli Baku TV-yə bildirib ki, ermənilərin yanğın törətməsində məqsəd öz ağır texnikalarını gizlətməkdir.