Month: November 2020

  • Ermənistanın məğlubiyyətini həzm etməyən ölkə

    Noyabrın 25-də, 27 ildən sonra Kəlbəcər Ermənistanın işğalından azad olundu. Elə həmin gün Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi müzakirə olunaraq qəbul edildi.

    Beynəlxalq hüquqa açıq-aşkar hörmətsizlik aktı olan bu qətnamənin erməni lobbisi və diasporunun təsiri altında qəbul edildiyinə dair fikirlər səslənir. Ciddi siyasi əlaqələrə və böyük maliyyə imkanlarına malik olan erməni lobbisinin Fransada fəaliyyət göstərdiyi sirr deyil. Lakin Senatın qeyri-qanuni təşəbbüsünün yalnız erməni izi ilə əlaqələndirilməsi yetərli görünmür. Gəlin, yada salaq ki, Vətən müharibəsinin elə ilk günlərində Fransa prezidenti cəmiyyətimizin yaddaşından uzun illər silinməyəcək əcaib bir bəyanatla çıxış etdi. Bildirdi ki, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”.

    Həmin bəyanat BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ərazi bütövlüyünün toxunulmazlığı kimi fundamental beynəlxalq-hüquq prinsipinə və bütövlükdə beynəlxalq hüquqa zidd idi. Bu bəyanat həm də onun etirafı demək idi ki, həmsədrlərdən biri olan Fransa üzərinə götürdüyü vasitəçilik missiyasında tərəfsiz deyil. Müharibənin aktiv dönəmində bu ölkənin Xarici İşlər naziri də sırf ermənipərəst mövqeyini ortaya qoydu. Elə həmin dövrdə Lion və Marsel şəhərlərindən Ermənistana silah-sursat daşınması ilə bağlı yayılan və rəsmi qaydada təkzib edilməyən məlumatlar da cəmiyyətimizin diqqətindən yayınmadı. Bu kimi faktlar Fransanın tərəfsiz vasitəçiliyini şübhə altına almaq üçün Azərbaycan cəmiyyətinə ciddi əsaslar verdi. Nə qədər ağır olsa da, qəbul etdik ki, 30 ilə yaxın müddətdə işğalçı Ermənistanın ilhaq siyasətinə, digər qanunsuz əməllərə və yeni siyasi-hərbi təxribatlara şirniklənməsində bu cür mövqelər təsirsiz ötüşməyib.

    Çox keçmədi, tərəfkeşliyin səbəbləri də aydınlaşdı. Məlum oldu ki, Makron dönəmindəki demokratik Fransanın siyasi gündəmini türkfobiya və islamofobiya zəbt edib. Qeyri-sağlam, anti-demokratik, dini və etnik ayrıseçkiliyi təşviq edən siyasi ab-havanın təşəkkül tapmasında erməni lobbisinin təsiri istisna deyil. Lakin Məhəmməd peyğəmbərin (s.a.s), islam dünyasına aid müqəddəslərin karikaturası ilə bağlı Fransa dövlət rəhbərliyinin açıq mövqeyi müsəlman ölkələrinin əksəriyyəti tərəfindən təhrikçiliyə işarə kimi qəbul edildi. Bu, qırmızı xətti tapdalamaq demək idi. Senatda qətnamənin müzakirəsi zamanı qardaş Türkiyənin əleyhinə yönəlmiş ifadələrin yer alması, Fransanın siyasi rəhbərliyinin rəsmi mövqeyi ilə tam üst-üstə düşür. Qətnamə tövsiyə xarakteri daşısa da, Fransa rəsmilərinin ermənipərəst və anti-türk, islamofob mövqeyi düşünməyə əsas verir ki, Senatın beynəlxalq hüquqa zidd olan bu təşəbbüsü təsadüfi deyil və cəmiyyətimizdə təəccüb doğurmamalıdır.

    Prezident İlham Əliyevin müharibə günlərində dəfələrlə səsləndirdiyi xəbərdarlığa digər ölkələr kimi, Fransa Senatı da həssas yanaşmağa borclu idi. Çünki, Azərbaycan Prezidentinin xəbərdarlığı beynəlxalq hüquqa və Fransanın özünün də qoşulduğu konvensiyalara hörməti tələb edir, dövlətlərarası sazişlərin ruhundan irəli gəlirdi. Elə bu səbəbdən, dövlətimizin başçısı dəfələrlə bəyan etmişdi ki, kimliyindən asılı olmayaraq, hansısa ölkə qeyri-qanuni təşəbbüsə qoşulsa və qondarma rejimi rəsmi qaydada tanısa, bu, həmin ölkə ilə diplomatik münasibətlərə son qoyulmasına səbəb olacaq. Tərəddüdlə də olsa, inanmaq istərdim ki, Fransa hökuməti Senatın tövsiyəsinə əməl etməyəcək və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi öz siyasi imicinə tarixi kölgə salmayacaq.

    Əgər demokratik Fransada kimsə zənn edirsə ki, ölkəmizin ərazi bütövlüyünü hansısa formada sual altına ala bilər, yanılır və özü-özünü aldadır. Azərbaycanda zamanında satın aldıqları Korsika adlı ada yoxdur və indi XVlll əsr deyil. Müasir Fransada kimsə Napoleonluq etmək iddiasına düşübsə, qəbul etməlidir ki, bu böyük tarixi şəxsiyyətin vəfat etdiyi Müqəddəs Yelena adası da Azərbaycanda yerləşmir. Əgər Fransada kimsə Ermənistanı öz protektoratına çevirmək arzusuna düşübsə, anlamalıdır ki, artıq gecikib. Protektorun yeri çoxdan boş deyil. Ən başlıcası, Fransa tərəfsiz vasitəçilik öhdəliyini öz üzərinə götürəndə bu arzusunu və indiki mövqeyini gizlətməsəydi, Azərbaycan cəmiyyətinin yaddaşında ən azından səmimi tərəfdaş kimi iz buraxardı.

    Təkrarçılıq olsa da, yaranmış vəziyyət bir daha xatırlatmağa vadar edir: Türkü ya sevməlisən, ya da ona hörmət etməlisən. Etnik və ya dini ayrıseçkilik, fərqli dəyərlər, yaxud kənar təsirlər buna imkan vermirsə, beynəlxalq hüquqa hörmət etməyə borclusan. Əks təqdirdə, yaşadığımız dünya gec-tez islam və xristian aləmi üçün tək olan Uca Tanrının qəzəbinə tuş gələ bilər. Dini etiqad və etnik fərqliliyimizə baxmayaraq, gəlin, sivil qaydalara hörmət edib elə yaşayaq ki, Tanrının qəzəbinə səbəb olmayaq.

    Milli Məclisin deputatı                                                                    

  • Şəhidlik zirvəsinin fatehi – VİDEOREPORTAJ

    Azərbaycan ordusunun sentyabrın 27-dən başlayan əks-həmlə əməliyyatı, əldə edilən böyük zəfər tariximizə qızıl hərflərlə düşüb.

    Şübhəsizdir ki, bu tarixi yazanlar vətənimizin şücaət göstərən oğullarıdır.

    Cəbhədə igidlik göstərərək, şəhidlik zirvəsinə ucalan Qazax rayonu, Pedi kənd sakini Orxan Avdıyev də məhz tarix yazan igidlərimizdəndir.

    AZTV bir çox yaşayış məntəqələrimizin işğaldan azad edilməsində xidmətləri olan qəhrəman şəhidimizin ailəsi ilə söhbətləşib:

  • Koronavirusa qalib gələn və uduzan məşhurlar – VİDEO

    Dünyanı cənginə alan koronavirus pandemiyası davam edir. Hər gün xəstələrin sayında artım müşahidə olunur. Mütəxəssislər belə hesab edirlər ki, xəstələrin sayı açıqlanan rəsmi rəqəmlərdən xeyli artıqdır.

    Baku TV xəbər verir ki, koronavirusa yoluxanlar arasında bu günə qədər bir çox dünyaca məşhur şəxslərin adları çəkilir.

    Koronavirusa ilk yoluxan məşhurlar arasında İngiltərənin Baş naziri Boris Consun və Kanadanın Baş naziri Castin Trüdorun həyat yoldaşı Sofi Qrequar Trüdo, Olga Kurylenko, Tom Hanks xanımı Rita Wilson ilə birgə koronavirusa qalib gəldiklərini açıqlayıblar.

    Koronavirusa yoluxan Amerika Prezidenti Donald Tramp və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da qısamüddətli müalicədən sonra hər ikisi sağalaraq, işlərinin başına qayıda biliblər.

    Türkiyə mətbuatı da koronavirusa yoluxan və dünyasını dəyişən məşhurların bir neçəsinin adlarını təqdim edib. Həmin siyahıda Tanınmış aktyorlar Haldun Dormen, Timuçin Esen, Şener Şen, aktrisa Seda Bakan, Alina Boz türkiyəli müğənni İrem Derici, Birol Namoğlu, digər məşhur Eser Yenenler koronavirusa yoluxanlar sırasındadırlar.

    Azərbaycanda isə koronavirusa yoluxan məşhurlardan Xalq artisti Teymur Mustafayev dünyasını dəyişib. Əməkdar artist Bəhram Bağırzadə isə xəstəliyə qalib gələrək ölümdən dönüb.

  • Выплачена адресная соцпомощь за ноябрь

    Государственный фонд социальной защиты (ГФСЗ) при Министерстве труда и соцзащиты населения Азербайджана обеспечил выплату адресной государственной соцпомощи за ноябрь.

    Как сообщает ведомство, средства были переведены на счета лиц, представляющих семьи, которым была назначена помощь. Граждане могут получить их в банкоматах соответствующих банков.

    До 13 ноября были также выплачены пенсии за текущий месяц.

  • Noyabr ayı üzrə ünvanlı sosial yardımlar ödənildi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən noyabr ayı üzrə ünvanlı dövlət sosial yardımlarının da ödənişi həyata keçirilib.

    Nazirlikdən verilən məlumata görə, ünvanlı sosial yardım vəsaitləri həmin yardım təyin olunmuş ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb. Vətəndaşlar hesablarına köçürülmüş sosial yardım vəsaitlərini onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankın bankomatlarından əldə edə bilərlər.

    Bundan əvvəl isə noyabrın 13-dək bu ay üzrə pensiyalar, ötən həftə isə noyabrın müavinət, təqaüd və kompensasiyaları ödənilib. Beləliklə, bu ay üzrə bütün sosial təminat növləri üzrə ödənişlər başa çatıb.

  • Ağdamın Şahbulağının yeni görüntüləri – VİDEO

    Ağdamın Şahbulaq çayının və Şahbulaq qalasının görüntüləri yayılıb.

    Videodan göründüyü kimi, Ağdam sakini olan hərbçi Qarabağ xanı Pənahəli xan tərəfindən XVIII əsrdə tikilmiş Şahbulaq və ya Tərnəküt adlandırılan qalanın divarlarını göstərir.

    Həmçinin, o, Şahbulaq çayının 27 il əvvəl olduğu kimi tamının qaldığını bildirir.

  • Министерство об экологическом терроре армян в отношении редких пород деревьев в Кельбаджаре

    Кельбаджарский район богат лесами с ценными породами деревьев, среди которых дубовые, грабовые, липовые, ореховые, буковые и другие. Причем массивы с медвежьим орешником включены в список лесов, находящихся в Азербайджане под охраной государства.

    Об этом Oxu.Az сообщил начальник Госслужбы экологической безопасности Минэкологии и природных ресурсов Хикмет Ализаде, рассказав о лесных участках Кельбаджарского района, переданному Азербайджану 25 ноября, в соответствии с трехсторонним заявлением, подписанным 10 ноября лидерами Азербайджана, России и Армении.

    Глава госслужбы отметил, что общая площадь лесов с медвежьим орешником до оккупации составляла 968 га, при том, что это растение является крайне редким видом в других лесах Азербайджана и произрастает в Кельбаджаре на высоте 1 500 – 2 100 метров над уровнем моря.

    “Здесь деревья медвежьего орешника достигают высоты 25 метров с диаметром ствола 50-120 сантиметров. Мы проинформируем о состоянии этих лесов после проведения детального мониторинга”, – сказал он.

    Х.Ализаде подчеркнул, что на протяжении 30 лет мы наблюдаем оккупацию азербайджанских земель и совершаемый здесь экологический террор. Подобные деяния осуществлялись как в самом Карабахе, так и в других оккупированных районах Азербайджана.

    “В частности, можно отметить вырубку деревьев с целью их продажи, сжигание и уничтожение лесных массивов, а также незаконную эксплуатацию геологических ресурсов, разграбление месторождений золота и других драгметаллов, разрушение и загрязнение водных объектов. Противник перекрывал сток водоемов в летние месяцы, оставляя без поливной воды другие районы Азербайджана, а зимой, напротив, сбрасывал воду из водохранилищ, что приводило к затоплению азербайджанских земель. Армянские агрессоры совершали все это, проявляя крайнюю враждебность к самой природе. Вполне очевидно, что все эти беды не обошли стороной и Кельбаджарский район. Врагом уничтожались наскальные рисунки, надписи были стерты, разрушались памятники с тысячелетней историей и даже совершались попытки их арменизации. Весь мир наблюдал за разрушением домов и лесов во время выхода армянского населения, покидающего Кельбаджарский район”, – сказал он.

    Представитель министерства добавил, что вся информация об экологическом терроризме, совершенном армянскими оккупантами, будет предоставлена мировой общественности.

    “Как заявил Президент Азербайджана Ильхам Алиев, предстоит детальная оценка вандализма, совершенного армянами на территории Карабаха. Будут приглашены международные организации, подсчитан нанесенный ущерб, и об этом будет проинформирован весь мир. Была подана апелляция в международные суды, и будет поднят вопрос о компенсации”, – сказал Х.Ализаде.

  • Nazirlikdən ermənilərin Kəlbəcərdə nadir ağaclara qarşı ekoloji terroru ilə bağlı AÇIQLAMA

    “Kəlbəcərdə çox qiymətli meşə massivlərimiz var. Orada enliyarpaqlı ağaclar çox yayılıb. Kəlbəcər meşələrində çoxlu sayda palıd, vələs, cökə, fındıq, fıstıq, xüsusən, ayı fındığı meşələri var. Hətta ayı fındığı meşələri Azərbaycanın dövlət tərəfindən mühafizə olunan meşələr siyahısına düşüb”.

    Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Azərbaycana qaytarılan Kəlbəcər rayonunun meşə sahələri ilə bağlı danışan zaman bildirib.

    O qeyd edib ki, ayı fındığı meşəsinin ümumi sahəsi işğaldan əvvəl 968 hektar olub, ona Azərbaycanın başqa meşələrində nadir halda rast gəlmək olur. Kəlbəcərdə, dəniz səviyyəsindən 1500-2100 metr hündürlükdə bitir:

    “Burada ayı fındığı ağaclarının hündürlüyü 25 metrə, diametri 50-120 santimetrə çatır. Onların vəziyyətinin nə yerdə olması barədə ətraflı monitorinq apardıqdan sonra məlumat verəcəyik”.

    “30 il ərzində Azərbaycanın işğal altında olan torpaqlarında ekoloji terroru müşahidə etmişik.

    İstər meşələrin kəsilib satılması, yandırılması, dağıdılması, istərsə də geoloji, qızıl və qiymətli metalların qanunsuz istismarı, su hövzələrinin dağıdılması, çirkləndirilməsini qeyd etmək olar.

    Düşmən oradakı su hövzələrini yay aylarında bağlayaraq, Azərbaycanın digər rayonlarını susuz qoyub, qışda isə su hövzələrinin açılaraq torpaqların su basmaya məruz qalıb. Mənfur ermənilər təbiətə düşmən kəsilərək bunlar həyata keçiriblər. Təbi ki, bundan Kəlbəcər də kənarda qalmayıb.

    Yaşı minlərlə olan qayaüstü abidələr dağıdılıb, üzərində olan rəsmlər, qeydlər silinib, məhv edilib, hətta erməniləşdirilməyə çalışılıb. Bütün dünya ermənilərin Kəlbəcər rayonundan çıxan zaman evləri, meşələri məhv etməsini izləyib”, – deyə H.Əlizadə qeyd edib.

    Nazirlik rəsmisi əlavə edib ki, ermənilərin törətdiyi ekoloji terror aktları barədə məlumatlar dünyaya çatdırılacaq:

    “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bildirdiyi kimi, Qarabağın ərazilərində ermənilərin yol verdikləri vandallıqlar qiymətləndiriləcək. Beynəlxalq təşkilatlar dəvət ediləcək, vurulan ziyan hesablanacaq və dünyaya bu barədə məlumat veriləcək. Beynəlxalq məhkəmələrə müraciət olunub, təzminat məsələsi qaldırılacaq”.

  • Bakıda kişi xəstəxanada öldü, cinayət işi başlandı

    Noyabrın 25-də, saat 21:00 radələrində Xətai rayonu ərazisində İntizam İsmayılovun aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

    Bununla bağlı Xətai Rayon Prokurorluğu məlumat yayıb.

    Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

    İstintaqla hadisənin zərərçəkmişin yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Mərkəzi Gömrük Hospitalı xəstə qəbulunu dayandırdı – RƏSMİ

    Mərkəzi Gömrük Hospitalı pasiyent qəbulunu yenidən dayandırıb.

    Bu barədə Mərkəzi Gömrük Hospitalının Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, hospital noyabrın 20-dən etibarən yenidən pandemiya xəstəxanası kimi fəaliyyət göstərir.

    Hal-hazırda hospitalda yalnız COVID-19 infeksiyalı xəstələrə tibbi xidmət göstərilir.