Month: November 2020

  • Ermənilərin jurnalistlərə təzyiqi dayandırılsın! – Beynəlxalq mediaya müraciət

    Azərbaycan QHT-ləri doqquz beynəlxalq media qurumuna müraciət ünvanlayıb.

    Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinə, Beynəlxalq Mətbuat İnstitutuna, Jurnalistlərin Müdafiə Komitəsinə, Sərhədsiz Reportyorlar Təşkilatına, Beynəlxalq Jurnalistlər Federasiyasına, Avropa Jurnalistlər Federasiyasına, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutuna, Beynəlxalq Media Dəstəyi Təşkilatına və “Article 19” Təşkilatına edilən müraciət Ermənistanın Azərbaycana hərbi təcavüzünü obyektiv işıqlandıran beynəlxalq media qurumlarına və jurnalistlərə təzyiq göstərməsi ilə bağlıdır:

    “Məlumat üçün bildiririk ki, 27 sentyabr-31 oktyabr 2020-ci il tarixlərində döyüş zonasından uzaqda yerləşən Azərbaycanın şəhər və rayonlarına Ermənistanın etdiyi ballistik və qadağan olunmuş kasetli raket hücumları nəticəsində 91 mülki vətəndaş öldürülüb, 404 şəxs isə yaralanıb. Ermənistanın törətdiyi belə hərbi cinayətləri dünya mətbuatı geniş işıqlandırılıb.

    Lakin erməni diasporu Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri işıqlandıran, obyektiv məlumat yayan, hətta neytral mövqe nümayiş etdirən, Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən media orqanlarını, jurnalistləri, ictimai fəalları hədəfə götürür, onlara ciddi təzyiqlər göstərir. Erməni lobbisi azad sözü basqı altında saxlamağa çalışaraq münaqişə ilə bağlı obyektiv və neytral mövqe göstərən jurnalistləri ölümlə hədələyir, təhdid və təhqir edir.

    Belə nümunələrdən biri Fransanın TF1 kanalının əməkdaşı xanım Liseron Budulun hazırladığı reportajla bağlıdır. Belə ki, xanım Budul Azərbaycana səfər edərək Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrində Ermənistanın mülki əhalimizi artilleriya və raket atəşinə tutmasının şahidi olub və bu haqda obyektiv reportaj hazırlayıb.

    Reportaj yayımlandıqdan sonra Fransadakı erməni lobbisinin üzvləri xanım Liseron Budula və TF1 kanalının qarşı total hücum və təzyiqlər edib və jutnalisti ölümlə hədələyiblər. Nəticədə TF1 həmin reportajın yayımını dayandırmaq və onu sistemdən silmək məcburiyyətində qalıb.

    “NY Times” qəzetinin İstanbuldakı müxbiri Karlotta Qall da ermənilərin eyni şəkildə mənəvi və siyasi terroruna məruz qalıb. Belə ki, qəzetin redaksiyası və jurnalist Ermənistanın Azərbaycanın dinc əhalisini ballistik raketlə qətlə yetirməsini işıqlandırdığına görə ermənilərin ciddi təzyiqi və təhdidi ilə üzləşib.

    Bizi narahat edən hallardan biri də budur ki, Fransanın “Şarl Ebdo” jurnalında dünyanın üç səmavi dinindən birinin peyğəmbərinin karikatusuna söz azadlığı kimi yanaşılması siyasəti fonunda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı balanslı reportaja erməni lobbisinin açıq təhdidlərinin artması və buna adekvat reaksiyanın verilməməsi bizdə dərin təəssüf və təəccüb hissi doğurur.

    Erməni lobbisinin azad sözə, ifadə azadlığına, jurnalistikanın obyektivlik, tərəfsizlik və qərəzsizlik prinsiplərinə qarşı açıq müharibə elan etməsi bizdə böyük narahatlıq yaradıb.

    Hesab edirik ki, erməni lobbisinin bütün dünyada müstəqil medianı susdurmaq cəhdləri ilk növbədə beynəlxalq media institutları kimi sizi narahat etməli və bu qanunsuzluğa açıq etirazınızı bildirməlisiniz.

    Azərbaycanın jurnalist və media hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərən QHT-lər olaraq sizdən baş verən bu kimi hadisələrə etiraz etməyə və erməni lobbisinin azad sözü susdurmaq cəhdinin qarşısını almağa çağırırıq”.

  • Düşmən ölən daha 11 hərbçinin adını açıqladı – SİYAHI

    İşğalçı Ermənistan hərbi itkilərini açıqlamaqda davam edir.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ermənilər ölən daha 11 hərbçinin adını açıqlayıb.

    Ermənistan ordusunun rəsmi açıqlanan itki sayı 1177-ə çatıb.

    Sarkisyan Artur Sarkisoviç, 1975

    Yakovlev David Armanoviç, 2001

    Şakaryan Sergey Slavoviç, 1974

    Virabyan Tigran Albertoviç, 1977

    Mikaelyan Artem Tiqranoviç, 1997

    Artak Volodyaeviç Atanesyan, 1985

    Ghazaryan Azat Vaganoviç, 2000

    Cavaxyan Gevorg Qrigoroviç, 2001

    Mxiteran Vahe Armenoviç, 2001

    Aram Arsenoviç Bağdasaryan, 2002

    Nalbandyan Benjamin Qarnikoviç, 2001

  • Düşmən Tərtərə 20-dən çox top atdı

    Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonu ərazisini atəşə tutmaqda davam edir.

    Bu barədə Report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

    Noyabrın 2-də, saat 15:40 radələrindən başlayaraq düşmən Tərtər rayonunun Şıxarx qəsəbəsi, Qəzyan və Qapanlı kəndlərini intensiv artilleriya atəşinə tutur.

    Ümumilikdə rayon ərazisinə 23 top mərmisi düşüb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

    Azərbaycan Ordusu tərəfindən ermənilərə adekvat cavab tədbirləri görülür.

  • Türk iş dünyasından Azərbaycana dəstək

    Türk iş dünyası “Azərbaycanda Sosial və İqtisadi İnkişafın Yeni Bir Dövrü” mövzusunda keçirilən görüşdə Azərbaycanın işğaldan azad edilmiş torpaqların inkişafı üçün gələcəkdə lazım ola biləcək hər cür dəstəyi verməyə hazır olduqlarını və Dağlıq Qarabağ məsələsində azərbaycanlı qardaşlarının yanında olduqlarını bildiriblər.

    “Anadolu” agentliyi xəbər verir ki, iclasda Azərbaycan İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Türk Şurası Baş katibi Bağdad Amreyev, Azərbaycan Xarici İşlər Nazirinin (XİN) müavini Ramiz Həsənov, Türkiyə Ticarət və Sənaye Palatasının rəhbəri Rifat Hisarcıklıoğlu və Azərbaycan, Qırğızıstan, Özbəkistan və Qazaxıstanın Ticarət Palatalarının nümayəndələri iştirak ediblər.

    Amreyev bildirib ki, Türk Şurası ölkələri bugünədək çətinliklər qarşısında güclü həmrəylik və əməkdaşlıq nümayiş etdirib.

    O qeyd edib ki, üzv dövlətlər hərtərəfli qardaş Azərbaycanla həmrəyliyə həssas olduqlarını təsdiqləyirlər:

    “Bu həmrəylik hər şeydən yüksəkdir. Üzv ölkələrdəki özəl sektor gələcəkdə Azərbaycanın azad etdiyi torpaqların inkişafı üçün lazım ola biləcək hər cür dəstəyi verməyə hazırdır”.

    R.Hisarcıklıoğlu Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı hücumları kəskin şəkildə qınadığını bildirib:

    “Ermənistanın təcavüzkar münasibəti və Azərbaycan ərazilərinin işğalı qəbuledilməzdir. Bu ədalətsiz işğala son qoyulmalıdır. Bütün dünyanı erməni hücumlarına “dayan” deməyə dəvət edirəm. İş dünyası olaraq bu haqlı işdə Azərbaycanın yanında olmağa və ona dəstək verməyə davam edəcəyik”.

    Türk Şurasına üzv ölkələrin 150 milyondan çox gənc əhaliyə və 1,5 trilyon dollarlıq milli gəlirə sahib olduğunu xatırladan Hisarcıklıoğlu Türk dünyasının öz coğrafiyasında təbii ehtiyatları ilə əhəmiyyətli iqtisadi güc halına gəldiyini və bu gücdən istifadə edilməli olduğunu qeyd edib.

  • Azərbaycan hərbçisi: “Bütün torpaqlarımızı tərk edənə qədər düşmənə sarsıdıcı zərbələr endiriləcək” – VİDEO

    Müdafiə Nazirliyi Azərbaycan Ordusunun qələbələrində əməyi olan hərbi qulluqçularımızla bağlı videoçarx hazırlamağa davam edir.

    Həmin videoçarxı təqdim edirik:

  • Xarici medianı cavabları ilə susduran prezident – VİDEO

    Prezident İlham Əliyevin bir çox tanınmış televiziya və informasiya agentliklərində 20–yə yaxın çıxışı olub. Onların hər birində xarici jurnalistlərə verilən cavablar tutarlı və tarixi faktlara əsaslanıb.

    Baku TV xəbər verir ki, dünya mediası regionda baş verən hadisələrə cavabı Azərbaycanda axtardığı qədər Ermənistanda da axtarmalıdır. Prezident İlham Əliyevdən fərqli olaraq Nikol Paşinyanın bu münaqişə ilə bağlı fikri cəmi üç ölkənin mediası üçün maraqlı oldu. Məsələn, Paşinyanın Ria Novosti agentliyinə müsahibəsində ünvanlanan suallara savadsız cavabı onun siyasi çəkisini ortaya qoydu.

    Ali Baş Komandan, Prezident İlham Əliyev ona ünvanlanan qərəzli suallara, xarici medianın sərgilədiyi ermənipərəst mövqeyə baxmayaraq, tarixi faktlara söykənən və əsaslandırılmış cavabları ilə hələ çox jurnalisti məəttəl qoyacaq.

  • Ermənistanın “əfsanəvi dəstəsinin” beş üzvü məhv edildi

    Ermənistanın Şaqen Meğryan adına “əfsanəvi könüllü” dəstəsinin beş hərbçisi ölümündən sonra separatçı rejim tərəfindən mükafatlandırılıb.

    Report xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

    Bildirilib ki, dəstənin məhv edilən üzvləri Qorq Kirakosyan, Mxitar Qriqoryan, Erik Poqosyan, Qrayr Asryan və Edik Ayrapetyana “rəşadət medalı” verilib.

  • Daha 8 kənd işğaldan azad edildi – RƏSMİ

    Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

    Bunu Prezident İlham Əliyev özünün tvitter hesabında yazıb.

    Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!


  • Ermənistanın “əfsanəvi dəstəsinin” 5 üzvü məhv edilib

    Ermənistanın Şaqen Meğryan adına “əfsanəvi könüllü” dəstəsinin 5 hərbçisi ölümündən sonra separatçı rejim tərəfindən mükafatlandırılıb.

    Məlumatı “Novosti Armeniya” yayıb.

    Bildirilib ki, dəstənin məhv edilən üzvləri Qorq Kirakosyan, Mxitar Qriqoryan, Erik Poqosyan, Qrayr Asryan və Edik Ayrapetyana “rəşadət medalı” verilib.

  • Sosial sahədə Türkiyə sahibkarları ilə birgə layihələr hazırlanacaq

    Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyasının (TESK) rəhbəri Bendevi Palandökenlə görüşüb.

    KOBIA-dan verilən məlumata əsasən, O.Məmmədov ölkəmizdə də bu sahənin dövlətin diqqət mərkəzində olduğunu, KOB-lara ümumilikdə və pandemiya dövründə göstərilən dövlət dəstək tədbirləri, bu sahədə KOBİA-nın gördüyü işlər barədə məlumat verib.

    Türkiyənin müvafiq qurumları ilə kiçik və orta sahibkarlıq sahəsində KOBİA-nın uğurlu əməkdaşlığı vurğulanıb.

    KOBİA sədri Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının ölkə əhalisi, mülki infrastruktur və sahibkarlar üçün ağır nəticələri barədə məlumat verib, həmçinin, İzmirdə baş vermiş zəlzələdən təəssüfləndiyini bildirib.

    Görüşdə ölkə regionlarında TESK və biznes assosiasiyalarla birgə layihələrin, o cümlədən, sosial sahibkarlıq sahəsində layihələrin həyata keçirilməsi, kiçik sahibkarların reyestrinin yaradılmasında TESK təcrübəsinin öyrənilməsi və KOB-ların fəaliyyətinin dəstəklənməsi üzrə birgə təşəbbüslər müzakirə olunub.