Month: November 2020

  • Çində məktəb binası yerdən götürülərək 62 metr kənara çəkildi – VİDEO

    Çinin Şanxay şəhərində ibtidai məktəb binası yerindən götürülərək başqa yerə köçürülüb.

    Bu barədə REN TV xəbər yayıb.

    Bildirilir ki, bunu həyata keçirmək üçün “Yeriyən maşın” adını almış texnologiyadan istifadə olunub.

    Onun ərazisində isə inşası 2023-cü ilə qədər başa çatacaq yeni pərakəndə satış və ofis kompleksi üçün yer ayrılıb.

    Bu addım əsası 1935-ci ildə qoyulan tarixi binanın qorunması üçün atılıb. 62 metr kənara daşınan köhnə məktəb binası irsin qorunması və mədəni maarif mərkəzinə çevriləcək.

  • Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan əhaliyə XƏBƏRDARLIQ

    Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu uzun müddət təcavüzkar düşmənin işğalı altında saxladığı əraziləri azad etmişdir.

    Bu sözlər Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub.

    Məlumatda deyilir:

    “Uzun illər vətən həsrətində qalmış vətəndaşların işğaldan azad edilmiş torpaqlarımıza səfər etməyə can atmaları başadüşüləndir.

    Lakin bəzi vətəndaşlar əvvəlcədən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq həmin ərazilərə səfər edirlər.

    Noyabrın 28-də vətəndaşlar Ş.Hacıyev, F.Hacıyev, Z.Adilzadə və Z.Hüseynov “Toyota Land Cruizer” markalı 90-BL-558 dövlət nömrə nişanlı avtomobillə Fizuli rayonunun Qorqan və Aşağıseyidəhmədli kəndləri arasında minalanmış ərazi olduğunu bildirən işarəyə məhəl qoymayaraq hərəkəti davam etdirmiş, nəticədə tank əleyhinə minaya düşərək həlak olmuşlar.

    Bir daha əhaliyə xəbərdarlıq edərək təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, işğaldan azad olunmuş ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edirik”.

  • Şəhid ailələri və müharibə əlilləri ilə bağlı yeni tədbirlər planı hazırlandı

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrini, müharibə əlilləri və digər iştirakçılarını geniş sosial dəstək tədbirləri ilə əhatə edəcək.

    Nazirlikdən verilən məlumata görə, həmin tədbirlər çərçivəsində onların məşğulluq imkanlarının da artırılması təmin olunacaq. Bu məqsədlə Tədbirlər Planı hazırlanıb.

    Plan işğaldan azad edilmiş ərazilərin, döyüş zonasına yaxın olmuş bölgələrin sakinlərini, erməni terrorundan zərər çəkmiş şəxsləri də əhatə edir.

    Tədbirlər Planında nəzərdə tutulur:

    Şəhid ailələri, müharibə əlilləri və iştirakçılarının özünüməşğulluq proqramına qısa zamanda növbədənkənar cəlb edilməsi, onların istehsal-xidmət və kənd təsərrüfatı sahələri üzrə mal və materiallarla, avadanlıqlarla təmin edilməklə kiçik bizneslərinin yaradılması;

    Döyüş zonasına yaxın olmuş bölgələrdə özünüməşğulluq proqramına cəlb olunan şəxslər üzrə kvotanın artırılması, proqram üzrə mal və materiallarla, avadanlıqlarla təminat işlərinin genişləndirilməsi;

    Erməni terroru nəticəsində kiçik müəssisə və ailə təsərrüfatlarına ziyan dəymiş vətəndaşlara özünüməşğulluq proqramı çərçivəsində dəstəyin göstərilməsi;

    Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının növbədənkənar cəlb edilməsi, döyüş zonasına yaxın olmuş bölgələrdə bu proqram üzrə kvotaların artırılması;

    Həssas qruplardan olanlar üçün nəzərdə tutulan kvotadan başqa, əlavə olaraq şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün iş yerləri yaradan işəgötürənlər üçün həmin iş yerləri üzrə əməkhaqqının 100%-dək maliyyələşdirilməsi layihəsinin hazırlanması və icrası və s.

  • Впервые за 27 лет: ФК “Карабах” в Агдаме сыграл в футбол с Помощником Президента – ВИДЕО

    Футбольный клуб Агдама “Карабах” спустя 27 лет сыграл на родном стадионе.

    Видеокадры символического матча распространил Haber Global.

    На них помощник Президента АР – заведующий отделом Администрации главы государства по вопросам внешней политики Хикмет Гаджиев играет в футбол с членами агдамского клуба.

    Матч прошел в рамках визита представителей дипломатического корпуса и руководителей международных организаций в Азербайджане в освобожденный от оккупации Агдам.

  • 27 il sonra ilk dəfə: Prezidentin köməkçisi “Qarabağ” klubu ilə Ağdamda futbol oynadı – VİDEO

    Ağdamın “Qarabağ” klubu 27 illik həsrətdən sonra ilk dəfə doğma məkanda futbol oynayıb.

    Bu barədə Haber Global görüntüləri yayımlayıb.

    Həmin görüntülərdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də futbolçularla birlikdə futbol oynayır. Bu simvolik matç diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin işğaldan azad olunmuş Ağdama səfəri çərçivəsində keçirilib.

  • В Азербайджане выявлены 4 212 новых случаев инфицирования коронавирусом, скончались еще 32 человека – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 4 212 новых случаев инфицирования коронавирусом, еще 1 760 человек вылечились и были выписаны домой.

    Об этом 28 ноября сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 32 пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 114 025 человек, 1 323 из них скончались, 71 961 – вылечился, 41 011 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 1 700 654 теста (за последние 24 часа – 18 420) на COVID-19.

  • Azərbaycanda daha 32 nəfər koronavirusdan öldü: 4212 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 4212 yeni yoluxma faktı qeydə alınıb, 1760 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 32 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 41011 nəfərdir.

    Ölkədə son sutka ərzində 18420, hazırkı dövrədək isə 1700654 test aparılıb.

    Ümumi ölənlərin sayı 1323 nəfərdir.

    Ümumi yoluxanların sayı 114025 nəfər, ümumi sağalanların sayı 71691 nəfərdir.

  • Российские саперы обезвреживают найденные в Карабахе взрывоопасные предметы – ВИДЕО

    Военнослужащие инженерных частей российской армии обезвреживают в Карабахе взрывоопасные предметы, обнаруженные в зонах ответственности миротворческих сил.

    Агентство РИА Новости распространило в связи с этим видеокадры, снятые в окрестностях Ханкенди.

  • İstehkamçılar Qarabağda tapılan partlayıcıları zərərsizləşdirir – VİDEO

    Rusiya ordusunun mühəndis bölmələrinin hərbi qulluqçuları sülhməramlı qüvvələrin cavabdeh sahələrində aşkarlanan partlayıcı qurğuları zərərsizləşdirirlər.

    “RİA Novosti” bununla bağlı görüntülər yayımlayıb.

    Kadrların Xankəndi ətrafında çəkildiyi bildirilir.

  • Füzulidə avtomobil minaya düşdü: Beş mülki şəxs həlak oldu – RƏSMİ

    Ermənistanın silahlı qüvvələri Azərbaycan ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməlləri törədib.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, 28 noyabr saat 15:20-də Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu, Hacıyeva Elminaz Məhərrəm qızı və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.

    Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

    Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.