Month: November 2020

  • ABŞ-da cinayətkarlar üçün edam cəzasının tətbiqi qaydalarına dəyişiklik edilib

    ABŞ Ədliyyə Nazirliyi federal səviyyədə mühakimə olunan cinayətkarlar üçün edam cəzasının tətbiqi qaydalarına dəyişiklik edib.

    Bu barədə “The Hill” qəzeti Federal Reyestr məlumatlarına istinadla xəbər verib.

    Məlumata görə, yerli hakimiyyət orqanları icazə verilən ölümcül inyeksiyaya əlavə olaraq, hökumət dövlət qanunları ilə müəyyən edilmiş hər hansı digər (edam) üsuldan istifadə etmək hüququna sahib olacaq. Bunlara qazdan zəhərlənmə, elektrik cərəyanı ilə edam və güllələnmə daxildir.

    Dəyişikliklər 24 dekabrda qüvvəyə minəcək.

  • В Азербайджане скончался судья

    Скончался судья Лянкяранского суда по тяжким преступлениям Мехтихан Абдуллаев.

    Как передает Report, он ушел из жизни в возрасте 60 лет.

    Эту информацию подтвердили в Судебно-правовом совете.

    М.Абдуллаев в 1994-2008 годах занимал различные должности в военной прокуратуре. В 2008–2011-х был судьей военного суда по делам о тяжких преступлениях, с 2011 года – Лянкяранского суда по тяжким преступлениям.

  • Azərbaycanda məhkəmə hakimi vəfat etdi

    Azərbaycanda məhkəmə hakimi vəfat edib.

    “Report”un xəbərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdullayev Mehdixan Ədil oğlu 60 yaşında vəfat edib.

    Məhkəmə-Hüquq Şurası məlumatı təsdiqləyib.

    Allah rəhmət eləsin!

    Qeyd edək ki, M.Abdullayev 1994-2008-ci illərdə Hərbi prokurorluqda müxtəlif vəzifələrdə çalışıb.

    2008–2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi, 2011-ci ildən isə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.

  • Рухани обвинил Израиль в убийстве иранского физика-ядерщика

    Президент Ирана Хасан Рухани обвинил Израиль в убийстве иранского физика-ядерщика Мохсена Фахризаде и заявил, что это преступление не замедлит развитие атомной отрасли в стране, сообщает РИА Новости со ссылкой на агентство Reuters.

    “Убийство Фахризаде демонстрирует отчаяние наших врагов и глубину их ненависти… Его мученическая смерть не остановит наши достижения”, – заявил Рухани в ходе выступления, которое транслировалось по иранскому телевидению.

    Ранее минобороны Ирана подтвердило, что Фахризаде был руководителем организации исследований и инноваций при ведомстве. Во второй половине дня 27 ноября в провинции Тегеран на него напали вооруженные люди. В результате Фахризаде был серьезно ранен и скончался в больнице.

  • Ruhani İranın nüvə aliminin qətlində İsraili ittiham edib

    İranın Prezidenti Həsən Ruhani İranın nüvə alimi Möhsün Fəxrizadənin qətlində İsraili ittiham edib.

    Bu barədə “Reuters” xəbər yayıb.

    Dövlət başçısı bu cinayətin ölkənin nüvə sənayesinin inkişafını ləngitməyəcəyini söyləyib.

    “Şəhid Fəhrizadənin qətli düşmənlərimizin ümidsizliyini və nifrətlərinin dərinliyini göstərir… Onun şəhid olması qazandığımız uğurları dayandırmayacaq”, – deyə Ruhani bildirib.

    Bundan əvvəl İranın Müdafiə Nazirliyi Fəxrizadənin qurumun nəzdindəki tədqiqat və innovasiya təşkilatının rəhbəri olduğunu təsdiqləmişdi.

    Noyabrın 27-də Fəxrizadə silahlı hücuma məruz qalıb. Mühafizəçiləri ilə hücumçular arasında baş verən toqquşma zamanı ağır yaralanan alim xəstəxanada ölüb.

    Hücum Tehran vilayətinin Absard şəhərində baş verib.

    İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif nüvə aliminin qətlində İsrailin iştirakına dair dəlillərə işarə edib. Nazir eyni zamanda beynəlxalq birliyi, xüsusilə Avropa İttifaqını ikili standartlar siyasətinə son qoymağa və dövlət terrorizmi aktını qınamağa çağırıb.

  • Представители дипкорпуса ознакомились с последствиями жестоких обстрелов Арменией Тертера

    Ракета, выпущенная врагом 29 октября из РСЗО “Смерч” и попавшая в один из домов Тертера, передана в местный музей.

    Об этом написал в Twitter помощник Президента Азербайджана – завотделом Администрации главы государства по вопросам внешней политики Хикмет Гаджиев.

    Он также разместил публикацию о визите в поселок Шихарх Тертерского района.

    “На протяжении 44 дней войны Армения вела интенсивный обстрел этого населенного пункта, построенного для вынужденных переселенцев. Представители дипкорпуса увидели последствия безжалостных ракетных и артиллерийских ударов Армении”, – отметил помощник Президента.

  • Diplomatik korpus nümayəndələri Tərtərdə Ermənistanın amansız hücumlarının fəsadları ilə tanış oldular

    Düşmənin Tərtərə atdığı “Smerç” mərmisi muzeyə təhvil verilib.

    Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında qeyd edib.

    O bildirib ki, oktyabrın 29-da Tərtərə atılan “Smerç” mərmisi şəxsi yaşayış evindən götürülərək yerli meriyanın muzeyinə verilib.

    Hikmət Hacıyevin daha bir paylaşımı isə Tərtər rayonunun Şıxarx qəsəbəsindəndir.

    “44 gün davam edən müharibə zamanı Ermənistan məcburi köçkünlər üçün inşa edilmiş bu binanı intensiv şəkildə atəşə tutdu. Diplomatik korpus Ermənistanın amansız raket və artilleriya hücumlarının nəticələrinin şahidi oldu”.

  • Məşhur fotoqrafdan Azərbaycanda dini tolerantlığı əks etdirən FOTO

    Dünyaca məşhur fotoqraf Reza Deqati Azərbaycanda dini tolerantlığı əks etdirən fotonu izləyiciləri ilə bölüşüb.

    Fotoqraf rəsmi “Twitter” hesabında paylaşdığı foto ilə bağlı bildirib ki, yəhudilər Bakı şəhərində Bar Mitzvah qeyd edir və bu mərasimdə Tövrat çağırılır.

    Fotoqraf paylaşımı şərh edərkən əlavə edib ki, bu Azərbaycanda həqiqi dini tolerantlıq nümunəsinin göstəricisidir.

  • Hikmət Hacıyev: “Tonayan cinayət əməllərinə görə cavab verməlidir”

    “Oktyabrın 3-ü və 4-də ATƏT xətti ilə Ermənistanın o zamankı Müdafiə naziri David Tonayana müraciət olundu ki, Tərtər şəhərinin bombalanmasını dayandırın, orada mülki insanlar yaşayır. Amma o, dayandırmadı. Əksinə, gün ərzində Tərtər şəhərinə 1 000 raket atılırdısa, gecə ilə raketlərin sayı 2 300-2 400-ə çatdırıldı”.

    “Report” xəbər verir ki, bunu bu gün diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Tərtərə səfəri zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    Onun sözlərinə görə, həmin müharibə cinayətkarı müdafiə naziri vəzifəsindən azad olunsa da bu kimi cinayət əməllərinə görə cavab verməlidir.

  • Bəzi rayonlarda təbii qaz təhcizatında məhdudiyyət olacaq

    Bəzi rayonların təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

    “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata əsasən, diametri 1200 millimetr olan “Mozdok-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərində Qaz İxrac İdarəsi iki gün ərzində təmir işləri aparacaq. Kəmərin 332-ci və 335-ci kilometrliyində korroziyaya uğramış 120 metrlik hissəsinin noyabrın 28-i və 29-u tarixlərində mövcud şəbəkəyə birləşdirilməsi planlaşdırılır və bu zaman kəmərdə qazın nəqli müvəqqəti olaraq dayandırılacaq.

    Bu müddət ərzində Xızı, Şabran, Siyəzən, Qusar, Quba və Xaçmaz rayonlarında həm əhali abonentlərinin, həm də qeyri-yaşayış sahələrinin qaz təchizatında fasilə yaranacaq. Bununla yanaşı, “Siyəzən Quşçuluq” fabrikinin qaz təchizatının alternativ mənbə olaraq “Yaşma-Siyəzən” qaz kəmərindən təmin edilməsi nəzərdə tutulur.

    Xaçmaz Regional Qaz İstismarı İdarəsindən verilən məlumata görə, “Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin 339-423-cü kilometrliyində balon hissədə olan ehtiyat təbii qazın həcmi ilə adları çəkilən rayonlardakı həyati əhəmiyyətli obyektlərin müəyyən müddətə təbii qazla təmin olunmasına çalışılacaq.