Month: November 2020

  • Ərdoğan: “Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyayadək müsəlmanların yanındayıq” – VİDEO

    “Müsəlman ətrafında əminlik verən, əlindən və dilindən əmin olan insandır. Başqa bir dindən olduğu üçün insanların canına, malına əl uzatmaq, hətta hörmətsizlik etmək müsəlmana yaraşmaz”.


    Bu sözləri Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan onlayn konqresdə çıxışı zamanı deyib.

    “Kim olursa, olsun haqsızlıq qarşısında susmaq bir müsəlmana yaraşmaz. Qardaşına arxa çevirmək, qardaşını kürəyindən xəncərləmək bir müsəlmana yaraşmaz.

    Biz İslam ümmətinin bir fərdi olaraq ailələrimiz və qonşularımızla bərabər milyonlarla insanın məsuliyyətini daşıyırıq. Biz suriyalı məzlumların, aclıqdan və xəstəlik qırılan yəmənli uşaqların, fələstinli yetimlərin hüququnu da qorumağa mükəlləfik. Biz İslam ümmətinin göz bəbəyi olan Qüdsü canımız bahasına qorumağa borcluyuq. Türkiyə olaraq Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyayadək İslam coğrafiyasının müxtəlif yerlərində problemlərə bu anlayışla yanaşırıq. Zalımlar qarşısında dik durub, məzlumun kimliyinə baxmadan əlindən tuturuq”.

  • Ön cəbhəyə yollanan bərbər: “300-ə yaxın əsgərimizin saçını qırxdım”

    “Qəhrəman qardaşlarımız, əsgərlərimiz 44 gündür ön cəbhədə döyüşürlər. Oradakı şəraiti nəzərə aldım, düşündüm ki, saç-saqqalları uzanıb. Niyə də əlimdən gələni etməyim?”

    Bu sözləri Oxu.Az-a açıqlamasında son günlər ön cəbhəyə əsgərlərin saç-saqqalını qırxmaq üçün yollanan bərbər Qurban Bayramov deyib.

    O bildirib ki, bu təşəbbüsə digər həmkarlarının da qoşulmasını gözləyir:

    “Hərbçi dostumuz da ön cəbhədədir. Hərdən fürsət olduqca əlaqə saxlayırdıq. Söhbət əsnasında bildik ki, əsgərlərin bərbərə ehtiyacı var. 44 gündür saç-saqqallarını səliqəyə salmağa vaxtları olmayıb.

    Əlimizdən gələni əsirgəməməli idik. Dostumla danışanda dedim ki, mən gəlib oardakı əsgərlərin saç-saqqalını səliqəyə salaram. Biz ilk olaraq Suqovuşana getdik. Oradan da digər istiqamətlərə”.

    Şuşa uğrunda döyüşlər gedən ərəfədə ön cəbhəyə yollanan Q.Bayramov deyir ki, təxminən 300 nəfərə yaxın əsgərin saç-saqqalını qırxıb:

    “Ayın 4-ü, yaxud 5-i olardı. Səhər saatlarında çıxdıq ki, vaxtında çataq. Biz orada olanda da dayanmaq bilmirdilər. Atəş səslərini eşidirdik. Əlimizdən gələn köməklik bu idi, bunu da imkan daxilində etməyə çalışdıq. Heç vaxt ağlıma gəlməzdi ki, güllə yağışının altında bərbərlik edərəm. Qürurverici idi. Allah bütün əsgərlərimizi qorusun”.

    Q.Bayramovla birlikdə onun qayını da ön cəbhədə döyüşmüş əsgərlərin xidmətində dayanıb.

  • Baxımsız və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial müdafiə sistemi təkmilləşdiriləcək

    Baxımsız və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial müdafiə və reabilitasiya sistemi təkmilləşdiriləcək. Regionlarda günərzi qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzləri şəbəkəsi genişlənəcək.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

    Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” ölkəmizdə uşaqları müdafiə sisteminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə tədbirlərin reallaşdırılmasına xidmət edir.

    Sənəddə digər tədbirlərlə yanaşı, çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi də yer alır. Alternativ qayğı xidmətlərinin inkişafı, uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi, uşaqların əlilliyinin qarşısının alınması və inkişaf pozuntularının erkən aşkarlanması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi və bu sahədə metodikanın təkmilləşdirilməsi və s. nəzərdə tutulur.

    Planda valideyn himayəsindən məhrum olmuş, baxımsız, sosial təhlükəli vəziyyətdə olan uşaqların sosial xidmətlərə əlçatanlığının artırılması və sağlamlıq imkanları məhdud uşaqların daha keyfiyyətli təhsillə təmin edilməsi istiqamətində də tədbirlərin davamlılığını təmin edilməsi qeyd olunur.

    Fəaliyyət Planına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud uşaqların sosial və digər xidmətlərdən istifadəsi və cəmiyyətə inteqrasiyasını təmin edən tələblərin hazırlanmasını təmin edəcək. Regionlarda sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə icma əsaslı dəstək proqramlarının həyata keçirilməsi, sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsinin təşviq edilməsi işlərini aparılacaq. Sosial sifariş əsasında günərzi qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyəti də təşviq ediləcək. Regionlarda bu cür mərkəzlər şəbəkəsinin çoxaldılması və mövcud mərkəzlərin işinin təkmilləşdirilməsi də Planda Nazirliyin görəcəyi işlər sırasında qeyd edilib.

    Alternativ qayğı xidməti kimi, “himayədar ailə” institutunun tətbiqi və inkişaf etdirilməsinə dair mexanizmlərin müəyyən olunması üçün normativ hüquqi baza yaradılması, uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının aşkar edilməsi və bu halların qarşısının alınması istiqamətində qurumlararası əlaqələndirmə işinin təşkili, bu sahədə fəaliyyətin gücləndirilməsi və digər tədbirlər də sənəddə yer alıb.

  • Минюст США расширил способы казни осужденных на федеральном уровне

    Министерство юстиции США внесло поправки в нормы осуществления смертной казни преступников, осужденных на федеральном уровне. Как сообщает газета The Hill со ссылкой на данные Федерального реестра, местные власти смогут проводить в исполнение смертные приговоры любым легальным на территории данного штата способом, пишет ТАСС.

    По данным издания, помимо уже разрешенной смертельной инъекции, власти получат право использовать “любой другой способ [казни], предписанный законом штата”. К ним относятся отравление газом, казнь на электрическом стуле и расстрел. Изменения вступят в силу 24 декабря.

    Associated Press сообщает со ссылкой на источник в Минюсте, что, несмотря на внесенные изменения, две запланированные на декабрь казни будут приведены в исполнение при помощи инъекций.

  • ABŞ-da cinayətkarlar üçün edam cəzasının tətbiqi qaydalarına dəyişiklik edilib

    ABŞ Ədliyyə Nazirliyi federal səviyyədə mühakimə olunan cinayətkarlar üçün edam cəzasının tətbiqi qaydalarına dəyişiklik edib.

    Bu barədə “The Hill” qəzeti Federal Reyestr məlumatlarına istinadla xəbər verib.

    Məlumata görə, yerli hakimiyyət orqanları icazə verilən ölümcül inyeksiyaya əlavə olaraq, hökumət dövlət qanunları ilə müəyyən edilmiş hər hansı digər (edam) üsuldan istifadə etmək hüququna sahib olacaq. Bunlara qazdan zəhərlənmə, elektrik cərəyanı ilə edam və güllələnmə daxildir.

    Dəyişikliklər 24 dekabrda qüvvəyə minəcək.

  • NATO-nun Baş Qərargah rəisi Azərbaycan Ordusunun əks-hücum əməliyyatını örnək göstərir

    “Sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq əks-həmlə əməliyyatına, Vətən Müharibəsinə başladı. Düşmən 30 il ərzində mürəkkəb relyefə malik həmin ərazilərdə istehkamlar yaradaraq güclü müdafiə xətti qurduğuna, Azərbaycan Ordusunun böyük itkilər verəcəyinə, ilk gündən uğursuzluqla üzləşəcəyinə əmin idi”.

    Bunu APA-ya açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

    O bildirib ki, döyüş bölgəsindən hazırlanan videosüjetlərdə həmin müdafiə xətləri görünür: “Azərbaycan Ordusu isə daim kəşfiyyat aparıb, düşmənin zəif yerlərini müəyyənləşdirmişdi. Keçirilən təlimlər və döyüş hazırlıqlarında məhz həmin ərazilər və düşmənin istehkamları nəzərə alınıb. İrimiqyaslı təlimlər döyüş başlayacağı halda müəyyən ssenarilər nəzərə alınaraq təşkil edilib. Digər tərəfdən, Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin silahlandırılması da bu amillər, o cümlədən mürəkkəb relyef, dağlıq, meşəlik ərazilər nəzərə alınmaqla təmin edilib. Bunlar ən müasir, dördüncü, beşinci nəsil silahlardır. Başda sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyev olmaqla, Azərbaycan Ordusu gec-tez torpaqlarımızı güc yolu ilə azad etməli olacağını bilirdi. Çünki bir çox amillər, Ermənistanın davamlı olaraq danışıqlar prosesini pozması, münaqişənin sülh yolu ilə həllinə konstruktiv mövqedən yanaşmaması bunu göstərirdi. Biz bu kompleks hazırlıqların nəticəsini, Ordumuzun yüksək döyüş ruhunu, vətənpərvərliyini döyüş əməliyyatları başlayan zaman gördük. O döyüşlərə atılan əsgərlərimiz heç zaman Qarabağın işğalı ilə barışmadığı vətənpərvər bir mühitdə böyüyüblər”.

    Ş. Ramaldanovun sözlərinə görə, ilk günlər itkilər olsa da, Azərbaycan Ordusu əks-həmlə əməliyyatını dayandırmadı:

    “Döyüşçülərimiz qısa müddətdə Ermənistanın keçilməz saydığı müdafiə xətlərini yardı, düşməni torpaqlarımızdan qovmağa başladı. Daha sonra düşmən üçün ən gözlənilməz və strateji istiqamət – Şuşa istiqaməti seçildi. Alınmaz qala sayılan Şuşa qalası düşməndən azad edildi. Bu, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının göstəricisidir. Əgər cənub istiqamətində Şuşaya qədər olan döyüşlər daha çox Ordumuzun müasir texnika və silahlarla silahlanması, o silahları idarə edən heyətin peşəkarlığından xəbər verirdisə, Şuşa əməliyyatı Azərbaycan Ordusunun bütün cəhətlərdən yüksək döyüş hazırlığına malik olduğunu, peşəkarlığını, döyüş ruhunun yüksəkliyini göstərdi. Sıldırım qayalardan çıxılaraq düşmənlə yaxın, əlbəyaxa döyüşdə misilsiz qəhrəmanlıq nümunələri göstərilərək Şuşa işğaldan azad edildi. Bu döyüşdə taktiki cəhətdən düzgün istiqamətlər seçildi, lazımi tədbirlər görüldü, bütün hesablamalar zərgər dəqiqliyi ilə aparıldı və böyük uğur əldə olundu. Faktiki düşmənin ürəyinə üzərində Azərbaycan bayrağı olan xəncər sancıldı. Ertəsi gün isə düşmən 70 yaşayış məntəqəsini qoyaraq qaçdı və bu düşmənin kapitulyasiyaya bərabər bir bəyanata qol çəkməsinə, ağ bayraq qaldırmasına səbəb oldu”.

    Polkovnik bu Vətən Müharibəsinin itkilərin az olması ilə də yadda qaldığını qeyd edib: “NATO-nun Baş Qərargah rəisi Alyans üçün Azərbaycan Ordusunun həyata keçirdiyi bu əks-hücum əməliyyatlarının örnək əməliyyatlar kimi gələcəkdə öyrənilməsinin vacib olduğunu bildirib. O da nəzərə alınmalıdır ki, çoxsaylı müdafiə-istehkam qurğuları, mürəkkəb dağlıq-meşəlik relyef şəraitində Şuşanın işğaldan azad edilməsi nəticəsində düşmən kapitulyasiyaya imza atdı. Minimum itkilərlə bu əməliyyatların həyata keçirilməsi böyük uğurdur.

    Hərb elmi çoxsaylı hesablamalar elmidir, döyüşdəki bütün mərhələlər hesablanır, planlaşdırılır. Bütün hesablamalara, xarici hərbi ekspertlərin qiymətləndirmələrinə əsasən, Azərbaycan Ordusu bütün torpaqları işğaldan azad etmək üçün 20 minə qədər itki verə bilərdi. Qarşıdan gələn qış şəraitini də nəzərə alsaq, bu itkilər daha çox proqnozlaşdırıla bilərdi. Ancaq digər amillərlə bərabər, məhz Prezident İlham Əliyevin müdrikliyi sayəsində Azərbaycan Ordusunun şəxsi heyətində itkilərin minimum ola biləcəyi şəkildə döyüşlərin aparılması təmin edildi. Prezident İlham Əliyev ona məruzə olunduğunu və döyüş tapşırıqlarını təsdiqlədiyini bildirmişdi. Qərarları verməklə, istiqamətləri müəyyənləşdirməklə Prezident İlham Əliyev Ali Baş Komandan, sərkərdə kimi Ordunun şəxsi heyəti arasında itkilərin minimum olmasını təmin edib.

    Əlbəttə, döyüşlər itkisiz olmur. Biz hansı düşmənlə mübarizə apardığımızı da bilirdik. Texnika və silahların sayı da onu göstərir ki, düşmən zəif düşmən deyildi. Düzdür, 30-40 il əvvəl istehsal olunmuş silahlar olsa da, ancaq tankların və digər texnika və qurğuların sayı göstərir ki, düşmən yetəri qədər müqavimət göstərmək iqtidarında idi. Ancaq Prezident İlham Əliyevin sərkərdəlik məharəti və Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, müasir silahlarla silahlanması, müasir silah və texnikaların yüksək peşəkarlıqla idarə edilməsi sayəsində XXI əsrin tələblərinə cavab verən döyüş əməliyyatları aparıldı.

    Bununla da Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu köhnə taktiki döyüşlərin stereotipini pozdu və düşmənə maksimum zərbə endirərək, zəiflədərək və strateji istiqamətlər seçərək öz şəxsi heyəti arasında itkilərin minimum olmasını təmin etdi. Azərbaycan Ordusu nəyin bahasına olursa hansısa təpəni, yaşayış məntəqəsini ələ keçirmək prinsipi ilə döyüş aparmırdı. Rəhbərlik şəxsi heyət arasında itkilərin minimum olmasını təmin edəcək, ancaq tapşırığı yerinə yetirə biləcək şəkildə döyüş aparırdı. Məsələn, yaşayış məntəqələrinin yanından ötülür, yaşayış məntəqələrini nəzarətdə saxlamağı təmin edəcək əraziləri ələ keçirərək düşmən həmin məntəqələri tərk etməyə məcbur edilirdi”.

    Ş. Ramaldanov Azərbaycan Ordusunun döyüşlərdə düşmənin çoxsaylı itkilərə məruz qoyduğunu, çoxsaylı texnikasını, döyüş infrastrukturunu, sursatını məhv etdiyini vurğulayıb: “Düşmən hazırda itkilərin real sayını gizlətsə də, düşmənin döyüş meydanında səpələnən cəsədlərini görmüşük. Onların özlərinin saxladığı donuzlar elə onların meyitlərini yeyərək parçalayırdılar. Bu, ağır səhnə olsa da, reallıqdır”.

    Polkovnik düşmənin dağıdıcı silahlardan, artilleriyadan, raket-yaylım sistemlərindən istifadə etdiyini xatırladıb: “Təəssüf ki, müharibədə müəyyən itkilərin olması qaçılmazdır. Bu dağıdıcı silahlar nəticəsində yararsız hala düşən meyitlərin kimə məxsus olduğu DNT analizləri, yaxud barmaq izləri vasitəsi ilə müəyyənləşir. Ailələr yaşadıqları ünvanlarda polisə, yaxud məhkəməyə müraciət edərək DNT nümunələri verir, bununla tanınmaz halda olan meyitlərin, fraqmentlərin DNT-si ilə tutuşdurularaq meyitlərin tanınması prosesi davam edir. Bu proses dövlət tərəfindən aparılır. Bu gün artıq bəzi tanınmaz halda olan meyitlərin DNT analizləri nəticəsində şəxsiyyəti müəyyən edilib, yaxınlarına təqdim edilib. Əlbəttə, müharibə ağırdır, ancaq qələbə, zəfərlə yekunlaşan müharibə minimum da olsa, itkilərsiz olmur. Bu gün əsgər analarımız səbr, təmkin nümayiş etdirir, deyirlər ki, təki Vətən sağ olsun! O oğulları böyüdən analar bu gün qürur hissi keçirirlər ki, övladları məhz qələbə qazanan Ordunun sıralarında döyüşlərdə iştirak edərək Vətən uğrunda şəhid olublar. Xalqımızı və dövlətimizin şəhidlərə sayğısı, şəhid ailələrinə diqqəti onların ağrı-acılarını müəyyən qədər azaldır. Bütün şəhid ailələri qürur hissi ilə bu ağır itkiyə sinə gərə bilirlər. Bir daha qeyd etmək istəyirəm ki, döyüşlər itkisiz olmur. Ancaq Ali Baş Komandanın rəhbərlik etdiyi Vətən Müharibəsi zəfərlə yekunlaşdı, düşmən diz çökdü və Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Prezidentimizin də dediyi kimi, yaşasın Azərbaycanın müzəffər Ordusu! Qarabağ Azərbaycandır!”

  • Yaşayış yerini qanunsuz tərk edən aktiv COVID-19 xəstələri barədə cinayət işi başlanıldı – FOTO

    Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Xırdalan şəhərində yaşayan Elnarə Hüseynova saxlanılıb.

    Araşdırma zamanı müəyyən edilib ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Onun evini tərk edərək aptekə getməsi isə kameralar tərəfindən lentə alınıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə E.Hüseynova yaşadığı evə qaytarılıb. Onun barəsində toplanan materiallar Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilib. E.Hüseynova barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

    Analoji tədbir Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də həyata keçirilib. Belə ki, aktiv koronovirus xəstəsi olan Xətai rayonu M.Hadi küçəsində yaşayan Faiq Hüseynova həkimlər tərəfindən ev şəraitində müalicə təyin edilib. Bu şəxs isə qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaratdığı üçün polislər tərəfindən saxlanılıb.

    Faiq Hüseynov barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

  • Tütün yığımında məhsuldarlıq artıb

    Azərbaycanda noyabrın 27-nə qədər fermerlər tərəfindən 6240,8 ton tütün yığılıb.

    Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, qəbul məntəqələrinə 5355,4 ton quru tütün təhvil verilib.

    Ötən ilin yekununda tütünçülükdə yekun orta məhsuldarlıq 19,3 sentner olub. Bu il yığım prosesi başa çatmasa da orta məhsuldarlıq ötənilki göstəricidən yüksəkdir.

    Hazırda tütün yarpağı üzrə orta məhsuldarlıq 19,8 sentner təşkil edir ki, bu da ötənilki göstəricidən 0,5 sentner çoxdur. Hazırda məhsul yığımı davam etdiyindən orta məhsuldarlıq göstəricisinin daha da artacağı gözlənilir.

  • Şəkidə işləyən bərbər əsgərlərin saç-saqqalını qırxmaq üçün cəbhəyə getdi – FOTO/VİDEO

    Azərbaycanlı bərbər Şəkidən Suqovuşana əsgərlərə xidmətə gedib.

    Median.Az-ın məlumatına görə, Şəki sakini Qurban Bayramov adlı bərbər Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən, Vətən müharibəsinin qaliblərinə xidmət etmək üçün könüllü olaraq Suqovuşana yollanıb.

    Çətin şəraitdə əsgərlərin saç-saqqalını səliqəyə salan bərbər bu görüntüləri lentə alıb.//oxu.az

  • Минюст США расширил способы казни осужденных на федеральном уровне

    Министерство юстиции США внесло поправки в нормы осуществления смертной казни преступников, осужденных на федеральном уровне. Как сообщает газета The Hill со ссылкой на данные Федерального реестра, местные власти смогут проводить в исполнение смертные приговоры любым легальным на территории данного штата способом, пишет ТАСС.

    По данным издания, помимо уже разрешенной смертельной инъекции, власти получат право использовать “любой другой способ [казни], предписанный законом штата”. К ним относятся отравление газом, казнь на электрическом стуле и расстрел. Изменения вступят в силу 24 декабря.

    Associated Press сообщает со ссылкой на источник в Минюсте, что, несмотря на внесенные изменения, две запланированные на декабрь казни будут приведены в исполнение при помощи инъекций.