Month: November 2020

  • Ağdam, Füzuli və Xankəndi hava limanları Azərbaycan aeroportları kimi beynəlxalq reyestrə daxil edilir – RƏSMİ

    Azərbaycanın azad edilmiş ərazilərindəki hava limanları ICAO reyestrinə daxil ediləcək.

    “Azərbaycan Hava Yolları” QSC-dən verilən məlumata əsasən, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha altı hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib.

    “Əlamətdar haldır ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də Ali Baş Komandan, Azərbaycanın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə – Ağdam, Füzuli və Xankəndidə yerləşən hava limanları da daxil olacaq.

    Bu, beynəlxalq aviasiya qurumlarının ölkəmizin ərazi bütövlüyünü tanımasının növbəti təzahürüdür”, – deyə AZAL prezidenti Cahangir Əsgərov bildirib.

    Qeyd edilən hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

    Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aeronaviqasiya xidmətinə görə məsuliyyət Çikaqo konvensiyasının (ICAO-nin 7300 nömrəli sənədi) prinsiplərinə uyğun olaraq AZANS Hava Hərəkəti İdarəsinə həvalə edilib.

    Bu məsuliyyət hədləri ICAO Şurası tərəfindən təsdiq edilib və Azərbaycanın suveren ərazilərinə müvafiqdir.

    Qeyd etmək lazımdır ki, ICAO Azərbaycanın öz ərazisi üzərindəki hava məkanında mütləq suverenliyini dəfələrlə təsdiq və qeyd edib.

    Məkanın işarələri 7910/178 nömrəli Sənədin müddəalarına müvafiq olması məqsədilə ICAO tərəfindən yoxlanılır. Rüblük sənədə dəyişikliklər yalnız müvafiq qaydada nəzərdən keçirildikdən sonra daxil edilir.

    İşğal edilmiş ərazilər üzərində hava məkanı təxminən 30 il müddətində beynəlxalq uçuşlar üçün bağlı olmuşdur. Həmin ərazidəki mülki aviasiya infrastukturu ciddi şəkildə zərər çəkmiş və tam dağılmış vəziyyətə gətirilib.

    Beynəlxalq uçuşların həyata keçirilməsi məqsədilə, uzun illər Ermənistan işğalı altında qalan ərazilər üzərində aeronaviqasiya təminatının bərpa edilməsi üzrə işlər yerinə yetiriləcək. Bütün bunlar mülki aviasiyanın təkcə regional səviyyədə deyil, həm də qlobal miqyasda inkişaf etməsinə kömək edəcək.

  • Sosial Xidmətlər Agentliyi postmüharibə dövrü üçün psixoloji dəstək tədbirlərinə başlayıb

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi postmüharibə dövrü üçün psixoloji dəstək tədbirlərinə başlayıb.

    Nazirlikdən verilən məlumata görə, 44 günlük müharibə dövründə agentlik erməni təxribat və terrorundan zərər çəkən şəxslərlə, ailələrlə görüşərək, onlara ehtiyac duyduqları psixoloji xidmətləri göstərib. Terror qurbanı olmuş şəxslərin ailələrinin sosial vəziyyətlərinin qiymətləndirilməsi, onlara göstəriləcək sosial dəstək tədbirlərinin müəyyənləşdirilməsi işləri də aparılıb.

    Postmüharibə dövrü üçün psixoloji dəstək tədbirləri çərçivəsində həmin işlər davam etdirilməklə, eyni zamanda şəhid ailələrinin üzvləri, hərbi xidmət zamanı yaralanaraq evinə qayıdan şəxslər psixoloji dəstəklə əhatə edilir. Qurumda yaradılmış peşəkar psixoloq və psixiatrlarından ibarət qrup ilk mərhələdə Bakı, Sumqayıt, Yevlax, Gəncə, Bərdə, Tərtər, Şirvan, Ağcabədi, Ağdam şəhər və rayonlarında qeyd edilən kateqoriyadan olan şəxslərə xidmətlərə başlayıb.

    Bu xidmətlərə onlar üçün psixo-maarifləndirmə işlərinin aparılması, terapiyaların, fərdi və qrup şəklində konsultasiyaların keçirilməsi və s. daxildir. Psixoloji yardıma ehtiyacı olanlar aşkarlanaraq qeydiyyata alınır, məskunlaşdıqları ərazilər üzrə psixoloqlara müvafiq bildiriş və tövsiyələr də verilir.

    Son günlərdə isə Agentlikdə yeni bir xidmət – müharibədən zərərçəkənlər üçün onlayn “Psixoloji dəstək xətti” (050 406 75 85) fəaliyyətə başlayıb.

  • Ən yaxşı maskalar hansılardır? – İnfeksionist İlahə Vəliyeva ilə MÜSAHİBƏ

    Bu ay dəfələrlə Azərbaycanda COVID-19-a yoluxmuş şəxslərin sayına görə anti-rekordun təzələndiyini eşitmişik. Son ikiqat anti-rekord 24 noyabrda qeydə alınıb- 3646 yeni koronavirus infeksiyasına yoluxma aşkar edilib, sutkada 34 nəfər xəstəlikdən ölüb.

    Koronavirusa yoluxanların sayının 10 qat artmasına nə səbəb oldu? Axı sentyabr ayına qədər statistikanı gündə 30 yoluxmaya endirərək vəziyyəti sabitləşdirmək mümkün olmuşdu.

    Media.Az bu mövzuda infeksionist İlahə Vəliyeva ilə söhbətləşib.

    – Mövsümi xəstəliklər koronavirusla bağlı vəziyyəti çətinləşdirirmi?

    – Mövsümi xəstəliklər gözlənilən idi. Hər il payız-qış dövründə qrip və kəskin respirator virus infeksiyaları ilə qarşılaşırıq. Bunun səbəbi hava şəraitindəki kəskin dəyişiklik, soyuq hava və bədənin viruslara və müxtəlif infeksiyalara qarşı müqavimətinin azalmasıdır.

    Çox vaxt hərarətin artması, halsızlıq və ya öskürək kimi hər hansı bir simptom hiss edən insanlar tələsik qərar verərək koronavirusa yoluxduqlarını düşünürlər. Bu həmişə belə olmur. Burada aydın şəkildə fərqləndirmə vacibdir. Xoşbəxtlikdən, indi həm televiziyada, həm də internetdə koronavirus infeksiyası əlamətləri ilə bağlı fəal maarifləndirmə kampaniyası aparılır. Hamı onlarla tanış ola və özündə oxşar simptomların olub-olmadığını anlaya bilər. Bununla yanaşı, ən başlıcası, son bir neçə gündə koronavirus infeksiyasının olduğunu təsdiqləyən insanlarla təmasda olub-olmadığınıza diqqət yetirməkdir. Bu, həlledici rol oynayır.

    – Xəstəliyin ikinci dalğası gözlənilirdi? Yoxsa bu birincisinin davamıdır?

    – Mən buna ikinci dalğa deyə bilmərəm. Axı ikinci dalğanın başlaması üçün birinci dalğa bitməyib. Sadəcə, yay aylarında koronavirusa yoluxanların sayının azalması ilə insanlar arxayınlaşdılar, səhvən pis vəziyyətin geridə qaldığını hesab edərək maska taxmağı dayandırdılar və sosial məsafəni qorumadılar. Bütün bunlar bugünkü vəziyyətimizə gətirib çıxardı.

    İnsanların ev şəraitində özlərini sağaltmağa çalışması da burada rol oynadı. Əgər çoxları ilk simptomları hiss edən vaxt həkimə müraciət etsəydilər, vəziyyət bu qədər pisləşməzdi. Hətta bəzən insanlar başqa xəstəyə yazılan reseptdən də istifadə ediblər. Bu qətiyyən olmaz, çünki həkim resept yazarkən həm müşayiət olunan xəstəlikləri, həm də xəstəliyin gedişatının ağırlığını nəzərə alır.

    – Yəni, koronavirus peyvəndinin hazırlanmasından əvvəl nəsə etmək mümkün deyil?

    – Kütləvi peyvəndləməyə qədər yalnız sanitar və gigiyenik standartlara riayət etmək lazımdır, başqa çıxış yolu yoxdur. Yəni, əllərin müntəzəm dezinfeksiyası olmadan, maska rejiminə əməl etmədən və sosial məsafəni qorumadan, koronavirus infeksiyasına qarşı hər hansı bir mübarizə effektsizdir. Yeri gəlmişkən, hər kəsi cərrahi maskalara üstünlük verməyə çağırıram, çünki parça maskalar o qədər də effektli deyil. İnsanların sıx toplaşdığı yerlərə getməkdən çəkinmək də çox vacibdir.

    – Ölkəmiz doqquz aydır koronavirusla mübarizə aparır. Bu müddət ərzində virus necə dəyişdi?

    – Əlbəttə ki, bu qədər uzun müddətdə koronavirus mutasiyaya uğrayıb. Hər şeydən əvvəl uşaqlar daha həssas olublar, onlar risk qrupuna aid olmağa başlayıblar. Bunun səbəbi virusun mutasiyaya uğramasıdır. Uşaqlar xəstəliyi fərqli şəkildə keçirməyə başlayıblar. Eyni zamanda, onlar immun sistemlərinin xüsusiyyətlərinə görə ümumiyyətlə tez sağalırlar. Xəstəliyi simptomsuz keçirən uşaqlar virusu daşımaqda davam edirlər və çox sayda insanı yoluxduraraq infeksiyanın yayılmasına səbəb olurlar. Buna görə də uşaq bağçalarının və məktəblərin bağlanmasını koronavirusla mübarizədə vacib bir addım hesab edirəm. Axı, əksəriyyət əvvəlki kimi xəstəliyi simptomsuz keçirir. Koronavirusun məkrliliyi və cəmiyyət üçün təhlükəliliyi özünü məhz bunda büruzə verir.

    – Sosial şəbəkələrə görə, hələ də cəmiyyətimizdə koronavirusu qiymətləndirməyən və ya buna heç inanmayan bir çox insan var. Sizcə bu niyə baş verir və bununla necə mübarizə apara bilərik?

    – Siz tamamilə haqlısınız. Davamlı olaraq koronavirusa inanmayanlarla qarşılaşıram. Məndən bu xəstəliyin həqiqətən olub-olmadığını soruşurlar. İnsanlar yalnız özləri, dostları və ya qohumlarından biri xəstələnənə qədər bunu yanaşı xəstəlikləri olanlar üçün təhlükə yaradan adi virus xəstəliyi hesab edirlər.

    Burada maarifləndirmə mühüm rol oynayır, bu istiqamətdə işi davam etdirmək vacibdir.

  • Ermənistanda Naxçıvan-Azərbaycan dəmir yolunun tikintisinə hazırlıq gedir

    Naxçıvanı Azərbaycanla birləşdirəcək yolun tikintisinə hazırlıq gedir.

    Bu barədə “Hraparak” qəzeti Meğri şəhərinin meri Mxtitar Zakaryana istinadla xəbər yayıb.

    Bildirilir ki, artıq “Cənubi Qafqaz dəmir yolları” ASC-nin əməkdaşları rusiyalı sərhədçilərlə birlikdə Meğriyə gediblər və ərazini öyrəniblər.

    “Dedilər ki, bu perspektivli məsələdir, hazırda konkret heç nə yoxdur, ancaq söhbət dəmir yolundan gedir. Gəldilər, öyrəndilər və getdilər”, – deyə şəhər meri əlavə edib.

    Qeyd edək ki, “Cənubi Qafqaz dəmir yolları” ASC “Rusiya Dəmir Yolları” ASC-nin 100 faiz törəmə şirkətidir.

  • Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

  • Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

  • Xocalı rayonunun Quşçubaba kəndi Baharlı adlandırıldı

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında qanunu imzalayıb.

    Qanuna əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılıb.

  • Azərbaycan bayrağı Kəlbəcərdə dalğalanır – VİDEO

    Hərbçilərimiz bu gün təhvil verilən Kəlbəcər rayonunda Azərbaycan bayrağını qaldırıblar.

    Sosial şəbəkələrdə paylaşılan videogörüntülər maraqla qarşılanıb.

    Qeyd edək ki, gecə saatlarından başlayaraq Azərbaycan ordusunun hərbi texnikası və canlı qüvvəsi Kəlbəcər rayonu ərazisinə yerləşdirilib.

    Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il aprelin 2-də işğal edilib.

  • Ermənistanda hökumət böhranı davam edir: Daha iki nazir müavini işdən çıxarıldı

    Ermənistanda eyni zamanda iki nazir müavini – Rafik Qriqoryan və Naira Marqaryan işdən çıxarılıb.

    Müvafiq qərarlar hökumətin veb saytında dərc olunub.

    Bildirilir ki, Ədliyyə nazirinin müavini Rafik Qriqoryan və İqtisadiyyat nazirinin müavini Naira Marqaryan istefaya göndərilib.

    Xatırladaq ki, son bir həftə ərzində Ermənistanda altı nazir vəzifələrindən azad edilib.

  • Минтруда назвало своих сотрудников, доблестно сражавшихся на передовой

    Министерство труда и социальной защиты населения распространило очередную информацию о своих сотрудниках, которые участвовали в успешных боевых действиях по освобождению наших территорий от вражеской оккупации.

    Доблестно сражаясь на передовой, свой вклад в победу внесли главные специалисты Национальной обсерватории по вопросам трудового рынка и соцзащиты населения при ведомстве Али Бабаев и Федаи Абдуллаев, говорится в сообщении.