Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 2.3-cü bəndindən “, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin” sözləri çıxarılır.
Month: November 2020
-
“Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilib
-
Adil Əliyev: “Ordumuz düşməni BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icrasına məcbur edib”
“Müharibədə məğlub olan Ermənistan uzun illər ödəməli olacağı borca düçar olmaqla yanaşı, işğalçılıq siyasətinin dayandırılması ilə əlaqədar üzərinə götürdüyü kapitulyasiyanın tələblərinin ödənilməsi barədə razılığa gəldi. Kapitulyasiyanın şərtlərinə uyğun olaraq, düşmən əvvəlcə, Ağdam şəhərini və rayonun işğalda olan kəndlərini qeyd-şərtsiz azad etdi”.
Bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.Millət vəkili qeyd edib ki, növbəti mərhələdə yəni bu gündən etibarən ölkəmizin əzəli və əbədi torpağı olan Kəlbəcər rayonu rəşadətli Azərbaycan Ordusunun tam nəzarətinə keçib:
“Kəlbəcər rayonunun işğaldan azad edilməsi ilə əlaqədar Azərbaycan xalqının 27 illik həsrətinə son qoyuldu. Bir məqamı vurğulamaq lazımdır ki, Ağdam şəhəri və rayonun işğal altında olan kəndləri, habelə Kəlbəcər rayonunu düşmən döyüşsüz təhvil verməyə məcbur oldu. Müzəffər Ali Baş Komandanın dediyi kimi, biz bu əraziləri bir mərmi belə atmadan geri qaytardıq.
Təbii ki, bu gün Ermənistanın Ağdam və Kəlbəcər rayonlarını geri qaytarması düşmənin öz istəyi ilə baş vermədi. Belə ki, Ermənistanın işğalçılıq siyasətini tanıyan Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsi mövcuddur. Ermənistan həmin qətnamələrin tələblərinə dərhal əməl etməli və işğala birdəfəlik son qoymalı, işğal altında olan ərazilərimizi qeyd-şərtsiz olaraq boşaltmalı idi. Lakin Ermənistan bütün tələblərə zidd olaraq heç bir öhdəliyi icra etmədi. Əksinə, Ermənistanın baş naziri özünü “fövqəl-güc” hesab edərək, Azərbaycana qarşı yeddi şərt irəli sürməkdən çəkinmədi.
A.Əliyev bildirib ki, Ermənistan tərəfinin həyata keçirdiyi təxribatlar, hücumlar təcavüzkara əsl dərs verilməsinin zamanının gəldiyini aşkar şəkildə dünyaya göstərdi:
“Təxribatların qarşısını almaq, eyni zamanda Ermənistanın işğalçılıq siyasətinə birdəfəlik son qoymaq məqsədilə Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən başladığı əməliyyatlar zamanı işğalçıya sonsuz sarsıdıcı zərbələr vurdu və düşməni tam məğlub etdi. Təbii ki, güclü ordumuzun döyüş meydanında qazandığı zəfər diplomatik səviyyədə mövqeyimizi daha da gücləndirdi. Ermənistanın xarici dövlətlərdən imdad diləməsi heç bir nəticə vermədi.
Siyasi basqılara tabe olmayan qüdrətli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu diplomatik mövqeyi nəticəsində bütün çətinliklər dəf edildi, siyasi üstünlüyümüz daha da möhkəmləndi. Düşmənin imzaladığı kapitulyasiya Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz təhvil almağımızı şərtləndirdi. Bu gün yalnız əbədi və əzəli torpaqlarımızın alınmasından söhbət getmir.
Xüsusilə vurğulamaq lazımdır ki, Kəlbəcər rayonunun Azərbaycana təhvil verilməsi Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 822 nömrəli qətnaməsinin icrası idi. Belə ki, BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixində qəbul etdiyi 822 nömrəli qətnaməyə görə, Kəlbəcər rayonu digər işğal olunmuş rayonlarımız kimi qeyd-şərtsiz azad olunmalı idi. Lakin, Ermənistan həmin qətnaməni də Dağlıq Qarabağla bağlı qəbul edilmiş digər üç qətnamə kimi icra etməkdən imtina etdi.
Beləliklə, bizim dədə-baba torpaqlarımızda erməniləşdirmə siyasəti və qanunsuz məskunlaşdırma prosesi davam etdirildi. Qətnamələrin icra edilməsinə məsul olan beynəlxalq qurumlar isə sanki bunu görməzdən gəlirdi. Nəticədə Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 75-ci sessiyasının iclasında bildirdi ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməkdən imtina edir və bununla yanaşı beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq ərazimizə ayrı-ayrı ölkələrin vətəndaşlarını, o cümlədən muzdlu döyüşçüləri yerləşdirir.
Lakin, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün Ermənistana yardım göstərən və BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa başda olmaqla digər ölkələr də bu təcavüzün qarşısının alınması, işğalçılıq siyasətinə son qoyulması üçün heç bir səy göstərmədilər. Bu da öz növbəsində münaqişənin həllinin uzadılmasına gətirdi. Göründüyü kimi, BMT özünün qəbul etdiyi qətnamələrin icrasına nail ola bilmədi. Bunu ən yüksək, mükəmməl səviyyədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bacardı. Kəlbəcər rayonu uğrunda döyüş əməliyyatları aparılmadan, Ermənistan ordusu həmin ərazini birdəfəlik tərk etdi.
Demək ki, vaxtında kifayət qədər təzyiqlər olsaydı, Ermənistan bu ərazini illər öncə tərk edərdi. Bu gün artıq məğlub olmuş düşmən anladı ki, Azərbaycan Respublikasının Prezidenti həm də dünyanın ən öndə olan liderlərindən biridir. Dövlət başçımız istər döyüş meydanında, istərsə də diplomatik müstəvidə işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsini qarşısına əsas hədəf olaraq qoyub və hazırda bunu çox böyük məharətlə reallaşdırır.
Eşq olsun Müzəffər Ali Baş Komandana, yaşasın Azərbaycan Ordusu!”
-
SOCAR Polymer подготовила ролик о своих сотрудниках-участниках боевых действий – ВИДЕО
Компания SOCAR Polymer подготовила ролик о своих сотрудниках – участниках второй Карабахской войны.
Как сообщает Oxu.Az, на видео представлены фотографии 11 работников компании, а также указаны их должности.SOCAR Polymer гордится своими сотрудниками, принявшими участие в борьбе за освобождение от оккупации территорий нашей страны, и ожидает их возвращения из армии, говорится в ролике.
-
“SOCAR Polymer” döyüşlərdə iştirak edən əməkdaşları ilə bağlı videoçarx hazırladı – VİDEO
“SOCAR Polymer” İkinci Qarabağ müharibəsində iştirak edən əməkdaşları ilə bağlı video-çarx hazırlayıb.
Median.Az-ın məlumatına əsasən, videoçarxda “SOCAR Polymer”in 11 əməkdaşının fotosu və şirkətdə icra etdikləri vəzifələr qeyd edilib.Bildirilib ki, “SOCAR Polymer” vətənimizin işğaldan azad edilməsi uğrundakı döyüşlərdə iştirak edən əməkdaşları ilə qürur duyur və həmkarlarının yolunu səbrsizliklə gözləyir.
-
Alban və erməni kilsələrinin əsas fərqləri açıqlandı – VİDEO

Alban-Udi Xristian Dini icmasının sədri Robert Mobili kilsələrin fərqi barədə danışıb.
O bildirib ki, hər kiləsinin özünə xas elementi var:
“Heç kəs deyə bilməz ki, alban xaçı erməni xaçıdır. Saxtalaşdırmaq olar, amma üzərindəki element möhür kimi onu izah edir”.
Albaniya və Erməni kilsələrinin fərqinin izahı barədə videonu təqdim edirik:
-
Baş Prokurorluğun Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlığı davam etdirilir – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanları xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan və 170-dən çox dövlətin üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli qarşılıqlı əməkdaşlığını davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 23-24-də Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin videoformat rejimində 50-ci iclası və 25-ci illik ümumi yığıncağı keçirilib.
Tədbirdə Baş prokurorlar daxil olmaqla, prokurorluq orqanlarının rəhbər şəxsləri, nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak edib.
Hər iki iclasda ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru, Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü və vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İcraiyyə Komitəsinin iclasında Assosiasiyanın müvafiq komitələrinə yeni üzvlərin qəbulu həyata keçirilib, dünya prokurorlarının fəaliyyətini təkmilləşdirmək məqsədi daşıyan bir sıra təşkilati məsələlər, həmçinin qurumun fəaliyyətinin təşkili üçün zəruri olan hesabat və sənədlər müzakirə olunub.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinə uyğun olaraq prokurorluq orqanlarında genişmiqyaslı islahatlar aparılıb, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkarların formalaşdırılması məqsədilə Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən qurulub, yeni idarələr yaradılmaqla ümumilikdə idarə və şöbələrin sayı 18-ə çatdırılıb.
Baş prokuror otuz ilə yaxın dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edildiyi, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyi barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbirin sonunda Assosiasiya ilə ölkəmizin prokurorluq orqanları arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilərək ətraflı fikir mübadiləsi aparılıb.


-
Tbilisi metrosu kollaps təhlükəsi ilə üzləşib
Koronavirusa görə, Tbilisi metrosu kollaps təhlükəsi ilə üzləşib.
Bu barədə “Sputnik” Maşinistlərin Həmkarlar İttifaqına istinadla xəbər yayıb.
Bildirilir ki, maşinistlərin və metroda çalışan işçilərin 20 faizdən çoxu COVID-19-a yoluxub. Heyətin bir qismi də özünütəcriddədir.
Bu, metronun müvəqqəti bağlanmasına səbəb ola bilər.
Həmkarlar İttifaqı buna səbəb kimi nəqliyyat şirkətinin rəhbərliyinin zəruri tədbirlər görməməsini göstərib. Belə ki, onlardan PZR testi götürmək əvəzinə, adətən ekspress diaqnostika aparılıb.
-
Nazirlik Vətən Müharibəsində çoxsaylı xəsarətlər alan qazimizlə bağlı hərəkətə keçdi – FOTO

Qələbəmizin qəhrəmanlarından biri olan, müharibədə yaralanmış Elçin Səmədovun ailəsinə ev tikintisini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öhdəsinə götürüb.
Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.
Onun sözlərinə görə, nazirliyin əməkdaşları müharibədə çoxsaylı qəlpə yarası almış Elçinlə görüşüb, ailəsinin vəziyyəti, ev şəraiti ilə yerindəcə tanış olublar.
Elçin yaxın günlərdə əməliyyat olunacaq. Qəbələ şəhərində yaşayan ailə dörd nəfərdən (özü, anası, biri məktəbli olan, digər peşə təhsili alan iki qardaşı) ibarətdir.
Nazirlik ağır məişət şəraiti olan vaqon evdə yaşayan ailə üçün sosial tərəfdaşların dəstəyi ilə fərdi ev tikilməsini qərara alıb.
Əsgərin anası Şükürova Vüsalə Müzəffər qızının işsiz olduğu nəzərə alınaraq, öz istəyi ilə sosial xidmət sahəsində işlə təmin olunub. Ailənin ünvanlı sosial yardım almaq hüququna da baxılacaq.
Elçinin qardaşı peşə təhsilini bitirdikdən sonra onun da işlə təminatına kömək göstəriləcək.

