Month: November 2020

  • Keçmiş baş nazir: “Ermənistan ordusu tamamilə məhv oldu”

    “Ermənistan hərbi texnikasının 85 faizini itirdi, bu kapitulyasiya deyil, tamamilə məhv olmaqdır”.

    “Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan 44 günlük döyüşlərdə ölkəsinin buraxdığı səhvlərdən danışarkən deyib.

    O, mərkəzləşdirilmiş raket hücumundan müdafiə sisteminin yaradılmasında səhv olduğunu da bildirib.

    Qeyd edək ki, Qrant Baqratyan 1958-ci il oktyabrın 18-də anadan olub. 1993-1996-cı illərdə Ermənistanın baş naziri vəzifəsində işləyib. Ermənistan parlamentinin üzvü olub. O, Rusiya Humanitar Akademiyasının akademiki, iqtisadçıdır. Eyni zamanda “Azatutyun” partiyasının sədridir.

  • Nigeriyada QİÇS-dən 45 min nəfər ölüb

    Nigeriyada 2019-cu ildə 45 min nəfər QİCS-dən ölüb.

    “Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məsul nümayəndəsi Fiona Braka deyib.

    Bildirilib ki, Dünya QİÇS Günü ilə əlaqədar Nigeriya paytaxtı Abujada QİÇS-ə Nəzarət üzrə Milli Proqramına dair tədbir keçirilib. Fiona Braka Nigeriyadakı vəziyyətin narahatedici olduğunu vurğulayıb.

    Milli proqramın direktoru doktor Qambo Aliyu isə ölkədə 1,2 milyon QİÇS daşıyıcısının müalicə edildiyini söyləyib.

  • Bu gün şəhidin ad günüdür

    44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdı. Onların arasında Azərbaycan Ordusunun Daxili Qoşunlarının kapitanı Türkay Hüseynli də var. Yaşasaydı, 30 yaşı tamam olacaqdı.

    Oktyabrın 3-də Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

    Şəhidimizin atası Nizami Göyçəvi oğlu Türkayın 30 illik həyat tarixçəsini “Report”la bölüşüb:

  • Умер легенда мирового футбола Диего Марадона

    Бывший игрок и тренер сборной Аргентины по футболу Диего Марадона скончался на 61-м году жизни.

    Как передает Report, об этом сообщает издание Clarin.

    Отмечается, что в среду у Марадоны остановилось сердце.

    2 ноября Марадону положили в больницу в городе Ла-Плата. Как заявил ранее врач бывшего футболиста Леопольдо Луке, госпитализация не была срочной, аргентинец сам захотел пройти медицинский осмотр, в ходе которого было выявлено наличие субдуральной гематомы. На следующий день Марадону перевезли в другую больницу, где ему была успешно проведена операция, однако выписка была отложена из-за проявившегося абстинентного синдрома. 12 ноября Марадона был выписан из больницы.

  • Dieqo Maradona dünyasını dəyişdi

    Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona dünyasını dəyişib.

    “Report” “Clarin” nəşrinə istinadən xəbər verir ki, argentinalı veteran hücumçu 60 yaşında vəfat edib.

    Bu gün qəflətən ürəyi dayanan Maradona ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Əfsanəvi oyunçu bir neçə gün öncə beyin əməliyyatı keçirmişdi.

    Qeyd edək ki, Dieqo Maradona son olaraq Argentinanın “Ximnasiya və Esqrima” klubuna başçılıq edirdi. Futbolçu karyerasında ölkəsinin “Arxentinos Xuniors”, “Boka Xuniors”, “Nyuell Old Boyz”, İspaniyanın “Barselona”, “Sevilya” və İtaliyanın “Napoli” komandalarının formasını geyinmiş forvardın klub yarışları səviyyəsində əsas uğuruı məhz Neapol təmsilçii ilə bağlıdır. Yığmada 91 oyun keçirmiş Maradona 34 qol vurub. O, 1986-cı ildəki dünya çempionatınatının qalibi, 4 il sonrakı mundialın isə gümüş mükafatçısı olub..

    2008-ci ildən məşqçiliyə başlayan Maradona 2008-2010-cu illərdə Argentina millisinə rəhbərlik edib.

  • Kəlbəcərin azad edilməsinin Azərbaycan üçün əhəmiyyəti – TƏHLİL

    Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcəri boşaldaraq tarixi vətəninə təhvil verdi.

    Bu gün Azərbaycan Ordusu artıq Kəlbəcərin rayon mərkəzində bayrağımızı sancdı. Kəlbəcərin azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin Azərbaycan dövləti tərəfindən icrası təmin edildi.

    Bəs Azərbaycanın ən böyük rayonu olan, 1993-cü il aprelin 2-də işğal edilmiş Kəlbəcərin əhəmiyyəti Azərbaycan üçün nə kəsb edirdi?

    Əvvəla onu bildirək ki, Kəlbəcər yüksək dağlıq ərazi olaraq Azərbaycanın Ermənistanla sərhəd rayonlarından biridir. Ən hündür zirvələri Camışdağ (3724 m) və Dəlidağda (3616 m) yerləşir. Bu üzdən düşmən ölkə ilə sərhəddə yerləşən və stratej yüksəkliyə malik Kəlbəcərin qaytarılması çox önəmlidir.


    Əhalisi 1 yanvar 2020-ci il tarixə olan məlumata əsasən, 77 min nəfərdir. Hazırda rayondan məcburi köçkün düşənlərin 22%-i Gəncədə, 14%-i Bakıda, 12%-i Goranboyda, qalan hissəsi ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşıb. Deməli, buradakı məcburi köçkünlər uzun müddət sonra öz torpaqlarına qayıdış edə biləcək.

    Kəlbəcər turizm nöqteyi nəzərindən də çox qiymətli rayondur. Rayon ən qədim insan məskənlərindən biri kimi tanınır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

    Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib.

    Kəlbəcərdə “türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Zar və digər kəndlərin ərazisindədir. Qəbiristanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir. Kəlbəcər qədimliyinə görə həm də “Azərbaycanın ikinci Qobustanı” adlandırılır. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların “əkiz”ləridir.


    Kəlbəcər rayonunda olan dağ qalaları içərisində ən əzəmətlisi Lex qalasıdır. Qala Qanlıkənd kəndi ərazisində Lev çayının sağ sahilindən 600 metrə yaxın məsafədə, meşəli uca dağ belində salınıb. Üç tərəfdən sıldırım qaya və uçurumlarla əhatə olunmuş qalanın uzunsov, dağ relyefinə uyğun mürəkkəb plan quruluşu var. Lex qalası XIII–XIV yüzilliklərin abidəsidir.


    Kəlbəcərdə dünya əhəmiyyətli 2 tarix-mədəniyyət abidəsi vardır. Onlar Gəncəsər və Xudavəng monastrlarıdır. Hər iki abidə erməniləşdirilsə də, tarixən qədim alban monastrları olub.

    Tarixi Qafqaz Albaniyasının məbəd və digər mədəni irsi nümunələri erməni kitablarında, “qədim erməni” mədəni irsi, tarixi Ermənistan və erməni kilsəsinin tərkib hissəsi kimi qələmə verilir. Kəlbəcər rayonunun işğalından sonra Xudavəng monastrında da qanunsuz bərpa işləri başlanılıb. Bərpa adı altında saxtakarlaşdırma işləri Erməni Apostol Kilsəsinin nəzarəti altında 1997-2011-ci illərdə davam edirilib.


    Rayon ərazisi mədəniyyət abidələri və dini məbədlərlə zəngindir. Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədulla ziyarətgahı uzun illər işğal altında qalaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdılıb.

    Kəlbəcərdə ümumilikdə 51 tarix-memarlıq abidəsi, 82 mədəniyyət evi və klub, 80 kitabxana, 1 musiqi məktəbi, 1 muzey fəaliyyət göstərib.

    Bu bölgədə bitən 4 min adda bitkinin təxminən 200-ü dərman bitkiləridir. Kəlbəcərdə 76 növ mineral, 36 süxur növü olduğu məlumdur. Buna görə də Kəlbəcər həm də geoloqlar tərəfindən “daş xəzinəsi” kimi qəbul edilir.

    Kəlbəcərdəki geoloji (paleontoloji) obyektlərdəki yarğan və qobularda 40 metrədək hündürlüyü olan sütunvari vulkanik çıxışlar mövcuddur. Bunlar vulkanik süxurlar üçün xarakterikdir. İstisu kəndində “Bazaltın sütunvari aralanması” adlı geoloji abidə yerləşir.


    Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazdə bioloji müxtəlifliyə, o cümlədən flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələrinin, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub.

    Kəlbəcər rayonunda 968 hektar ərazini əhatə edən “Qırmızı kitab”a daxil edilmiş ayı fındığı ağacları da kütləvi şəkildə qırılıb. Ayı fındığına Azərbaycanın başqa meşələrində nadir hallarda təsadüf olunur. Kəlbəcər rayonunda dəniz səviyyəsindən 1500-2100 m hündürlükdə bitir. Bəzi ayı fındığı ağaclarının hündürlüyü 25 metrə, diametri 48-120 sm-ə çatır. Məhdud dairədə yayıldığı üçün qiymətlidir.

    Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik 7 relikt göl, o cümlədən Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl ciddi antropogen təsirə məruz qalıb.

    Kəlbəcər rayonu ərazisi zəngin faydalı qazıntılarla, o cümlədən qızıl, gümüş, mis, xrom, civə, tellur, selen və s. kimi yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Söyüdlü, Ağduzdağ və Qızılbulaq qızıl, Şorbulaq və Ağyataq civə və Mehmana polimetal yataqları (ümumilikdə 35-ə yaxın yataq var) xüsusilə əhəmiyyətlidir. Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur.

    Kəlbəcərin Söyüdlü – Zod qızıl yatağı qədim tarixə malikdir. Söyüdlü sahəsində 1970-1980-cı illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağara­lar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni “qızıl şəhəri” adı ilə məşhur olub.

    İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları uzun illər Ermənistan tərəfindən talan edilib.

    Kəlbəcər rayonu ərazisində yerləşən İstisu və Tutqun termal-mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. İstisu bulağı üstündə 1980-cı illərdə iri kurort-sanatoriyalar və mineral sudoldurma zavodu tikilib. Zavod sutkada 800 min litr su istehsal edirdi. İstisu sanatoriyalarında hər il xeyli sayda insan müalicə olunur və istirahət edirdi.

    Kəlbəcərin kənd təsərrüfatında isə heyvandarlıq əsas yer tutub. 1980-ci illərdə Kəlbəcərdə 130 min baş iribuynuzlu və xırdabuynuzlu heyvanlar saxlanıb. Kəlbəcər həm də iri tütünçülük rayonlarından biri olub. 1980-ci illərin statistikasına görə, burada 660 hektar sahədə tütün əkilib.


    Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb.

    Azərbaycanın bir neçə böyük çayının mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometrdir. Bazarçay və Xaçınçayın uzunluğu təqribən 200 kilometrə yaxındır. Bu çaylar böyük ərazini qidalandırırdı. İşğal dövründə Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra Suqovuşan su anbarında yığılırdı, işğalçının maraqlarını təmin edirdi. Suqovuşan qəsəbəsi azad edildikdən sonra artıq 100 min hektara yaxın suyun verilməsi nəzərdə tutulur.

    Beləliklə, Kəlbəcərin Azərbaycana təhvil verilməsi ölkə iqtisadiyyatına böyük töhvə verəcək.

  • Mənsum İbrahimov və Təyyar Bayramov Ağdamda “Qarabağ” mahnısını oxudular – VİDEO

    Əslən Ağdamdan olan iki xanəndə Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramov işğaldan azad olunmuş rayonlarına səfər ediblər.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Xanəndələr erməni vandalları tərəfindən dağıdılmış Ağdam Dram Teatrının qarşısında “Qarabağ” mahnısını ifa ediblər.

    Həmin görüntüləri təqdim edirik:

  • Педиатр Нигяр Мирзаева о том, чем грозит детям лечение антибиотиками без назначения врача – ИНТЕРВЬЮ

    С 18 по 24 ноября проходила Всемирная неделя правильного использования противомикробных препаратов, которая призвана повышать осведомленность о глобальной проблеме устойчивости к этим лекарствам. С ростом числа респираторных заболеваний в зимние месяцы в нашей стране, так же как и во всем мире, актуализируется проблема нецелевого использования антибиотиков. Это влечет за собой серьезные проблемы для здоровья, особенно детского.

    В интервью Media.az об этом рассказала педиатр Центрального таможенного госпиталя Нигяр Мирзаева.

    – Насколько известно, Всемирная организация здравоохранения (ВОЗ) провела исследование, посвященное использованию антибиотиков…

    – Согласно исследованию ВОЗ, в 61,9% случаях антибиотики используются при респираторных инфекциях, в 29,85% – при тонзиллите и в 16,4% – при среднем отите. Наиболее часто применяемыми антибиотиками являются амоксициллин-клавуколант (64,17%), затем следуют ампициллин+сульбактам (22,3%) и цефуроксима ацетил (13%).

    Результаты исследования показали, что заболевания, при которых пациенты принимали антибиотики, связаны в основном с большим количеством вирусных патогенов. Так что в 50% случаев необходимости использовать их не было.

    – Но в нашей стране родители привыкли давать детям антибиотики…

    – При вирусных инфекциях, то есть вызванных вирусами, у детей появляются температура, боль в горле, кашель и насморк. Естественно, что родителей беспокоит тяжелое течение заболевания, особенно если наблюдается высокая температура (39-40 градусов), которая порой не спадает несколько суток. Чтобы помочь своему ребенку, они начинают давать ему антибиотики, причем без консультации с врачом. Но нужно отметить, что продолжительность сохранения симптомов при вирусных заболеваниях может составлять пять-семь дней, а иногда доходить до трех недель.

    Следует учитывать, что наличие тяжелых симптомов не является поводом для приема антибиотиков. Вирусные инфекции чаще лечат симптоматически. То есть жаропонижающими и обезболивающими препаратами, средствами от насморка. Если нет патологий в легких, то также назначают лекарство от кашля, одновременно рекомендуется пить большое количество жидкости.

    – Вы упомянули, что иногда родители дают детям антибиотики без назначения врача. К каким последствиям это может привести?

    – Прежде всего, злоупотребление антибиотиками создает у детей устойчивость к ним. Это впоследствии может помешать врачам при лечении заболевания. Таким образом, процесс лечения затягивается из-за устойчивости организма к антибиотикам, которые выписывает врач. Кроме того, поскольку антибиотики выводятся из организма через печень и почки, их длительное употребление ухудшает функции этих органов, что может привести к почечной и печеночной недостаточности. Это также приводит к уничтожению полезных бактерий, необходимых организму.

    – А в каких случаях нужно использовать антибиотики?

    – В случае бактериальных инфекций, то есть при инфекциях, вызванных бактериями. Это пневмония, неаллергический бронхиолит, отит, инфекции мочевыводящих путей и кишечные, вызванные определенными бактериями. При подобных патологиях необходимо использовать антибиотики. Однако очень важно принимать антибиотики в соответствии с рекомендациями врача, исходя из правильной дозировки и продолжительности. Особо хочу обратить ваше внимание на длительность приема антибиотиков.

    Некоторые такие препараты принимают в течение трех дней, другие – 10-14 дней. Одна из самых больших ошибок – преждевременное прекращение приема антибиотиков. Дело в том, что, как правило, после первых дней приема этих препаратов клинические симптомы заболевания могут исчезнуть. Но преждевременное прекращение может привести к рецидиву и обострению болезни. Поэтому родители должны строго контролировать назначенную врачом дозировку и продолжительность.

    – Насколько я знаю, после принятия антибиотиков, так же как и всех других препаратов, могут возникнуть побочные эффекты…

    – Во время приема антибиотиков может возникнуть анафилактический шок. Это состояние чаще встречается при приеме антибиотиков пенициллинового ряда и иногда может привести к смерти. Поэтому вводить их внутримышечно и внутривенно в домашних условиях особенно опасно.

    – Получается, что в профилактических целях вообще нельзя принимать антибиотики?

    – Низкие дозы антибиотиков длительного действия позволительны в профилактических целях, если у ребенка с низким иммунитетом наблюдаются рецидивирующие инфекции мочевыводящих путей, миокардит или ревматоидный артрит, вызванный бета-стрептококковой ангиной в горле. Но ни в коем случае не следует давать антибиотики здоровым детям, чтобы предотвратить заболевание, поскольку их прием может только все усугубить. Короче говоря, если родители хотят вырастить здорового ребенка, они не должны давать ему антибиотики без назначения врача.

  • Pediatr uşaqların həkim məsləhəti olmadan antibiotiklərlə müalicəsinin fəsadlarını açıqladı

    18-24 noyabr tarixlərində Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsi keçirilib. Ölkəmizdə, eləcə də bütün dünyada qış aylarında respirator xəstəliklərinin sayının artması ilə antibiotiklərin yanlış istifadəsi problemi aktuallaşır. Bu, xüsusilə uşaqlar üçün ciddi sağlamlıq problemlərinə səbəb olur.

    Bu barədə Media.Az-a Mərkəzi Gömrük Hospitalının pediatrı Nigar Mirzəyevə daha ətraflı danışıb.

    Həkim bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) apardığı tədqiqatlara əsasən 61,9 faiz hallarda antibiotiklər respirator infeksiyalar, 29,8 faiz hallarda tonzillit və 16,4 faiz hallarda isə orta otitin müalicəsi zamanı istifadə olunur.

    Tədqiqatın nəticələri pasiyentlərin antibiotik qəbul etdikləri xəstəliklərin əsasən böyük sayda virus patogenləri ilə əlaqəli olduğunu göstərib. Odur ki, 50 faiz hallarda antibiotik qəbuluna ehtiyac olmayıb.

    Pediatr həmçinin ölkəmizdə valideynlərin övladlarına antibiotik verməsindən də bəhs edib.

    “Virus infeksiyası zamanı uşaqlarda temperatur yüksəlir, boğaz ağrısı, öskürək və burun axması müşahidə olunur. Təbii ki, xəstəliyin ağır keçməsi, xüsusən yüksək temperaturla müşahidə olunması valideynləri narahat edir. Nəticədə valideynlər həkim məsləhəti olmadan uşaqlara antibiotik verməyə başlayırlar. Ancaq qeyd etmək lazımdır ki, virus infeksiyası zamanı simptomların davam etməsi 5-7 gün, hərdən isə üç həftəyə qədər davam edə bilər. Nəzərə almaq lazımdır ki, ağır simptomların olması antibiotiklərin qəbulu üçün səbəb deyil”, – deyə həkim bildirib.

    Nigar Mirzəyevə eyni zamanda valideynlər tərəfindən həkim məsləhəti olmadan uşaqlara antibiotiklərin verilməsinin fəsadları barədə də bəhs edib.

    “Əvvəla, antibiotiklərdən sui-istifadə hallarında uşaq orqanizmi onlara öyrəşir. Bu sonradan həkimlərin xəstəliyi müalicə etməsinə mane ola bilər. Belə olan halda müalicə ləngiyir. Bundan əlavə, antibiotiklərin qaraciyər və böyrəklər vasitəsilə orqanizmdən ifraz olunması səbəbindən bu orqanların işini pozur. Antibiotiklər həmçinin bədənin ehtiyac duyduğu faydalı bakteriyaları da məhv edir.

    Pediatr qeyd edib ki, antibiotiklərdən yalnız bakterial infeksiyalar zamanı istifadə etmək lazımdır və bunun üçün də mütləq şəkildə həkim məsləhəti olmalıdır.

  • Внесены изменения в список должностных лиц, имеющих право на получение служебного паспорта

    Президент Азербайджана Ильхам Алиев подписал Указ о внесении изменений в “Список должностных лиц, имеющих право на получение служебного паспорта”, утвержденный Указом Президента Азербайджана № 391 от 3 марта 2011 года.

    Согласно указу, в пункт 2.3 из “Списка должностных лиц, имеющих право на получение служебного паспорта”, утвержденного Указом Президента Азербайджана № 391 от 3 марта 2011 года, исключаются слова “Секретариат Комиссии по прозрачности в добывающей промышленности”.