Month: November 2020

  • Tanınmış təhsil eksperti vəfat edib

    Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı İdarə Heyətinin üzvü, ADR Hərəkatı sədrinin müavini Məlahət Mürşüdlü 72 yaşında vəfat edib.

    Bu barədə sosial şəbəkədə ADR-in idarə heyətinin üzvləri paylaşım ediblər.

    M.Mürşüdlü Azad Müəllimlər Birliyinin sədri, tanınmış təhsil eksperti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru idi.

  • Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlandı

    Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün hazırlanan tədbirlər planı işğaldan azad edilmiş ərazilərin, döyüş zonasına yaxın olmuş bölgələrin sakinlərini, erməni terrorundan zərər çəkmiş şəxsləri də əhatə edir.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

    Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi möhtəşəm qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrini, müharibə əlilləri və digər iştirakçılarını geniş sosial dəstək tədbirləri ilə əhatə edəcək. Həmin tədbirlər çərçivəsində onların məşğulluq imkanlarının da artırılması təmin olunacaq. Bu məqsədlə Tədbirlər Planı hazırlanıb.

    Plan işğaldan azad edilmiş ərazilərin, döyüş zonasına yaxın olmuş bölgələrin sakinlərini, erməni terrorundan zərər çəkmiş şəxsləri də əhatə edir.

    Tədbirlər Planında nəzərdə tutulur:

    Şəhid ailələri, müharibə əlilləri və iştirakçılarının özünüməşğulluq proqramına qısa zamanda növbədənkənar cəlb edilməsi, onların istehsal-xidmət və kənd təsərrüfatı sahələri üzrə mal və materiallarla, avadanlıqlarla təmin edilməklə kiçik bizneslərinin yaradılması;

    Döyüş zonasına yaxın olmuş bölgələrdə özünüməşğulluq proqramına cəlb olunan şəxslər üzrə kvotanın artırılması, proqram üzrə mal və materiallarla, avadanlıqlarla təminat işlərinin genişləndirilməsi;

    Erməni terroru nəticəsində kiçik müəssisə və ailə təsərrüfatlarına ziyan dəymiş vətəndaşlara özünüməşğulluq proqramı çərçivəsində dəstəyin göstərilməsi;

    Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının növbədənkənar cəlb edilməsi, döyüş zonasına yaxın olmuş bölgələrdə bu proqram üzrə kvotaların artırılması;

    Həssas qruplardan olanlar üçün nəzərdə tutulan kvotadan başqa, əlavə olaraq şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün iş yerləri yaradan işəgötürənlər üçün həmin iş yerləri üzrə əməkhaqqının 100 faizədək maliyyələşdirilməsi layihəsinin hazırlanması və icrası və s.

  • Kəlbəcər rayonunun İstisu qəsəbəsindən videogörünütlər – VİDEO

    Müdafiə Nazirliyi Kəlbəcər rayonunun İstisu qəsəbəsindən videogörünütlər yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Азербайджанский боксер нокаутировал соперника из Пуэрто-Рико

    Азербайджанский боксер Магомедрасул Меджидов провел очередной бой на профессиональном ринге.

    Как сообщает Report, в третьей встрече за свою карьеру он сразился с представителем Пуэрто-Рико Сахретом Дельгадо.

    Бой, прошедший в американском штате Флорида, завершился победой Меджидова. В третьем раунде азербайджанский боксер нокаутировал соперника.

  • Azərbaycanlı boksçu rəqibini nokauta saldı


    Azərbaycanlı boksçu Məhəmmədrəsul Məcidov peşəkar rinqdə növbəti görüşünü keçirib.

    “Report”un məlumatına görə, təcrübəli idmançı karyerasındakı üçüncü döyüşündə Puerto Riko təmsilçisi Sahret Delqado ilə üz-üzə gəlib.

    ABŞ-ın Florida ştatında baş tutan qarşılaşma Məcidovun qələbəsi ilə yekunlaşıb. Boksçu üçüncü raundda rəqibini nokauta salıb.

    Qeyd edək ki, Məhəmmədrəsul Məcidov daha əvvəl ABŞ təmsilçisi Ed Fonteyni və britaniyalı Tom Littlı məğlub etmişdi.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке повысилась на 0,45 доллара – до 48,73 доллара за баррель.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008 года (149,66 доллара за баррель).

  • Azərbaycan nefti bahalaşır

    Azərbaycan nefti bahalaşıb.

    “Azeri Light” markalı neftin bir bareli 0,93 faiz və ya 0,45 ABŞ dolları qədər bahalaşıb. Nəticədə, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 48,73 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum 149,66 dollara satılıb.

  • Bakıda kafedə yanğın olub

    Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 80 kvadrat metr olan birmərtəbəli kafenin mansardının yanar konstruksiyaları 80 kvadrat metr sahədə yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, kafenin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Prezidentin köməkçisi xarici diplomatlarla Tərtər və Ağdamda – FOTO

    Prezident İlham Əliyevin tapşırığı ilə diplomatik korpusların nümayəndələrinin Tərtərə səfəri təşkil edilir.

    Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında paylaşım edib.

    Paylaşımda bildirilib ki, ölkə başçısının tapşırığına əsasən, diplomatik korpuslar, beynəlxalq təşkilat rəhbərlərinin Tərtərə və işğaldan azad olunan Ağdama səfəri təşkil olunur:

    “Onlar Ermənistanın hücumlarından sonrakı Tərtəri görəcəklər. Ağdam dağıdılaraq “ruhlar şəhəri”nə çevrilib. Sürgündə olan “Qarabağ” futbol klubu da yanımızdadır”.


  • Ağcabədidə yanğın olub

    Ağcabədi rayonunda yanğın hadisəsi baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ümumi sahəsi 110 kvadrat metr olan birmərtəbəli üç otaq və aynabənddən ibarət evin aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 50 kvadrat metr sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.