Month: November 2020

  • В Агдам проводится дорога – ФОТО

    На освобожденных от оккупации территориях Азербайджана восстанавливается инфраструктура, начаты работы по благоустройству.

    Соответствующие структуры уже приступили к работам по прокладке дороги в Агдам.

    Фотография в связи с этим опубликована в соцсетях.

  • Ağdama yol çəkilir – FOTO

    İşğaldan azad olunmuş ərazilərimizdə infrastruktur bərpa olunmağa, abadlıq işləri görülməyə başlanıb.

    Artıq Ağdama yol çəkilişi həyata keçirilir.

    Bunu əks etdirən foto sosial şəbəkələrdə yayılıb.

  • Araik Arutyunyan vəzifəsindən azad edildi – RƏSMİ

    Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan vəzifəsindən azad edilib.

    Median.Az konkret.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq fərmanı bu gün Ermənistan prezidenti Armen Sarkisyan imzalayıb.

    A. Arutyunyanı nazir postunda Vaqram Dumanyan əvəz edib.

    Bu, artıq son bir həftə ərzində Ermənistan hökumətini tərk edən beşinci nazirdir. Müxalifət onun gedişini müharibədən xeyli əvvəl istəsə də, Baş nazir Paşinyan onu bu günədək müdafiə etdi. Bundan artığını isə bacarmadı.

  • Sərhədkeçməyə məhdudiyyət siyahısına əlavələr edilib

    “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” fərmana dəyişiklik edilib.

    Bu barədə Azərbaycan Respublikası Prezidenti Fərman imzalayıb.

    Belə ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”nin 8.20.2-ci yarımbəndinə dəyişiklik edilib.

    Dəyişikliyə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklər qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirilmədikdə hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün məhkəmənin qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusunu dəyişdirilməsi nəzərdə tutulur.

  • Əlcəzair səfiri Füzuli şəhərinə səfər edib

    Əlcəzairin Azərbaycandaki səfiri Səlimə Abdelhak Xarici İşlər Nazirliyinin noyabrın 22-də işğaldan azad olunmuş Füzuli şəhərinə təşkil etdiyi səfərdə iştirak edib.

    Bu barədə “Report”a Əlcəzairin Azərbaycandakı səfirliyindən məlumat verilib.

    Xanım səfir bildirib ki, dağılmış şəhər beynəlxalq müşahidəçilərin uzun illər davam edən münaqişənin acı nəticələrini görmələrinə imkan vermək üçün öz qapılarını açıb. Beynəlxalq hüququn bərpasından sonra Azərbaycana böyük sənətkarlar bəxş edən şəhəri səciyyələndirən sənət və mədəniyyətin yenidən qurulmasının, abadlaşdırılmasının və canlandırılmasının vaxtı gəlib çatıb.

  • Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib

    Azərbaycanın Rus İcmasından Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevə məktub ünvanlanıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

    “Möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Heydər oğlu!

    İcazə verin, Azərbaycanın Rus İcması adından Sizi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı bütün Azərbaycan xalqının düşmən üzərində birmənalı, möhtəşəm Qələbəsi münasibətilə təbrik edək. Ermənistan Respublikasının işğalçı qüvvələri darmadağın edildi və geri çəkildi.

    Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatı 30 illik müharibəyə son nöqtə qoydu və Azərbaycanın qalib statusunu təsbit etdi.

    Möhtərəm İlham Heydər oğlu, biz bilirik ki, Siz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə müvafiq olaraq bu münaqişənin dinc yolla nizamlanması üçün nə mümkündürsə etdiniz. Lakin Ermənistanın destruktiv mövqeyi danışıqlarda irəliləyişə nail olmağa imkan vermədi, onun daimi hərbi provokasiyaları bu il sentyabrın 27-də münaqişənin eskalasiyasına gətirib çıxardı.

    Biz, Azərbaycanın rus əhalisi Sizin mətinliyinizə, müdrikliyinizə və qəti qələbəyə qədər getmək əzminizə görə Sizə səmimi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk.

    Sizin rəhbərliyinizlə igid, rəşadətli ordumuz qısa müddətdə çoxsaylı kəndləri, şəhərləri erməni işğalından azad etdi və Ermənistanı tam hərbi kapitulyasiya aktını imzalamağa məcbur etdi.

    Respublikanın rus vətəndaşlarının çoxu 1990-cı illərin əvvəlində olduğu kimi, bu dəfə də Azərbaycan xalqı ilə çiyin-çiyinə dayandı və Azərbaycan sərhədlərinin pozulmazlığı hüququnu müdafiə edərək ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında iştirak etdi.

    Biz Sizin sözlərinizi xatırlayırıq ki, bu gün biz birlikdəyik və heç kəs bu birliyi poza bilməz.

    Cənab Prezident, Sizin Ali Baş Komandan, diplomat, siyasi xadim və öz ölkəsinin vətəndaşı kimi fəaliyyətiniz sabahkı quruculuq gününə qəti əminlik yaradır, o vaxt minlərlə insan öz evlərini yenidən tikmək, müharibə dəhşətlərinin nə demək olduğunu bilməyən yeni nəsil tərbiyə etmək üçün işğaldan azad olunmuş torpaqlara qayıda biləcəklər.

    Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsinin torpağında sülhün və firavanlığın bərpa edilməsi üzrə titanik səylərinizə görə sağ olun.

    Sizin Azərbaycan xalqına səmimi müraciətləriniz bu xalqın qəlbində inam oyatdı, düşməni darmadağın etmək və Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün xalqı vahid cəbhə kimi sıx birləşdirdi. Biz doğma Qarabağ regionunu azad etdik, bu gün bizim bayrağımız Şuşada – Qarabağın ürəyində dalğalanır. Məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaq və bütün ölkəmiz yenidən firavanlaşacaq.

    Bütün Azərbaycan xalqı çoxdan gözlədiyimiz şanlı Qələbə gününü Sizinlə birlikdə bayram edəcək.

    Yaşasın Ali Baş Komandan!

    Yaşasın çoxmillətli Azərbaycan xalqı!

    Yaşasın Azərbaycan Ordusu!

    Qarabağ Azərbaycandır!”.

  • Мехрибан Алиева: Да здравствуют азербайджанский флаг, азербайджанский солдат, азербайджанский народ! – ВИДЕО

    Да здравствуют азербайджанский флаг, азербайджанский солдат, азербайджанский народ!

    Об этом Первый вице-президент Мехрибан Алиева отметила в своей публикации в связи с поездкой вместе с Президентом Ильхамом Алиевым в освобожденный от оккупации город Агдам.

    В опубликованном Мехрибан Алиевой видео Верховный Главнокомандующий Ильхам Алиев, указывая на развевающийся флаг, говорит:

    “Флаг, который я поднял! Да здравствует!”.

  • Mehriban Əliyeva: “Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun” – VİDEO

    “Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun!”

    Bunu Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə işğaldan azad edilən Ağdam şəhərinə səfəri ilə bağlı paylaşımında yazıb.

    Mehriban Əliyevanın sosial şəbəkədə paylaşdığı videoda Ali Baş Komandan İlham Əliyev dalğalanan bayrağı göstərərək deyir:

    “Qaldırdığım bayraq! Eşq olsun!”

  • Lerikdə avtomobil dərəyə aşıb, sürücü ölüb

    Lerik rayonunda yol qəzası baş verib.

    “Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə Piran kəndindən qışlaq yoluna qalxan hissədə qeydə alınıb.

    Belə ki, Cəlilabad rayonunun Alar kənd sakini, 1970-ci il təvəllüdlü Davud Alıxan oğlu Əliyev idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək təxminən 90 metr hündürlükdən aşağı dərəyə yuvarlanıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Mərhumun meyiti Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisəyə hava şəraitinin yağıntılı olması ilkin səbəb kimi göstərilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Nəsimi Paşayev: “Hər iki ayağı amputasiya olunmuş əsgər “əlayam” deyirdi”

    “Hospitala minaya düşən, yaralanan əsgərlər daxil olurdular, heyfsləndikləri o idi ki, niyə yaralanıb döyüşdən aralı düşüblər. Deyirdilər ki, məni təcili sağaldın, döyüşə qayıdım, orada mənim döyüşçü yoldaşlarım qalıb. Təsəvvür edin ki, hər iki ayağı amputasiya olunmuş, başında qəlpə yarası olan əsgər atası ilə danışır. Atası soruşur: “necəsən?”, “əlayam, hər şey gözəldir” deyir.

    Bu fikirləri “Report”un efirində “Müzakirə vaxtı” verilişində “Hünər Group”un nümayəndəsi Nəsimi Paşayev deyib.

    Onun sözlərinə görə, döyüşün ilk günlərindən yardım məqsədilə cəbhə bölgəsinə yollanıblar: “Şirkət Müdafiə Nazirliyinə müraciət edərək könüllü şəkildə yaralıların daşınması və digər tibbi köməklik göstərilməsini təklif edib. Müdafiə Nazirliyindən isə şirkətə bildirilib ki, Gəncə hərbi hospitalında bu xidmətə ehtiyac var. Bundan sonra şirkətin həkim, feldşer və sürücülərdən ibarət 12 nəfərlik könüllü heyəti təcili tibbi yardım avtomobilləri ilə sözügedən hospitala gedib. 4 təcili tibbi yardım avtomobilindən birini isə şəxsən şirkətin direktoru Ehtiram Quliyev özü idarə edib. Həmin heyət Gəncə Hərbi Hospitalına və oradan digər xəstəxanalara yaralıların daşınmasını həyata keçirib”.

    N.Paşayev bildirib ki, oktyabrın 26-da işğaldan azad edilən Qubadlı rayonunda səhra hospitalı yaradılıb və şirkətin könüllüləri orada fəaliyyət göstərməyə başlayıb: “Şuşa uğrunda döyüşlər gedəndə hospitalın rəisi zarafatyana dedi ki, bəlkə, Şuşaya gedək? Biz də dedik ki, təbii ki, niyə getməyək? Həm orada bizə ehtiyac var, həm də Şuşanı görmək həsrəti var. Şuşa şəhəri işğaldan azad olunan kimi bizə rəsmi tapşırıq gəlmişdi ki, Şuşada da yaralılara xidmət göstərmək lazımdır. Çox da böyük olmayan heyətlə Şuşaya yollandıq”.

    “Hünər Group”un nümayəndəsi vurğulayıb ki, Şuşaya getmək üçün təhlükəli yollardan keçiblər. “Ordumuz Şuşanı almaq üçün həm döyüşüb, həm də yol açıb. Biz qayıdanda bir yaralı əsgər vardı, dedi ki, biz 18 saat bu yolu getmişik. Onları gördükcə biz də daha böyük ruh yüksəkliyi yaranırdı ki, onlar döyüşə-döyüşə gediblərsə, nə qədər təhlükəli olsa da, artıq atəşkəs dövründə getməmək olmaz. Yolda gedərkən avtomobilimin təkəri partlamışdı, amma yollar o qədər çətin idi ki, mən bunu heç kimə bildirmədim. Sıldırımlı, palçıqlı, çətin keçilən yollarda maşınların hər an aşma təhlükəsi vardı. Avtomobildə olan tibb bacıları da narahat idilər. Kəndə çatana qədər boşalmış təkərlə sürdüm”.

    N.Paşayev deyib ki, mənzil başında ilk olaraq “Şuşa” yazılmış lövhənin qarşısında dayanıblar: “Möhtəşəm bir hiss idi. Orada Azərbaycan Ordusunun əsgərlərini, Azərbaycan, Türkiyə bayraqlarını gördük, sözlə ifadə olunmayan hisslərdir. Daha sonra Şuşaya daxil olduq. Şuşada da ilk hospitalın qurulması üçün lazımi işlər görülüb. Minaya düşən bir yaralı əsgərimiz vardı, sağ olsun həkimlərimiz, 28 ildən sonra ilk dəfə Şuşada cərrahiyyə əməliyyatı keçirdilər”.

    Müsahibimiz əlavə edib ki, Şuşanın Gövhər Ağa məscidində əsgərlərlə birgə ilk cümə namazının qılınmasında iştirak etmək də onlara nəsib olub.