Month: November 2020

  • Orxan Səfərov dünya reytinqində irəlilədi, Olimpiadaya gedir

    Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatının ardınca cüdoçuların dünya reytinqi açıqlanıb.

    Dörd cüdoçumuz öz çəkisində “Top-10”da, dördü isə ikinci “onluq”da yer alıb.

    Praqada bürünc medal qazanan Rüstəm Orucov (-73 kq) xal hesabını 6575-ə çatdırıb. Bir pillə irəliləyən təmsilçimiz reytinq cədvəlinin zirvəsinə yüksəlib.

    Avropa çempionatında gümüşə yiyələnən İrina Kindzerskaya (+78 kq) bir pillə yüksəlib. Ukraynalı legionerimiz 5464 xalla dördüncü yerə qalxıb.

    Avropa üçüncüsü Məmmədəli Mehdiyev (-90 kq) 5-ci pillədə qalıb – 4309 xal. Praqada uğursuz çıxış edən Elmar Qasımovun (-100 kq) da mövqeyi dəyişməyib. O, 3994 xalla 10-cudur.

    Digər cüdoçularımız “onluq”dan kənarda qalıb. Koronavirusa yoluxduğu üçün Avropa çempionatına aparılmamış Hidayət Heydərov (-81 kq) 1 pillə geriləyərək 83-cü yerə düşüb. Həmin çəkidə Murad Fətiyev 1416 xalla 39-cü yerə enib. Bürünc medal qazansa da, Zelim Kotsoyev (-100 kq) 3267 xalla 13-cü yerə düşüb.

    Avropa çempionu Orxan Səfərov (-66 kq) 6 pilləlik sıçrayışa nail olub. O, 2776 xalla 16-cı sırada yer alıb. Həmin çəkidə çıxış edən Nicat Şıxəlizadə isə iki pillə geriləyib. Bu nəticə ilə Olimpiadaya Orxan Səfərov lisenziya qazanmış sayılır.

    Mövqeyini iki pillə pisləşdirən Uşanqi Kokauri (+100 kq) 2518 xalla 19-cudur.

  • İctimai iaşə müəssisələrində karantinin tələblərini tətbiq edən şəxs olacaq

    Nazirlər Kabineti 455 №-li qərarın izahını verib.

    Hökumətdən verilən məlumata görə, “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyən edilməlidir.

    Karantin tələbləri üzrə əlaqələndirici (məsul) şəxs funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədaxili rəsmiləşdirilməlidir.

    Həmin məsul şəxs epidemiya əleyhinə mövcüd tələblərin müəssisədə tətbiqinin təşkili, bu tələblərin yerinə yetirilməsinə yerində nəzarəti həyata keçirməklə bərabər nəzarətedici dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə əlaqələndirici olacaq, müəssisənin işçilərini təlimatlandıracaq, dezinfeksiya tədbirlərini təşkil edəcək, bu tədbirlərin müəssisədaxili qeydiyyat formaları və cədvəllərini tərtib edəcək, icrasına müəssisə daxilində nəzarət edəcək.

  • İlham Əliyev: “Bütün dünya görsün ki, vəhşi düşmən kəndlərimizi nə günə qoyub” – VİDEO

    “Bütün dünya görsün ki, vəhşi düşmən bizim kəndlərimizi nə günə qoyub”.

    Bunu işğaldan azad edilən Ağdama səfər edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

    Birinci vitse-prezident Mehriban Əliyevanın “İnstagram” səhifəsində yaydığı videoda İlham Əliyev düşmənin müdafiə xəttini göstərərək, Azərbaycan vətəndaşlarının düşmən tərəfindən dağıdılmış evlərinə diqqət çəkib:

    “Hansı vəhşilərlə biz üz-üzəydik, hansı vəhşiləri biz məğlub etmişik. Bütün dünya bunu görməlidir.

    Bir dənə də salamat bina yoxdur, hamısını dağıdıblar.

    Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək. Ağdam şəhərinə də biz jurnalistləri, o cümlədən xarici jurnalistləri, diplomatik korpus nümayəndələrini dəvət edəcəyik. Qoy, gəlsinlər, görsünlər”.

  • Rusiya sülhməramlısı Qarabağda yaralandı

    Rusiya sülhməramlısı minaya düşərək xəsarət alıb.

    “Report” xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

    Məlumata görə, yaralanan zabit Bakıda xəstəxanaya yerləşdirilib.

  • В Карабахе на мине подорвались российский миротворец и четверо армянских военных

    Российский миротворец и четверо армянских военнослужащих ранены при взрыве мины у села Суговушан в Тертерском районе, передает РИА Новости.

    Подрыв произошел, когда совместная группа по обмену телами погибших вела поиски у населенного пункта.

    В группу входили российские миротворцы, азербайджанские и армянские военные, представители Международного комитета Красного Креста.

    Следует отметить, что раненый миротворец доставлен в бакинский госпиталь. Его жизни ничто не угрожает.

  • Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı

    Dağlıq Qarabağ ərazisində minanın partlaması nəticəsində Azərbaycan Silahlı qüvvələrinin hərbçisi şəhid olub.

    Bu barədə “RİA Novosti” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

    Hadisənin cəsədlərin axtarışı zamanı baş verdiyi bildirilir.

    Suqovuşan ərazisi yaxınlığında minanın partlaması nəticəsində həmçinin bir Rusiya sülhməramlısı və dörd erməni hərbçi yaralanıb.

    Yaralı rusiyalı hərbçi Bakıya gətirilib. Yaralının həyatı üçün təhlükə olmadığı bildirilir.

  • Ermənilərin dili ilə: “Bizə inanmayın, damarımızdan erməni qanı axır” – VİDEO

    Ötən gün Rusiyanın “Rossiya 1” kanalında “Vesti Nedeli” xəbər proqramında 1989-cu ildə Xocavənd rayonunun Tuğ kəndində cərəyan edən hadisələrlə bağlı videomaterial efirə gedib.

    Baku TV xəbər verir ki, aparıcının “Heç vaxt Dağlıq Qarabağdan çıxarılan azərbaycanlıların çarəzsizliyini unutmayacağam” fikirləri ilə videomateriala giriş etməsi diqqət çəkib.

    Əslində videomaterialda cərəyan edən hadisələrə nəzər yetirərkən açıq-aydın ermənilərin 1988-89-cu illərdən Dağlıq Qarabağda yaşayan əhalinin sıxışdırılmasının, təqiblərə məruz qalmasının şahidi oluruq. Reportajda diqqət çəkən digər məqam isə Xocavənd rayonunun Tuğ kənd orta məktəbinin taxta arakəsmə ilə iki hissəyə bölünməsi görüntüləridir. Əslində 1989-cu ilə qədər həm Azərbaycan, həm də ermənilər sözügedən bu məktəbdə birlikdə təhsil alıblar.

    Bu barədə həmin məktəbdə dərs deyən Ramiz Cahangirov Baku TV-yə danışıb:

    “Bizlə qonşuluq edən ermənilər birdən-birə öz simalarını dəyişdilər, əsl xislətlərini nümayiş etdirməyə başladılar. Onların ümumi prosesinə qoşulmayan erməniləri incidirdilər, təhqir edib döyürdülər. Artaşes Qriqoryan adlı bir erməni müəllimi var idi. O məni çağırdı və dedi ki, ermənilər məni və ailəmi incidirlər. Çünki biz münasibətlərə loyal münasibət bəsləyirik. sizə məsləhət verirəm ki, siz hətta mənim kimi erməniyə də inanmayın, çünki bizim damarımızdan erməni qanı axır.”

  • Ermənistan Azərbaycana məğlub olduğuna görə Hindistanı günahlandırır

    “Ermənistan müharibədə Azərbaycana məğlubiyyətdə Hindistanı günahlandırır və ondan nasaz “Svati” silah yerləşmə radarına görə 40 milyon ABŞ dolları təzminat tələb edir”.

    “Report” xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin feysbuk səhifəsində yazılıb.

    “Hindistanın reputasiyasını nəzərə alsaq, nə dəstək, nə də təchizat Ermənistana bariz nəticədə kömək edə bilməzdi”, – məlumatda qeyd olunub.

  • Özünüzü günahlardan qoruyun

    Sovetlər İttifaqı dağılanadək (yaxşı ki, dağıldı) dünya iki qütbdən ibarət idi. Təxminən bərabər güclər qarşı-qarşıya dayanmışdı. Dünya xalqları daima səksəkədə idi ki, hər an üçüncü dünya-nüvə müharibəsi başlaya bilər. Sovetlərin süqutundan sonra yeni şərtləri diqtə edən birqütblü dünya yarandı. Bir çox ölkələrdə rəngli inqilablar baş verdi. Maraqlı olan budur ki, onların əksəriyyəti Yaxın Şərq-müsəlman ölkələrini hədəf seçdi, bir çox dövlətlər iflic vəziyyətinə düşdü.

    Yaxın Şərqdə vətəndaş müharibələrinin əks-sədası hələ də səngimək bilmir. Hazırda hansı dünyada yaşadığımızı ayırd etmək çətindir. Bilinmir hansı dünyada yaşayırıq: birqütblü, ikiqütblü, yoxsa çoxqütblü. Bu cür dünya nizamının ağır fəsadları da ortadadır. İşğal, anneksiya faktları baş alıb gedir, Yaxın Şərq, müsəlman dünyası hələ də stabilləşmir. Ən böyük narahatlıq ondadır ki,hətta işğal və anneksiya faktlarına münasibətdə belə ikili standartlara şahidlik edirik. Adını “ikiüzlü”də qoya bilərik. Təəssüf ki, müsəlman ölkələrinə yanaşmada islam faktoru süni şəkildə qabardılır, son dövrlərdə isə türkfobiya gündəmə gətirilir.

    Görünən odur ki, bəzən bu qəsdən edilir… 44 günlük Vətən müharibəsi dövründə həmsədrlərdən biri olan Fransanın tərəfsiz vasitəçiliyə riayət etmədiyini gördük. Fransa prezidenti bəyan etdi ki, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”. Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturası ilə bağlı dövlət rəhbərliyi səviyyəsində təhlükəli açıqlamaya şahidlik etdik, daha sonra bu ölkənin Xarici işlər naziri ermənipərəst bəyanatla çıxış etdi. İndi də fransalı imamlara resbublika dəyərləri xartiyasını qəbul etmək üçün 15 gün vaxt verilib. Sanki islamofobiya və türkfobiya demokratik Fransanın ən əsas “dərd-sərinə” çevrilib. Üstəlik, yayılan məlumatlara əsasən, bu ölkənin senatında qondarma Dağlıq Qarabağ respublikasının müstəqilliyinin tanınması ilə bağlı qərar layihəsi hazırlanır. Bu, bir tərəfdən beynəlxalq hüququn pozulması deməkdirsə, digər tərəfdən Fransanın tərəfsiz vasitəçilik mandatını əzəldən adekvat dəyərləndirmədiyinə işarədir. Bu gün Ermənistanın baş naziri Paşinyan özünün “Twitter” səhifəsində belə bir paylaşım edib ki, “Dost Fransa Ermənistanın və erməni xalqının yanındadır”. Fransa hökuməti adından humanitar yardım daşıyan ilk təyyarə artıq İrəvana eniş edib. 30 il ərzində milyona yaxın qaçqın və köçkünü, hələ Birinci Qarabağ savaşından minlərlə şəhid və qazi ailəsi olan Azərbaycana münasibətdə bu həssas yanaşmanı görmədik. Vətən müharibəsi günlərində Gəncə və Bərdənin mülki əhalisinə Ermənistan ərazisindən ballistik raket və kassetli bombalarla hücum ediləndə, vasitəçi Fransanın sərt qınağının şahidi olmadıq. Amma zamanında məhz tərəfsiz vasitəçilik öhdəliyini öz üzərinə götürən ölkədən bu qınağı eşitməli və görməli idik. Nədənsə eşitmədik.

    Görəsən nədən? Məzarların baş daşında mərhumun doğulduğu, daha sonra bu dünyanı tərk etdiyi tarix göstərilir. 30 ilə yaxın müddətdə Qarabağda şəhər və rayonlarımızın işğal tarixləri bizlər üçün yas-matəm günləri olub. Erməni vandallığı nəticəsində kənd və qəsəbələrimiz, şəhər və rayonlarımız viran qoyulub. Çünki, işğal edildikləri gün bu torpaqlarımıza qəsd edildiyi, onların erməni faşizmi tərəfindən “öldürüldüyü” tarixdir. 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi. Quruculuq-abadlıq işlərindən sonra, bu şəhər və rayonlarımızın girişində xatirə abidələri ucaldılacaq. Onların üzərində işğal edildikləri gün-ölüm, işğaldan azad olunduqları gün isə-doğum tarixi kimi göstəriləcək. Uca Tanrı istəyəndə, ali lütfünü göstərəndə cansıza can verə, doğum və ölüm tarixlərinin yerlərini həqiqətən dəyişdirə bilir. Amma bunu sevimli, seçdiyi bəndələrinin əli ilə edir. Allah Ali Baş Komandanımıza və Ordumuza bundan sonra da yar olsun. Uca Tanrı Şəhidlərimizə rəhmət etsin, yaralı həmvətənlərimizə şəfa versin. Türkfobiya, islamofobiyadan “əziyyət” çəkən ölkə rəhbərləri isə bir həqiqəti qəbul etməlidirlər ki, nə xristian, nə də islam dinində olanlardan qorxmaq lazım deyil.

    Bacarırsansa, hər ikisini eyni dərəcədə sevməlisən. Bunu bacarmırsansa, Allahın adı ilə bağlı olan müxtəlif dinlərə eyni səviyyədə hörmət göstərməlisən. Onların heç birindən qorxmamalısan. Bu, millətlərə də aiddir: Türkü ya sevməlisən, ya da ona hörmət etməlisən. Cəlil Məmmədquluzadənin məşhur bir hekayəsi var, “Allah xofu” adlanır. Azərbaycanı və azərbaycanlıları, türksoylu millətlərin ruhunu anlamaq üçün bu əsəri oxumaq faydalı olardı. Allahı sevdiyin kimi, həm də onun qəzəbindən qorxmalısan. Siyasi maraqlar günahlara vəsilə olmamalıdır. Türkfobiya və islamofobiyaya yoluxan cənablar, özünüzü günahlardan qoruyun.

  • Президент Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева посетили Агдам – ВИДЕО

    Президент Азербайджана Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева совершили визит в освобожденный от армянской оккупации Агдамский район.

    Мехрибан Алиева сделала по этому поводу публикации на своей странице в Instagram.