Month: November 2020

  • Euronews подготовил репортаж об освобожденном от армянской оккупации городе Физули – ВИДЕО

    Когда азербайджанские солдаты заняли город Физули, они не смогли найти ни одного целого здания, чтобы водрузить свой флаг: пришлось довольствоваться фасадом разрушенного дома культуры.

    Эмин Ибрагимов, Euronews:

    “Некогда густо населенный и процветающий город Физули, часть большой территории вокруг Нагорного Карабаха, который находился под контролем армянских сил, был разграблен и разрушен 27 лет назад. Теперь он захвачен природой и похож на декорации к апокалиптическому фильму”.

    Передвигаться здесь можно только в сопровождении азербайджанских военных и только по главным дорогам: в стороне от них, по словам солдат, все заминировано. Поэтому люди, жившие в Физули три десятилетия назад, могут смотреть на руины своих домов только издалека.

    Арзу Шафиева, беженка из Физули:

    “Почти 30 лет назад, когда мы бежали из дома, он был совсем другим. Мы ничего не взяли, оставили все. Заперли дом, потому что думали, что вернемся. Я верю, что с божьей помощью мы все же вернемся, сфотографируем новый дом, который построим, и отметим разницу”.

  • “Euronews” viran edilmiş Füzulidən reportaj hazırlayıb – VİDEO

    Azərbaycan ordusu Füzuli şəhərini işğaldan azad etdikdən sonra bayraqlarını qaldırmaq üçün bir dənə də olsun dağılmamış bina tapa bilmədilər. Bu səbəbdən onlar məhv edilmiş mədəniyyət evinin fasadı ilə kifayətlənməli oldular.

    Bu barədə “Euronews”un Füzuli şəhərindən hazırladığı reportajda bildirilir.

    Telekanal şəhərin tamamilə minalandığı üçün bura yalnız Azərbaycan hərbçilərinin müşayiəti ilə və yalnız əsas yollarla gəlməyin mümkün olduğunu bildirib:

    “Buna görə 30 il əvvəl Füzulidə yaşayan insanlar indi öz evlərinin xarabalıqlarına uzaqdan baxa bilirlər”.

    Təqribən 30 il əvvəl öz evini tərk etmək məcburiyyətində qalan Arzu Şəfiyeva da belələrindəndir:

    “Bu evdən qaçdığımızda tamamilə fərqli görünüşdə idi. Heç bir şey götürmədik, hər şeyi qoyduq. Evimizin qapısını kilidlədik, geri dönəcəyimizi düşünürdük. İnanıram ki, Allahın köməyi ilə yenə qayıdacağıq, tikəcəyimiz evin yenisinin şəklini çəkəcəyik və müqayisə edəcəyik”.

    Reportajda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də fikirləri yer alıb.

    “Azərbaycan ermənilər tərəfindən məhv edilmiş hər şeyi yenidən bərpa edəcək, Füzuliyə həyatı qaytaracaq və o, yenidən çiçəklənən bir Azərbaycan şəhərinə çevriləcək”, – deyə o bildirib.

  • İtaliya nəşri Füzulidən reportaj hazırladı – VİDEO

    Xəbər verdiyimiz kimi, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hərbi təxribat törədib. Bundan sonra Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayıb. Nəticədə, Azərbaycan öz ərazilərini illərlə sürən mənfur düşmən tapdağından azad edib.

    Müharibə vaxtı düşmən Azərbaycanın dinc əhalisini kasetli bombalardan atəşə tutub, ərazilərimizə ağ fosfor mərmiləri atıb.

    İşğaldan azad edilmiş torpaqlarda fosfor mərmisinin partladılması barədə İtaliyanın “La Republica” nəşri reportaj hazırlayıb.

    “Biz Füzulidəyik daha doğrusu şəhərin qalıqlarında… 30 il əvvəl 17 minlik dinc azərbaycanlı əhalisi erməni ordusu tərəfindən bu şəhərdən sürgün edilib. Bu etnik təmizləmə siyasətinin yalnız bir nümunəsidir. Burada hər şey dağıdılıb. Nə bir bina, nə bir ev, nə də bir məscid salamat qalıb”, – deyə reportajda bildirilib.

    Eyni zamanda, qeyd edilib ki, Füzuli çoxsaylı əsgərlərin canı bahasına iki həftə öncə azad edilib:

    “Ətrafda gördüyümüz kəndlər o cümlədən müsəlman qəbiristanlığı dağıdılıb. Füzuli şəhər sakini Şadiyə Qəhrəmanova ilə görüşdük. On illər ərzində Bakıda məcburi köçkün həyatını yaşayan Füzuli sakini doğma şəhərinə ilk dəfə qayıdır. O Füzulidə yaşamaq arzusu ilə geri dönmək istəyir.

    Digər tərəfdə isə on minlərlə erməni atəşkəs haqqında bəyanata uyğun olaraq azərbaycanlılara təhvil veriləcək əraziləri tərk etmiş sərhədə yaxın yerləşən Vardenizə üz tutmuşlar. Onlar yaşadıqları evləri yandıraraq ərazini tərk ediblər”.

    Qeyd edək ki, Prezident İlham Əliyevin Füzuliyə səfəri zamanı rayonun bir vaxtlar mövcud əzəmətini yenidən bərpa edəcəyini və on minlərlə məcburi köçkünün qayıtması üçün qısa vaxt ərzində lazımi şəraitin yaradılacağını qeyd edib.

  • Ağsuda yanğın baş verib

    Ağsu rayonunda yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

    Bildirilib ki, ümumi sahəsi 104 kvadrat metr olan kafenin yanar konstruksiyaları 8 kvadrat metr sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 12 kvadrat metr sahədə əriyib.

    Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

    Digər yanğın hadisəsi Lənkəranda baş verib.

    Şəhərin Zövlə kəndində fermanın ərazisində 60 ton ot bağlamasının 40 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ferma yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Bakıda bir nəfər liftdə köməksiz qaldı

    Bakının Sabunçu rayonunda bir nəfər liftdə köməksiz qalıb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən bir nəfərin liftdən çıxarılması təmin edilib.

  • В Азербайджане число выздоровевших от коронавируса превысило 60 000

    По данным на утро 21 ноября, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 57 909 991.

    За весь период пандемии скончались 1 377 745 человек, выздоровели – 40 108 259.

    В Азии насчитывается 15 580 059, Европе – 15 232 081, в Северной Америке – 14 373 370, а в Южной – 10 623 865, Африке – 2 056 400 инфицированных.

    По числу зараженных лидируют США (12 274 726), Индия (9 050 613), Бразилия (6 020 164), Франция (2 109 170) и Россия (2 039 926).

    В Иране коронавирус выявлен у 828 377 человек, Турции – 435 273, Армении – 123 646, Грузии – 96 860.

    На сегодня в Азербайджане подтверждены 87 163 случая инфицирования COVID-19, 60 869 человек выздоровели, 1 079 – скончались.

  • Azərbaycanda koronavirusdan sağalanların sayı 60 mini keçdi

    Dünyada 57 909 991 nəfərdə koronavirus aşkar edilib.

    Virusdan 1 377 745 xəstə ölüb, 40 108 259 nəfər sağalıb.

    Asiyada 15 580 059, Avropada 15 232 081, Şimali Amerikada 14 373 370, Cənubi Amerikada 10 623 865, Afrikada isə 2 056 400 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (12 274 726 nəfər), Hindistan (9 050 613 nəfər), Braziliya (6 020 164 nəfər), Fransa (2 109 170 nəfər) və Rusiyadır (2 039 926 nəfər).

    İranda 828 377, Türkiyədə 435 273, Ermənistanda 123 646, Gürcüstanda isə 96 860 nəfərdə koronavirus müəyyən edilib.

    Azərbaycanda koronavirusa yoluxan 87 163 nəfərin 1 079-u ölüb, 60 869-u isə sağalıb.

  • Bakıda yanğın olub

    Bakı şəhərinin Suraxanı və Sabunçu rayonlarında yanğın hadisəsi baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

    Bildirilib ki, Suraxanı rayonunda beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində ümumi sahəsi 100 kvadrat metr olan mənzildə ev əşyaları 5 metr sahədə yanıb.

    Mənzil yanğından mühafizə olunub.

    Bakı şəhərinin Sabunçu rayonunda isə ümumi sahəsi 22 kvadrat metr olan vaqon tipli köməkçi tikilinin içərisində əşyalar yanıb. Yanğın zamanı həcmi 50 litr olan məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Azərbaycanlı səfir Kolumbiya radiosunda Qarabağla bağlı birgə bəyanat haqda danışdı

    Kolumbiya Milli Ordusunun geniş dinləyici kütləsinə malik radio kanalında bu ölkədəki səfirimiz Məmməd Talıbovun Ermənistan-Azərbaycan münaqişəsi, işğalçı dövlətin son hərbi təcavüz cəhdi, Silahlı Qüvvələrimizin işğalda olan Azərbaycan ərazilərini azad etməsi və 10 noyabr tarixindən qüvvəyə minən atəşkəs bəyanatı haqda müsahibəsi efirə gedib.

    Bununla bağlı Azərbaycanın Meksikadakı Səfirliyi məlumat yayıb.

    Səfir ilk olaraq, münaqişənin tarixindən, Ermənistanın 1988-ci ildən Azərbaycana qarşı ərazi iddialarından, 1991-94-cü illərdə isə hərbi təcavüzə əl ataraq Dağlıq Qarabağ və 7 ətraf rayon olmaqla Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazilərinin 20 faizini işğal etməsi və bu ərazilərdən 1 milyona yaxın azərbaycanlını qovmasından, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş qətnamələrin tələblərindən, Ermənistanın 27 ildir bu sənədlərin tələblərinə məhəl qoymaması və Minsk qrupu çərçivəsində aparılan danışıqlarda da davamlı olaraq qeyri-konstruktiv mövqe tutmasından danışıb.

    Ermənistanda milliyətçi qüvvələrin hakimiyyətə gəlməsindən sonra bu ölkənin son iki ildə Azərbaycana qarşı aqressiv mövqeyinin daha da gücləndiyini və təxribat əməllərinin artdığını deyən səfir, 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərinə, dinc əhaliyə və mülki infrastruktura qarşı geniş miqyaslı hücumlar həyata keçirdiyini və bu hücumların mülkü əhali arasında qadınlar və azyaşlı uşaqlar da daxil olmaqla çoxsaylı itkilərə səbəb olduğunu, cəbhə xəttindən uzaqda yerləşən şəhərlərn ballistik raketlərlə hədəfə aldığını, Azərbaycan ordusunun Ermənistanın təcavüz aktının qarşısını almaq, mülkü əhalinin təhlükəsizliyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum əməliyyatları həyata keçirdiyini söyləyib.

    Səfir Türkiyənin də yaxından iştirakı ilə Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın Baş naziri tərəfindən imzalanan bəyanatın tələblərinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğalda qalan ərazilərindən çıxarılmaqda olduğunu, atəşkəsə nəzarət məqsədilə bölgədə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasının nəzərdə tutulduğunu bildirib.

    Münaqişənin yaranma səbəbinin bu ərazilərin strateji əhəmiyyəti ilə bağlı olub-olmadığına dair suala münasibətdə səfir işğal olunmuş ərazilərin strateji önəmindən öncə ölkəmiz üçün tarixi-mənəvi dəyərə malik olduğunu, Azərbaycan mədəniyyətinin beşiyi olan bu torpaqlarda çoxsaylı ziyalı, incəsənət və dövlət xadimlərinin yetişdiyini qeyd edib.

    Əldə olunan razılaşmanın pozulması və münaqişənin yenidən hərbi mərhələyə keçməsi ehtimalı haqda sualla bağlı təmsilçimiz Ermənistanın 44 gün davam edən hərbi əməliyyatlar ərzində 3 dəfə elan edilmiş humanitar atəşkəs rejimini dərhal pozduğunu, bu səbəbdən Azərbaycan tərəfinin daim belə təxribatlara hazır olduğunu bildirib.

    Səfir bu günədək hərbi əməliyyatlar yolu ilə işğaldan azad edilmiş şəhərlərimizin Ermənistan tərəfindən tamamilə məhv edildiyini, eyni zamanda, bəyanatın tələblərinə əsasən ermənilərin hazırda işğal edilmiş ərazilərimizi tərk edərkən yerli infrastruktura və ətraf mühitə ciddi zərər vurduğunu, bütün bunların Ermənistan hökumətinin bölgədə yaşayan erməni icmasında Azərbaycana qarşı aşıladığı nifrətin göstəricisi olduğunu və bu cinayətlərlə bağlı Azərbaycanın beynəlxalq məhkəmə orqanlarına müraciət edəcəyini söyləyib.

    Münaqişə ilə yanaşı, Azərbaycanın coğrafi yerləşməsi, dövlət quruluşu, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti, ölkəmizin neft sənayesi tarixi, enerji və infrastruktur layihələri, turizm imkanları və çoxmədəniyyətliliyi haqda danışan səfir, Azərbaycanın 40-a yaxın fərqli etnik mənsubiyyətdən olan insanlara, o cümlədən on minlərlə erməni ailəsinə ev sahibliyi etdiyini, bu xüsusda Roma papası Fransisko tərəfindən bütün dünya ölkələri üçün tolerantlıq modeli adlandırıldığını bildirib.

    Sonda Kolumbiya ilə ikitərəfli əlaqələrdən danışan səfir, iki ölkə artasında müsbət siyasi dialoq mövcud olduğunu, beynəlxalq təşkilatlar çərçivəsində, habelə qanunverici orqanlar arasında davamlı əməkdaşlıq aparıldığını, Kolumbiya Parlamenti tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın münaqişədəki haqlı mövqeyini dəstəkləyən sənədlərin qəbul edildiyini, ölkələrimiz arasında kənd təsərrüfatı, turizm, mədəniyyət, təhsil sahələrində ortaq layihələr işləndiyini, bu xüsusda azərbaycanlı diplomatlar üçün ispan dili kurslarının kolumbiyalı müəllimlər tərəfindən həyata keçirildiyini qeyd edib.

  • ÜST: Son 24 saatda 620 mindən artıq insan COVID-19-a yoluxub

    Dünyada son sutka ərzində koronavirusa yoluxma hallarının sayı 620 mindən artıq olub.

    Gazeta.ru bu barədə Ümumdünya Səhiyyə Təşkilatına istinadən məlumat yayıb.

    ÜST-ün məlumatlarına əsasən, son 24 saatda dünyada 620 744 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 10 516 olub.

    Yoluxma sayı üzrə lider region Avropa (279 151) və Amerika qitəsi (235 279) olub.