Month: November 2020

  • Азербайджанские солдаты пьют воду из родника Истису в Кельбаджаре – ВИДЕО

    Военнослужащие победоносной азербайджанской армии пьют воду из известного Кельбаджарского родника Истису и фотографируются на его фоне.

    В социальных сетях распространены видеокадры того, как они с удовольствием пьют теплую воду в условиях холодной зимы.

    Представляем вам соответствующие кадры.

  • Kəlbəcərin İstisu bulağından su içən əsgərlərimiz – VİDEO

    Müzəffər ordumuzun əsgərləri adı dillərdə dastan olan Kəlbəcərin İstisu bulağından su içib, orada şəkillər çəkdiriblər.

    Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

    Videoda qarlı, soyuq Kəlbəcərin mineral bulaq suyu olan İstisudan zövq alan hərbçilərimizin sevinci əks olunub.

    Sözügedən görüntüləri təqdim edirik:

  • Hindistanda koronavirus xəstələrinin olduğu xəstəxanada yanğın: Ölənlər var – FOTO

    Hindistanın Qucarat ştatında COVID-19 xəstələri üçün tibb müəssisəsində yanğın baş verib. Hadisə nəticəsində beş nəfər ölüb.

    Bu barədə “Zee News” telekanalı məlumat verib.

    Yanğının 11 xəstənin olduğu reanimasiya şöbəsindən başladığı məlum olub. Onlardan altısı xilas edilib.

    Xəstəxananın işçiləri yanğını söndürüb, pasiyentlər digər tibb müəssisələrinə köçürülüb.

    İlkin versiyaya görə, yanğına səbəb qısaqapanma olub.

    Eyni zamanda, səlahiyyətli orqanlar hadisənin bütün şərtlərini aydınlaşdırmağa davam edirlər.

  • Брат народного артиста Азербайджана бросился под машину – ФОТО

    Брат народного артиста Алихана Самадова Валихан Самедов бросился под машину на улице Sülh в Сумгаите.

    Как сообщает day.az, 1966 года рождения В.Самадов пытался покончить с собой.

    Он получил ранения и был доставлен в Сумгайытскую городскую больницу скорой медицинской помощи.

    По факту ведется расследование.

  • Sabiq deputatımız ermənilərə un göndərirmiş? – DETALLAR

    Şirkət ermənilərə un göndərib?

    Sabiq deputat, tanınmış iş adamı Əsabil Qasımovun adı yenidən mətbuatın gündəmindədir. Bu dəfə onun adı Qarabağın ərazisində yaşayan ermənilərə paylanan un məhsulları ilə bağlı gündəmə gəlib. Məsələ burasındadır ki, Xankəndində yaşayan ermənilərə Rusiya tərəfindən göndərilən humanitar yardımla bağlı yayılan fotolarda qalaqlanmış un kisələrinin üzərində aydın şəkildə “Karmen” sözü oxunur.
    “Karmen” ticarət markası keçmiş deputata məxsus “Karat” MMC-yə məxsusdur və onun çoxsaylı dəyirmanlarında istehsal olunan un və un məhsulları bu adla satışa çıxarılır. Rusiya Müdafiə Nazirliyinin yardımla bağlı yaydığı fotolardan birində görünür ki, Əsabil Qasımovun şirkətinin istehsal etdiyi “Karmen” unu ermənilərin istifadəsindədir. Həmin unların kisələrlə Rusiya tərəfindən humanitar yardım olaraq Xankəndinə aparıldığı və ya ermənilərin digər mənbədən əldə etdikləri bilinmir.

    Əsabil Qasımov deputat olduğu zamanlardan bəllidir ki, o, Azərbaycandan kənarda özünə geniş biznes yaradıb. Sabiq deputatın 2010-cu ildən Qazaxıstanda “Carkulskiy Elavator” taxıl kombinatı fəaliyyət göstərir. “Carkulskiy Elavator” Qazaxıstanın ən böyük taxıl istehsalçısı olan Kustanay vilayətinin Fyodrovka rayonunda yerləşən 4 iri kombinatdan biridir. Günlük taxıl qəbulu, qurudulması və təmizləmə gücü 6 min ton təşkil edir.
    “Carkulskiy Elavator”un əsas səhmdarları eks-deputata məxsus “Karat”, “Karmen”, “Aveta” və “Gəncə Dəyirman” məhdud məsuliyyətli cəmiyyətləridir. Digər səhmdarlar arasında fiziki şəxslərdən Əsabil Qasımov və 10-a yaxın qohumu var. Həmin məhsulların Rusiya tərəfindən Qazaxıstandan alınaraq Ermənistana, oradan isə Xankəndində yaşayan ermənilərə çatdırılması istisna deyil.

    Digər bir versiyaya görə, Xankəndinə “Karmen” unları Gürcüstandan aparılıb. Əsabil Qasımovun Gürcüstanda 3 min hektara yaxın torpaq sahəsinin olduğu deyilir. Bu baxımdan “Karmen” un və un məhsulları məhz Gürcüstan vasitəsilə Ermənistana, oradan isə Xankəndinə aparıla bilər. Gürcüstan bazarının un tələbatının 50 faizinin Əsabil Qasımovun şirkətinin nəzarətində olduğu haqda da məlumatlar var. Gürcüstan bazarından ermənilər tərəfindən un alınaraq, Ermənistan ərazisi vasitəsilə Dağlıq Qarabağda olan mülki ermənilərə satılır. Bu problem əvvəllər də yaranıb. Son 10 il ərzində Əsabil Qasımov Milli Məclisin üzvü olduğu dönəmlərdə də dəfələrlə onun şirkətinin istehsalı olan un və un məhsullarının Ermənistanda satışda olması haqda xəbərlər, fotofaktlar yayılıb.

    Hətta Əsabil Qasımov deputat kreslosunda oturduğu günlərdə belə iddialar da vardı ki, “Karmen” sözündəki ilk hərfi, yəni “K”nı çıxdıqda “Armen” sözü alınır və ticarət markası olaraq da adın seçilməsi bu məqamdan qaynaqlanıb.
    Bununla belə, uzun illərdir ki, Əsabil Qasımovun müxtəlif dövlətlərin ərazilərində yerləşən şirkətlərinin istehsalı olan un məhsullarının Ermənistanda satılmasına münasibəti bəlli deyil. Onun bu məsələdə biznes maraqlarını, yoxsa milli maraqları əsas götürməsi də bilinmir. Gedişat belə ehtimal irəli sürməyə imkan verir ki, eks-deputat daha çox biznes maraqlarına üstünlük verir.

    Xatırladaq ki, Əsabil Qasımovun sahibi olduğu “Karat Holdinq”in tərkibinə-Karat MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri); Azinvest Tikinti Şirkəti; Everest-M, Şin Servis (armatur alğı-satqısı); Karmen MMC (dəyirman və un alğı-satqısı); Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki; ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); Gəncə Fatoğlu (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki Marina Plaza oteli; Zərifə Əliyeva küçəsində ikimərtəbəli restoran; Bakı şəhəri Səməd Vurğun küçəsində Ağ Saray Binası; Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi, 61-də yerləşən “Premium Market” daxildir. Gürcüstan bazarını nəzarətdə saxlamağa imkan verən un dəyirmanları da Əsabil Qasımovun ailə şirkəti olan “Karat Holdinq”ə məxsusdur.

    (musavat.com)

  • В Биласуваре похоронен шехид

    В Билясуварском районе похоронен погибший военнослужащий, сверхсрочник Алиев Туран Сулдуз оглу.

    Как передает муганьское бюро Report, перед похоронами в доме отца шехида в селе Аскерабад Билясуварского района прошла церемония прощания.

    В церемонии прощания присутствовали глава исполнительной власти Биласуварского района Фаиг Гурбатов, представители общественности района, жители села и родственники.

    Вечером тело шехида было предано земле на кладбище села Асагарабад.

    Отметим, что Туран Алиев родился в 1996 году в селе Аскерабад Билясуварского района.

    Аллах ряхмят елясин!

  • Biləsuvarda şəhid dəfn edilib

    Biləsuvar rayonunda müddətdən artıq hərbi qulluqçu, şəhid Əliyev Turan Sulduz oğlu dəfn edilib.

    “Report”un Muğan bürosu xəbər verir ki, dəfndən əvvəl şəhidin Biləsuvar rayonu Əsgərabad kəndində yerləşən ata evində vida mərasimi baş tutub. Vida mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.

    Sonra şəhid Əsgərabad kənd qəbiristanlığında dəfn edilib.

    Qeyd edək ki, Turan Əliyev 1996-cı ildə Biləsuvar rayonunun Əsgərabad kəndində doğulub.

    Allah rəhmət eləsin!

  • İqor Korotçenko: “Ermənistan qisas yolunu tutsa, birdəfəlik dünya xəritəsindən silinəcək” – VİDEO

    “Ermənistan qisas yolunu tutsa, birdəfəlik dünya xətirəsindən silinəcək”.

    Bu sözləri rusiyalı hərbi mütəxəssis, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko İctimai Televiziyaya müsahibəsində deyib.

    “Dağlıq Qarabağ məsələsi birdəfəlik və həmişəlik bağlanıb. Qarabağla bağlı üçtərəfli razılaşma Azərbaycanın hərbi qələbəsi sayəsində mümkün oldu”, – deyə ekspert qeyd edib.

  • Azərbaycanlı əsgər rusiyalı sülhməramlılarına dilimizi öyrədir – VİDEO

    Azərbaycan əsgərləri Dağlıq Qarabağdakı rusiyalı sülhməramlısına dilimizdə danışmağı öyrədib.

    Sosial şəbəkədə yayılan videoda azərbaycanlı əsgər rusiyalı hərbçidən “Lənkərana salamlar” deməsini istəyir.

    Lakin rusiyalı çox cəhd etsə də şəhərimizin adını deyə bilmir. Daha sonra o, əsgərimizin təkidi ilə rus dilində salam deyir.

    Həmin görüntüləri təqdim edirik.

  • Koronavirusa qarşı peyvəndlərin əsas çatışmazlığı açıqlandı

    Hazırda dünyada kliniki sınaq mərhələsində olan koronavirus peyvəndlərinin əsas çatışmazlığı onun iki dəfə tətbiq edilməli olmasıdır.

    “George Mason” Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova “RİA Novosti”yə verdiyi müsahibədə bu barədə danışıb.

    “İnsanların ilk peyvəndi alandan sonra ikinci dəfə peyvənd edilməyi unutmaları və ya buna bəzi əleyhdarların olması kimi böyük risk mövcuddur”, – deyə o qeyd edib.

    Mütəxəssisin sözlərinə görə, insanlar yalnız ilk peyvəndi alıb, ikinci dəfə peyvənd olunmasalar, bu onun təsirini azaldacaq.

    Eyni zamanda, professor əlavə edib ki, Çin alimləri bir mərhələli peyvənd yaradıblar, lakin onun effektivliyi hələ müəyyənləşdirilməyib.