Month: November 2020

  • ÜST: Pandemiya daha ağır fəsadlar törədə bilər

    Pandemiya getdikcə daha geniş vüsət alaraq bundan əvvəlki dövrə nisbətən daha da ağır fəsadlar törədə bilər.

    “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qahirədə keçirilən onlayn brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi regionu üzrə direktoru Əhməd əl Məndəri bildirib.

    O, kütləvi ölümlərdən yayınmağın yeganə yolu kimi ölkələr tərəfindən karantin məhdudiyyətlərini sərtləşdirməyi, qabaqlayıcı tədbirləri sürətləndirməyi göstərib.

    Yaxın və Orta Şərq regionu ölkələrində daha əvvəl tətbiq edilən qorunma tədbirlərinin yumşaldılmasından narahatlıq ifadə edən təşkilat rəsmisi həmçinin ara məsafəsi saxlamaq, qoruyucu maska taxmaq qaydaları kimi təməl tədbirlərə belə tam şəkildə əməl olunmadığını, bunun fəsadlarının da dolub-daşan xəstəxanalarda aydın nəzərə çarpdığını dilə gətirib.

    Ötən 9 ay ərzində region ölkələrində koronavirusa 3,6 milyondan artıq insanın yoluxduğunu, bunlardan 76 mindən artığının da dünyasını dəyişdiyini xatırladan təşkilat nümayəndəsi ötən həftə yoluxmaların 60 faizinin İran, Mərakeş, İordaniyanın payına düşdüyünü, Pakistan və Livanda yoluxmaların artım göstərdiyini, İordaniya, Livan və Tunisdə isə ən yüksək gündəlik ölüm sayının qeydə alındığını bildirib.

    “Qarşıdakı dövr bəlkə də son 9 aya nisbətən daha ağır olar. Peyvəndin tapılması da hələ pandemiyanın sonu demək deyil”, – deyən regional direktor bu günədək sınaqları keçirilmiş dörd yeni dərmanın hələ heç birinin rəsmi qeydiyyatdan keçmədiyini, təhlükəsizlik baxımdan təkrar tədqiqatların zəruri olduğunu qeyd edib.

    Ekspertin vurğuladığı kimi yoluxmaların artımı heç də qışın gəlməsi, havaların soyuması ilə birbaşa bağlı deyil: “Sadəcə olaraq yay mövsümünə nisbətən insanlar daha çox qapalı, az havalandırılan məkanlarda vaxt keçirdiklərinə görə xəstəliyin yayılması da sürətlənir”.

  • Состояние зараженного вирусом главного инфекциониста Грузии осложнилось

    Ухудшилось состояние здоровья инфицированного коронавирусом главного инфекциониста Грузии, директора Тбилисской инфекционной больницы Тенгиза Церцвадзе.

    Как сообщает грузинское бюро Report, он был госпитализирован.

    У госпитализированного с высокой температурой Т.Церцвадзе диагностировали двустороннюю пневмонию.

    COVID-19 у главного инфекциониста был обнаружен 17 ноября. До сих пор он лечился в домашних условиях. Жена Т.Церцвадзе Ана Топуриа тоже заразилась. Ее состояние оценивается как удовлетворительное.

  • Virusa yoluxan Gürcüstanın baş infeksionistinin vəziyyəti ağırlaşıb

    Koronavirusa yoluxan Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadzenin sağlamlıq durumu ağırlaşıb.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, o, xəstəxanaya yerləşdirilib.

    Yüksək temperaturu olan T.Tsertsvadzeyə ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

    Qeyd edək ki, baş infeksionistdə COVID-19 noyabrın 17-də aşkarlanıb. O, bu günədək ev şəraitində müalicə olunurdu. T.Tsertsvadzenin həyat yoldaşı Ana Topuriya da xəstəliyə tutulub. Onun vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

  • МВФ с начала пандемии выделил более 100 млрд долларов 82 странам

    Международный валютный фонд (МВФ) с начала пандемии выделил 82 странам более 100 млрд долларов США на борьбу с распространением и последствиями коронавируса.

    Как передает Report, об этом говорится в опубликованном в четверг на сайте организации блоге директора-распорядителя МВФ Кристалины Георгиевой.

    “Мы отреагировали на этот кризис беспрецедентным образом, в том числе предоставили 82 странам новое финансирование на сумму более 100 млрд долларов США. Мы стремимся сделать еще больше, для того чтобы помочь нашим 190 странам-участницам преодолеть этот кризис и построить лучшую экономику после пандемии”, – отметила она.

    Георгиева вновь призвала страны Группы двадцати действовать совместными усилиями, чтобы в кратчайшие сроки положить конец пандемии и восстановить мировую экономику.

  • Koronavirusla mübarizəyə ayrılan vəsaitin həcmi açıqlandı

    Koronavirus pandemiyası başlayandan bu yana bunun fəsadlarına qarşı tədbirlər üçün Beynəlxalq Valyuta Fondu (IMF) 82 ölkəyə 100 milyard ABŞ dollarından artıq vəsait ayırıb.

    “Report” xəbər verir ki, bu barədə təşkilatın saytında yerləşdirilən IMF-in idarəçi direktoru Kristalina Georgiyevanın bloqunda bildirilir:

    “Bu böhrana qarşı misilsiz şəkildə tədbirlər görərək həm də 82 ölkəyə 100 milyard ABŞ dollarından artıq yeni maliyyə ayırmışıq. Bu böhranın öhdəsindən gəlmələri, pandemiyadan sonra daha yaxşı iqtisadiyyat qurmaları üçün 190 üzv ölkəmizə daha çox yardım etməyə çalışırıq”.

    Qurum rəhbəri həmçinin ən qısa müddətdə pandemiyaya son qoymaq və dünya iqtisadiyyatını dirçəltmək üçün G-20 ölkələrini bir daha birgə fəaliyyətə çağırıb.

  • Çavuşoğlu ingilis həmkarı ilə Qarabağdan danışdı

    Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ingilis həmkarı Dominik Raab arasında telefon danışığı baş tutub.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Nazirlərin telefon söhbəti zamanı Liviya, Kipr və Dağlıq Qarabağ məsələləri müzakirə edilib.

  • Türkiyəli müşahidəçilər bir neçə gün ərzində Azərbaycana gələcək

    Türkiyəli müşahidəçilər bir neçə gün ərzində Azərbaycana göndəriləcək.

    Bu barədə “TRT Haber” diplomatik mənbələrə istinadən məlumat yayıb.

    Nəşr qeyd edir ki, Türkiyə və Rusiyadan olan müşahidəçilərin Qarabağdakı atəşkəsə nəzarət vəzifəsinin detalları da bir neçə gün ərzində bəlli olacaq.

    Bundan dərhal sonra türkiyəli müşahidəçilər monitorinq mərkəzi üçün Azərbaycana gələcək.

    Yerini Azərbaycanın müəyyən edəcəyi ortaq monitorinq mərkəzi ən müasir texnologiyalarla təchiz olunacaq.

  • В Шамахы выпал снег, на дорогах ожидается гололедица – ФОТО

    Сегодня в Шамахы выпал снег.

    Как сообщает АПА, в районном центре высота снежного покрова составила 3-5 см, в горных районах – 10-15 см.

    Больше всего снега выпало в селах Гызмейдан, Талышнуру, Эрчиман, Пирбехли, Сис и Демирчи.

    С 05:00 на автомобильной дороге Шамахы-Пиргулу начались работы по очистке снега. Дорога была очищена, а затем обработана песчано-соляной смесью. В настоящее время движение на магистралях и сельских дорогах нормальное.

    Ночью на территории Шамахы будет морозная и туманная погода, ожидается гололедица. Водителям рекомендуется соблюдать осторожность.

  • Hava soyuduqca koronavirusa yoluxma artır – VİDEO

    Koronavirusa yoluxanların əksəriyyətinin bir neçə həftəyə immun sistemi aktivləşir. Amma buna baxmayaraq, COVID-19-un orqanizmdə nə qədər qalacağı məlum deyil.

    Baku TV ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancını məsələ ilə bağlı danışdırıb.
    H.Harmancı qeyd edib ki, COVID-19 hələ də bizimlə birlikdə olan ciddi bir xəstəlikdir. O həmçinin bildirib ki, artıq bütün dünyada əvvəllər olduğu kimi təkcə yaşlı və xəstə insanlar deyil, kifayət qədər sağlam və gənc insanlar da yoluxaraq ciddi fəsadlarla üzləşirlər.

    Daha ətraflı Baku TV-nin süjetindən izləyə bilərsiniz:

  • Названы четыре ранних симптома коронавируса

    Британские и канадские врачи перечислили четыре распространенных симптома, которые могут означать заражение коронавирусом, когда человек еще об этом не догадывается, сообщает Report со ссылкой на РИА Новости.

    Каждый пятый зараженный коронавирусом испытывает проблемы с желудком, пишет автор материала, ссылаясь на данные нескольких десятков исследований. В числе гастроэнтерологических симптомов выделяются потеря аппетита, тошнота, рвота и боль в желудке.

    Еще один признак инфицирования — конъюнктивит. С таким утверждением выступает Американская академия офтальмологии. Этот симптом встречается редко — примерно в трех процентах случаев.

    Третий симптом коронавируса — спутанность сознания. Ученые из Имперского колледжа в Лондоне утверждают, что она может продолжаться до нескольких месяцев после выздоровления и относится к числу когнитивных последствий.

    В рамках своего исследования британцы обнаружили, что повреждение мозга происходит на разных уровнях в зависимости от того, насколько серьезным было заболевание.

    Еще один симптом — утомляемость. Ученые из Тринити колледжа в Дублине выяснили, что она встречается примерно у каждого второго больного COVID-19 и может сохраняться до десяти недель.