Month: November 2020

  • Ucarda yol qəzası olub, ölən və xəsarət alan var

    Ucarda 1 nəfərin ölümü, daha 1 nəfərin ilə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    “Report”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb.

    Ağdam rayon sakini, 1960-cı il təvəllüdlü Fikrət Səlimovun idarə etdiyi “Hyundai” markalı minik maşını qoşqulu traktora çırpılıb. Nəticədə minik maşınında olan sərnişin – 1964-cü il təvəllüdlü İradə Əliyeva hadisə yerində ölüb. “Hyundai”ın sürücüsü F.Səlimov isə xəsarət alıb.

    Hadisə baş verən magistral yolun Gəncə istiqamətində tıxac yaranıb. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

  • Nazirlik sosial şəbəkələrdəki ağac əkilməsi ilə bağlı narazılıqlara aydınlıq gətirdi – FOTO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova sosial şəbəkələrdə və bəzi saytlarda Füzuli və Zəngilanda əkilən Şərq çinarının yerinə şam ağaclarnın əkilməsi ilə bağlı yayılan fotoya aydınlıq gətirib.

    Nazirlik rəsmisinin sözlərinə görə, işğaldan azad olunmuş Füzuli və Zəngilanda ağacəkmə aksiyaları keçirilib. Əkilən ağaclar təbii şəraitə uyğun və yerli ağac cinslərindən olub, yəni füsunkar Qarabağ bölgəsinin relyefinə və iqliminə uyğun Şərq çinarları əkilib, yerli palıd cinsindən olan toxumlar səpilib.

    İ.İbrahimova bildirib ki, sosial şəbəkədə və bəzi saytlarda Qarabağda ağac əkilməsini yayımlayarkən yanlışlıqla Abşeronda və digər ərazilərdəki ağacəkmə aksiyalarında şam və sərv ağaclarının əkini olan fotolar yerləşdirilib:

    “Bu da haqlı olaraq izləyicilərin narazılığına səbəb olub. Şəklə görə şərh verilib ki, niyə şam və ya sərv ağacları əkilib? Əslində isə belə deyil, Zəngilan və Füzuli rayonlarının ərazisində Şərq çinarları əkilib. Bu cür kampaniyalar Qarabağın digər ərazilərində də davam edəcək”.

  • ÜST: “Avropada hər 17 saniyədə koronavirusdan bir nəfər həlak olur”

    “Avropa qitəsində hər 17 saniyədə koronavirusdan bir nəfər həlak olur”.

    “Haber Global”ın məlumatına görə, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Bürosunun direktoru Hans Kluge deyib.

    ÜST rəsmisi hazırda koronavirus pandemiyasının mərkəzinin Avropa və Amerika olduğunu qeyd edib.

  • Əli Həsənov akademiyadakı vəzifəsindən də azad olundu – Yerinə TƏYİNAT + FOTO

    Prezidenin sabiq köməkçisi və 2000-ci ildən etibarən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına rəhbərlik edən Əli Həsənov kafedranın müdiri vəzifəsindən azad edilib.

    “MediaPost”un əldə etdiyi məlumata görə, Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına Namiq Həsən oğlu Əliyev təyin olunub.

    Prezident yanında Dövlət İdarəçilik Akademiyasından xəbəri saytımıza təsdiq ediblər.

    Qeyd edək ki, hüquq elmləri doktoru, professor Namiq Əliyev Gürcüstan və Moldovada sabiq fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

  • İran XİN başçısı Azərbaycana səfər edəcək

    İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.

    APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə öz “Twitter” səhifəsində yazıb.

    “Doktor Zərif noyabrın 23-24-də region ölkə rəhbərləri ilə danışıq aparmaq məqsədilə Rusiya və Azərbaycana səfər edəcək”.

    S.Xətibzadə bildirib ki, Dağlıq Qarabağ və bölgədə baş verən proseslər Zərifin Azərbaycan və Rusiya rəsmiləri ilə danışıqlar mövzusudur.

  • Ermənilərin qaçan komandiri – VİDEO

    Ermənilər döyüş günlərinə dövrünə aid yeni video yayımlayıblar.

    Görüntüdə onların döyüş bölgəsindən qaçan komandirlərindən bəhs olunur.

    Həmin görüntüləri təqdim edirik:

  • Орхан Сафаров стал чемпионом Европы

    Азербайджанский дзюдоист Орхан Сафаров (66 кг) провел финальную встречу чемпионата Европы в столице Чехии Праге.

    Как передает Report, наш соотечественник встречался с представителем Израиля Фликером Талем.

    Сафаров одержал победу иппоном и взял золотую медаль.

  • Orxan Səfərov Avropa çempionu oldu

    Azərbaycan cüdoçusu Orxan Səfərov Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

    “Report”un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı İsrail təmsilçisi Fliker Tal ilə üz-üzə gəlib.

    Qarşılaşmadan ipponla qalib ayrılan Səfərov qızıl medal qazanıb.

  • Ermənilər Azərbaycan kəndlərini kustar üsulla hazırlanan silahlardan atəşə tutub – VİDEO

    Erməni işğalçı qüvvələri Azərbaycanın dinc əhalisini atəşə tutmaq üçün kustar üsulla hazırlanmış silahlardan istifadə edirlər.

    Jurnalist Həmid Həmidov öz “Telegram” kanalında Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində quraşdırılmış raket atan qurğunun videosunu nümayiş etdirib.

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov bildirib ki, bu silahla 240 mm-lik raketlər vasitəsilə 18 km məsafəyə atəş açılıb. Silah isə Azərbaycan kəndlərinə tuşlanıb.

  • ВОЗ прогнозирует более тяжелую ситуацию с коронавирусом, чем за 9 месяцев пандемии

    Всемирная организация здравоохранения прогнозирует дальнейшее ухудшение ситуации с коронавирусом, которая, возможно, окажется тяжелее, чем за весь предыдущий период пандемии. Как передает Report со ссылкой на ТАСС, об этом заявил на онлайн-брифинге для журналистов директор управления ВОЗ по Восточному Средиземноморью Ахмед аль-Мандари.

    “Грядущий период будет трудным и, возможно, еще более тяжелым, чем за последние девять месяцев пандемии нового коронавируса, – заметил он. – И создание вакцины не означает конца пандемии”. Он сказал, что в настоящее время четыре вакцины находятся на финальной стадии разработки, уже прошли испытания, но окончательно до сих не зарегистрирована ни одна из них.

    “Вакцина не будет одобрена до тех пор, пока не будет обеспечена ее полная безопасность для людей, – пояснил он. – Мы слышали о четырех вакцинах, которые признаны безопасными, но должны быть проведены повторные испытания и исследования. Поэтому ни одна страна или компания еще не получили официального разрешения на массовое производство вакцин”.

    При этом, по словам регионального директора ВОЗ, наступление зимы напрямую не связано с ростом заражений вирусом. “Согласно изученным ВОЗ данным по странам мира с разными температурными и погодными условиями, зима не оказывает непосредственного влияния на распространение вируса, – заметил он. – Разница заключается в том, что по сравнению с летним сезоном меняется поведение людей, которые больше проводят время в закрытых, плохо проветриваемых помещениях, и поэтому скорость распространения болезней увеличивается”.

    По данным ВОЗ, на минувшей неделе отмечен значительный рост числа заболевших.