Month: November 2020

  • Koronavirusun erkən əlamətləri açıqlanıb

    Tibb mütəxəssisləri koronavirusa yoluxmanın erkən mərhələsində, hələ adamın bundan xəbəri yoxkən özünü göstərən dörd əlaməti açıqlayıblar.

    “Report” xarici KİV-ə istinadən xəbər verir ki, onlarla aparılan tədqiqatda gəlinən qənaətə görə, koronavirusa hər beş yoluxandan biri həzmlə bağlı problemlərlə, o cümlədən iştahasızlıq, ürəkbulanma, qusma, mədə sancısı ilə üzləşir.

    Həmçinin Amerika Oftalmologiya Akademiyasının (San-Fransisko) məlumatına görə, yoluxanların 3 faizinə qədəri konyunktivitdən əziyyət çəkir.

    London İmperial Koleci tədqiqatçılarına görə, başqa bir əlamət olan beyin pozuntusu xəstəliyin ağırlıq səviyyəsindən asılı olmaqla sağalmadan bir neçə ay sonra da davam edə bilər.

    Nəhayət, Dublin Triniti Koleci tədqiqatçılarının gəldikləri qənaətə görə isə, yoluxanların yarısına qədəri təqətsizlikdən əziyyət çəkir və bu da 10 həftəyədək davam edə bilər.

  • Rusiyalı futbolçunun burnu qırılıb və beyni silkələnib

    Rusiya yığmasının və MOİK klubunun futbolçusu İqor Diveyev zədələnib.

    “Report” “Championat” nəşrinə istinadən xəbər verir ki 21 yaşlı müdafiəçi UEFA Millətlər Liqasının VI turunda səfərdə Serbiyaya 0:5 hesabı ilə uduzduqları görüşdə xəsarət alıb.

    Diveyevin burnu qırılıb və ona yüngül beyin silkələnməsi diaqnozu qoyulub. Müdafiəçinin nə vaxt yaşıl meydanlara qayıdacağı bəlli deyil.

  • Məcburi köçkünlərin Nəzərinə

    Türkiyə Cümhuriyyətinin İstanbul Universitetində indiyə qədər erməni işğalı nəticəsində baş vermiş məcburi köçlər araşdırılır.

    Qaynarinfo xəbər verir ki, araşdırmanın məqsədi öz yurdundan ayrı düşən insanların rəyi əsasında 1988-1994 il baş verən daxili köçlərin səbəb və nəticələrinin dünyaya çatdırılmasıdır.

    Münaqişənin gedişində qəhrəman Azərbaycan ordusunun həlledici qələbəsi ilə yanaşı Azərbaycan xalqının iradəsi də böyük əhəmiyyət daşıyır. Bunun üçün isə məcburi köçkünlər anketə qoşularaq torpaqların əsl sahibi kimi öz sözünü deməlidirlər.

    Anketə buradan qoşularaq sualları cavablaya və bu araşdırmada faydalı ola bilərsiniz.

  • ABŞ şirkəti COVİD-ə qarşı effektli peyvənd hazırladığını bəyan etdi

    Amerikanın “Pfizer” şirkəti koronavirusa qarşı hazırladığı peyvəndlərin 95 faiz effektli olduğunu bəyan edib.

    Median.Az xarici mediaya istinadən xəbər verir ki, şirkət peyvəndin 3-cü mərhələsinin sınaqlarından sonra bu nəticəyə gəlib.

    Şirkətdən bildirilib ki, yeni peyvənd yaşlı insanlarda COVID-19-un səbəb olduğu ölüm riskinin qarşısını alacaq.

    Qeyd edək ki, ABŞ şirkətinin hazırladığı peyvəndlər müstəqil ekspertlər tərəfindən hələlik araşdırılmayıb.

  • Abşeronda sexdə partlayış oldu: Xəsarət alanlar var

    Abşeron rayonunda sexdə partlayış qeydə alınıb.

    Bu barədə qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, hadisə rayonun Novxanı yolu, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir beton konstruksiya emalı sexində baş verib. Belə ki, sexdə yanğınla nəticələnən partlayış olub.

    Əraziyə FHN-in əməkdaşları cəlb edilib və yanğın söndürülüb.

    Hadisə nəticəsində xəsarət alanlar da var.

  • Запущена онлайн “Линия психологической поддержки” для пострадавших от войны

    С сегодняшнего дня запущена онлайн “Линия психологической поддержки” (050 406 75 85) для граждан, пострадавших от войны. Линия функционирует при Агентстве социальных услуг Министерства труда и социальной защиты населения.

    Как заявили в ведомстве, помощь психологов и психиатров агентства будет оказываться в онлайн-формате. Специалисты будут оказывать поддержку гражданам в виде голосовых и видеозвонков (через ZOOM и другие программы).

    Позвонив по указанному номеру телефона, гражданин сможет сам выбрать форму психологической поддержки (телефонный разговор или видео).

    После регистрации заявка будет направлена в соответствующие органы.

    Группа специалистов рассмотрит обращение и свяжется с гражданином с целью оказания помощи.

  • Hikmət Hacıyevdən maraqlı jest (VİDEO)

    Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev daha bir maraqlı jestlə gündəmə gəlib.

    Median.Az xəbər verir ki, Hikmət Hacıyev onun fotosunu çəkən jurnalistlərin şəkillərini çəkərək zarafat edib.

    “Həmişə siz çəkirsiniz, bu dəfə də mən sizi çəkirəm”, – o deyib.

  • Lavrovdan Qarabağ açıqlaması: “Həll yolunun Fransa və ABŞ-ın qüruruna toxunduğu hiss olunur”

    Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Dağlıq Qarabağdakı böhranın həlli yolunun ABŞ və Fransanın qüruruna toxunmaq kimi göründüyü üçün təəssüfləndiyini bildirib.

    Bu barədə Rusiya XİN rəhbəri RT telekanalına müsahibəsi zamanı qeyd edib.

    “Son günlərdə mənim amerikalı və fransalı həmkarlarımla əlaqələrimdə, eynilə Dağlıq Qarabağ mövzusunda prezident Makronun prezident Putinlə əlaqələrində olduğu kimi açıq şəkildə qürurlarına toxunulduğu hiss olunur. Bu kədərlidir”, – deyə S.Lavrov bildirib.

    S.Lavrov qeyd edib ki, artıq son günlərdə iki dəfə fransalı həmkarı Jan-İv Lö Drianla danışıb.

    “İnsanların öldürülməməsi, evlərini tərk etməməsi, qaçqın və köçkünlərin sayının on minlərlə olmaması üçün narahatlığımızı izah etməyə çalışdım. Söhbətin dəqiqələrdən getdiyi bir vaxtda (hər dəqiqənin insan həyatı baxımından dəyəri var idi) Vaşinqtona, Parisə zəng etmək, bu və ya digər üsulu dəstəkləyəcəklərini öyrənmək… Bu cür iradları irəli sürmək sadə insan əxlaqı nöqteyi-nəzərindən düzgün və etik deyil”, – deyə S.Lavrov bildirib.

  • Rusiyada uşaq bağçasında qəddarlıq hər kəsi ayağa qaldırdı – VİDEO

    Rusiyanın Xabarovsk diyarında uşaq bağçasında baş verənlər böyük səs-küyə səbəb olub. Belə ki, bununla bağlı yayılan kadrlarda tərbiyəçinin balacanı döyməsi əks olunub.

    Hadisənin görüntülərini 360 TV yayımlayıb.

    Videoda uşaqların masa arxasında əyləşib yemək yedikləri görünür. Bu vaxt tərbiyəçi balacalardan birinə yaxınlaşaraq onu vurur və yemək yeməyə məcbur edir.

    Bunu öyrənən valideynləri şikayət ediblər. Bundan sonra pedaqoq işdən uzaqlaşdırılıb.

    Prokurorluq yoxlamalara başlayıb.

  • Kəlbəcər sakini: “Qayıdan kimi ilk iş o yarımçıq doğum gününü qeyd etmək olacaq” – VİDEO

    “Oğlumun ad günü tortunu süfrədə qoyub çıxdıq. Kəlbəcərə qayıdan kimi ilk iş o yarımçıq doğum gününü qeyd etmək olacaq…”

    Bu sözləri Kəlbəcərdən məcburi köçkün olan Xırda Cəfərova Azərbaycan Televiziyasına müsahibəsində deyir.

    Bütün kəlbəcərlilər kimi onların ailəsi də doğma yurdlarına qayıdacaqları həmin günü səbrsizliklə gözləyir.

    Sözügedən süjeti təqdim edirik: