Month: November 2020

  • Лавров обсудил с сопредседателями Минской группы ситуацию в Карабахе

    Глава МИД РФ Сергей Лавров обсудил с сопредседателями Минской группы ОБСЕ координацию усилий по урегулированию ситуации в Нагорном Карабахе.

    Как передает “РИА Новости”, об этом сообщили в российском внешнеполитическом ведомстве.

    Во встрече участвовали Игорь Попов (Россия), Стефан Висконти (Франция), Эндрю Шофер (США), а также личный представитель действующего председателя ОБСЕ Анджей Каспржик.

    “В ходе консультаций обсуждалась ситуация, складывающаяся в Нагорном Карабахе и вокруг него после заявления президента Азербайджанской Республики, премьер-министра Республики Армения и президента Российской Федерации о полном прекращении огня и всех военных действий от 9 ноября”, – сообщили в МИД РФ.

  • Lavrov Minsk Qrupunun həmsədrləri ilə Qarabağdakı vəziyyəti müzakirə etdi

    Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ATƏT-in Minsk Qrupu həmsədrləri ilə Dağlıq Qarabağdakı vəziyyətin həlli üçün səylərin koordinasiyasını müzakirə edib.

    Bu barədə “RİA Novosti” Rusiya XİN-ə istinadən məlumat verib.

    Görüşdə İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer, həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər.

    “Danışıqlar zamanı Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 9 noyabrdan atəşkəs və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanatından sonra Dağlıq Qarabağda və ətrafındakı vəziyyət müzakirə edilib”, – deyə Rusiya XİN-dən bildirilib.

  • Hikmət Hacıyev: “Bu görüntülər Ermənistanın mədəni dünyadan nə qədər uzaq olduğunun sübutudur” – VİDEO

    Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında işğaldan azad edilmiş Füzuli rayonu ilə bağlı paylaşımlar edib.

    Prezidentin köməkçisi hər iki videoda ermənilərin vandalizminə məruz qalmış şəhərdən görüntülər paylaşıb və vurğulayıb ki, bu görüntülər Ermənistanın mədəni dünyadan nə qədər uzaqda olduğunun sübutudur.

    H.Hacıyev qeyd edib ki, dünya bu vəhşiliyi mütləq görməlidir.


  • Əli Əsədov Rusiyanın baş naziri ilə telefonla danışıb

    Noyabrın 18-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

    Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

    Bildirilib ki, telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticari-iqtisadi münasibətlər, həmçinin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə perspektivləri barədə fikir mübadiləsi aparılıb.

  • Минобороны России уточнило расположение миротворцев в Карабахе

    Российские миротворцы в зоне конфликта в Карабахе провели передислокацию наблюдательных постов.

    Информацию о расположении военнослужащих уточнил в среду, 18 ноября, официальный представитель Минобороны России генерал-майор Игорь Конашенков, передает ТАСС.

    “Круглосуточный мониторинг обстановки и контроль за соблюдением режима прекращения огня осуществляется миротворческими подразделениями на 23 наблюдательных постах. В северной зоне ответственности выставлено 11 наблюдательных постов и 12 — в южной”, — рассказал Конашенков.

    Ранее было развернуто 25 постов: по девять в северной и южной зонах ответственности, а также семь временных в Лачинском коридоре.

    В Минобороны сообщили, что продолжается переброска личного состава, техники и имущества миротворческого контингента самолетами военно-транспортной авиации. С 10 ноября выполнено 184 перелета.

  • Rusiya MN Qarabağda yaradılan müşahidə postlarının yerini dəqiqləşdirdi

    Rusiya sülhməramlıları Dağlıq Qarabağ münaqişə bölgəsindəki müşahidə postlarının mövqelərində yerdəyişmə ediblər.

    TASS-ın məlumatına görə, hərbçilərin yerləşməsi barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov danışıb.

    “Vəziyyətin 24 saat monitorinqi və atəşkəs rejiminə riayət olunmasına nəzarət sülhməramlı bölmələr tərəfindən 23 müşahidə postunda həyata keçirilir. “Şimal” məsuliyyət bölgəsində 11, “Cənub”da 12 müşahidə postu yaradılıb”, – deyə İ.Konaşenkov bildirib.

    Qeyd edək ki, daha əvvəl 25 – “Şimal” və “Cənub” məsuliyət zonalarında doqquz, Laçın dəhlizində isə yeddi müvəqqəti post yaradılmışdı.

  • Azərbaycanda siqaret istehsalı artıb – FOTO

    2020-ci ilin yanvar-oktyabr ayları ərzində ölkə ərazisindən 5,7 min ton tütün yığılıb.

    Oxu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, müafiq dövr ərzində 340 milyon manat dəyərində tütün məmulatları istehsal edilib.

    Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 18,3 faiz artım qeydə alınıb.

    Ötən ilə nisbətən fermentləşdirilmiş tütün məhsullarının 1,9 faiz azalıb, papiros və siqaretlərin istehsal həcmi isə 32,8 faiz artıb.


    Pərakəndə ticarət şəbəkəsində istehlakçılara satılan tütün məmulatlarının həcmi 3 faiz artıb.

    Eləcə də, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 8 milyon 373,2 min dollar dəyərində 3,4 min ton həcmində tütün ixrac edilib.

  • Azərbaycanın zəfərə aparan haqq savaşında “sehirli mərmi”lər – VİDEOREPORTAJ

    Qarabağ uğrunda Azərbaycanın haqq savaşında ordumuz həm psixoloji, həm də hərbi-texniki cəhətdən Ermənistandan qat-qat üstün olduğunu sübut etdi.

    Bir çoxları bu qalibiyyəti PUA-ların hesabına qazandığımızı dedi. Rusiyanın “Vedomosti” qəzeti yazdı ki, “Bayraktar TB2” pilotsuz uçuş aparatları Suriya və Liviyadan sonra Qarabağda uğura imza atdı.

    PUA-ların gücündən bəhs edən ABŞ-ın “Forbes” jurnalı isə Türkiyə istehsalı PUA-ları “sehirli mərmi” adlandırdı. Yunanıstan mediası təşviş içində yazdı ki, bu PUA-ların gücü nə vaxtsa onların da başında çatlaya bilər. Hətta gələcək üçün hökumətdən tədbirli olmaq tələb olundu.

    Şübhəsizdir ki, Azərbaycanın gücü təkcə texnikada deyil. Şuşanın azad edilməsi uğrunda gedən döyüşlər bunun əyani sübutudur. Fransanın “Le Monde” qəzetinin bununla bağlı yazdığı məqaləni, yəqin ki, hər kəs xatırlayır.

    Belə ki, qəzetin Xankəndində olan jurnalisti bildirirdi ki, Şuşadan gələn yaralılar, əsasən, güllə və bıçaq xəsarəti alanlar idi. Özü də avtomat və ya karabin yox, tapança güllələri yaraları.

    Bu, o deməkdir ki, Şuşa şəhəri əlbəyaxa döyüşlərlə düşmən tapdağından azad olunub.

    Daha ətraflı Baku TV-nin videosüjetində:

  • Suqovuşan qazisi: “Elə bildim, şəhid olmuşam” – VİDEOREPORTAJ

    “Qəlpə yarası ağır bir yaradır, girəndə parçalayaraq girir, ona görə də ağrısını, həqiqətən, çox pis çəkirsən. Heç ürəyin belə gedə bilmir, ancaq ağrı, sızı olur”.

    Bunu Suqovuşan qəsəbəsi istiqamətindəki döyüşlərdə yaralanan, gənc qazi Həsən Müzəffərli Baku TV-yə müsahibəsində deyib.

    Qəhrəmancasına vuruşan, ölümlərdən qayıdan Həsən Müzəffərlinin döyüş hekayəsi Baku TV-nin xüsusi reportajında:

  • Qarabağda bu günə qədər 2425 erməni əsgərinin öldüyü təsdiqləndi

    Sentyabrın 27-dən bu günə qədər Qarabağ müharibəsində 2425 erməni əsgərinin öldüyü təsdiq edilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, bu, məhkəmə tibbi ekspertizasından keçmiş hərbçilərin cəsədləri ilə bağlı faktiki məlumatlardır.

    “Dünən axşam etibarilə bu rəqəm 2425 idi. Eyni zamanda, təxminən 250 cəsədin kimliyi müəyyən edilməyib” – deyə, o qeyd edib.

    Qeyd edək ki, Ermənistan hökuməti Qarabağ müharibəsindəki real itkilərini məqsədyönlü şəkildə gizlədir.