Month: November 2020

  • 17 yaşlı oğlan iPhone almaq üçün böyrəyini satdı

    Çində yaşayan bir gənc illər əvvəl etdiyi səhvə görə yataq xəstəsi olub.

    Median.Az yenisabah.az-a istinadən xəbər verir ki, 17 yaşında “iPhone” ala bilmək üçün böyrəyini satan gənc yoluxduğu infeksiya səbəbilə ömürlük yatağa məhkum qalacaq. Daim dializ aparatına qoşulan gəncin nə qədər ömrü qaldığı isə bilinmir.

    Qeyd edək ki, gənc qanunsuz yolla böyrəyini 3 min dollara satıb. O, bundan sonra o dövrdə populyar olan “iPhone 4” və “iPad 2″mi alıb. Evə getdikdə isə ailəsinin təkidindən sonra olanları etiraf edib. Hazırda 25 yaşında olan Şanqkunun infeksiyaya yoluxma səbəbi əməliyyatdan sonrakı baxımsızlıq olub.

    Bildirək ki, yaşanan hadisə aidiyyəti qurumların da məsələyə müdaxiləsinə səbəb olub. Gəncin əlaqə qurduğu şəxslərin şəxsiyyəti müəyyənləşdirilib və aralarında həkimin də olduğu 9 nəfər həbs edilib. Onlardan 5-i birbaşa orqan satışı ilə mühakimə olunub. Məhkəmə Şanqkun və ailəsinə 300 min dollar təzminat ödənilməsinə qərar verib.

  • Хикмет Гаджиев: Армяне не первый раз используют белый фосфор во время военных операций

    Как было заявлено ранее, ВС Армении в ходе военных операций использовали белый фосфор в целях поджога лесного массива вокруг Шуши.

    Об этом сказал помощник Президента Азербайджана Хикмет Гаджиев.

    Во время визита представителей международных СМИ в освобожденный от оккупации Физулинский район Х.Гаджиев отметил, что это не первый раз, когда Армения использует белый фосфор в военных операциях.

    “Фосфорные бомбы использовались армянской стороной и во время апрельских боев 2016 года. Главной их целью были наши жилые объекты, гражданское населения и вооруженные силы. Собирается информация по этому поводу. Международные организации, в том числе по запрещению химических оружий будут проинформированы об этом”, – подчеркнул он.

  • Hikmət Hacıyev: “Ermənilərin hərbi əməliyyatlarda ağ fosfordan istifadə etməsi ilk dəfə deyil”

    Hərbi əməiyyatların gedişi zamanı da məlumat vermişdik ki, Ermənistan silahlı qüvvələri Şuşa ətrafında meşələri yandırmaq üçün ağ fosfordan geniş şəkildə istifadə edir.

    Bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

    Beynəlxalq media mənsublarının işğaldan azad edilmiş Füzuli rayonuna səfəri zamanı açıqlama verən H.Hacıyev belə halın ilk dəfə olmadığını da vurğulayıb:

    “Hətta təkcə bu döyüşlərdə deyil, bundan əvvəlki hərbi əməliyyatlarda – 2016-cı ilin “Aprel döyüşləri”ndə də fosfor bombalarından geniş istifadə olunub.

    Burada əsas hədəf yaşayış obyektləri, mülki əhali və silahlı qüvvələrimiz olub. Məsələ ilə bağlı informasiyalar toplanır, kimyəvi silahların qadağan olunması ilə bağlı təşkilata və digər benəlxalq təşkilatlara məlumat veriləcək”.

  • İkinci Qarabağ müharibəsinin ilk şəhidləri – Əhmədov qardaşları (VİDEO)

    Mingəçevirdən olan iki qardaş – Əli və İslam Əhmədovlar İkinci Qarabağ müharibəsində Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə eyni gündə şəhidlik zirvəsinə ucalıblar.

    Əhmədovların anası Sevinc Əhmədova “ATV xəbər”ə müsahibəsində övladlarının millətini, xalqını çox sevdiyini deyib:

    “İslam həmişə deyirdi ki, ana, mən şəhid olacağam. Həmişə onu deyirdi. Əli də institutu qurtarıb əsgərliyə getdi, sülhməramlıya düşdü. Altı ay Bakıda, 6altı ay da Əfqanıstanda qulluq elədi. İslam həmişə deyirdi ki, ana, sən fəxr elə ki, oğullarının ikisi də əsgərlikdə medal alıb gəlib”. S.Əhmədova oğullarını atasız böyüdüb. Birinin 27, digərinin isə 26 yaşı olub. Vətən müharibəsinin ilk günü əvvəl kiçik, bir neçə saat sonra isə böyük oğlunun şəhid xəbərini alıb:“Birinci İslam şəhid olub, sonra Əli. Amma birinci Əli gəlib, böyük qardaşı İslama yol verib ki, qoy birinci böyük qardaşım getsin. Əlini dəfn edib gələndən sonra İslamı gətirdilər”.

    Şəhid anası əalvə edib ki, Əlinin toyuna hazırlaşıblar. Vağzalı çaldırıb gəlin gətirəcəyi günün xəyallarını quran ana iki oğlunu birdən son mənzilə yola salıb. İslamın xəyalları yarım, Əlinin bəy kostyumu otağından asılı qalıb: “İslam subay idi, Əliyə nişan aparmışdıq. Evi təmir edirdik. Yanvarın 5-də Əlinin ad günü idi, dedik, onda elə toyunu da edərik”.

    Hər iki qardaş döyüşlərdə qəhrəmanlıqları ilə seçilib. Ağdərə rayonu istiqaməti uğrunda gedən döyüşlərdə şəhid olublar. İslam müharibəyə gedən gün dostu Fuad Hacıyevlə görüşüb vidalaşıb: “Dedi gedirik, inşallah şəhidlik zirvəsinə yüksələrik. Son tapşırığı anası oldu. Anasını mənə mənə tapşırdı”.

  • Meksika səfirinin Rusiyadan tekila xahişi

    Meksika səfiri Norma Pensado Rusiya Baş nazirinin müavini Aleksey Overçuka Meksika hakimiyyətinin Avrasiya İqtisadi Birliyinin texniki qaydalarına dəyişiklik edilməsi xahişini çatdırıb.

    Median.Az “Vedomosti”yə istinadla xəbər verir ki, Meksika hökuməti və tekila istehsalına nəzarət üzrə yerli Şura tekila və mezkal anlayışlarını sənədə daxil etməyi təklif edib.

    Nəşrin qeyd etdiyi kimi, sənəd hazırkı redaksiyasında qüvvəyə minərsə, tekila satışı AİB ölkələrində qadağan edilə bilər. Reqlamentə görə, alkoqollu içkilərdəki metanol miqdarı 0,05%-dən çox olmamalıdır. Meksika standartına görə, tekilada metanol miqdarının 0,03 – 0,3% arasında bir səviyyəsinə icazə verilir.

    Rusiya Maliyyə Nazirliyi məktubun alındığını təsdiqləyib. Baş nazir müavininin nümayəndəsi nəşrə Meksika hökumətinin narahatlıqlarının Aİ tərəfdaşlarının diqqətinə çatdırıldığını deyib və tənzimləmənin qüvvəyə minməsinin 1 yanvar 2022-ci ilə qədər təxirə salındığını xatırladıb.

  • Məhəmməd Salahın koronavirus testi yenə müsbət oldu

    Misir milli komandasının futbolçuları Məhəmməd Salah və Məhəmməd Elneni növbəti dəfə koronavirus testindən keçib.

    “Report” Misir Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, hər iki oyunçunun test nəticəsi müsbət olub.

    Qeyd edək ki, İngiltərənin “Liverpul” klubunda çıxış edən Məhəmməd Salahda koronavirus noyabrın 13-də aşkarlanıb. “Arsenal”da çıxış edən Məhəmməd Elnenin də testi yığmanın düşərgəsində olarkən müsbət çıxıb.

  • “Yaralı əsgərləri hospitalda güclə saxlayırdıq, tez sağalıb cəbhəyə dönməyə can atırdılar…”

    Sentyabrın 27-də Qarabağda müharibə başlayanda Türkiyədə işləyən bir çox azərbaycanlı doktorlar yaralıları müalicə etmək üçün könüllü olaraq Azərbaycana gəldi. Virtualaz.org xəbər verir ki, onlardan biri də Akdeniz Universitetinin Tibb Fakülətisi Xəstəxanasında çalışan Amil Hüseynov olub.

    Hüseynov 40 gün boyunca Bərdədəki hərbi hospitalda çalışıb, o və qrupu həmin müddətdə 300-ə yaxın yaralı əsgəri və mülki sakini müalicə edib. Ermənistan ordusunun Bərdəni “Smerç” raketləri ilə atəşə tutub onlarla dinc sakini qətlə yetirməsi zamanı doktor Hüseynov da yüngül yaralanıb, amma Bərdəni tərk etməyib və yaralıların müalicəsini davam etdirib.

    Hərbi əməliyyatların dayandırılması haqda razılaşmanın əldə edilməsindən sonra A.Hüseynov Bərdədəki işini tamamlayıb və yenidən Antalyaya dönmək üçün hazırlaşır. O, “Anadolu” agentliyinə açıqlamasında deyib ki, müharibənin başladığını eşidən kimi Bakıya uçan ilk təyyarəyə bilet alıb, daha sonra icazə məsələlərini həll etməyə başlayıb. İstanbul üzərindən Bakıya uçan Hüseynov deyir ki, uşaqlarından birinin sənədində problem vardı. Amma Bakı aerportunda Azərbaycana hansı məqsədlə gəldiyini eşidəndə orada xidmət aparan əməkdaşlar məsələni həll ediblər və Hüseynovu ölkəyə buraxıblar.

    Deyir ki, Akdeniz Universiteti Tibb Fakültəsi Xəstəxanasının rəhbərliyi də icazə məsələsində ona kömək edib. “Çalışdığım dönəmdə Türk millətinin dəstəyini hiss etdik. Burada bütün xalq birlik və bərabərlik içərisindəydi. Türkiyə jurnalistlərinin də burada heç bir detalı qaçırmadan çatdırması qürur vericiydi. Türkiyə və Azərbaycan bayraqlarını yan-yana görmək də bizdə qürur yaradırdı”,-o bildirib.

    Doktor Hüseynov deyir ki, müharibənin ilk günlərində Bərdə hospitalında çoxlu sayda hərbçini və mülki şəxsi müalicə ediblər. “Yaralı əsgərlər tez sağalıb yenidən cəbhəyə getməyə can atırdı. Onları hospitalda güclə saxlayırdıq. Ermənilərin atdıqları raketlərdən biri xəstəxananın yaxınlığına düşdü, binanın arxasındakı maşınlar yanıb kül oldu. Mən də yüngül yaralandım. Partlayış dalğasının təsirinə məruz qaldım. Qıçım üç gün sarğıda qaldı. Bir neçə kəsik yaranmışdı”,-o bildirir.

    Amil Hüseynov bildirir ki, o və komandası 300-ə yaxın hərbçini və mülki şəxsi müalicə edib. “Buradakı missiyam hələlik bitdi, Türkiyəyə dönəcəyəm. Ehtiyac olsa yenə qayıtmağa hazıram”,-o vurğulayıb.

  • Məşhur iş adamına məxsus şirkətin 4 milyon manat vergi borcu var

    Məşhur iş adamı Loğman Zülfüqarlıya məxsus “Bakı İnşaat Sənaye” ASC-nin bu günə 3 985 853 manat vergi borcu olduğu müəyyənləşib.

    “Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Bu arada mətbuatda vergi orqanlarının sözügedən səhmdar cəmiyyətdə yoxlamalar aparması, milyonlarla manat vergidənyayınma faktının aşkar olunması, müəssisə sahibinin cərimələnməsi və ölkədən çıxışının qadağan edilməsi barədə məlumatlar yayılıb. Loğman və Nürəddin Zülfüqarlı qardaşlarının 2002-ci ildə “Bakı Elektroştamp”, 2003-cü ildə isə “Bakı Poladtökmə” zavodunun səhmələrini qanunsuzluqla ələ keçirmələri, 2005-ci ildə isə həbslə üzləşdiyi bildirilir.

    Xatırladaq ki, “Bakı İnşaat Sənaye” 2004-ci ildə yaradılıb. Şirkət tikinti və digər sahələrdə istifadə edilən qara metal məmulatlarından künclük, şveller, dördbucaq, dairəvi və müxtəlif fasonlu dəmir məhsulları, mismar və məftillər hazırlayır.

  • Paşinyan məğlub erməni ordusuna öz xalqı üzərində “qələbə şansı” verir

    İrəvanda Azadlıq meydanında müxalifətin “Paşinyana istefa” şüarları ilə müşayiət olunan etiraz aksiyaları ilə yanaşı hökumət binası qarşısında bir qrup şəxs erməni baş nazirə dəstək nümayiş etdirir.

    Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

    Maraqlısı budur ki, sözügedən şəxslər arasında hərbçilərin üstünlük təşkil etdiyi bildirilir. Bu isə dərhal Nikol Paşinyanın bir neçə gün əvvəl “divar dibində ulayan”larla mübarizə aparmaq üçün hərbçiləri İrəvana dəvət etməsini yada salır. Görünür erməni baş nazir cəbhədə məğlub olan “qəhrəman hərbçilərə” bu sindromun öhdəsindən gəlmək üçün erməni xalqı üzərində “qələbə şansı” vermək istəyir.

    Hökumət binası qarşısında Paşinyan hakimiyyətinə dəstəyə qalxan erməni hərbçilər hər şeydə günahı keçmiş hökumətin üzərinə atır. “Bizim baş nazirimizi satqın adlandıranlar əslində bizə qarşı çıxır” deyirlər.

    Nikol Paşinyan hökumətinin Ermənistanı əlində saxlamaq üçün müxalifətə qarşı hərbçilərdən istifadəsi bu ölkənin qarşıdakı günlərdə daha dərin böhran içində olacağını və qarşıdurmaların güclənəcəyini söyləməyə imkan verir.

  • İşğaldan azad edilmiş ərazilərdə xristian abidələri bərpa olunacaq

    Mədəniyyət Nazirliyi tərəfindən “Xristian irsimizi tanıyaq” adlı layihənin icrasına başlanılıb.

    Nazirlikdən “Report”a verilən məlumata görə, layihə çərçivəsində Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələr və ibadətgahlara dair qısa videoçarxlar təqdim olunur. İlk videoçarx Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən Kiş Alban məbədinə həsr olunub.

    Azərbaycanda xristianlıq hələ İsa Məsihin həvariləri dövründə – eramızın I-II əsrlərində yayılmağa başlayıb. Bu fəaliyyət xristianlığı yaymaq məqsədilə qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasına gələn həvarilər Varfolomey və Faddeyin, eləcə də Faddeyin yetirmələri olan Yelisey və Marın adları ilə bağlıdır. Həmin dövrdə indiki Şəki rayonunun Kiş kəndi ərazisində “Şərq kilsələrinin anası” kimi məşhurlaşan Qafqazın ilk xristian məbədinin əsası qoyulub. Daha sonra Qafqaz Albaniyasının digər yerlərində də xristian icmaları meydana gəlib, beləliklə, həvari mənşəli Alban Kilsəsi təşəkkül tapıb.

    Multikultural və çoxkonfessiyalı ölkə olan Azərbaycanda bütün xalqlar və dinlərin nümayəndələri əsrlərdir dinc yanaşı yaşayır, qurub-yaradırlar. Ölkəmizdə olan çoxsaylı xristian icması cəmiyyətimizin ayrılmaz və fəal hissəsidir və onların abidələri və ibadət yerləri, kilsələr Azərbaycan dövləti tərəfindən mühafizə olunur. Təsadüfi deyil ki, Roma Papası Fransisk 2016-ci ilin oktyabr ayında Azərbaycana səfəri zamanı Azərbaycanı dini tolerantlıq üzrə dünyada model ölkə kimi qiymətləndirib.

    Son 20 ildə Bakıdakı Rus Pravoslav Baş Kafedral kilsəsi (“Jen Mironosits” pravoslav kafedral kilsəsi), “Xilaskar” Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav kilsəsi dövlət tərəfindən təmir edilib, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilib. Qəbələdəki Çotari Alban-udi və Bakıdakı Pravoslav kilsələrinin təmiri, Bakıdakı Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində reallaşdırılmışdır. 2020-ci ildə layihə çərçivəsində Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib. Bakı şəhərinin mərkəzində Azərbaycan dövləti tərəfindən Erməni (Qriqori) kilsəsi bərpa edilib və ziyarət üçün açıqdır. Burada qədim kitablar da qorunub saxlanılır və kilsəni ziyarət edən xarici qonaqlar da bunu təqdirlə qeyd edirlər.

    Azərbaycan təkcə ölkə daxilində deyil, dünya miqyasında xristian irsinin qorunmasına töhfələr verir. Ölkəmizin dəstəyilə Vatikanda yerləşən Müqəddəs Sebastian katakombalarının, Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” çərçivəsində Roma şəhərində Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyinə və Həştərxanın təməlinin qoyulmasının 455 illiyinə həsr edilən Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsinin ucaldılması bu faktların sırasındadır. Bununla yanaşı, Fransanın Orn departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım edilib.

    Mədəniyyət Nazirliyi bildirir ki, işğaldan azad edilmiş ərazilərimizdə xristian dini mirasının və abidələrinin mənşəyindən asılı olmayaraq yüksək səviyyədə qorunacaq, bərpa ediləcək və istifadəyə veriləcək.