Month: November 2020

  • Azərbaycan millisi Avropa çempionatında iki medal qazandı – FOTO

    Ukraynanın paytaxtı Kiyevdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan iki medal qazanıb.

    Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup komandamız dünən və bu günkü çıxışının cəmində 66,300 xal toplayıb. Bu, millimizin İsraildən (67,575) sonra ikinci yeri tutub gümüş medal qazanmasına səbəb olub. Bürünc medalları isə meydan sahibi Ukrayna (63,700) qazanıb.

    Həmçinin yeniyetmələr və qrup komandalar arasındakı ümumi nəticəyə görə də Azərbaycan millisi medal qazanıb. Ümumilikdə 226,175 xal qazanan millimiz Ukrayna və İsraildən sonra bürünc medalla mükafatlandırılıb.


    Qeyd edək ki, sabah Bakı vaxtı ilə saat 15:00-da yeniyetmələrdə final mərhələsinə start veriləcək. Azərbaycanı burada Nərmin Bayramova (ip və lent) və Alina Gözəlova (top və gürz) təmsil edəcək. Saat 18:00-da isə qrup komandalarının final mərhələsi başlayacaq. Burada azərbaycanlı qrup oyunçularının daha iki medal qazanmaq şansı var.

    Onu da bildirək ki, koronavirus pandemiyası səbəbindən və Tokio Yay Olimpiya Oyunlarına lisenziya vermədiyindən, budəfəki Avropa çempionatına cəmi 23 ölkə qatılıb. Rusiya kimi aparıcı ölkənin qatılmadığı qitə birinciliyinin qrup komanda yarışlarında cəmi 6 ölkə mübarizə aparır.

  • Paşinyan Rusiyaya səfər edəcək

    Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfər edəcəyi gözlənilir.

    Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

    Məlumata görə, Ermənistanın baş nazir aparatının protokol şöbəsinin rəhbəri Eduard Arutyunyan noyabrın 30-dan dekabrın 4-nə qədər səfər hazırlıqları ilə bağlı Moskvada olacaq.

  • Üzü tanınmaz olan yaralı əsgərin valideynləri AXTARILIR

    Sosial şəbəkədə hansı bölgədən və kim olduğu bilinməyən, üzü yanan, bədən nahiyəsindən də yaralı olan əsgər fotosu yer alıb. Fotoda əsgərin xəstəxanada sarıqlı vəziyyətdə müalicə aldığı görünür. Qeyd edək ki, əsgərin üzünün yanması onu tanımaqda çətinllik yaradır.

  • Bakı-Quba yolunda sürücü idarəetməni itirərək qəza törətdi

    Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə yolun 15-ci km-də qeydə alınıb.

    Belə ki, 90-GD-426 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü Hüseynzadə Hüseyn Füzuli oğlu idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı səkiyə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da maşına ciddi ziyan dəyib.

    Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.

  • Maradonanın meneceri: “Artıq yaşamaq istəmirdi”

    Dieqo Maradonanın meneceri Stefano Çeçi əfsanəvi futbolçunun ölümündən öncəki vəziyyəti barədə danışıb.

    Bu barədə “Football Italia” məlumat yayıb.

    “Son vaxtlar fiziki və mənəvi cəhətdən zəif olmuşdu. Düşünürəm ki, yorulmuşdu və ölümü düşünürdü. Artıq yaşamaq istəmirdi”, – deyə menecer bildirib.

  • Bakıda COVID-19 xəstələri ilə çalışan tibb işçilərinin əməkhaqlarına əlavənin verilməsi müddəti artırılıb

    Nazirlər Kabineti “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.

    Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti 2021-ci il yanvarın 1-dək uzadılıb.

    Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə müəyyən edilib.

    Qeyd edək ki, bundan öncə bu müddət bu il iyulun 1-dən oktyabrın 1-dək olan dövrü əhatə edib.

  • Evə dönməyə hazırlaşan əsgərlərimizin rəqsi – VİDEO

    Cəbhə bölgəsindən evlərinə dönməyə hazırlaşan rəşadətli əsgərlərimiz əylənərək rəqs edirlər.

    Döyüşçülər hərb həyatlarının axırıncı günlərini bu cür qeyd edirlər.

    Əsgərlərimizin rəqsi əks olunan videonu təqdim edirik:

  • Qazaxın işğal altında olan 7 kəndi mütləq qaytarılacaq

    “Azərbaycan xalqı 2020-ci ilin 27 sentyabrında başlayan və 10 noyabrda böyük tarixi qələbə ilə hərb tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsini hələ uzun illər xatırlayacaq. “Qarabağ Azərbaycandır!” deyərək başladığımız haqq savaşında igid, mərd, qəhrəman oğullarımızın göstərdikləri şücaətlər, qəhrəmanlıqlar hələ uzun müddət dillərə dastan olacaq. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin güclü siyasəti, şanlı Azərbaycan Ordusunun qüdrəti, şəhidlərimizin, yaralı hərbçilərimizin qanı bahasına əldə etdiyimiz tarixi qələbə, böyük zəfər bizə mənliyimizi, kimliyimizi qaytarmaqla yanaşı, Azərbaycan dövlətinin nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. 30 ilin həsrətinə 44 günlük Vətən müharibəsində son qoyuldu. Azərbaycanın dilbər guşələri olan rayonlarımız düşmən tapdağından azad edildi. Biz əminik ki, Qazaxın düşmən tapdağı altında olan 7 kəndi – Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndləri də tezliklə işğaldan azad olunacaq və digər soydaşlarımız kimi biz də öz doğma yurd-yuvamıza qayıdacağıq”.

    “Report” xəbər verir ki, bu fikirlər Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndlərindən olan sakinlərlə keçirilən görüşdə səslənib.

    Qələbə sevincini işğal altında olan kəndlərin sakinləri ilə bölüşən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qarabağın azad olunması münasibətilə hər birini təbrik edib, xoş arzularını çatdırıb. O, bu gün hər birimizin fəxrlə söylədiyimiz tarixi Qələbəyə görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, qeyrətli Vətən oğullarına borclu və minnətdar olduğumuzu bildirib. İcra başçısı bu gün tutduğu mövqeyindən, yaşından asılı olmayaraq hər kəsin bu qələbənin bizim kimliyimizi, mənliyimizi özümüzə qaytaran bir qələbə olduğunu dərk etdiyimizi dilə gətirib. Şəhidlərimizin qanı hesabına qazandığımız bu zəfərlə hər birimizin qürur duyduğunu, sevindiyini, fəxr etdiyini söyləyib.

    İcra başçısı 10 noyabrda imzalanmış Bəyanatda da qeyd edildiyi kimi Qazaxın işğal altında olan 7 kəndinin də mütləq azad olunacağını bildirib. Kəndlərimizin azad olunması ilə bağlı heç bir narahatlığın olmadığını, işğaldan azad olunan torpaqlarımızda olduğu kimi, Qazaxın həmin kəndlərində də yaxın bir zamanda üçrəngli bayrağımızın dalğalanacağını qeyd edib. İcra başçısı bir daha bu şanlı zəfəri bizlərə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgər və zabitlərimizə isə şəfa diləyib. Ali Baş Komandana, ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə bir daha sonsuz minnətdarlığını çatdırıb.

    Aşağı Əskipara kənd sakinlərindən II qrup Qarabağ müharibəsi əlili Vaqif Vəliyev, Nizami Qafarov, Çingiz Məmmədov, Bağanıs Ayrım kənd sakini Səməd Ocaqverdiyev çıxış edərək işğaldan azad edilən torpaqlarımızın sevincini bu gün də yaşadıqlarını söyləyiblər. Qeyd ediblər ki, 44 günlük Vətən müharibəsində Ordumuzun gücü, qüdrəti sayəsində bütün dövlətlər, xalqlar Azərbaycan xalqının yenilməz, dəmir iradəli xalq, müzəffər xalq olduğunun şahidi oldular. Bu gün hər kəsin üzünə alnıaçıq, üzüağ şəkildə baxa biliriksə, başımızı dik tuturuqsa, Azərbaycanın torpaqları tam bərpa olunursa, buna görə şəhidlərimizə, Azərbaycan Ordusunun hərbçilərinə borcluyuq. Bir ömür boyu minnətdarıq. Şanlı Ordumuzun qazandığı nailiyyətləri könül xoşluğu, fərəh hissi ilə qarşılayan sakinlər Qazaxın işğalda olan 7 kəndinin də azad olunacağı günün uzaqda olmadığını və buna tam əmin olduqlarını bir daha dilə gətiriblər.

    Sakinlərlə səmimi ürək sözlərini bölüşən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün həsrətində olduqları kəndlərin işğaldan azad olunması xəbərinin yaxında olduğunu söyləyib və növbəti belə görüşlərin məhz həmin kəndlərimizdə keçirilməsini arzu edib.

  • Ağsunun icra başçısı vəfat edib

    Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev vəfat edib.

    Bunu Trend-ə açıqlamasında icra başçısının qohumları deyib. Məlumata görə, V. Tağıyev bu gün axşam saatlarında xəstəxanada keçinib. Həkimlərin səyinə baxmayaraq V. Tağıyevin həyatını xilas etmək mümkün olmayıb.

    Xatırladaq ki, icra başçısı bir müddət əvvəl koronavirusa yoluxmuşdu və Bakıdakı tibb mərkəzlərindən birində müalicə olunurdu.

  • XTQ giziri: “Bir nəfər də qalsaq, o bayraq sancılmalı idi” – VİDEO

    10 ildir Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət edən gizir Rauf Qasımov İkinci Qarabağ savaşı ilə bərabər, 2016-cı il Aprel döyüşlərinin də iştirakçısı olub. R.Qasımov Aprel döyüşlərində yaralansa da, yenidən XTQ-ya qayıdıb.

    “Qafqazinfo”nun əməkdaşları qəhrəman qazimizin ailəsində olub, evindən reportaj hazırlayıblar.

    Bu qüvvələrin N saylı hərbi hissəsində əsgərlərin yetişməsi üçün çalışan gizir Qasımov Vətən müharibəsi başlayan gündən Murovdağ istiqamətində əks-hücum əməliyyatı keçirənlərin öndə gedənlərindən olur. İgidimiz həmçinin Hadrutun, Füzulinin və Cəbrayılın alınmasında da iştirak edir.

    Gizir Qasımov 14 hərbçi yoldaşı ilə birlikdə Cəbrayıl şəhəri istiqamətində 200 erməni əsgərinə qarşı döyüşür. 30 yaşlı gizir həmin anları belə xatırlayır: “Bizə komandir tərəfindən bildirildi ki, geri çəkilin. Həmin istiqamətdə ermənilər böyük qüvvəsi ilə toplaşıb və ora artilleriya zərbələri endiriləcək. Amma biz dedik ki, burada döyüşmək istəyirik. Çünki üz-üzə döyüşlərdə ermənilərin bizdən çəkindiyini bilirdik. 14 nəfər pusquya düşdüyümüz halda ordan çıxıb ermənilərin özünü pusquya saldıq. Onların böyük hissəsini məhv etdik. Qalanları da silah-sursatını, hər şeyi orada qoyub qaçdılar. İçlərində Ermənistan Xüsusi Təyinatlı Qüvvələrinin mənsubları da var idi. 4 şəhidimiz olsa da, mübarizə apardıq və düşməni qovduq. Həmin döyüşdə çiynimdən snayper yarası aldım. Təəssüfləndiyim isə odur ki, Şuşaya qədər döyüşə bilmədim. Orada igidlik göstərənlərin siyahısında olmaq istəyirdim”.

    Qazinin həyat yoldaşı Elmira Hüseynova Raufla fəxr etdiyini bildirib: “Mən bilirəm ki, o, döyüşəcək, döyüşməlidir. Bunun üçün təlimlər keçir. Bu, Raufun vəzifəsidir. O, torpaqlar uğrunda mübarizə aparmalı idi və bunu etdi. Təbii ki, onun üçün qorxurdum, amma buna öyrəşmişəm”.

    Bu məqamda söhbətimizə müdaxilə edən gizir də xanımına işarə edərək, “O da mənim döyüşçü yoldaşımdır da…”, – deyə gülümsəyir.