Month: November 2020

  • Vilayət Eyvazovdan yeni təyinat – FOTO

    Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib.

    APA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polis polkovniki Nəriman İmanov Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

    Qeyd edək ki, N.İmanov buna qədər Sumqayıt Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində xidmət edib

    Xatırladaq ki, bu gün Gəncə Şəhər Baş Polis İdarəsinin əvvəlki rəisi Əkbər İsmayılov Bakı Şəhər Baş Polis idarəsinə rəis təyin edilib.

  • Azərbaycanın iki gimnastı Avropa Çempionatının finalına yüksəlib

    Azərbaycan gimnastları Nərmin Bayramova və Alina Gözəlova Kiyevdə keçirilən bədii gimnastika üzrə 36-cı Avropa çempionatının finalına yüksəliblər.

    Bu gün yarışma çərçivəsində onlar “gənclər” yaş kateqoriyasında fərdi proqramda gürzlər və lent ilə hərəkətlərdə çıxış ediblər.

    Yarışmanın yekunu olaraq Nərmin Bayramova 20.675 xal toplayaraq lentlə hərəkət üzrə Avropa çempionatının final mərhələsinə çıxıb. Alina Gözəlova 22.000 xal toplayaraq gürzlərlə hərəkətlərdə çempionatın finalına yüksəlib.

    İlona Zeynalovanın bugünkü nəticəsi: gürzlərlə hərəkətlərdə – 20.700, lentlə hərəkətlərdə – 18.200 xal.

    Xatırladaq ki, dünənki təsnifat mərhələsinin yekunlarına əsasən Alina Gözəlova topla, Nərmin Bayramova iplə hərəkətlərdə çempionatın finalına çıxdı.

    Bədii gimnastika üzrə Avropa Çempionatı 26-29 noyabr tarixlərində Ukraynanın paytaxtı Kiyevdə keçirilir. Azərbaycanı çempionatda 11 gimnastımız təmsil edir.
    Gənclər kateqoriyasında fərdi proqramda Nərmin Bayramova, Leyli Ağazadə, Alina Gözəlova və İlona Zeynalova iştirak edəcək.

    Böyüklər kateqoriyasında Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova, qrup hərəkətlərdə isə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina təmsil edəcək.

    Bədii gimnastika üzrə 36-cı Avropa çempionatında 23 ölkədən olan idmançılar iştirak edirlər.

  • В Сумгаите к 13 годам тюремного заключения приговорен мужчина, убивший знакомого – ВИДЕО

    Министерств внутренних дел 26 сентября текущего года распространило информацию о том, что днем ранее около 21:00 в больницу с колото-резаными ранами был доставлен житель поселка Зейналабдин Тагиев ранее судимый Шахрияр Эльдаров, который позже скончался.

    В результате оперативно-сыскных мер, проведенных вторым отделом полиции Сумгайытского ГУП был задержан подозреваемый в совершении преступления Матлаб Гадимов.

    В прокуратуре города было начато уголовное дело по статье 120.1 (умышленное убийство) УК АР.

    Было установлено, что Ш.Эльдаров умер в результате внутреннего кровотечения. Судебно-химический анализ крови показал, что он был легко пьян.

    Стало известно, что 25 сентября у них возник спор на бытовой почве. Будучи пьяным Ш.Эльдаров напал на М.Гадимова с кулаками и стал наносить ему удары. В это время последний вытащил из кармана нож, изготовленный в кустарном порядке, и нанес им Ш.Эльдарову два удара, которые привели к его смерти.

    Во время судебного процесса М.Гадимов признался в содеянном и выразил свое сожаление по поводу этого. Суд приговорил его к 13 годам тюремного заключения.

  • Ахмет Давутоглу заразился коронавирусом – ФОТО

    Бывший премьер-министр Турции Ахмет Давутоглу заразился коронавирусом.

    Об этом написал А.Давутоглу в своем аккаунте в Twitter.

    “Сегодня мои тесты на коронавирус дали позитивный результат. Мое состояние нормальное. В период карантина моя деятельность, связанная с партийной деятельность продолжится дома”, – добавил он.

  • Rusiyada müəllim dərs dediyi şagirdin qohumları tərəfindən döyülüb – FOTO

    Rusiyada tarix müəllimi dərs dediyi şagirdin qohumları tərəfindən döyülüb. Səbəbi müəllimin məktəbliyə aşağı qiymət yazması olub.

    Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

    Bildirilir ki, pedaqoq həmin adamlardan qurtulmaq üçün hətta travmatik silahdan havaya bir neçə dəfə atəş açmalı olub.

    Müəllimin hazırda orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi vurğulanır.

  • Şuşada xəngəl bişirən əsgərlərimiz – VİDEO

    Müzəffər ordumuzun əsgərləri Şuşa rayonunun Daşaltı kəndində özlərinə yemək də hazırlayırlar.

    Bu barədə görüntülər sosial mediada yayılıb.

    Videoda əsgərlərin xəngəl hazırladığı görünür.

  • SON DƏQİQƏ! Azərbaycan tərəfi bu sayda meyiti Ermənistana verdi

    Azərbaycan tərəfi bu gün erməni tərəfinə daha 5 nəfər hərbçinin meyitini təhvil verib.

    Median.Az xəbər verir ki, bu barədə məlumatı Sputnik Armeniya saytı yayıb.

    Saytın bildirdiyinə görə, meyitlər Hadrut qəsəbəsində məhv edilmiş erməni hərbçilərinin meyitləridir. Meyitlər xeyli müddət ərazidə qaldığında onların şəxsiyyətini hələlik müəyyənləşdirmək mümkün olmayıb.Hazırda meyitlərin axtarışları davam edir.//oxu24.com

  • СМИ: В пригороде Тегерана убит один из руководителей иранской ядерной программы – ФОТО

    В пригороде столицы Ирана убит один из руководителей ядерной программы страны Мохсен Фахризаде, сообщают иранские СМИ.

    По их данным, в его автомобиле было установлено взрывное устройство, которое сработало на шоссе к востоку от Тегерана.

    Вместе с Фахризаде в машине находились еще два человека.

  • Türkiyə əsgərlərinin Qarabağa gələcəyi tarixlə bağlı VACİB AÇIQLAMA

    “Türkiyə əsgərlərinin Qarabağa gəlməsi üçün hazırlıqlar davam etdirilir. Ən qısa zamanda əsgərlərimiz Qarabağda olacaqlar”.

    Median.Az bildirir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım deyib. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinin bu barədə narahatlığına heç bir əsas yoxdur:

    “Türk əsgərinin Qarabağa gəlməməsi üçün ən xırda problem belə yoxdur. Hazırlıqlar görülüb. Ən qısa zamanda əsgərlərimiz Qarabağa gələcəklər. Fransa kimi ölkələrin və Avropanın bununla bağlı bütün narahatlıqlarına isə aydınlıq gətirilib. Heç bir əngəl yoxdur”. //modern.az

  • İtaliya klubları Maradonaya görə meydana qara sarğı ilə çıxacaqlar

    İtaliya A Seriyasının noyabrın 25-də vəfat etmiş Argentina millisinin sabiq kapitanı Dieqo Maradona ilə necə vidalaşacağı açıqlanıb.

    “Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, IX turun bütün oyunlarından öncə komandaların isinmə hərəkəti zamanı stadionlardakı monitorlarda əfsanəvi hücumçunun UEFA Kubokunun 1988/1989 mövsümündə “Napoli”nin heyətində Almaniya “Bavariya”na qarşı matçdakı (2:2) driblinqlərindən hazırlanmış video nümayiş etdiriləcək.

    Start fitindən əvvəl futbolçular meydanın mərkəz dairəsində toplaşacaqlar və Maradonanın xatirəsi 1 dəqiqəlik sükutla yad olunacaq. Həm sükut zamanı, həm də hər oyunun 10-cu dəqiqəsində ulduz futbolçunun fotosu monitorlarda göstəriləcək.

    Qeyd edək ki, Dieqo Maradona 60 yaşında ürəktutmasından vəfat edib.