Month: November 2020

  • Azərbaycan ən çox Avropa İttifaqı ölkələrinə məhsul ixrac edib

    2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan xaricə 2 min 850 çeşid məhsul ixrac edib.

    Oxu.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, ixrac olunan məhsulların sektorlar üzrə bölgüsündə dövlət sektoru ixracın 47,2 faizini, özəl sektor 52,5 faizini, fiziki şəxslər 0,4 faizini təşkil edib.

    Dövlət sektoru üzrə ixrac edilən məhsulların dəyəri 5 milyard 769,8 milyon dollar, özəl sektor üzrə 6 milyard 416,3 dollar, fiziki şəxslər üzrə 47,9 milyon dollar olub.

    Belə ki, MDB ölkələrinə ixrac olunan məhsulların ümumi dəyəri 1 milyard 95,5 milyon dollar, Avropa İttifaqı ölkələrinə 6 milyard 145,4 milyon dollar, digər ölkələrə ixrac olunan məhsulların ümumi dəyəri isə 4 milyard 993,1 milyon dolları təşkil edib.

    İxrac əməliyyatları həcminin ən yüksək həddi yanvar ayında qeydə alınıb, cari ayda ixrac edilən məhsulların dəyəri 2 milyard 130,2 milyon dollar olub. Əməliyyatların həcminin ən aşağı həddi isə may ayında müşahidə olunub və bu ayda 665,5 milyon dollar dəyərində məhsul ixrac olunub.

    Azərbaycandan humanitar yük, təmənnasız kömək və texniki yardım məqsədli ixrac edilən məhsulların dəyəri isə 645,2 min dollar həcmində olub.

  • İlham Əliyev Moldovanın yeni prezidentini təbrik edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının yeni seçilmiş Prezidenti xanım Maya Sanduya təbrik məktubu ünvanlayıb.

    Mətndə deyilir:

    “Hörmətli xanım Sandu,

    Moldova Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

    İnanıram ki, Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

    Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının rifahı naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

  • Şuşaya yol çəkiləcək – Prezidentdən SƏRƏNCAM

    Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.

    Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə və İqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilib.

    Sərəncamda deyilir ki, Qarabağ bölgəsində erməni təcavüzünə məruz qalmış bütün torpaqlarımız, o cümlədən Qarabağın tacı olan Şuşa 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsinin Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatması nəticəsində işğaldan azad edilib.

    27 il müddətində işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb, təbii sərvətlər talan edilib, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulub, fərdi və çoxmənzilli yaşayış evləri yerlə-yeksan edilib.

    Dədə-baba yurdlarından didərgin salınmış insanların işğaldan azad olunmuş ərazilərə qayıdaraq məskunlaşmasının, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin tərtibi, sənaye və kənd təsərrüfatı müəssisələrinin, sosial təyinatlı obyektlərin inşası, habelə əhalinin mənzil-məişət məsələlərinin həlli ilə bağlı müvafiq təkliflər hazırlanır və artıq bir sıra yaşayış məntəqələrində bu sahələrdə zəruri işlərin həyata keçirilməsinə başlanılıb.

  • Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilən neftin həcmi 11 faiz azalıb

    ​​​​

    2020-ci ilin yanvar-oktyabr ayrları ərzində magistral neft kəmərləri ilə 29 milyon 288,9 min ton neft nəql edilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz azdır.

    Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, nəqletmənin 79,3 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. Cari ilin yanvar-oktyabr ayları ərzində bu kəmər vasitəsilə 23 milyon 240,2 min ton neft ötürülüb ki, bu da 2019-cu ilə nisbətən 10,9 faiz azdır.

    Dövr ərzində BTC kəməri ilə 3 milyon 324 min ton tranzit nefti də nəql edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz az olub.

    Qeyd edək ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 32 milyon 424,7 min ton neft nəql edilib. Eləcə də, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 26 milyon 106,7 min ton neft ötürülüb.

  • Azərbaycan Ordusuna könüllü yazılan zabitlərlə bağlı QƏRAR

    Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanunu təsdiq edib.

    AZƏRTAC xəbər verir ki, qanunla birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün xidmətin başlanğıcı əmrin imzalandığı gün sayılacaq.

    Belə ki, qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün həqiqi hərbi xidmətin başlanğıcı hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün sayılacaq.

  • Парламент Турции утвердил законопроект в связи с отправкой военных в Азербайджан

    Великое национальное собрание (парламент) Турции на своем сегодняшнем заседании обсудило и приняло законопроект в связи с отправкой военных в Азербайджан.

    Заседание прошло под председательством вице-спикера, депутата от Демократической партии народов Нематуллы Эрдогмуша.

    Законопроект был разработан Администрацией президента Турции.

    В соответствии с документом, турецкие военные на протяжении шести месяцев будут работать в совместном с Россией мониторинговом центре в Нагорном Карабахе.

  • Parlament Türkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsini təsdiqlədi

    Türkiyə parlamenti Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

    Layihə Böyük Millət Məclisinin bu gün keçirilən iclasında müzakirə olunaraq qəbul edilib. İclasa parlamentin sədr müavini Xalqların Demokratik Partiyasından (HDP) Nemətulla Ərdoğmuş rəhbərlik edib.

    Qeyd edək ki, Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi ilə bağlı qanun layihəsi ölkənin Prezident Administrasiyası tərəfindən hazırlanıb. Layihəyə əsasən, Türkiyə hərbçiləri bir il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

  • 190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdı

    190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatıb.

    Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon (Lənkəran, Şəki, Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz) üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılar üçün 190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsini başa çatdırıb.

    Həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndərilib. SMS-i aldıqdan sonra onlara verilmiş bank kartları vasitəsilə vəsaitlərini müvafiq bankın bankomatlarından əldə edə bilərlər.

    Birdəfəlik ödəmə 10 şəhər və rayon üzrə 96 min 587 nəfərə ödənib.

    Ümumilikdə, bu ilin aprel-may aylarında, habelə sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3-cü, 4-cü və hazırkı 5-ci dəfə birdəfəlik ödəmələr verilib və bu məqsədlə ümumilikdə 350 milyon manatdan çox vəsait sərf olunub.

  • Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığı daha da gücləndirir

    Azərbaycan və Gürcüstan dəmir yolları sahəsində əməkdaşlığı gücləndirir.

    “Azərbaycan Dəmir Yolları” QSC-dən Oxu.Az-a verilən məlumata əsasən, iki ölkənin müvafiq qurumları arasında yükdaşıma sahəsində ikitərəfli əməkdaşlığa dair sənəd imzalanıb.

    “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan və Gürcüstan dəmir yolları arasında mövcud olan əməkdaşlıq əlaqələri, Azərbaycanın nəqliyyat-logistika imkanları, dəmir yolunda aparılan islahatlar və səmərəliliyin artırılması istiqamətində nəzərdə tutulan işlər barədə danışıb. Bildirib ki, beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.

    Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışan C. Qurbanov qeyd edib ki, bu marşrut qlobal səciyyə daşıyır, Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur.

    “Gürcüstan Dəmir Yolları” SC-nin sədri David Peradze bildirib ki, bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir.

    Sonda hər iki ölkənin dəmir yolları arasında əməkdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb. Yüklərin daşınması və əməliyyat effektivliyinin artırılması məsələsi də müzakirə olunub.

  • AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

    19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir.

    AZAL-dan verilən məlumata görə, reyslər hər gün həyata keçiriləcək: Bakıdan uçuş – saat 13:00, Naxçıvandan uçuş – saat 16:10.

    Hava gəmisinə COVID-19 testi üzrə mənfi nəticə barədə arayış təqdim edən sərnişinlər buraxılacaq

    .Pandemiya dövründə reyslərin sayının məhdud olduğunu və yüksək tələbatı nəzərə alaraq, qeyd edilən istiqamətdə aviabiletlərin satışı ardıcıllıq prinsipi ilə həyata keçirilir.

    Növbəyə qeydiyyat iki üsulla həyata keçirilir – əks əlaqə forması üzrə və ya WhatsApp mesenceri vasitəsilə.

    – Bakıdan Naxçıvana reyslər üçün:
    • https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919
    • WhatsApp: +99455 204 65 54

    – Naxçıvandan Bakıya reyslər üçün:
    • https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000886220
    • WhatsApp: +994 60 487 30 11

    Müraciət zamanı sərnişinlərdən şəxsiyyət vəsiqələrinin skan edilmiş surətlərini və geri əlaqə üçün əlaqə nömrələrini göndərmələri tələb olunacaq.

    Aviaşirkət eyni zamanda onlayn forma və WhatsApp vasitəsilə müraciət etməməyinizi xahiş edir. Bu yalnız onlayn növbələrin artmasına və çağırış mərkəzinin işçiləri tərəfindən cavabların gecikdirilməsinə səbəb olacaq.

    Eyni zamanda sərnişinlərin diqqətinə çatdırırıq ki, aviaşirkətin çağırış mərkəzinə zənglər vasitəsilə bu istiqamətdə aviabiletlər üçün sorğular qəbul edilmir.

    Pandemiya dövründə təsdiq edilmiş qaydalara əsasən, əl yükü qismində yalnız qadın əl çantasının, kişi portfelinin və ya ölçüləri 30x35x10 sm-dən çox olmayan portativ kompüter çantasının (çanta yalnız təyinatı üzrə istifadə olunmalıdır) daşınmasına icazə verilir. Kağız və polietilen torbalar da daxil olmaqla, digər baqaj baqaj bölməsində qeydiyyatdan keçməlidir. Pulsuz daşınmasına icarə verilən baqajın icazə verilən maksimum çəkisi 23 kq-dir, ölçüləri üç ölçünün cəmində 158 sm-dən çox olmamalıdır.