Month: November 2020

  • Türkiyədə karantin rejimi sərtləşdirildi

    Türkiyədə koronavirusa yoluxma hallarının artması karantin rejiminin sərtləşməsinə səbəb olub.

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında bu barədə məlumat verib.

    Ərdoğan deyib ki, yoluxma hallarının belə davam etməsi hamı üçün ağır nəticələrə gətirib çıxara bilər.

    O həmçinin qeyd edib:

    “Həftə sonları saat 10:00-20:00 arası istisna olmaqla, küçələrə çıxmaq məhdudlaşdırılacaq. Məktəblər ilin sonuna qədər onlayn olaraq davam edəcək”.

  • Əməkdar artist vəfat etdi

    Azərbaycanın Əməkdar artisti, Prezidentin fəxri təqaüdçüsü Qaraxan Behbudov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

    Bu barədə “Qafqazinfo”ya mərhumun qızı Zülfiyyə Behbudova məlumat verib.

    Qeyd edək ki, Qaraxan Behbudov 1935-ci ildə Ağdam rayonunda anadan olub. Xan Şuşiniski məktəbinin yetirməsi olan Behbudovun “Qarabağ xananəndələri” albomunda da səs yazıları var. O, “Bayatı-Şiraz” muğamının mahir, orijinal ifaçısı kimi tanınıb.

  • Bu resept 7 günə sizi ayaq və boyun ağrılarından xilas edəcək

    Reseptin faydası öz təsdiqini həmişə tapıb. Həkimlər bu reseptdən istifadə edərək oynaq ağrıları və digər oynaq problemlərinin aradan qalxdığını söyləyirlər. Bu reseptdən istifadə edərək mən də onun faydasını gördüm. Əgər sizin də, kürəyinizdə, boyun və ayaq hissənizdə problemlər varsa, o zaman reseptdən istifadə edərək onu aradan qaldıra bilərsiniz. Bu müalicə orqanizmə öz möcüzəli təsirini qısa bir zamanda göstərir:
    – Mağazadan 150 qram istənilən qida jelatini ( bu bir kurs müalicə üçün yetərlidir) alın.
    – Hər axşam 5 qram jelatini( 2 çay qaşığı) 1/4 stəkan soyuducuda soyudulmuş suya əlavə edin. Məhlulu otaq temperaturunda saxlayın.
    – Gecə boyu jelatin suda əriyib həll olacaq və jeleyə çevriləcək.
    – Səhər acqarına məhlulu için. Əgər onun dadı xoşunuza gəlmədisə, üzərinə az miqdarda şirə, bal, yoqurt və ya smetan əlavə edə bilərsiniz.
    – Bu proseduru davamlı olaraq 7 gün təkrar edin.
    Bu resepti həyata keçirənlər onun həqiqətən də kürək, boyun, onurğa və ayaqlarda olan ağrıları aradan qaldırdığını təsdiqləyirlər. Müalicə ağrıların bir həftə ərzində aradan qalxmasına səbəb olub. Müalicənin tam faydasını əldə etmək üçün onu 6 aydan sonra təkrarlamaq lazımdır. Müalicə oynaqlararası mayenin bərpa olunmasına səbəb olur. Düzdür, bir çox adamlar bu müalicənin faydasına inanmır və ağrıkəsicilərdən istifadə edir. Amma bu adi müalicəni etmək ağrıkəsici qəbulunun azalmasına və ya kəsilməsinə səbəb olur. Bəs jelatinin oynaqlar üçün faydası nədən ibarətdir?
    Jelatin heyvani məhsul olub, iri öküzün sümüklərindən əldə olunur. Onun işlənməsi zamanı sümüklər qurudulduqda tərkibindəki birləşdirici toxuma rolunu oynayan kollagenlər olduğu kimi qalır. Kollagenlər isə öz növbəsində daxili bağların, vətərlərin və oynaqların sağlamlığı üçün çox vacibdir. Bundan əlavə jelatinin tərkibində iki vacib aminturşusu var: prolin və hidrosiprolin. Bu iki aminturşu orqanizmdə olan birləşdirici toxumaları effektiv bərpa edir. Jelatinin tərkibindəkilər zədələnmiş oynaqlarda olan birləşdirici toxumaların boyunu və həcmini artırır. Bu onun ən yaxşı xüsusiyyətlərindən biri sayılır. Jelatinin aşağıdakı faydalı xüsusiyyətləri də vardır:
    – oynaqları və ürək əzələsini möhkəmləndirir
    – maddələr mübadiləsini yaxşılaşdırır
    – əqli gücü artırır
    – dərini sağlamlaşdırır
    – bağları möhkəmləndirir və elastikləşdirir
    – osteoporoz və osteoartritin inkişafını ləngidir
    – saçları və dırnaqları möhkəmləndirir
    – displaziyanın qarşısını alır.
    Yuxarıda sadalanan faydalarına görə jelatin qəbul ertmək ilk 7 gün ərzində orqanizmə öz faydasını göstərir. Mən kompyuterdə işləyirəm və bütün günüm kompyuter stolu arxasında keçir. Bu səbəbdən də ayaqlarımda ağrılar və əl barmaqlarında xırçıltılar əmələ gəlməyə başlamışdı. Jelatin müalicəsini qəbul etdikdən isə bir aydan sonra əlamətlər aradan qalxdı və mən özümü tamamilə sağlam hiss edirəm.

  • Rusiyada peyvənd edilmiş tibb işçisi koronavirusa yoluxdu

    Rusiyanın Ulyanovsk əyalətində koronavirusa qarşı “Sputnik V” vaksinasiyasından keçmiş tibb işçisinin COVID-19 testi müsbət nəticə verib.

    Bu barədə “İnterfaks” məlumat yayıb.

    Qurumdan bildirilib ki, sözügedən hal koronavirusa qarşı peyvənd edilmiş tibb işçilərinin müşahidəsi müddətində ilk fakt olub. Yoluxmaya səbəb ilk inyeksiyadan sonrakı bir həftə ərzində koronavirusa qarşı immunitetin yaranmaması olub.

    Qeyd edilir ki, immunitet yalnız peyvəndin ikinci inyeksiyasından sonra formalaşa bilər.

  • Ermənistanda daha bir nazir istefaya getdi

    Ermənistanın Fövqəladə Hallar Naziri Feliks Tsolakyan istefaya gedib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə Nazirliyin mətbuat katibi Anna Baqdasaryan məlumat verib.

    Qeyd edək ki, ötən gün Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan istefaya gedib.

  • Klublararası dünya çempionatı təxirə salındı

    Futbol üzrə klublararası dünya çempionatı təxirə salınıb.

    “Report”un məlumatına görə, bu barədə qərarı FIFA koronavirus pandemiyası ilə əlaqədar qəbul edib. Öncədən yaırşın dekabrın sonlarında təşkili nəzərdə tutulmuşdu. Yeni qərara əsasən, çempionat 1 – 11 fevral 2021-ci ildə Qətərdə keçiriləcək.

    Təşkilatçı ölkə iştirakçıların sağlamlıq və təhlükəsizlik təminatı verib.

  • Qarabağı tərk edən erməninin son sözü – VİDEO

    İşğal etdikləri torpaqları əsl sahiblərinə təhvil vermək üçün tərk etməli olan ermənilərin vandallığı davam edir.

    Xarici mətbuat nümayəndələrinin təqdim etdiyi müxtəlif reportajlardan onların evləri, ağacları yandırdığının şahidi oluruq.

    Belə yanğın törədən erməni işğalçılarından biri deyir:

    “Azərbaycanlılar gəlib yaşasınlar burada. Əgər yaşaya bilirlərsə”.

  • Putin Türkiyənin Qarabağ məsələsindəki fəaliyyətindən danışdı – VİDEO

    “Dağlıq Qarabağ məsələsində Türkiyəyə istənilən qiyməti vermək olar, ancaq onu beynəlxalq hüququ pozmaqda günahlandırmaq olmaz”.

    “RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

    “Yeri gəlmişkən, Türkiyə əvvəldən Qarabağ məsələsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun üzvü olub. Odur ki, Türkiyə tənzimlənmə üzrə beynəlxalq institutun, beynəlxalq mexanizmin daxilində olub”, – deyə V.Putin bildirib.

  • Putin: “Birgə monitorinq mərkəzinin harada yerləşəcəyinə Azərbaycan özü qərar verəcək”

    “Azərbaycan onun suveren ərazisində birgə monitorinq mərkəzinin harada yerləşəcəyini özü müəyyən edəcək”.

    “RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya lideri Vladimir Putin deyib.

    “Birgə monitorinq mərkəzi Azərbaycanın suveren ərazisində yerləşəcək. Azərbaycanın müstəqil qərar vermək hüququ var. Haranı məqsədə uyğun bilsə, orada yerləşdiriləcək”, – deyə V.Putin bildirib.

    O, əlavə edib ki, Rusiya-Türkiyə mərkəzi onlayn rejimdə Qarabağdakı vəziyyətə nəzarət üçün pilotsuz uçuş aparatlarından istifadə edəcək.

    “Biz pilotsuz uçuş aparatlarından istifadə edəcək birgə mərkəz yaradacağımız barədə razılığa gəlmişik. Birlikdə bu təyyarələrin köməyi ilə təmas xətti boyunca vəziyyətə nəzarət edəcəyik, birlikdə məlumat alacağıq, birlikdə təhlil edəcəyik və buna görə hazırda həqiqətən baş verənlərdən nəticə çıxaracağıq”, – deyə Rusiya lideri bildirib.

  • Putin: “Azərbaycan beynəlxalq hüquq baxımından öz torpaqlarını qaytarır”

    Azərbaycan öz torpaqlarını qaytarır.

    “RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

    “Heç kim, hətta Ermənistan da Qarabağın müstəqilliyini tanımadı. Bu beynəlxalq hüquq baxımından nə anlama gəlir? Bu o deməkdir ki, Azərbaycan özünə məxsus torpaqları qaytarır, bütün dünya ictimaiyyəti də bu torpaqları Azərbaycan ərazisi hesab edir”, – deyə V.Putin bildirib.

    O, qeyd edib ki, Azərbaycan müstəqil, suveren dövlətdir və lazım bildiyi kimi özünə müttəfiqlər seçmək hüququna sahibdir.