Month: November 2020

  • Ceyhun Bayramov İƏT-in Gənclər Forumunun prezidentini qəbul edib – FOTO

    Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    XİN-dən verilən məlumata görə, C.Bayramov qarşı tərəfi salamlayaraq ölkəmizin İƏT Gənclər Forumu ilə faydalı əməkdaşlığını məmnunluqla qeyd edib və təşkilatın bu günədək böyük təşəbbüslərə imza atdığını bildirib.

    Azərbaycan tarixinin şərəfli səhifələrini yaşadığı bir dövrdə İƏT Gənclər Forumunun rəhbərliyinin ölkəmizə etdiyi bu səfərinin dəstəyin göstəricisi olduğu vurğulanıb. Öz növbəsində, Azərbaycanın İƏT Gənclər Forumunun fəaliyyətini bundan sonra da tam şəkildə dəstəkləyəcəyi qeyd olunub.

    Taha Ayhan Qarabağın sevinc, şərəf və xoşbəxtlik qaynağı olduğunu qeyd edərək hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatın imzalanmasını alqışlayıb. Keçirdiyi son görüşlərdə bölgədə yaşanan son gərginlik və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyi barədə müzakirələrin aparıldığını qeyd edən Taha Ayhan bundan sonra da həqiqətlərin beynəlxalq müstəvidə aşılanması işinin davam etdiriləcəyini bildirib.

    Görüş zamanı həmçinin təşkilatın Avrasiya üzrə Regional Mərkəzi tərəfindən həyata keçirilən tədbirlər ilə bağlı məlumat verilib.

    Tərəflər eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

  • Ermənistanın Fövqəladə Hallar naziri istefa verdi

    Ermənistanın Fövqəladə Hallar naziri Feliks Çolakyan istefa verib.

    Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

    Məlumatı Ermənistan FHN-in mətbuat katibi Anna Baqdasaryan təsdiqləyib.

  • Rusiyada peyvənd edilmiş tibb işçisi koronavirusa yoluxdu

    Rusiyanın Ulyanovsk əyalətində koronavirusa qarşı “Sputnik V” vaksinasiyasından keçmiş tibb işçisinin COVID-19 testi müsbət nəticə verib.

    Bu barədə “İnterfaks” məlumat yayıb.

    Qurumdan bildirilib ki, sözügedən hal koronavirusa qarşı peyvənd edilmiş tibb işçilərinin müşahidəsi müddətində ilk fakt olub. Yoluxmaya səbəb ilk inyeksiyadan sonrakı bir həftə ərzində koronavirusa qarşı immunitetin yaranmaması olub.

    Qeyd edilir ki, immunitet yalnız peyvəndin ikinci inyeksiyasından sonra formalaşa bilər.

  • Семен Уралов: Пашиняна надо судить хотя бы за то, что он стал виновником гибели множества людей – ИНТЕРВЬЮ

    В Армении не стихают акции протеста, участники которых требуют отставки премьер-министра Никола Пашиняна и денонсации рамочного мирного соглашения, подпись под которым поставили лидеры России, Азербайджана и РА. При этом сам Пашинян в своем недавнем выступлении признал, что Армении уже не изменить трехсторонних договоренностей по Карабаху.

    И, тем не менее, возможен ли отказ от заключенного соглашения? Этот вопрос Media.Az адресовала российскому политологу, шеф-редактору аналитического проекта СОНАР-2050 Семену Уралову:

    – Я начну издалека. Мне не приходилось бывать в Азербайджане, но я бывал в Армении, где со мной пытались говорить о карабахском конфликте. И я всегда предлагал взглянуть на ситуацию глазами противников. Азербайджанская ССР потерпела поражение. В Баку рассчитывали на помощь союзного центра, а Ереван выбрал путь на выход из Советского Союза. Сейчас же Армения испытывает национальное унижение, ситуация поменялась зеркально.

    В России надеются, что нынешнее перемирие станет долгосрочным миром, а не перейдет в фазу новой войны. Что произошло сейчас? Реализация договоренностей по “казанской формуле” и “мадридским принципам”, но только военным путем. При этом Азербайджан освободил не только семь районов, но еще и Шушу, и Гадрут, и другие населенные пункты в нагорной части Карабаха. Сохраняется Лачинский коридор шириной 5 км и открывается коридор между “континентальным” Азербайджаном через Зангезур в Нахчыван.

    Теперь возвращаясь к вашему вопросу. В Армении кризис, будут звучать множество заявлений, криков и воплей. Но на это нет смысла обращать внимание. Главный гарант соблюдения договоренностей – Россия. У нас проживает если не половина населения Армении, то треть уж точно. И много азербайджанцев. В России есть артисты, ученые, олигархи азербайджанского и армянского происхождения. Наши народы столетиями интегрированы между собой. Все это поможет окончательному урегулированию.

    – Никол Пашинян, судя по всему, в последние дни воспрял духом и вернулся к старой риторике, заявив, что Армения продолжает настаивать на международном признании независимости Карабаха. При этом сам Ереван не делал таких попыток ранее, да и не сможет сделать сейчас, учитывая новые реалии. Но что все-таки происходит?

    – Это шизофрения, на которую я указывал все время армянской стороне. Нельзя требовать от других того, чего ты не сделал сам. У Армении нет четкой позиции, и потому становится возможным приход к власти таких марионеток, “слизей” Сороса, как Пашинян. В Баку дали абсолютно верную оценку армянскому премьеру. На Кавказе надо отвечать за свои слова, а Никол Пашинян за свои слова не отвечает в силу слабости и безволия. Мое личное мнение – Пашиняна надо судить хотя бы за то, что он стал виновником гибели большого числа людей.

    – Любое перемирие, рамочные договоры рано или поздно должны быть реализованы в виде “Большого мирного соглашения”. Насколько реально его подписание между Азербайджаном и Арменией?

    – Безусловно, это реально, я даже не сомневаюсь. Другой вопрос – когда? Мне кажется, что не зря в рамочном соглашении прописан срок в пять лет для пребывания российских миротворцев. Все должно произойти за это время. Для начала надо выполнить все договоренности. Вырастить сады, отстроить поселки и города.

    – Вы упомянули миротворцев. Помимо российского, будет еще и турецкий контингент…

    – Да, это важно для Азербайджана, и это суверенное право вашей страны.

    – В последние дни вновь появились заявления о необходимости восстановить активную деятельность Минской группы ОБСЕ, хотя рамочное соглашение по Карабаху было подписано без этой структуры, а, возможно, и вопреки желанию некоторых членов МГ ОБСЕ. Насколько оправдана реанимация этой контактной группы?

    – Тут даже не о чем говорить. Франция и США – лишние. Париж ангажирован, во Франции огромное армянское лобби. В США похожая ситуация.

    – Результатом войны, которая была завершена в ночь с 9 на 10 ноября, стала ликвидация какого-либо статуса бывшей НКАО. Все это Азербайджан. Но на части этой территории стоят российские миротворцы…

    – Сейчас время проявить восточную мудрость. Ту часть Карабаха, где за безопасность отвечают российские миротворцы, Баку должен, конечно, как-то назвать, речь не о статусе. И чтобы название было приемлемым для Азербайджана и проживающих на тех территориях армян. Что-то максимально нейтральное. Но эта земля никакого отношения к Армении и армянской государственности не имеет, это однозначно можно зафиксировать. И, кстати, нужно быть готовым к тому, что Армения тоже захочет какое-то название обозначить.

  • Semyon Uralov: “Paşinyan heç olmasa çox sayda insanın ölümünə görə mühakimə edilməlidir” – MÜSAHİBƏ

    “Mən heç vaxt Azərbaycanda olmamışam, ancaq Ermənistanda olmuşam. Burada mənimlə Qarabağ münaqişəsi barədə danışmağa çalışdılar. Mən həmişə vəziyyətə qarşı tərəfin gözü ilə baxmağı təklif etdim. Azərbaycan SSR məğlub oldu. Bakıda ittifaq mərkəzinin köməyinə ümid edirdilər, İrəvan isə Sovet İttifaqından çıxmaq yolunu tutdu. İndi Ermənistan milli alçalmanı yaşayır, vəziyyət kökündən dəyişib”.

    Bu sözləri Media.Az-a müsahibəsində rusiyalı politoloq, SONAR-2050 analitik layihəsinin şef-redaktoru Semyon Uralov deyib.

    “Rusiyada ümid edirlər ki, mövcud atəşkəs uzunmüddətli bir sülh olacaq və yeni müharibə mərhələsinə keçməyəcək. İndi nə baş verdi? “Kazan formulu” və “Madrid prinsipləri” üzrə razılaşmaların həyata keçirilməsi yalnız hərbi yolla mümkün oldu. Bununla yanaşı, Azərbaycan yalnız yeddi rayonu deyil, həm də Şuşanı, Hadrutu və Qarabağın dağlıq hissəsindəki digər yaşayış məntəqələrini də azad etdi. Eni beş kilometr olan Laçın dəhlizi saxlanılır və Zəngəzur vasitəsilə “kontinental” Azərbaycanla Naxçıvan arasında dəhliz açılır.

    Ermənistanda böhrandır, çox sayda bəyanatlar, qışqırıqlar və fəryadlar eşidiləcək. Lakin buna diqqət yetirməyin bir anlamı yoxdur. Razılaşmaların yerinə yetirilməsinin əsas qarantı Rusiyadır. Ermənistan əhalisinin yarısı olmasa da, ən azı üçdə biri bizim ərazimizdə yaşayır. Azərbaycanlılar da çoxdur. Rusiyada Azərbaycan və erməni əsilli artistlər, alimlər, oliqarxlar var. Xalqlarımız yüzillərdir bir-biri ilə inteqrasiya olunub. Bütün bunlar yekun həllə kömək edəcək”, – deyə ekspert bildirib.

    Ekspert həmçinin Nikol Paşinyanın son günlər yenidən Qarabağın müstəqilliyinin tanınması ilə bağlı köhnə ritorikasına qayıtması barədə sualı da cavablandırıb:
    “Bu, hər zaman erməni tərəfinə işarə etdiyim şizofreniyadır. Özün etmədiyini başqalarından tələb etmək olmaz. Ermənistanın qəti bir mövqeyi yoxdur, bu səbəbdən də Paşinyan kimi Sorosun tör-töküntülərinin hakimiyyətə gəlməsi mümkün olur. Bakıda Ermənistanın baş nazirinə tamamilə düzgün qiymət verildi. Qafqazda öz sözlərinə görə cavab vermək lazımdır, Nikol Paşinyan isə zəiflik və iradəsizlik üzündən öz sözlərinə görə cavab vermir. Şəxsi fikrim budur ki, Paşinyan heç olmasa çox sayda insanın ölümündə günahkar olduğuna görə mühakimə olunmalıdır”.

  • GUAM-ın Baş katibi Altay Əfəndiyev Prezident İlham Əliyevi təbrik edib

    GUAM-ın Baş katibi Altay Əfəndiyevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

    Median.Az Trend-ə istinadən bildirir ki, məktubda deyilir:

    “Zati-aliləri.

    Sizi və Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın – GUAM-ın Katibliyi adından təbrik edirəm.

    Otuz il əvvəl başlamış, bir çox dramatik və faciəvi dönəmlərdən, habelə dövlət quruculuğunun bir sıra mühüm mərhələlərindən keçən milli dirçəliş prosesi Azərbaycan Silahlı Qüvvələrinin şanlı Qələbəsi ilə özünün ən yüksək zirvəsinə çatdı və uzun müddətdir işğal altında qalan Azərbaycan torpaqlarının azad olunması ilə nəticələndi.

    Biz nəinki müasir Azərbaycanın, həmçinin bütün regionun tarixində yeni bir səhifə açan bu tarixi Qələbə münasibətilə Sizi təbrik edirik. Bu Qələbə nəhəng potensialı, artan geostrateji əhəmiyyəti olan bir bölgə üçün perspektivli və nadir imkanlar, həmçinin inklüziv və hərtərəfli regional əməkdaşlıq, davamlı inkişaf üçün parlaq fürsətlər yaradır.

    Biz bu Qələbəni həm də ədalətin təntənəsi, beynəlxalq hüququn norma və prinsiplərinin yerinə yetirilməsi kimi qiymətləndiririk. İnanırıq ki, bu Qələbə nəticəsində əldə olunmuş müsbət irəliləyişlər sülh və etimad mühitinin formalaşdırılması prosesində yeni dinamika yaradacaq. Bu da öz növbəsində bölgədəki hərbi qarşıdurmaların həllinə töhfə verəcək.

    Sizi xüsusilə strateji baxışınız və səbrinizə əsaslanan rəhbərliyiniz sayəsində xalqınızın iradəsini səfərbər və onun birliyini təmin etməklə qazandığınız bu tarixi Qələbə münasibətilə təbrik edirəm.

    Biz dörd dost ölkə və strateji tərəfdaşlardan ibarət regional təşkilat kimi regionda sülhün, sabitliyin, davamlı inkişafın möhkəmləndirilməsi prosesini dəstəkləməyə və ona töhfə verməyə hazır olduğumuzu bildiririk.

    Bu əlamətdar bayram münasibətilə Sizə ölkənizin ərazi bütövlüyünün və suverenliyinin bərpasında, habelə Azərbaycan Respublikasının azad edilmiş ərazilərinin yenidən qurulmasında yeni-yeni uğurlar, daha böyük qələbələr arzulayırıq. Azərbaycan xalqına sülh, tərəqqi və rifah diləyirik”.

  • Maksim Medvedev koronavirusa yoluxdu

    Azərbaycan millisinin və “Qarabağ” komandasının kapitanı Maksim Medvedev koronavirusa yoluxub.

    Bu barədə “Report”a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

    Assosiasiya rəsmisi bildirib ki, noyabrın 16-da 31 yaşlı müdafiəçinin temperaturu qalxıb: “Bu gün isə onun test nəticəsi müsbət olub. Milli komandanın digər oyunçularında və məşqçi heyətində virus aşkarlanmayıb”.

    M.Medvedev UEFA Millətlər Liqasının VI turunda bu gün Lüksemburqla matçı buraxacaq.

    Daha əvvəl yığmanın digər iki futbolçusu – Təmkin Xəlilzadə və Rahil Məmmədovun koronavirusa yoluxduğu bəlli olub. Onlar Xorvatiyada karantinə alınıb.

    Qeyd edək ki, “Jozi Bartel” stadionunda keçiriləcək Lüksemburq – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

  • DTX, XKX və DSX-də birbaşa kadr zabit heyətinə könüllü daxil olanların NƏZƏRİNƏ

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Xarici Kəşfiyyat Xidməti (XKX) və Dövlət Sərhəd Xidmətində (DSX) birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün – hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün həqiqi hərbi xidmətin başlanğıcı sayılacaq.

    AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanununun tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Fərmanda dəyişiklik edilməsi haqqında Fərmanda əksini tapıb.

  • Xocavənd uğrunda döyüşlərdə həlak olmuş şəhidin ailəsinin mənzil və sosial problemləri həll olundu – FOTO

    Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Alışov Samir Cəlil oğlunun ailəsinin (Hacıqabul rayonu, Qubalıbaloğlan kəndi) çətin maddi durumu, ağır yaşayış şəraiti ilə bağlı sosial şəbəkə istifadəçilərindən birinin qeyd etdiyi məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları şəhidin ailəsi ilə görüşüb, vəziyyətləri ilə yerindəcə tanış olublar.

    Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Nazirlik möhtəşəm Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanımızın ailəsinin yaşayış şəraitinin ağırlığını nəzərə alaraq, sosial tərəfdaşların dəstəyi ilə həmin ailə üçün yaxın günlərdə üçotaqlı fərdi yaşayış evinin tikilməsini qərara alıb.

    Şəhidin hər iki valideyni (atası Alışov Cəlil Əliisgəndər oğlu, anası Alışova Məhluqə Tufanəli qızı) işsiz olduğundan özünüməşğulluq proqramına cəlb ediliblər. Proqram çərçivəsində ailəyə seçdiyi kənd təsərrüfatı sahəsi üzrə kiçik təsərrüfat yaradılacaq.

    Həmçinin, şəhidin 14 və 11 yaşlarında iki qardaşından birinin sağlamlıq durumu ilə bağlı sağlamlıq imkanları məhdudluğunun qiymətləndirilməsinə ehtiyac var. Lakin valideynlərin məlumatsızlığından bununla bağlı indiyədək müraciət etməyiblər. Ona görə də əməkdaşlarımız ailəyə bu istiqamətdə də dəstək göstərəcək. Həkim rəyi alınmaqla rayon səhiyyə müəssisəsi ilə birgə bu yöndə iş aparılacaq.

    Zəruri sənədləşdirmə aparıldıqdan sonra ailəyə Prezidentin aylıq təqaüdü və müavinətlər də təyin olunacaq.

  • Qondarma respublikanı tanımaq istəyən Paris merinin ermənilərlə əlaqələri – DOSYE

    Fransa tərəfi Azərbaycanın haqlı mübarizəsinə kölgə salmağa davam edir.

    Əldə olunan son məlumatlara görə, yaxın günlərdə Paris meriyası qondarma Dağlıq Qarabağ Respublikasını tanımağa hazırlaşır. Prosesin Fransa hakimiyyəti tərəfindən sanksiya verildiyi şübhə doğurmur. Parisin meri Ann İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınır, onun erməni lobbisinin tam nəzarətində olduğu bildirilir.

    Paris Fransada polisin merə deyil, prezident tərəfindən təyin olunan polis prefektinə tabe olduğu yeganə şəhərdir. İdalqo həm də Paris Şurasına rəhbərlik edir. Paris Şurası 163 nəfərdən ibarətdir. Şura birbaşa səsvermə ilə seçilmir. Yeni seçilən şura şəhər merini və onun 40 müavinini seçir. Fransa prezidenti Emanuel Makronun yaratdığı və rəhbərlik etditi “İrəli Fransa” partiyası Şurada geniş şəkildə təmsil olunur. Bu məqam da meriyanın məlum qərarında müəyyən rol oynayır. Baxmayaraq ki, təşəbbüsün İdalqonun özü tərəfindən gəldiyi bildirilib.

    Bəs tam adı Ana Maria İdalqo Aleu olan siyasətçi kimdir?

    61 yaşlı xanım ispan mənşəlidir və İspaniyanın Əndəlus əyalətinin San Fernando adlı şəhərində doğulub və iki yaşı olanda ailəsi Fransaya köçüb. 2014-cü ildən Parisin meridir. 1994-cü ildən Sosialist Partiyasının üzvü olan İdalqo ermənilərlə sıx münasibət saxlayır. Onun müavinlərindən biri erməni Anuş Toronyandır. Bu xanım fransız ermənilərinin təşkilatı CCAF-ın (Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurası) rəhbəri Jan-Mark Ara Toronyanın qızıdır.

    İdalqonun Ermənistanla da əlaqələri var. O, 2015-2018-ci illərdə Ermənistan prezidenti Serj Sarqsyanla 4 dəfə görüşüb. Ermənistanda yaradılmış TUMO Center for Creative Technologies mərkəzinin Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. TUMO-nun Xankəndidə də ofisi olub.

    Ann İdalqo 2018-ci ildə Fransa ermənilərinin təşkil etdiyi tədbirdə iştirak edib (Makron da həmçinin). O, Fransada erməni kilsəsinin açılışında iştirak edib, qondarma “erməni soyqırımı” ilə bağlı tvitlər paylaşıb, İrəvanın yubileyi ilə bağlı keçirilən tədbirin iştirakçısı olub.

    Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, Parisdə mer seçkiləri keçirilən zaman Ann İdalqonun rəqibi Rəşidə Datinin Azərbaycanla əlaqələri olması barədə kampaniya başladılıb. Kampaniyanın başında isə erməni əsilli Murad Papazyan və Ara Tonoyan dayanıblar.

    Xatırladaq ki, Fransa ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir. Fransa qurumun fəaliyyəti dövründə davamlı şəkildə ermənipərəst mövqeyi ilə seçilib, həmsədr ölkə mandatının prinsiplərini pozaraq işğalçı Ermənistana hərtərəfli dəstək verib. Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərib. Fransa XİN-i ardıcıl üç dəfə Azərbaycan əleyhinə bəyanatlar verib.

    Fransanın hərbi kəşfiyyatı davamlı şəkildə əldə etdiyi məlumatları Ermənistana ötürüb, Fransadan Ermənistana raket sistemləri də daxil olmaqla silah-sursat göndərilib. Məlumata görə, Fransa ən yüksək səviyyədə Ermənistan hakimiyyətinə Azərbaycanın münaqişədə üstünlük əldə etməsinə imkan verməyəcəyini vəd edib.

    Halbuki bu gün müxtəlif Avropa dairələrində Azərbaycanın mənfi imicinin formalaşdırılması istiqamətində fəal iş aparan Fransa öz tarixi keçmişinə nəzər salsa, daha məntiqli olar. Fransa əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırımı törətmiş ölkədir. Bu gün də bir sıra Afrika ölkələrində (Əlcəzair, Mərakeş, Tunis kimi ölkələrdə) Fransa sabitliyi pozmağa cəhd edən dövlətdir. Fransanın legioner konsepsiyasının mərkəzində də muzdlulardan istifadə etmək dayanır.

    Fransa Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla insanı məhv edib. İndi isə Fransa erməni əhalisinin qayğısına qalan bir dövlət kimi özünü aparmağa çalışır. Bəşəriyyət hansı ölkənin keçmişdə hansı cinayətləri törətdiyi də yaxşı bilir. Buna görə də Fransanın münaqişə zamanı səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyət tərəfindən ciddi qarşılanmadı.