Month: November 2020

  • Əhməd Davudoğlu koronavirusa yoluxub – FOTO

    Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu koronavirusa yoluxub.

    Məlumatı Ə.Davudoğlu “Twitter” hesabında paylaşıb.

    “Bu gün COVID-19 testimin nəticəsi pozitiv çıxdı. Ümumilikdə vəziyyətim normaldır. Karantin müddəti ərzində partiya ilə bağlı fəaliyyətim evdən davam edəcək” – deyə keçmiş Baş nazir bildirib.

  • Məşhur fotoqraf: “Sülhü birlikdə qurmağın vaxtıdır” – FOTO

    Bütün dünyada məşhur fotoqraf Reza Deqati Azərbaycanda müxtəlif dinə etiqad edən insanların sülh və əmin-amanlıq içində yaşadığını qeyd edib.

    Bu barədə fotoqraf “Facebook” hesabında paylaşım edib.

    Sözlərinə “sülhü birlikdə qurmağın vaxtıdır” fikri ilə başlayan fotoqraf Bakıdakı Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı və ya “Jen Mironosits” pravoslav kafedral kilsəsində çəkilmiş fotonu paylaşıb.

    Fotoqraf sözügedən kilsənin sovet hakimiyyəti illərində anbar və idman zalı kimi istifadə edildiyini bildirib. Kilsə 1990-cı ilin “qara yanvar” hadisələri zamanı zərər görüb, 2000-ci ildə isə bərpa edilib.

  • Ученые развеяли популярный миф о глобальном потеплении

    Группа немецких и швейцарских ученых опровергли популярный миф о том, что глобальное потепление задерживает наступление осени. Как передает Report, выводы опубликованы в журнале Science.

    Более ранние научные модели прогнозировали, что к концу века начало осени может перенестись на две-три недели позже. Согласно новым расчетам, осень может наступить на шесть дней раньше.

    Выводы исследователей основываются на наблюдениях за объемами потребления деревьями углекислого газа и временем опадения листьев. По их словам, эти процессы оказывают большое влияние на управление климатом.

    “Десятилетиями мы полагали, что период вегетации у деревьев увеличивается, а опадение листьев происходит позже. Однако новое исследование показывает, что из-за ускорившегося роста деревьев листья опадают раньше”, – объяснил швейцарский ученый Томас Кроутер.

    Специалисты считают, что их открытие позволит взглянуть на глобальное потепление с другой стороны и выработать новые меры по борьбе с его последствиями.

  • Payızın gecikməsi düzgün deyilmiş

    Yer kürəsindəki isinmə nəticəsində payız fəslinin getdikcə daha gec gəlməsi barədə geniş yayılmış mülahizə təkzib olunub.

    Median.Az xəbər verir ki, bir qrup almaniyalı və isveçrəli tədqiqatçıların “Science” nəşrində dərc olunmuş araşdırmasına görə, bu əsrin sonunda payız indikindən iki-üç həftə gec yox, əksinə, 6 gün tez başlaya bilər. Bu qənaət ağacların karbon qazı istehlakı həcmi, yarpaq tökülməsi dövrü üzərində müşahidələrə söykənir.

    “On illər ərzində ağacların böyümə dövrünün uzanmasını, yarpaq tökülməsinin daha gec baş verməsini zənn etmişik. Yeni tədqiqat isə ağacların daha sürətlə böyüməsi nəticəsində yarpaqların da tez töküldüyünü ortaya çıxardı”, – deyə Sürix Universitetinin professoru Tomas Krouter bildirib.

    Müəlliflərin fikrincə, bu tədqiqat sayəsində Yer kürəsindəki isinməyə başqa tərəfdən baxaraq fəsadlarına qarşı yeni mübarizə üsulları hazırlamaq mümkün olacaq.

  • İranda nüvə alimi öldürüldü – FOTO

    İranın nüvə alimlərindən biri olan Möhsün Fəxrizadə bu gün Tehranda sui-qəsd nəticəsində öldürülüb.

    İRNA-nın məlumatına görə, hadisə İranın Tehran vilayətinin Absərd şəhərinin Mustafa Xomeyni prospektində baş verib.

    Bildirilir ki, əvvəlcə partlayış, sonra isə atışma baş verib. Atışmada bir neçə nəfərin öldüyü bildirilir.

  • Rusiya ordusunda koronavirusa qarşı kütləvi peyvəndləmə başladı

    Rusiya Müdafiə naziri Sergey Şoyqu Rusiya ordusunun kütləvi peyvənd olunduğunu açıqlayıb.

    Bu barədə “İnterfax” xəbər yayır.

    “Prezidentin tapşırığına uyğun olaraq Silahlı Qüvvələrin şəxsi heyətinin koronavirus əleyhinə peyvəndləməsinə başlanıb. Ümumilikdə 400 mindən çox hərbi qulluqçunun peyvənd edilməsi planlaşdırılır”, – Şoyqu hərbi departamentin kollegiya iclasında bildirib.

    Şoyqu qeyd edib ki, indiyə qədər 2500 hərbi qulluqçu COVID-19-a qarşı peyvənd edilib və ilin sonuna qədər onların sayı 80 minə çatacaq.

    Nazir həmçinin bildirib ki, peyvənd edilmiş yüksək titr antikorlu hərbi qulluqçuların plazmasının koronavirusun müalicəsi üçün istifadəsi ilə bağlı araşdırma aparılır.

    O qeyd edib ki, hazırda peyvənd edilmiş 500-dən çox hərbi qulluqçu tədqiqatda iştirak edir.

  • Azərbaycanda əhali dollar alışını artırıb, avroya isə maraq tamamilə azalıb

    2020-ci ilin yanvar-sentyabr aylarının sonuna olan xarici valyutada nağd mübadilə əməliyyatlarının həcmi açıqlanıb.

    Göstəricilərdə ABŞ dolları, ingilis funt sterlinqi, avro və rus rublu üzrə mübadilə əməliyyatlarının həcmi təqdim edilib.

    Belə ki, 2020-ci ilin 10 ayı ərzində banklar tərəfindən 953,4 milyon ABŞ dollarının alışı həyata keçirilib. 3 milyard 4,5 milyon ABŞ dollarının isə satışı təmin edilib. 2019-cu ilin cari dövrünə nisbətən banklar tərəfindən dolların alışı 37,7 faiz azalıb, satışı isə 43,7 faiz çox olub.

    Bu dövr ərzində 10,1 milyon dəyərdə ingilis funt sterlinqinin alışı həyata keçirilib. Eləcə də, banklar tərəfindən 17 milyon 645,1min funt sterlinqi həcmində satış baş tutub. Cari valyuta vahidi üzrə alış ötən ilə nisbətən 29,5 çox olub, satış isə 28,1 faiz azalıb.

    Yanvar-oktyabr ayları ərzində banklar tərəfindən 65 milyon 469,3 min avro həcmində alış baş tutub. Bu dövr ərzində 203 milyon 741,5 min dəyərdə avro satışı təmin edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avronun alışı 62,8 faiz və ya 2,7 dəfə azalıb, cari valyuta üzrə satış həcmi də 58,2 faiz və ya 2,4 dəfə azalıb.

    İlin əvvəlindən oktyabr ayının sonuna olan göstəriciyə əsasən, 11 milyard 407,7 milyon Rusiya rublunun alışı həyata keçirilib. Cari dövrdə 2 milyard 355,4 milyon rus rublunun satışı banklar tərəfindən təmin edilib. Rus rublunun alışı ötən ilə nisbətən 10,6 faiz azalıb. Həmçinin, rublun satışı da 2019-cu ilin 10 ayı ilə müqayisədə 21,5 faiz az olub.

  • Bakı şəhər Baş Polis İdarəsinə rəis təyin edilib

    Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

    Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

  • Azərbaycanda karantinə görə əksər məhkəmə prosesləri təxirə salındı

    Ali Məhkəmənin sədri Ramiz Rzayev xüsusi karantin rejimində məhkəmələrin fəaliyyəti ilə bağlı qərar verib.

    Qərara əsasən, Azərbaycan Respublikasında koronavirusun yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 noyabr tarixli 450 nömrəli qərarını nəzərə alaraq, hakimlərin, məhkəmə aparatı işçilərinin və məhkəməyə müraciət edən şəxslərin sağlamlıq və təhlükəsizliyini qorumaq məqsədilə Azərbaycan Respublikasının məhkəmələrinə tövsiyələr edilib.

    Azərbaycan Respublikasının məhkəmələri üzrə 2020-ci il 2 dekabr saat 06:00-dan 23 dekabr saat 06:00-dək aşağıdakı təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınıb:

    – Mülki və kommersiya mübahisələri üzrə – ailə-nikah münasibətlərindən (nikahın pozulması, aliment, uşaqla ünsiyyət, əmlak bölgüsü və digər), əmək münasibətlərindən irəli gələn və xüsusi icraat qaydasında baxılan mülki işlərə, tərəflərin sayı 2-dən artıq olmayan kommersiya mübahisələrinə, əmr icraatına, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata, habelə bütün kateqoriya işlər üzrə iddianın təmin tədbirləri ilə bağlı məsələlərə. Digər kateqoriya mülki və kommersiya mübahisələri üzrə isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadəsi davam etdirilsin;

    – Cinayət işləri üzrə – Cinayət-Prosessual Məcəlləsinin 51-2-ci maddəsinə müvafiq olaraq məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsi mümkün olan cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına, xüsusi ittiham qaydasında şikayət üzrə materiallara; tibbi xarakterli məcburi təbirlərinin tətbiq edilməsi haqqında materiallara; qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğvi, həbsdə, ev dustaqlığında saxlama müddətlərinin uzadılması, ev dustaqlığı qətimkan tədbiri ilə əlaqədar şəxsin üzərinə qoyulmuş vəzifələrin ləğvi, dəyişdirilməsi barədə, habelə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında verilmiş digər müraciətlərə; hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında təqdimatlara və ərizələrə;

    – İnzibati xətalara dair bütün kateqoriya işlərə;

    – İnzibati mübahisələr üzrə – sosial təminat hüququnun həyata keçirilməsi və vergi mübahisələri kateqoriyasına aid işlərə, eləcə də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı məsələlərə. Digər kateqoriya inzibati mübahisələr üzrə isə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilsin.

    Məhkəməyədək icraat zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslər haqqında cinayət işləri, habelə təqsirləndirilən şəxslərin sayı 2 nəfərdən artıq olmayan digər cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları yuxarıda qeyd edilən müddətdə məhkəmələrin icraatına qəbul edilsin.

    Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması mümkün hesab edilən inzibati işlər istisna olmaqla, Azərbaycan Respublikasının Ali Məhkəməsində yuxarıda qeyd edilən müddətdə işlərə baxılması təxirə salınsın.

    Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun.

    Vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin. Məhkəmələr fiziki və hüquqi şəxslərin ərizələrinin, o cümlədən apellyasiya və kassasiya şikayətlərinin yalnız poçt vasitəsilə və ya elektron şəkildə qəbulunu təmin etsinlər.
    Məhkəmə fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin. Hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun. Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin.

  • Lukaşenko pandemiyadan bəri ilk dəfə maska taxdı – VİDEO

    Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə koronavirus xəstələrinin yatdığı xəstəxanada “Qırmızı zonanı” ziyarət edib.

    Tut.by bununla bağlı kadrlar yayımlayıb.

    Bildirilib ki, pandemiya dövründən bəri Lukaşenko ilk dəfədir ki, ictimaiyyət arasına maskalı çıxıb.

    Palataları gəzən dövlət başçısı həkimlərlə söhbət edib, onların işini yüksək qiymətləndirdiyini vurğulayıb.

    “Onlar böyük iş görürlər. Əgər bir insan “qırmızı zonada” işləyirsə, qoy elə o da (yüksək maaş) alsın”, – deyə prezident vurğulayıb.