Month: December 2020

  • Pandemiya dövründə milyarderlərin sərvəti daha da artıb

    2020-ci ildə koronavirus pandemiyasına və onun doğurduğu fəsadlara baxmayaraq, dünyanın ən zəngin sakinləri daha da varlanıblar.

    Bu bardə “Report” “Forbes”ə istinadən xəbər verir.

    Bildirilir ki, 11 dekabr tarixinə olan vəziyyətə görə dünyanın 2 200 ən zəngin sakininin məcmu varidatı ötən ilin müvafiq dövrünə nisbətən 1,9 trilyon ABŞ dolları (20 faiz) artaraq 11,4 trilyon ABŞ dollarına çatıb.

    Nəşrin hesablamalarına görə, o cümlədən 400 çinli milyarderin məcmu varidatı 750 milyard ABŞ dolları (60 faiz) artaraq, 2 trilyon ABŞ dollarına çatıb. Qeyd edilir ki, 600 amerikalı milyarder 560 milyard ABŞ dolları varlanaraq, 4 trilyon ABŞ dolları, 40 fransalı zəngin isə 95 milyard ABŞ dolları varlanaraq, 500 milyard ABŞ dollarına sahib olublar.

  • Ceyhun Bayramovla Britaniyanın dövlət naziri arasında telefon danışığı olub

    Dekabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton arasında telefon danışığı baş tutub.

    XİN-dən verilən məlumata görə, nazirlər bölgədəki cari vəziyyət, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

    Tərəflər həmçinin iqlim dəyişikliyi və atmosferə buraxılan zərərli maddələrin azaldılması mövzusu, bu xüsusda BMT çərçivəsində təşəbbüslərin dəstəklənməsi, eləcə də enerji sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

  • Araik Arutyunyan saxta vəzifəsindən niyə getməməsinin səbəbini açıqladı – VİDEO

    Müharibədən sonra bölgədə sabitləşməyə ehtiyac var. Əks halda böhran uzun müddət davam edə bilər.

    Bunu Dağlıq Qarabağdakı erməni separatçılarının rəhbəri Araik Arutyunyan deyib.

    O, hələ də saxta vəzifəsindən getməməsinin səbəbini də açıqlayıb.

    Ətraflı videoda:

  • Заразившийся коронавирусом Эльгиз помещен в больницу “Семашко”

    Телеведущий ARB Эльгиз Акпер уже неделю не выходит в эфир, что стало темой для обсуждения.

    Как сообщает Shownews, он заразился коронавирусом. В связи с тем, что его болезнь течет тяжело, телеведущий помещен в больницу “Семашко”.

    В настоящее время его состояние оценивается как нормальное.

  • “Nar bayramı” da UNESCO-nun qeyri-maddi mədəni irsi üzrə Siyahısına daxil edildi

    Məlum olduğu kimi, 14-19 dekabr tarixində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci iclası keçirilir.

    Bu gün, 16 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının təqdim etdiyi “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” adlı nominasiya sənədi UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul olunmuşdur. Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyi, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olmuşdur.

    İclasda Azərbaycan Respublikasının nümayəndə heyəti adından çıxış edən Mədəniyyət Nazirliyinin rəsmisi Vasif Eyvazzadə qəbul olunmuş qərara görə ölkəmiz adından UNESCO-ya və qurumun qiymətləndirmə orqanına öz təşükkürünü bildirmiş, nar mədəniyyəti və ənənələrinin Azərbaycan xalqının mədəni həyatında, mifologiyasında, qədim adət-ənənələrində, mətbəxində, kənd təsərrüfatında xüsusi yer tutduğunu vurğulamışdır. Təşəkkür nitqində bu nominasiya faylının müvafiq siyahıya daxil edilməsi ilə “Nar mədəniyyəti”nin qorunmasına və gələcək nəsillərə ötürülməsinə əhəmiyyətli töhfənin verildiyi qeyd olunmuşdur.

    UNESCO ilə əməkdaşlığın genişləndirilməsində, mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə hazırda “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çovqan – ənənəvi Qarabağ atüstü oyunu və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

    Qeyd edilən siyahıda Azərbaycanın rəsmi olaraq 14-cü mədəni elementi olan “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti”nin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi münasibətilə bir daha bütün xalqımızı təbrik edirik!

  • “Miniatür sənəti” UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə siyahısına daxil edilib – FOTO

    14-19 dekabr tarixində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci iclası keçirilir.

    16 dekabr 2020-ci il tarixində Türkiyə, Azərbaycan, İran və Özbəkistanın birgə hazırladığı “Miniatür sənəti” nominasiya sənədi müzakirə olunmuş və bu mədəni elementin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul olunmuşdur. Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət və Xarici İşlər nazirlikləri, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olmuşdur.

    Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur. Çoxmillətli nominasiya sənədində göstərilir ki, miniatür sənəti təqdim edən dövlətlərin cəmiyyətlərinin sosial və mədəni kimliyinin ayrılmaz hissəsi kimi qəbul edilir. Hər miniatür əsəri tarixi və mədəni irsin mövcudluğuna kömək edir, keçmiş və bu gün arasındakı mədəni bağları gücləndirir və ənənəvi memarlıq, mərasimlər, mədəni hadisələr və gündəlik həyatın bir çox digər sahələrini əks etdirən zəngin vizual məzmunu ilə tarixi sənəd roluna malikdir.

    Qeyd edək ki, hər zaman olduğu kimi, bu dəfə də Ermənistan Respublikası iclasdan bir neçə həftə öncə təxribat törətməyə cəhd etmiş, UNESCO-ya göndərdikləri müvafiq etiraz müraciətlərində nominasiya sənədində Azərbaycanın Qarabağ ərazisində miniatür sənəti ilə bağlı məsələlərin qeyd edilməsinin guya ki yol verilməz olduğunu ifadə etmişlər. Bununla yanaşı, Qarabağ miniatür sənətinin yalnız ermənilərə və xristian irsinə aid olduğunu iddia etmişlər. Azərbaycan tərəfindən beynəlxalq hüququn prinsiplərinə, 2003-cü il Konvensiyanın ruhuna və tarixi həqiqətlərə istinad olunaraq təxribatçı ölkəyə müvafiq olaraq layiqli cavab verilmişdir .

    UNESCO ilə əməkdaşlığın genişləndirilməsində, mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə hazırda “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti”, “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti, “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çovqan– ənənəvi Qarabağ atüstü oyunu və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

    Azərbaycanın rəsmi olaraq 15-ci mədəni elementi kimi “Miniatür sənəti”nin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi münasibətilə bir daha Azərbaycan xalqını təbrik edirik!

  • WoodMac: Актуальный климатический сценарий может убрать с рынка 77% СПГ

    Более трех четвертей или 77% новых поставок СПГ оказались под угрозой неиспользования при сценарии, предусматривающем потепление климата не более чем на 2оС (т.н. 2-градусный сценарий).

    Как передает Report, об этом говорится в последнем отчете глобальной консалтинговой группы Wood Mackenzie.

    Согласно этому сценарию, спрос на газ окажется под давлением из-за увеличения инвестиций в возобновляемые источники энергии (ВИЭ) и хранение энергии в энергетическом секторе, а также из-за повышения энергоэффективности и внедрения новых технологий в неэнергетических секторах.

    В случае реализации 2-градусного сценария экологический водород в долгосрочной перспективе поменяет правила игры и станет ключевым конкурентом потреблению газа к концу 2040 году. К 2050 году «зеленый» водород достигнет 10-процентной доли от общего спроса на энергию.

    Главный аналитик WoodMac Катерина Филиппенко сказала: «В связи со снижением мирового спроса на газ пространство для новых разработок будет ограничено. Это серьезная проблема для компаний, рассматривающих окончательные инвестиционные решения (FID) по новым проектам. В “двухградусном мире” к 2040 году потребуется около 145 млрд куб. м в год дополнительных поставок СПГ по сравнению с 450 млрд куб. м в год в нашем базовом сценарии. И если мы рассмотрим неизбежное расширение FID для северного месторождения Катара на восток, пространство для новых проектов сократится до 104 млрд куб. м в год, что на 77% ниже нашего базового сценария».

    Ожидается, что производители недорогого СПГ — Россия и Катар — будут первыми, кто восполнит небольшой пробел в поставках. При этом низкие цены на Henry Hub означают конкурентоспособность проектов СПГ в США. По мере того как Катар и РФ стремятся монетизировать свою низкозатратную ресурсную базу, а спрос на СПГ после 2035 года начнет снижаться, стратегическое обоснование для других инвестиций станет сомнительным.

    Согласно Глобальной газовой модели WoodMac, при 2-градусном сценарии будет реализовано лишь несколько австралийских проектов, в результате чего страна окажется в списке ведущих экспортеров СПГ. В то же время расширение мощностей СПГ в Канаде и Мозамбике, скорее всего, не состоится.

    Категория проектов, наиболее пострадавших при 2-градусной траектории, определяется до начала FID. Ожидается, что в 2040 г. добыча на этих проектах будет примерно на 1,3 трлн куб. м меньше, чем в базовом сценарии WoodMac. Низкие цены могут свести на нет любые новые инвестиции в более сложные с экономической точки зрения проекты, и выживут только самые экономичные и гибкие.

    «По сравнению с базовым сценарием WoodMac, при 2-градусном сценарии около 12 трлн куб. м обнаруженных ресурсов газа останутся невостребованными. Это более чем в три раза превышает глобальный объем добычи газа в 2020 году. Бòльшая часть неиспользованного ресурса придется на США, РФ и Ближний Восток. Эти регионы столкнутся с уменьшением экспортных возможностей своих обширных газовых ресурсов в дополнение к снижению внутреннего спроса на газ», — добавила Филиппенко.

    В WoodMac обратили внимание на то, что в 2021 году австралийские операторы должны санкционировать газовые проекты на сумму около 11 млрд долларов США.

    Ранее Wood Mackenzie рассказал о факторах риска для инвестиций в проекты СПГ. Среди них растущий интерес инвесторов и политиков к новым «зеленым» технологиям, включая экологически чистый водород и CCUS (Carbon Capture, Utilisation and Storage — Улавливание, утилизация и хранение углеводорода), растущее влияние спотовых цен на экономику СПГ-проектов и растущее внимание к углеродоемкости производства.

  • İqlim dəyişikliyinin LNG bazarına təsiri

    Yer kürəsində iqlimin 2 dərəcəyədək isinməsi halında dünyada LNG tədarükünün 77 faizi istifadəsiz qala bilər.

    “Report” xəbər verir ki, “Wood McKenzie” beynəlxalq məsləhət şirkətinin son hesabatına görə, bunun səbəbi bərpa olunan enerji mənbələrinə, enerji saxlanmasına yatırımların artması, habelə enerjinin daha səmərəli istifadəsi və yeni texnologiyaların tətbiqi olacaq.

    Bununla yanaşı, 2 dərəcəli variantda təbii qaz yataqlarında 12 trilyon kubmetr qaz tələbatsız qalacaq. Bu da 2020-ci ildə dünyada qaz hasilatının üç mislindən artıqdır.

    Həmçinin 2040-cı ilədək qaz istehlakında mühüm yer tutacaq hidrogen 2050-ci ilədək ümumi enerji istehlakında 10 faizlik paya malik olacaq.

  • В Огузе похоронен шехид

    Похоронен военнослужащий Азербайджанской армии Замеддин Бахадур оглу Керемов, ставший шехидом в завершившейся победой Отечественной войне.

    Как сообщает северо-западное бюро Report, житель села Буджаг Огузского района Замеддин Керемов (2000 г.р.) погиб в боях в направлении Муровдага.

    Завернутое в трехцветный флаг тело шехида было доставлено сегодня в село Буджаг и похоронено на сельском кладбище. На похоронах присутствовали представители Исполнительной власти Огузского района, сотрудники правоохранительных органов и жители района.

    З.Керемов был военнослужащим сверхсрочной службы.

  • Oğuzda şəhid dəfn olunub

    Azərbaycan Ordusunun zəfər qazandığı Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçisi Zaməddin Bahadur oğlu Kərəmov dəfn olunub.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, Oğuz rayonunun Bucaq kənd sakini, 2000-ci il təvəllüdlü Z.Kərəmov Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.

    Şəhidin üçrəngli bayrağa bükülmüş nəşi bu gün doğulduğu Bucaq kəndinə gətirilib və kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.

    Qeyd edək ki, Z.Kərəmov müddətdən artıq xidmət edən hərbi qulluqçu idi.

    Allah rəhmət eləsin!