Month: December 2020

  • Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb

    Azərbaycanda informasiya və rabitə sahasində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilən xidmətlərin dəyəri açıqlanıb.

    Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin həcmi 1,6 faiz artıb.

    Belə ki, mövcud sahədə göstərilən xidmətlərin dəyəri 1 milyard 996,1 milyon manat təşkil edib. Bu xidmətlərin 73,3 faizi əhali tərəfindən istehlak olunub.

    Bildirilib ki, xidmətlərdən əldə edilən gəlirin 42,1 faizi mobil telefon rabitəsi sahəsinin payına düşüb. Bu dövrdə ölkədə fəaliyyət götərən mobil rabitə operatorları 840,9 milyon manat gəlir əldə edib.

  • Известный фотограф поделился новыми кадрами из Агдама – ФОТО

    Всемирно известный фотограф Реза Дегати в своем Twitter-аккаунте поделился новыми кадрами из Агдама.

    “В 1992 году я с представителями двух французских неправительственных организаций побывал в Агдаме. Помню этот памятник, посвященный матерям шехидов. Спустя 28 лет в результате стремлений армян стереть с лица земли памятники истории и культуры его уже нет”, – написал он.

  • Reza Deqati Ağdamdan yeni görüntülər paylaşdı – FOTO

    Dünyaca məşhur fotoqraf Reza Deqati Ağdam rayonu ilə bağlı yeni foto paylaşıb.

    O, bu barədə öz “Twitter” hesabında paylaşım edib.

    “Ağdam, #Azərbaycan. Mən 1992-ci ildə iki fransız Qeyri Hökümət Təşkilatı ilə Ağdamda olmuşam. Şəhid analarına həsr olunmuş bu abidəni xatırlayıram. 28 il sonra isə Ermənistan silahlı qüvvələrinin mədəniyyət və tarixi yaddaşı silmək istəyi nəticəsində bu abidə artıq yoxdur, məhv edilib”, – deyə o qeyd edib.

  • Zaxarova beynəlxalq təşkilatların Qarabağla bağlı gələcək addımlarından danışdı

    ATƏT-in Minsk qrupu, BQXK, eləcə də Qarabağdakı vəziyyətin tamformatlı tənzimlənməsində rol oynaya biləcək digər beynəlxalq təşkilatlar hazırkı mərhələdə gələcək addımların müəyyənləşdirilməsi ilə məşğul olurlar.

    Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı bildirib.

    O qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının üçtərəfli bəyanatının miqyasını nəzərə alınsa, indiki mərhələdə bir tərəfdən bu bəyanatın həyata keçirilməsi prosesi baş verir, digər tərəfdən isə həmin beynəlxalq struktur, orqan və təşkilatların öz səlahiyyətləri çərçivəsində məsələləri həll etməsi üçün iş gedir:

    “Düşünürəm ki, bütün bu proseslərin institutlaşdırılması və razılaşdırılması vacibdir. Bunun üçün vaxt lazımdır. İndi hər kəs bununla məşğuldur. Bildiyiniz kimi, regionun üzləşdiyi problemlər böyük həcmdədir. Həmin problemlər müxtəlif sahələrə aiddir. Bunlar humanitar məsələlər, qaçqınlar, mədəniyyət obyektləri, təhlükəsizlik və minalardan təmizlənmə problemləridir.

    Bu gün Minsk Qrupu kimi, digər beynəlxalq strukturlar, vasitəçi təşkilatlar, misal üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi də sadaladığım problemlərin həlli ilə məşğul olur. BQKX vəziyyətin tam formatda nizamlanmasında öz rolunu oynaya bilər”.

  • Из Турции прибыла очередная группа военных для разминирования освобожденных территорий – ФОТО

    В целях разминирования освобожденных от армянской оккупации территорий Азербайджана из Турции прибыла очередная группа военнослужащих.

    Об этом сообщает Министерство национальной обороны Турции в своем Twitter-аккаунте.

    Отмечается, что группа состоит из 136 военных.

  • İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün Türkiyədən bir qrup hərbçi gəldi – FOTO/VİDEO

    İşğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizləmək üçün Türkiyədən Azərbaycana hərbçilərdən ibarət növbəti qrup gəlib.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “Twitter” hesabında paylaşım edib.

    Bildirilib ki, bunun üçün 136 hərbi qulluqçu ölkəmizə yola düşüb.

  • İlham Əliyev və Mehriban Əliyeva Ədilə Namazovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

    Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və digər rəsmi şəxslər görkəmli pediatr və kardioloq, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Ədilə Namazovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

    AZƏRTAC xəbər verir ki, nekroloqda deyilir:

    Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli pediatr və kardioloq, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Ədilə Əvəz qızı Namazova 2020-ci il dekabrın 16-da ömrünün 95-ci ilində vəfat etmişdir.

    Ədilə Namazova 1926-cı il sentyabrın 9-da Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1944–1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsində ali təhsil almışdır.

    Əmək fəaliyyətinə 1949-cu ildə başlayan Ədilə Namazova həmin vaxtdan etibarən 1953-cü ilədək Ağdam rayonunda Uşaq tibb məsləhətxanasının müdiri işləmişdir. O, 1954–1957-ci illərdə Moskva şəhərində, SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasında oxumuş, aspiranturanı bitirdikdən sonra, 1958–1959-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə profilaktika fakültəsinin uşaq xəstəlikləri kafedrasının assistenti, 1960–1965-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Pediatriya Elmi Tədqiqat İnstitutunun doktorantı olmuşdur. 1965-ci ildən taleyini Azərbaycan Dövlət Tibb İnstitutu ilə bağlayan Ədilə Namazova burada ömrünün sonunadək uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışmışdır.

    Ədilə Namazova tibb elmləri üzrə 1959-cu ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1966-cı ildə professor elmi adına layiq görülmüşdür. O, 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

    Azərbaycanda tibb elminin tədrisi və yeni nailiyyətlərlə zənginləşdirilməsində akademik Ədilə Namazovanın xüsusi əməyi vardır. Uzun illər ərzində tibb elminin müxtəlif sahələrinə dair apardığı araşdırmaları alimə ölkəmizdə və onun hüdudlarından kənarda geniş şöhrət qazandırmışdır. Ədilə Namazova respublikada pediatriya elmi məktəbinin yaradıcılarındandır. Alimin uşaq sağlamlığının qorunmasına yönəlmiş məhsuldar elmi fəaliyyətinin başlıca istiqamətləri uşaqlarda revmatizm və ürək qüsurlarının diaqnostikası və müalicə metodlarının təkmilləşdirilməsi ilə bağlıdır. Məhz bu elmi işlər sayəsində ürək çəpərinin anadangəlmə qüsurlarının klinik xüsusiyyətləri öyrənilmiş, süni qan dövranı şəraitində cərrahi müalicənin mümkünlüyü kriteriyaları müəyyən edilmişdir. Həmin tədqiqatlar, eyni zamanda, sonrakı fundamental araşdırmalar və yeni müalicə üsullarının tətbiqi üçün geniş imkanlar açmışdır. Alim, həmçinin müxtəlif metodlardan istifadə əsasında təcrübi tövsiyələri ilə tibb elminə töhfələr vermişdir. Respublikada tibbi xidmətin müasir tələblərə cavab verən formalarının təşkilində Ədilə Namazovanın təqdirəlayiq xidmətləri olmuşdur.

    Ədilə Namazova 400-dən artıq elmi əsərin, o cümlədən 30 monoqrafiyanın, dərsliyin və metodik vəsaitin, ixtiralar və səmərələşdirici təkliflərin müəllifidir. Alimin xarici dillərdə işıq üzü görən əsərləri elmi ictimaiyyət arasında rəğbətlə qarşılanmışdır.

    Ədilə Namazova çoxillik pedaqoji fəaliyyəti dövründə zəngin bilik və bacarıq nümayiş etdirərək yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsi işinə xüsusi diqqət göstərmişdir. Onun rəhbərliyi ilə respublikamız və xarici ölkələr üçün 60-a yaxın tibb elmləri doktorları və tibb üzrə fəlsəfə doktorları hazırlanmışdır. Alim mötəbər beynəlxalq forumlarda pediatriyanın aktual problemlərinə dair məzmunlu çıxışları ilə Azərbaycanın müasir tibb elmini layiqincə təmsil etmişdir.

    Səmərəli ictimai fəaliyyət göstərən Ədilə Namazova 1988–1992-ci illərdə SSRİ xalq deputatı olmuş, habelə bir sıra beynəlxalq elmi cəmiyyətlərin üzvü seçilmişdir.

    Ölkəmizdə təbabətin inkişafı və yüksək ixtisaslı həkim kadrların yetişdirilməsi sahəsində akademik Ədilə Namazovanın xidmətləri dövlət tərəfindən lazımınca qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmiş, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüşdür.

    Görkəmli alim, mahir pedaqoq və səmimi insan Ədilə Əvəz qızı Namazovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

    Allah rəhmət eləsin!

    İlham Əliyev

    Mehriban Əliyeva

    Əli Əsədov

    Sahibə Qafarova

    Samir Nuriyev

    Əli Əhmədov

    Eldar Əzizov

    Fərəh Əliyeva

    Oqtay Şirəliyev

    Ramiz Mehdiyev

    Əhliman Əmiraslanov

    Cəmil Əliyev

    Sudeif İmamverdiyev

    Nuru Bayramov

    Gəray Gəraybəyli

  • Azərbaycanda elektrik enerjisi istehsalı azalıb

    2020-ci ilin on bir ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2120,57 mln. kVt·st, ixracı 89,14 mln. kVt·st, idxalı 10,6 mln. kVt·st olub.

    Energetika Nazirliyindən verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 59,3 mln. kVt·st, ixrac 45,56 mln. kVt·st azalıb, idxal isə 3,0 mln. kVt·st artıb.

    Cari ilin yanvar-noyabr aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 197,7 mln.kVt·st azalaraq 23421,9 mln. kVt·st olub. Hesabat dövründə ötən ilin 11 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 273,8 mln. kVt·st artaraq 22092,3 mln. kVt·st, SES-lərdə 470,8 mln. kVt·st azalaraq 1013,3 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,8 mln. kVt·st azalaraq 316,3 mln. kVt·st olub. Bu dövrdə Külək Elektrik Stansiyalarında 88,83 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 45,09 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 182,4 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

    Yanvar-noyabr aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 20878,2 mln. kVt·ts (İES-lərdə 20036,5 mln. kVt·st, SES-lərdə 841,7 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 397,0 mln. kVt·st (İES-lərdə 205,7 mln. kVt·st, SES-lərdə 152,0 mln. kVt·st, Günəş ES-də 39,4 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 2077,5 mln. kVt·st, “Azərişıq” ASC üzrə Külək Elektrik Stansiyalarında isə 69,2 mln. kVt·st təşkil edib.

    Bu dövrdə elektrik enerjisinin ixracı 990,24 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 254,76 mln. kVt·st, idxalı isə 125,6 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 2,8 mln. kVt·st azalıb.

  • Dekabr üzrə pensiyaların ödənişi başa çatdırıldı

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

    Dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də dekabr ayının pensiyaları ödənilib.

    Vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

    Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları bu ayın 9-da ödənilib. Yaxın günlərdə dekabr ayı üzrə sosial müavinət və təqaüdlər, ünvanlı sosial yardımlar da ödəniləcək.

  • Zaxarova əsirlərin dəyişdirilməsindən danışdı

    Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan və Azərbaycan tərəfləri arasında hərbi əsirlərin dəyişdirilməsi prosesindən danışıb.

    TASS xəbər verir ki, bu barədə bu gün keçirilən brifinqdə deyib.

    “Əsirlərin mübadiləsi prosesi davam edir”, – deyə Zaxarova bildirib.

    Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycana 12 şəxs qaytarılıb. Ermənistana isə Azərbaycandan 44 hərbçi təhvil verilib.