Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu Babayev Orxan Sədail oğlu 7 oktyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.
Bu barədə nazirlik məlumat yayıb.
Türkiyədə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar yeni il şənliklərinə görə tətbiq edilən komendant saatı xarici turistlərə aid olmayacaq.
Bu barədə “RİA Novosti” Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin açıqlamasına istinadla məlumat yayıb.
Bazar ertəsi Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Yeni il şənlikləri üçün Türkiyədə 31 dekabr saat 21:00-dan, 4 yanvar 05:00-a qədər 24 saatlıq komendant saatı elan edib.
“Əvvəllər elan edilmiş məhdudlaşdırıcı tədbirlər kimi Yeni il tətilində komendant saatı turistlərə təsir etməyəcək. Daxili İşlər Nazirliyinin qərarına görə, onlar üçün istisna var”, – deyə agentliyə bildirilib.
Rusiyanın “Rosselxoznadzor” qurumu dekabrın 17-dən etibarən Azərbaycanın daha dörd müəssisəsindən pomidor idxalına icazə verib.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Bundan əvvəl “Rosselxoznadzor” Azərbaycanda bir müəssisədən pomidor idxalına izn vermişdi.
İcazələr “Geotermal” (Kürdəmir rayonu), “Şükürov İlkin Mirzəxan” (Masallı rayonu), “Gp Alfa greenhouse” MMC (Salyan rayonu), “Hajigabul greenhouse” MMC (Hacıqabul rayonu) müəssisələrinə verilib.
Təcili Tibbi yardımla bağlı son günlər şikayət və narazılıqlar artıb.
Bakı Şəhəri Təcili Tibbi Yardım Xidmətində Operativ və əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva Baku TV-yə məsələ ilə bağlı açıqlama verib.
O bildirib ki, vətəndaşların zənglərinə cavab verilməməsi və ya təcili yardım avtomobillərinin gec gəlməsinə səbəb xəttin gündəlik həddən artıq məşğul olmasıdır:
“Gündəlik olaraq təcili yardıma zəng 10 mini, icra etdiyimiz çağırışların sayı isə iki mini keçir. Nəzərə alsaq ki, zəngin xeyli hissəsi yalnız sorğulardan ibarətdir, bu da təcili yardım xəttinin yüklənməsinə səbəb olur”.
Mərkəzdə çalışan tibb işçiləri də deyir ki, son günlər işlərin çoxalması vətəndaşlarla problemlərin yaranmasına gətirib çıxarıb.
Təcili tibbi yardımla bağlı yaranan problemlərdən biri də əhali sayına görə təcili yardım briqadasının say nisbətidir. Belə ki, zəng və çağırışların sayı çox, təcili yardım briqadası isə azdır. Bu da öz növbəsində təcili yardımın gecikməsinə səbəb olur.
В результате поисковых операций в освобожденных от армянской оккупации Физулинском и Джебраильском районах Азербайджана обнаружены тела еще 64 военнослужащих ВС Армении.
Об этом сообщает Armenpress.am.
Всего найдены останки 892 армянских военных.
Также в силе остается решение о привлечении к поискам родственников умерших.
Füzuli-Cəbrayıl ərazisində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 64 erməni hərbçinin cəsədi tapılıb.
Bu barədə Armenpress.am xəbər verir.
Bildirilir ki, ümumilikdə ölən 892 hərbçinin qalıqları tapılıb. Axtarışlar Füzuli-Cəbrayıl istiqamətində davam edir.
Ölənlərin yaxınlarının axtarışa cəlb edilməsi qərarı da qüvvədə qalır.
Vətən Müharibəsində şəhid olmuş idman camiəsindən olan 54 şəxsin adı açıqlanıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a təqdim edilən siyahıda “Vətən yaxşıdır” təsnifi ilə məşhurlaşmış şəhidimiz Xudayar Yusifzadənin də adı var:
1. Baş leytenant Kazımov Vüsal Kamran (17.12.1990) – Lənkəran Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) direktoru
2. 13 yaşlı futbolçu, Naftalanın bombalanması zamanı həlak olan Qurbanov Şəhriyar Nadir (30.11.2007) – Futbol
3. Əsgər Burcəliyev İlqar Vüqar (11.03.2001) – Futbol
4. Əsgər Məmmədov Vacib Zabit (27.02.2001) – Sərbəst güləş
5. MAHHXHQ, kiçik çavuş Məmmədov Xəyal Arif (13.02.1989) – Sərbəst güləş
6. MAHHXHQ, çavuş Həsənov Həsən Rəhim (01.10.1990) – Yunan-Roma güləşi
7. MAHHXHQ, çavuş Əliyev Yadigar Səfxan (04.06.1994) – Yunan-Roma güləşi
8. Əsgər Mənəfli Əli Əflan (12.10.2001) – Yunan-Roma güləşi
9. MAHHXHQ, əsgər Əliyev Şaməddin Qafqaz (08.10.1990) – Ağırlıqqaldırma
10. Əsgər Qasımzadə Ümüd İlqar (13.04.2001) – Ağırlıqqaldırma
11. MAHHXHQ, əsgər Qeybiyev Arif İsmayıl (06.06.1997) – Atletika
12. Əsgər Hüseynov Cavid Natiq (03.04.2001) – Taekvondo
13. Əsgər Cavadzadə Şaiq Faiq (28.11.1995) – Taekvondo
14. MAHHXHQ, kiçik çavuş Musayev Elşən Hüseyn (21.06.1988) – Taekvondo
15. MAHHXHQ, baş çavuş Mehdiyev Surxay Zülfi (07.12.1985) – Taekvondo
16. Əsgər Həbibov Murad Asəf (15.05.2001) – Taekvondo
17. Əsgər Xələfov Cəmil Fikrət (25.02.1997) – Taekvondo
18. Əsgər Babayev Vüqar İlham (04.07.2001) – İdman gimnastikası
19. Əsgər Qasımlı Muxtar Əli (23.02.1993) – Bodibildinq
20. Baş leytenant Telmanlı Allahyar Elman (01.09.1992) Vinq-çun
21. Əsgər Cəlilov Xaləddin Asəf (13.04.2002) – Kunq-fu
22. Mayor Əsgərov Rüfət Mürvət (29.08.1981) – Kyokuşin karate
23. Baş gizir Allahyarov Şahin Hüseynbala (29.01.1993) – Kyokuşin karate
24. Leytenant Atayev Nicat Habil (05.03.1994) – Şaolin
25. Əsgər Şamilov Emil Rafiq (03.07.1996) – Alpaqut, kyokuşin karate
26. MAHHXHQ, əsgər Məmmədov İlkin Abdulla (26.11.1990) – Alpaqut
27. Leytenant Qurbanov Emil Vaqif (25.08.1980) – Stronqman
28. Əsgər Mədətov Zaur Kamal (16.11.1999) – Aba güləşi
29. Əsgər Nəbiyev Elmar Elman (22.03.2001) – Kosiki karate do
30. MAHHXHQ, çavuş Eyniyev Tərlan Gölişad (22.01.1993) – Kosiki karate do
31. MAHHXHQ, əsgər Nəsibov Nicat Nəriman (09.05.1986) – Universal döyüş
32. MAHHXHQ, əsgər Qurbanov Cahangir Məmməd (23.09.1994) – Universal döyüş
33. Əsgər Həsənov Vüsal Bayram (17.03.1986) – Universal döyüş
34. Əsgər Şahbazov Kənan Natiq (23.07.2002) – Uşu
35. Əsgər Cabbarov Əli Baba (08.01.2002) – Uşu
36. Əsgər Həsənov Maarif Rahim (19.11.1999) – Uşu
37. Əsgər Məmmədov Turxan Rizvan (09.08.1998) – Uşu
38. Kapitan Pənahov Rövşən Mahmud (02.10.1989) – Kyokuşinkaykan karate
39. Kiçik gizir Mustafayev Əkbər Natiq (02.07.2000) – Kikboks
40. Gizir Yusifzadə Xudayar Müslüm (15.07.1998) – Kikboks
41. Əsgər Əsədov Əli Akif (08.04.1993) – Kikboks
42. Əsgər Məhərrəmov Fərid Asif (08.02.2002) – MMA
43. Əsgər Əhmədov Bəhruz Səttar (27.06.1997) – MMA
44. MAHHXHQ, əsgər Hüseynov Əkbər Bahadur (11.07.2001) – MMA
45. Baş leytenant Hüseynli Əmrah Namiq (12.10.1994) – MMA
46. Əsgər İsmayılov Emin Tahir (21.05.2001) – MMA
47. MAHHXHQ, əsgər Məcidzadə Saleh Nəriman (16.07.1994) – MMA, universal döyüş
48. MAHHXHQ, baş çavuş Məmmədov Şahlar Şahin (01.11.1995) – Qocyu-ryu, kempo
49. Gizir Vəliyev Elyar Arif (17.10.1991) – Qocyu-ryu, kempo
50. MAHHXHQ Məmmədov Bəxtiyar Bayramşah (16.08.1996) – Qocyu-ryu, kempo
51. Əsgər Məmmədov Vüsal Nəsib (15.03.1998) – WKC karate
52. Əsgər Məmmədov Murad İlham (15.12.2000) – Şotokan karate
53. MAHHXHQ, çavuş Muradov Ziyad Muradxan (03.02.1991) – Şotokan karate
54. MAHHXHQ, kiçik çavuş Xurşudov Nazir Müxənnət (01.02.1985) – Şotokan karate
“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranmış münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupu nəinki üzərinə düşən vəzifəni yerinə yetirmədi, əksinə, qurumun sərgilədiyi qətiyyətsiz mövqe işğalçı Ermənistanı daha da həvəsləndirdi və arxayın saldı.
ATƏT-in Minsk Qrupu ötən 28 ildəki yarıtmaz fəaliyyətinə görə BMT və beynəlxalq hüquq, eləcə də, ötən illər ərzində işğal səbəbindən hüquq və haqqı tapdalanan Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyır”.
Bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AZƏRTAC-a müsahibəsində bildirib.
Məlum münaqişənin həlli istiqamətində heç bir əməli nəticə əldə etməyən ATƏT-in Minsk Qrupunun hazırkı cəhdlərinin sağlam niyyətli olmasına şübhə ilə yanaşdığını diqqətə çatdıran Hulusi Kılıç deyib:
“Prezident İlham Əliyevin həmsədrlərlə açıq və qəti şəkildə danışması məni son dərəcə qürurlandırdı. Müzəffər Ali Baş Komandanın fikirləri təkcə Azərbaycan və Türkiyə xalqlarının deyil, bütövlükdə sülhsevər dünya ictimaiyyətinin mövqeyi kimi başa düşülməlidir. Şahidi olduqlarımız dünyadakı münaqişələrin həlli ilə məşğul olan xüsusi statuslu bütün səlahiyyətlilər üçün mənəviyyat dərsidir.
İndi hər kəsi maraqlandıran mühüm bir sual var: Həmsədrlər Bakıya nə üzlə gəlir və istədikləri nədir? Ötən dövrdə Azərbaycanın işğal altında olan torpaqlarını düşmənə vermək üçün daha nələr etmədilər ki? Əgər 28 illik zamanımızı qəsb edən həmsədrlər bu suallara səmimi və inandırıcı cavab versələr o zaman bəlkə niyyətlərinin təmiz olduğu barədə rəy formalaşdırmaq üçün ilk addımları atarlar”.
Səfir deyib ki, Azərbaycan ordusu 44 gün ərzində torpaqlarını işğaldan azad etdi. İndi söz də, hökm də Azərbaycanındır. Hesab edirəm ki, ATƏT-in Minsk Qrupu Azərbaycan xalqından, xüsusilə də şəhid ailələrindən və qazilərdən üzr istəməlidir.

По состоянию на 1 ноября 2020 года численность населения Азербайджана достигла 10 121 809 человек, увеличившись с начала года на 54 701, или на 0,5%, свидетельствуют данные Госкомстата.
Согласно информации статистического ведомства, 52,8% граждан страны проживают в городах, 47,2% – в сельской местности. Мужчины составляют 49,9% населения, женщины – 50,1%.
Плотность населения – 117 человек на 1 кв. км.
С начала текущего года по 1 ноября районными (городскими) отделами Министерства юстиции зарегистрировано 106 569 новорожденных. Рождаемость составила 12,8 на 1 тыс. человек, 53,3% родившихся – мальчики, 46,7% – девочки.

İlin əvvəlindən ölkə əhalisinin sayı 54 min 701 nəfər və ya 0,5 faiz artıb.
2020-ci il noyabr ayının 1-i vəziyyətinə Azərbaycanda əhalinin sayı 10 milyon 121 min 809 nəfərə çatıb.
Bildirilib ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri təşkil edib. Eləcə də, əhalinin 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olub.
Müvafiq dövr ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 106 min 569 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,8 təşkil edib.
Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır.
Nigar Məmmədova