Month: December 2020

  • В Азербайджане выявлены 4 077 новых случаев инфицирования коронавирусом, скончались 43 человека – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 4 077 новых случаев инфицирования коронавирусом, еще 3 854 человека вылечились и были выписаны домой.

    Об этом 16 декабря сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 43 пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 187 336 человек, 2 050 из них скончались, 122 859 – вылечились, 62 427 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 1 998 577 тестов (за последние 24 часа – 17 998) на COVID-19.

  • Azərbaycanda daha 43 nəfər koronavirusdan öldü: 4077 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 4077 yeni yoluxma faktı qeydə alınıb, 3854 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 43 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 62 427 nəfərə çatıb.

    Ölkədə son sutka ərzində 17 998, hazırkı dövrədək isə 1 998577 test aparılıb.
    Ümumi ölənlərin sayı 2 050 nəfərdir.

    Ümumi yoluxanların sayı 187 336 nəfər, ümumi sağalanların sayı 122859 nəfərdir.

  • Azərbaycanda nikah və boşanma sayı açıqlandı

    Bu ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 29 580 nikah və 12 347 boşanma halları qeydə alınıb.

    Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda qeyd edilib.

    Belə ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.

    2020-ci ilin 10 ayında ölkə üzrə 52 769 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,3 təşkil edib.

  • Президент Ильхам Алиев назначил Эльмана Абдуллаева на новую должность – РАСПОРЯЖЕНИЕ

    16 декабря Президент Ильхам Алиев подписал распоряжение об отзыве Эльмана Тельман оглу Абдуллаева с должности чрезвычайного и полномочного посла Азербайджана в Эфиопии, Кении, Джибути и Руанде, а также постоянного представителя АР при Африканском Союзе и отделении ООН в городе Найроби, сообщает АЗЕРТАДЖ.

    Другим распоряжением главы государства он назначен постпредом при ЮНЕСКО.

  • İlham Əliyev səfiri geri çağırdı: Yeni vəzifə verdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Elman Telman oğlu Abdullayevin Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında, Keniya Respublikasında, Cibuti Respublikasında və Ruanda Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Afrika İttifaqı yanında və BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Dövlət başçısının digər sərəncamı ilə E.Abdullayev Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.

  • В Азербайджане ужесточат ответственность за нарушение карантина

    На пленарном заседании Милли Меджлиса Азербайджана 18 декабря будет вынесен на обсуждение проект поправок в Кодекс об административных проступках, сообщает Report.

    Законопроект предусматривает увеличение штрафов за нарушение противоэпидемического, санитарно-гигиенического и карантинного режима.

    Согласно поправкам, за указанное нарушение физические лица будут оштрафованы на сумму от 200 до 400 манатов, должностные лица – от 4 тыс. до 10 тыс. манатов либо может быть наложен административный арест на один месяц, юридические лица – на сумму от 5 тыс. до 11 тыс. манатов.

  • Epidemiya əleyhinə rejimin pozulmasına görə cərimələr yenidən artırılır

    Milli Məclisin dekabrın 18-də keçiriləcək plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq.

    Report xəbər verir ki, dəyişikliklə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılır.

    Dəyişikliklə Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə – fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 5 min manatdan 11 min manatadək məbləğdə cərimə ediləcək.

    Qanunun hazırkı varinatı isə belədir: Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə – fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir.

  • İdman camiəsindən Vətən Müharibəsində iştirak etmiş şəxslərin statistikası açıqlandı – RƏSMİ

    Azərbaycanın idman ictimaiyyətindən Vətən Müharibəsində iştirak etmiş şəxslərin statistikası bəlli olub.

    Gənclər və İdman Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, müharibədə idman ictimaiyyətindən 500 nəfər iştirak edib ki, bunlardan da 54 nəfəri şəhidlik zirvəsinə yüksəlib.

    500 nəfərdən 390 nəfəri könüllü kimi iştirak edib. 33 nəfər səfərbərliklə hərbi xidmətə çağırılıb. 23 nəfər zabit kimi iştirak edib.

    Bunlardan 67 nəfər yaralanaraq qazi olub. Onlardan 51 nəfərinin müxtəlif tibb müəssisələrində müalicələri davam edir. 8 nəfər sağaldıqdan sonra yenidən cəbhəyə qayıdıb.

    8 nəfər isə müalicəsi bitdikdən sonra evə buraxılıb. Dörd nəfər idman jurnalisti döyüşlərdə iştirak edib.

    Vətən Müharibəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunları, rayon (şəhər) Gənclər və İdman İdarələrinin, Gənclər Evlərinin, Olimpiya İdman Komplekslərinin əməkdaşları, müxtəlif idman növləri üzrə idmançılar və idman jurnalistləri iştirak ediblər.

  • В повестку очередного заседания Милли Меджлиса включены 16 вопросов

    Объявлена повестка очередного пленарного заседания осенней сессии Милли Меджлиса, которое состоится 18 декабря.

    В нее включены 16 вопросов, в том числе обсуждение во втором и третьем чтениях законопроектов о внесении изменений в Гражданский, Таможенный, Трудовой и Налоговый кодексы, законы “О полном страховании вкладов”, “О страховании вкладов”, “Об образовании”, “О физическом воспитании и спорте”, “О профессиональном образовании”, “Об общем образовании”, “О комитетах ММ АР”, “О медиации”, “О бухгалтерском учете”, а также во Внутренний устав парламента и положение “О службе в таможенных органах” (в первом чтении).

  • Milli Məclisin növbəti plenar iclasında 16 məsələ müzakirəyə çıxarılacaq

    Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il dekabrın 18-də keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb.

    Milli Məclisin təqdim etdiyi məlumatda gündəliyə daxil ediləcək məsələlər aşağıdakı kimi təsnif olunub.

    1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

    2. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

    3. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

    4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

    5. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

    6. “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

    7. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

    8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

    9. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

    10. “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

    11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

    12. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

    13. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 9 aprel tarixli 1559-VQD nömrəli və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 9 aprel tarixli 1560-VQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

    14. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

    15. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

    16. “Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə” dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).