Month: December 2020

  • FHN Suqovuşan su anbarını mühafizəyə götürüb – RƏSMİ

    Suqovuşan su anbarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən ərazidə sutkalıq fasiləsiz nəzarət rejimi tətbiq edilir.

    Bununla bağlı Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov “Azərbaycan” qəzetindəki məqaləsində məlumat verib.

    “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli fərmanının 6.1-ci bəndinin icrasının aidiyyəti üzrə təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Tərtər rayonu ərazisində yerləşən işğaldan azad olunmuş Suqovuşan su anbarını mühafizəyə götürüb”, – o bildirib.

    Nazir qeyd edib ki, erməni təxribatı nəticəsində ziyan dəymiş evlərin bərpası üçün qiymətləndirmə işləri sürətlə aparılır. Onun sözlərinə görə, bu məsələlər yekunlaşdıqdan sonra işlərə başlanılacaq.

  • Bakıda 44 yaşlı kişi bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi olub.

    “Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

    Çiçək qəsəbəsində 1976-cı il təvəllüdlü Səlimli Amil Mülayim oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

    Yaralı xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol tərəfinin daxilə nüfuz edən yarası və sol baldırın kəsilmiş-deşilmiş yaraları diaqnozları qoyulub.

  • Hava kəskin dəyişir – XƏBƏRDARLIQ

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

    Xidmətdən verilən məlumata görə, dekabrın 17-dən 18-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, bəzi yerlərdə arabir 20 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.

  • Hacıqabulda baş verən qəzada 1 nəfər ölüb

    Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayon sakini, 1958-ci il təvəllüdlü Şükürov Ağabala Bəybaba oğlu idarə etdiyi “Mercedes” markalı 99 HC 853 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

    Nəticədə sürücü hadisə yerində ölüb.

    Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

  • В Ереване проходит массовое шествие против Пашиняна – ВИДЕО

    В Ереване несколько тысяч человек участвуют в шествии с требованием отставки премьер-министра Армении Никола Пашиняна.

    Напомним, протесты в стране продолжаются с 10 ноября, когда Пашинян подписал с Азербайджаном мирное соглашение по Нагорному Карабаху.

    Митинг сопровождает полиция. Следующее мероприятие оппозиции намечено на 19 декабря, передает “Интерфакс”.

  • İrəvanda Paşinyan əleyhinə yürüş başlayıb – VİDEO

    İrəvanda Paşinyan əleyhinə yürüş başlayıb.

    Bu barədə “Life Shot” “Telegram” kanalı kadrlar yayımlayıb.

    Çoxminli aksiyanın iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb ediblər.

  • Наш олимпийский чемпион отказался от участия в Кубке мира

    Стала известна причина отсутствия имен олимпийских чемпионов Азербайджана по вольной борьбе – Шарифа Шарифова и Тогрула Аскерова в списке сборной страны в рамках Индивидуального кубка мира в Белграде.

    Согласно информации, Ш.Шарифов по собственному желанию отказался от участия в соревнованиях. Вместо него в Белград был отправлен молодой спортсмен Шамиль Зубаиров.

    А у Тогрула Аскерова возникли проблемы с весом, что делало невозможным его участие в Кубке мира.

  • Güləşçilərimizin Dünya Kubokundan imtina səbəbləri məlum oldu – YENİLƏNİB

    “Şərif Şərifov yayda ayağından əməliyyat olunmuşdu. Bu səbəbdən hazırda bərpa dövrü keçir”.

    Bu barədə Oxu.Az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

    Məlumatda qeyd olunur ki, Toğrul Əsgərov isə topuğunda ağrılar hiss etdiyi üçün bu yarışda iştirak edə bilməyib. Həmçinin Cəbrayıl Həsənovun da hazırda zədəli olduğu bildirilir.

    Bu səbəbdən məşqçilər korpusu onun çəkisində gənc Rəşad Yusifliyə şans verib.

    ***

    Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionları – Şərif Şərifov və Toğrul Əsgərovun Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yığmanın heyətində yer almamalarının səbəbi bəlli olub.

    “Report”un məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış edən Şərifov öz istəyi ilə yarışda iştirakdan imtina edib. Onun yerinə gənc Şamil Zubairov Belqrada aparılıb.

    Toğrul Əsgərov isə çəki problemi ilə üzləşib və bu səbəbdən Dünya Kubokuna qatılmayıb. 74 kq-a tam uyğunlaşmadığı üçün məşqçilər korpusu Əsgərovun iştirakını məsləhət görməyib.

    79 kq-dakı Cəbrayıl Həsənov və 74 kq-dakı Hacımurad Hacıyev zədə səbəbindən siyahıda yer almayıblar.

    Qeyd edək ki, Şərif Şərifov və Toğrul Əsgərov 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanıblar. Dünya Kubokuna dekabrın 18-də yekun vurulacaq. Azərbaycanı yarışda doqquz sərbəst güləşçi təmsil edir.

    Xatırladaq ki, daha əvvəl titullu güləşçi Mariya Stadnik də yarışdan imtina edib.

  • Əsgər yoldaşlarını ölümün pəncəsindən alan qəhrəman şəhidin döyüş yolu – FOTOLAR

    Sentyabrın 27-də Ermənistan ordusunun Azərbaycanın cəbhə boyu ərazilərində təxribat törətməsinə cavab olaraq başlayan və 44 gün davam edən Vətən müharibəsində Ordumuz qələbə qazandı.

    Azərbaycan Silahlı Qüvvələri 30 ildir işğal altında olan torpaqlarımızı azad etdi. Bu qələbədə ən böyük pay sahibi ön cəbhədə xidmətdə olan əsgər və zabitlərimizdir.

    Cebhe.info xəbər verir ki, Vətən müharibəsində canından keçmiş, torpaqlarımızın azad edilməsində canı-qanı bahasına döyüşmüş şəhid Xüsusi təyinatlı çavuş Sadıqov Rüfət Vaqif oğlunun nəşi dekabrın 13-ü Kəlbəcər istiqamətində tapılıb.

    İgidimiz öz döyüş yoldaşlarının həyatını xilas edərkən qəhramancasına şəhid olub.

    Sadıqov Rüfət Vaqif oğlu 1995-ci ilin noyabrın 13-ü Daşkəsən rayonunun Quşçu kəndində anadan olub.

    O, 2017-ci ildə döyüş atışlı taktiki təlimində fərqləndiyinə görə Fəxri fərmanla təltif olunub. Daha sonra 2019-cu ildə “9 noyabr Dövlət Bayrağı günü” münasibəti ilə nümunəvi hərbi xidmətə, yüksək intizama, döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə Fəxri fərmanla təltif olunub.

    Qəhramanımızın ordu həyatından çəkilmiş fotolarını sizlərə təqdim edirik:

  • Azərbaycan Türkiyə ilə Naxçıvana təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalayıb – FOTO

    Bu gün Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb.

    Energetika Nazirliyindən APA-ya verilən məlumata görə, sənədi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıb.

    Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad olunması ilə başlayan imzalanma mərasimində çıxışı zamanı energetika naziri Pərviz Şahbazov Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti mövqeyini, haqq işimizə verdiyi tərəddüdsüz dəstəyi həmrəyliyimizin bariz nümunəsi kimi qiymətləndirib. Bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının, sarsılmaz birliynin qələbəsidir: “Bu iki ölkənin liderlərinin bir-birinə güvəninin, qardaşlığının, gələcəyə aydın baxışlarının zəfəridir. Hər iki ölkənin özü üçün bir dəyərə çevirdiyi ədalət və inkişafın qələbəsidr. Azərbaycan və Türkiyə regionda yeni geosiyasi reallıqların və təhlükəsiz inkişaf mühitinin birgə müəllifləridir. Regionun resurslar, kommunikasiya və logistika potensialının birgə istifadəsinə imkan yaradacaq yeni çoxşaxəli əməkdaşlıq yalnız Azərbaycan və Türkiyə üçün deyil, bölgə üçün, dünya üçün də faydalı olacaqdır”.

    Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz isə deyib ki, bizim gücümüz qardaşlığımızdır, qardaşlığımız isə əbədidir: “Bu Zəfərlə birlikdə döyüşlərin, işğalların olduğu bir coğrafiya əvəzinə layihələrin danışıldığı bir bölgə ortaya çıxıb. Türkiyə -Naxçıvan təbii qaz boru xətti də bu Qələbənin bir hürriyyət layihəsidir. Bu layihə Naxçıvanın iqtisadiyyatını canlandıracaq”.

    Anlaşma Memorandumundan bəhs edərkən energetika naziri Pərviz Şahbazov Naxçıvanın təbii qazla təminatının strateji əhəmiyyət daşıdığını vurğulayıb: “Bu gün imzalanan sənəd Naxçıvana Türkiyədən boru kəməri vasitəsilə qaz tədarükünə zəmin yaradır. Hər iki ölkənin şirkətlərinin – SOCAR və BOTAŞ-ın təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir. Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək.”

    İmzalanma mərasimindən sonra nazirlərin iştirakı ilə mətbuat konfransı keçirilib. Enerji layihələrinin, xüsusilə neft-qaz kəmərlərinin təhlükəsizliyi, TAP boru kəməri barədə jurnalistlərin sualları cavablandırılıb.

    Səfər çərçivəsində Azərbaycan və Türkiyə energetika nazirləri Pərviz Şahbazov və Fatih Dönməzin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib. Görüşdə Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün çəkiləcək yeni kəmərin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb, enerji sahəsində gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Nazir Pərviz Şahbazov Azərbaycanla Türkiyənin örnək enerji əməkdaşlığından, enerji layihələrinin hər kəs üçün faydalarından da bəhs edib. Bildirib ki, indiyə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın, təxminən, 424 milyon ton nefti, qaz kəmərləri ilə isə Türkiyəyə 76 milyard kubmetrdən çox qaz nəql edilib. TANAP-la Türkiyəyə nəql edilən qazın həcmi 2018-ci ilin iyulundan indiyə kimi 8,2 milyard kubmetrdən artıq olub. Bu vaxta qədər Türkiyənin Azərbaycan iqtisadiyyatına 14 milyard dollar, Azərbaycanın isə Türkiyəyə 18 milyard dollardan çox sərmayə qoyması da iki ölkə arasında yüksək əlaqələrin daha uğurlu bir nümunəsi kimi qiymətləndirilib.

    Qeyd edək ki, səfər zamanı energetika naziri Kalyon Günəş Paneli zavoduna və Türkiyənin TEİAŞ Şirkətinin Dispetçer Mərkəzinə də baş çəkib.