Month: December 2020

  • Tehran Mənsimov da təltif edildi

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, təltif olunanlar arasında polkovnik Mənsimov Tehran da var.

    Mənsimov Tehran Cavid oğlu “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.//azxeber.com

  • Azərbaycan güc tətbiq etməsəydi, Ermənistan əsir və girovları qaytarmayacaqdı – Bahar Muradova

    Ermənistan tərəfindən əsir və girov götürülmüş vətəndaşlarımızın Azərbaycana qaytarılması onların ailə üzvləri ilə yanaşı, bütün Azərbaycan əhalisi üçün böyük sevincdir.

    Bunu Trend-ə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, Ermənistan tərəfi uzun müddət həmin şəxslərin qaytarılmasına razılıq vermirdi:

    “Mən əvvəlcə bu məsələnin tarixinə getmək istəyirəm. Azərbaycan tərəfi bu məsələnin sülh yoluyla həlli prosesinə sadiq olaraq danışıqlarda iştirak edirdi və hər dəfə də etimad doğuran tədbirlərdən biri kimi bir – birinə inamını möhkəmləndirən addım kimi hamının – hamıya prinsipi ilə hər iki tərəfdə olan əsirlikdə, yaxud girovluqda olan insanların dəyişdirilməsi ilə bağlı müntəzəm təkliflər verirdi. Amma Ermənistan tərəfi buna qətiyyən razı deyildi, xüsusilə bu iki səxs – Şahbazla Dilqəmin məsələsi meydana çıxandan sonra bu məsələ bizim daim siyasi və ictimai gündəmimizdə olub”.

    B.Muradova deyib ki, bütün beynəlxalq tədbirlərdə cənab Prezident başda olmaqla digər nümayəndələrimiz bu məsələni hər dəfə gündəmə gətirib: “Münaqişə yerində onun humanitar tərəfi olan bu məsələni gündəlikdə saxlamağa və ciddi bir nəticə verən addım atmağa çagırışlar edilirdi. Beynəlxalq təşkilatlar, o cümlədən vasitəçilər də ən azı bu insanların işgəncələrini azaltmağa, onların ləyaqətli həyatlarını təmin etmək üçün hamının – hamıya prinsipi ilə dəyişdirilməsi təklifini ortaya qoyurdu. Amma bu günə qədər münaqişənin həllində irəliləyiş olmadığı kimi, bu məsələdə də hansısa bir hərəkətlənmə olmadı.

    Komitə sədri bildirib ki, üçtərəfli formatda əldə olunan sənədin bütün bəndlərində yerinə yetirilən məsələlərin hamısında hərbi gücdən istifadə və digər istiqamətlərdəki möhkəm mövqeyinə bağlıdır: “Odur ki, ərazilərimizin işgaldan azad olunması, getdikcə sərhədlərimizin dəqiqləşdirilməsi və sənəddə nəzərdə tutulan, amma müəyyən vaxt tələb edən məsələlərin ardıcıl yerinə yetirilməsi Azərbaycan tərəfinin iradəsinə, qətiyyətinə, mövqeyinə və uğurlu fəaliyyətinə bağlıdır. Ona gorə də Dilqəm Əsgərovun, Şahbaz Quliyevin və onlarla bir yerdə azad olunaraq Azərbaycana gətirilən bu insanların özlərinin sevinci bir başqa məsələdir. Amma onların bu əziyyətlərinin bitməsi üçün çalışan, daim mövqeyini ifadə edən və bunu istəyən soydaşlarımızın sevinci bir başqadır. Bu, həm o insanları ailəsinə, cəmiyyətə qaytarmaq, Azərbaycan vətəndaşlarında özgüvəni artırmaq, öz dövlətinə, prezidentinə inamını artırmaq, bir də vətəndaşı olduğu dövlətin qüdrətli bir dövlət olduğunu hər vətəndaşının sağlamlığını, həyatını və təhlükəsizliyini təmin etməyə qadir olan bir ölkə olduğunu yenidən dərk etməyə imkan verir.

    Əlbəttə ki, Ali Baş Komandana, Prezident ilham Əliyevə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Nə qədər Azərbaycanda Heydər Əliyev siyasəti var və bu siyasəti həyata keçirən İlham Əliyev kimi qətiyyətli lider davam etdirir, Azərbaycan bütün problemlərini həll edəcək. Əminəm ki, bir neçə ildən sonra Azərbaycan ən qüdrətli dövlətlərdən biri olacaq. Bunun üçün də öz birliyimizə, həmin o dəmir yumruğa borcluyuq. Bundan sonra da əldə etdiklərimizi qorumaq, inkişaf etdirmək üçün hamı bu dəmir yumruqda özünü hiss etməlidir”.

  • “Qarabağ Zəfəri” adlı rəsm müsabiqəsi elan edilib

    Azərbaycan Gənclər Fondu və Türkiyə Gənclər Fondunun birgə təşəbbüsü ilə Vətənimizin Qarabağ Zəfərinə həsr olunan rəsm müsabiqəsi elan edilib. Rəsm müsabiqəsinin əsas məqsədi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan şanlı Qarabağ Zəfərini türkiyəli və azərbaycanlı gənclərin gözü ilə görmək və hər iki ölkə gəncləri arasında qardaşlıq duyğularını daha da möhkəmləndirməkdir. Müsabiqə hər iki ölkənin gəncləri üçün 15 dekabrdan 24 yanvar tarixinədək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən gənclərdən müsabiqə şərtləri ilə tanış olaraq, müraciət formasını doldurmaları tələb olunur.

    Rəsmləri ilə müsabiqəyə qatılan gənclərin əsərləri Fondun saytında və sosial media hesablarında yerləşdiriləcək, qaliblər isə peşəkar münsiflər heyəti tərəfindən müəyyən ediləcək.

    Qeyd edək ki, Gənclər Fondu mütəmadi olaraq gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi və aşılanması məqsədilə müxtəlif səpkilərdə layihələr həyata keçirməkdədir. Türkiyə Gənclər Fondu ilə birgə təqdim edilən layihə də hər iki ölkə gəncləri üçün bu məqsədə xidmət edir.

  • COVID-19 xəstəsi 14 gündən sonra başqasını yoluxdura bilərmi? – VİDEO

    “Koronavirus xəstələri 14 gündən sonra başqalarını yoluxdura bilərmi?” sualı bu gün aktualdır. Virusun orqanizmdə neçə gün yaşaması da sual doğuran məsələlərdəndir.

    Mütəxəssislər qeyd edir ki, COVID-19 bu zaman kəsiyində yoluxdurma qabiliyyətini itirsə də, əlamətlər bir neçə ay davam edə bilər.

    Daha ətraflı Baku TV-nin videosüjetində:

  • Olimpiya çempionumuz Dünya Kubokundan imtina etdi

    Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionları – Şəriş Şərifov və Toğrul Əsgərovun Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yığmanın heyətində yer almamalarının səbəbi bəlli olub.

    “Report”un məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış edən Şərifov öz istəyi ilə yarışda iştirakdan imtina edib. Onun yerinə gənc Şamil Zubairov Belqrada aparılıb.

    Toğrul Əsgərov isə çəki problemi ilə üzləşib və bu səbəbdən Dünya Kubokuna qatılmayıb. 74 kq-a tam uyğunlaşmadığı üçün məşqçilər korpusu Əsgərovun iştirakını məsləhət görməyib.

    79 kq-dakı Cəbrayıl Həsənov və 74 kq-dakı Hacımurad Hacıyev zədə səbəbindən siyahıda yer almayıblar.

    Qeyd edək ki, Şərif Şərifov və Toğrul Əsgərov 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanıblar. Dünya Kubokuna dekabrın 18-də yekun vurulacaq. Azərbaycanı yarışda doqquz sərbəst güləşçi təmsil edir.

    Xatırladaq ki, daha əvvəl titullu güləşçi Mariya Stadnik də yarışdan imtina edib.

  • Азербайджанский флаг развевается на границе Лачын-Зангезур – ФОТО

    В социальных сетях распространена новая фотография с границы Лачын-Зангезур.

    На фотографии видно, как развеваются азербайджанский и армянский флаги. Расстояние между ними составляет примерно 20-30 метров.

    Представляем вам данный кадр.

  • Şəhid anası: “Azad olunmuş torpaqlarda gəzənlər bilsinlər ki, Rüfətimin qanı oradadır” – VİDEOREPORTAJ

    44 günlük Vətən Müharibəsində qəhrəmanlıq salnaməsi yazan igidlərimizdən biri də sumqayıtlı, evin tək övladı, 24 yaşlı Rüfət Mustafayevdir. İgidimiz Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olub

    Rüfət komandirləri ilə birgə döyüş tapşırığına gedərkən düşmənin yolda quraşdırdığı minaya düşərək, şəhidlik zirvəzinə yüksəlib.

    “Könüllü cəbhəyə yollanan Rüfət qızğın döyüş vaxtı düşməndən qənimət kimi götürülən texnikaları şəxsən özü idarə edərək gətirib.

    Yaralı əsgər yoldaşlarını neytral ərazidən qorxmadan çıxararaq, aidiyyəti üzrə təhvil verib”, – şəhidin qürurlu, bir o qədər də qəmgin atası Zöhrab Mustafayev bildirib.

    Daha ətraflı Baku TV-nin videoreportajında:

  • Saatlıda daş hasar aşdı, qaz xətti zədələndi

    Dekabrın 15-i axşam saatlarında Saatlı rayonu, H.Əliyev prospektində diametri 76 mm olan qaz xətti daş hasarın aşması nəticəsində zədələnib.

    “Azəriqaz”dan “Report”a verilən məlumata görə, nəticədə 80 fərdi yaşayış evinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

    Bir qədər sonra hələlik 70 abonentin qaz təminatını bərpa etmək mümkün olub. Bundan başqa, 4 qaz sayğacı yararsız vəziyyətə düşüb.

    Hadisənin fəsadlarının aradan qaldırılması üçün Salyan Regional Qaz İstismarı İdarəsi müvafiq tədbirləri icra edir.

  • Азербайджанский флаг развевается на границе Лачын-Зангезур – ФОТО

    В социальных сетях распространена новая фотография с границы Лачын-Зангезур.

    На фотографии видно, как развеваются азербайджанский и армянский флаги. Расстояние между ними составляет примерно 20-30 метров.

    Представляем вам данный кадр.

  • Laçın-Sünik sərhədində dalğalanan bayrağımızın görüntüsü yayıldı – FOTO

    Azərbaycan-Ermənistan sərhədinin Laçın-Sünik ərazisindən yeni foto yayılıb.

    Fotonu Ermənistan mətbuatı dərc edib.

    Şəkildə dalğalanan Azərbaycan bayrağından təxminən, 20-30 metr məsafədə Ermənistan bayrağı görünür.

    Həmin fotonu təqdim edirik: