Month: December 2020

  • Sumqayıtda aktiv koronavirus xəstələrinin sayı açıqlandı

    Sumqayıtda aktiv koronavirus xəstələrinin sayı açıqlanıb.

    Xeberle.com-a verilən məlumata görə, hazırda Sumqayıtın pandemiyaxəstəxanasında 397 aktiv koronavirus xəstəsi müalicə alır. Onlardan 160 nəfərimodul tipli xəstəxanadadır: “Hər gün 20 xəstə evə yazılır və bir o qədər də qəbul edilir”.

    Qeyd olunub ki ötən həftə verilən 630 analizdən 400-ü pozitivçıxırdısa, ötən gün 520 götürülmüşanaliz nümunələrindən 180 -i pozitiv çıxıb.

  • Türkiyədə COVID-19-dan son sutkada 235 nəfər ölüb

    Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 235 nəfər ölüb.

    APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda koronavirus testindn 206 190 nəfər keçib, simptomları müəyyən edilməyənlərlə birlikdə 32 102 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

    Ağır xəstə sayı 5988 olub.

    Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 1 898 447 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 661 191 nəfər sağalıb, 16 881 nəfər isə ölüb.

    F.Qoca bu günkü ölüm sayının çox olduğunu bildirərək, bunun qarşısını almaq üçün əhalini birgə mübarizəyə çağırıb.

  • Азербайджанские борцы будут сражаться за бронзу

    Сегодня еще две представительницы женской сборной Азербайджана по борьбе стартовали в индивидуальном Кубке мира в Белграде.

    Как передает Report, Алена Колесник (57 кг) в 1/8 финала проиграла представительнице Индонезии Аншу Аншу со счетом 2:4.

    Элис Манолова (65 кг) включилась в борьбу с ¼ финала. Она проиграла молдованке Ирине Рингачи – 0:6.

    Несмотря на это, обе представительницы нашей страны получили право принять участие в схватках за бронзу.

  • Azərbaycan güləşçiləri bürünc medal uğrunda yarışacaq

    Bu gün Azərbaycanın daha iki qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda mübarizəyə qoşulub.

    “Report”un məlumatına görə, əvvəlcə 57 kq çəki dərəcəsində Alyona Kolesnik 1/8 finalda İndoneziya təmsilçisi Anşu Anşu ilə üz-üzə gəlib və rəqibinə uduzub – 2:4.

    65 kq-dakı Elis Manolova isə yarışa 1/4 finaldan başlayıb. O, moldovalı İrina Rinqaçiyə 0:6 hesabı ilə məğlub olub.

    Hər iki yığma üzvünün rəqibi finala yüksəldiyi üçün onlar dekabrın 16-da təsəlliverici görüşə çıxacaq.

    Qeyd edək ki, qadın güləşçilərdən Tatyana Omelçenko (62 kq) 1/4 finalda rusiyalı Lyubov Ovçarovaya uduzaraq mübarizəni dayandırıb. Daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.

    57 kq
    1/8 final: Alyona Kolesnik – Anşu Anşu (Hindistan) – 2:4
    Təsəlliverici görüş: Alyona Kolesnik – Laura Mertens (Almaniya)

    65 kq
    1/4 final: Elis Manolova – İrina Rinqaçi (Moldova) – 0:6
    Təsəlliverici görüş: Elis Manolova – Aslı Demir (Türkiyə)

  • Bakıda 44 yaşlı kişi bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi olub.

    “Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

    Çiçək qəsəbəsində 1976-cı il təvəllüdlü Səlimli Amil Mülayim oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

    Yaralı xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol tərəfinin daxilə nüfuz edən yarası və sol baldırın kəsilmiş-deşilmiş yaraları diaqnozları qoyulub.

  • Salome Zurabişvili: “Qafqazı bir araya gətirmək üçün yeni yanaşmalara ehtiyac var”

    Gürcüstana işğal altında olan ərazilərin problemini həll etmək üçün dialoqa, Avropa İttifaqı və NATO istiqamətində real tərəqqi əldə etmək, dünya gücləri arasında balans üçün kiçik ölkələrin ortaq səsini yaratmaq üçün yeni yanaşmalar tələb olunur.

    “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan prezindenti Salome Zurabişvili rəsmi tvitter hesabında yazıb.

    “Qafqazı bir araya gətirmək üçün yeni yanaşmalara ehtiyac var”, – deyə o qeyd edib.

    S.Zurabişvili Gürcüstanın yeni parlamentinin qarşısında duran məsələləri də qeyd edib: “Biz inkişafımızı əngəlləyən, nepotizm, peşəkarlığın çatışmazlığı, dövlət xidmətinə merkantil yanaşma, təşəbbüs irəli sürmək qorxusu ilə bağlı problemləri həll etməliyik”.

  • Standartlaşdırma üzrə dövlət fondu yaradılıb

    Nazirlər Kabineti “Standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi Qaydası”nı təsdiq edib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərar Azərbaycan Respublikası Prezidentinin fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.

    Qaydada milli standartlaşdırma qurumu tərəfindən idarə olunan dövlət fonduna daxil edilmiş dövlət standartlarının, texniki şərtlərin, standartlaşdırma üzrə beynəlxalq standartların və onların tətbiqi qaydalarının prosedurları tənzimlənir.

    Dövlət fondu standartlaşdırma üzrə normativ sənədlərdən istifadə edən və bu sahədə normativ sənəd hazırlayan dövlət qurumlarının, hüquqi və fiziki şəxslərin fəaliyyətinin səmərəliliyini yüksəldəcək.

  • Qaladərəsində çoxlu sayda erməni silahlısı əsir götürülüb

    Şuşa rayonunun Qaladərəsi kəndində terrorçuluğa cəhd göstərən erməni işğalçıları tərksilah edilib.

    Sosial şəbəkələrdə paylaşılan məlumata görə, 100-ə qədər erməni silahlısı Azərbaycan hərbçiləri tərəfindən əsir götürülüb.

  • Cəbrayıl Dövlətzadə ölümündən sonra təltif edildi

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, təltif olunanlar arasında əsgər Dövlətzadə Cəbrayıl Dövlət oğlu da var.

    Şəhid əsgər ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.//azxeber.com

  • Təltif olunanlar arasında Xudayar da var

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, təltif olunanlar kiçik gizir Yusifzadə Xudayar Müslüm oğlu da var.

    Şəhid Xudayar Yusifzadə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.//azxeber.com