Month: December 2020

  • Обнародованы имена пленных и заложников, возвращенных сегодня на Родину – СПИСОК

    В результате переговоров, проведенных при участии международных организаций и командования Российского миротворческого контингента, находящегося в нагорно-карабахском регионе Азербайджана, 14 декабря текущего года начат процесс взаимного обмена пленными и заложниками между Арменией и Азербайджаном.

    Об этом говорится в заявлении Государственной комиссии АР по вопросам по делам военнопленных, заложников и без вести пропавших граждан:

    “Было достигнуто соглашение об обмене пленными и заложниками на основе принципа “всех на всех”.

    14 декабря на Родину возвращены следующие девять лиц:

    1. Эмин Бахшалиев

    2. Амин Мусаев

    3. Яхья Абдинов

    4. Шариф Алиев

    5. Омар Алекперов

    6. Нуреддин Йолчуев

    7. Байрам Керимов

    8. Дильгам Аскеров

    9. Шахбаз Гулиев”.

  • Görüntülər erməniləri dəli etdi – Mübahisəli ərazidə Azərbaycan və Türkiyə bayraqları yanaşı asıldı – FOTO

    Azərbaycan Ordusunun işğaldan azad etdiyi Kəlbəcər rayonunun Zod qızl yatağının girişində Azərbaycan Bayrağı ilə yanaşı Türkiyə Bayrağı da ucaldılıb.

    Oxu24.com xəbər verir ki, bu fakt jurnalist Eynulla Fətullayevin ərazidən hazırladığı reportajda yer alan fotodan aydın olub.

    Azərbaycan Ordusunun blok-postu ilə Ermənistan ordusunun blok-postu arasında məsafə təxminən 20 metr təşkil edir. Və Zod qızıl yatağı hazırda demək olar ki, bütünlüklə ordumuzun nəzarəti altındadır.

    “Yataqda illərdir qanunsuz hasilat işləri aparan “GeoProMining” şirkətinin bütün texnikası, qızıl zavodunun tikililəri Azərbaycan Ordusunun nəzarəti altındadır. Əsgərlərimiz Azərbaycanın dövlət sərhədinin bərpasını tam təmin edib və burada qurulan blok-postda keşik çəkir. Ermənistan ordusunun blok-postu isə lap yaxınlıqda yerləşir.

  • Самолет с более чем 40 армянскими пленными приземлился в Ереване

    Самолет с более чем 40 армянскими пленными приземлился минутами ранее на ереванском аэродроме Эребуни.

    Об этом сообщает корреспондент Sputnik Армения с места событий.

    Глава правительства Армении Никол Пашинян ранее сообщил, что Ереван и Баку смогли согласовать обмен пленными по принципу “всех на всех”.

  • Koronavirusun növbəti əsas simptomu aşkar edildi

    COVID-19 infeksiyasının növbəti əsas simptomu açıqlanıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu mövzuda araşdırmalar İslandiyadan olan alimlər tərəfindən aparılıb.

    Mütəxəssislər müəyyən ediblər ki, COVID-19 xəstələrinin yarısından çoxunda (55 faiz) miyalgiya var.

    Xəstələr əzələlərdə, bağlarda, yumşaq birləşdirici toxumalarda, sümüklərdə və digər orqanlarda ağrı hiss edirlər.

    Bundan əlavə, COVID-19-un digər ümumi simptomları da açıqlanıb. Bunların arasında baş ağrısı (51 faiz) və öskürək (49 faiz) var.

    Qeyd olunur ki, koronavirusu yüngül keçirən xəstələrdə tez-tez baş ağrısı, burun tutulması olur və onlar iybilmə hisslərini itirirlər.

  • Ordumuz Qarabağdakı bu yolu nəzarətə götürdü – Sakinlər təxliyə olundu

    Azərbaycan Ordusu Şuşanın Böyük Qaladərəsi kəndi ilə Laçın-Şuşa yolunu birləşdirən və Kiçik Qaladərəsi kəndinə aparan yolu nəzarətə götürüb.

    KONKRET.az xəbər verir ki, bunu keçmiş və qondarma “dqr”in sepapartçı-terrorçu üzvlərindən olan Jirayr Mirzoyan deyib.

    “Bu, görünməmiş haldır. Azərbaycan Ordusu dünən səhərdən yolda yerləşib. Onlara belə əmr verildiyini deyirlər”, – Mirzoyan bildirib.

    Onun sözlərinə görə, rus sülhməramlılarının yardımı ilə bir müddət əvvəl geri qayıtmış yerli sakinlər təxliyə olunub.

    Mirzoyan bildirib ki, Böyük Qaladərəsi kəndində 60 sakindən yalnız 15 nəfər qalıb. Kiçik Qaladərəsində isə kimsə yoxdur.

    Qeyd edək ki, Köhnə Tağlar və Çaylaqqala kəndlərinə yaxın ərazilərdəki erməni silahlı terrorçularının hücumlarına son qoymaq üçün dekabrın 11-də Dövlət Təhlükəsizliyi Xidməti anti-terror əməliyyatı həyata keçirmiş və sözügedən kəndləri birbaşa nəzarətə götürmüşdü. Eyni zamanda Böyük Qaladərəsi və Kiçik Qaladərəsində gizlənən terrorçulara da xəbərdarlıq edilmişdi.

    DTX-nın və MN-nin yaydığı birgə məlumatda da Bəyanata zidd olaraq fəaliyyət göstərən və meşələrdə gizlənərək, terrorçu fəaliyyətini davam etdirən erməni silahlılarına qarşı lazımı tədbir görülməyəcəyi təqdirdə Azərbaycanın lazımı addım atacağı bildirilmişdi.

  • İran yenidən Ermənistana silah dolu hərbi “Kamaz”lar göndərməyə başlayıb- FOTO

    İranın Ənzəli limanından Ermənistana silah və hərbi ləvazimatlarla dolu rus hərbi “Kamaz”larının göndərilməsinə yenidən start verilib.

    Oxu24.com xəbər verir ki, Etibarlı mənbələrin GünAz TV-yə verdiyi məlumatına görə, Xəzər dənizi vasitəsilə Rusiyadan Ənzəli limanına göndərilən bu “Kamaz”ları İran rejimi Nurduz gömrük buraxılış məntəqəsi vasitəsilə Ermənistana təhvil vermək üçün Culfa şəhərinə yola salır. Yük maşınlarının içərisində silah və hərbi ləvazimatların olduğu deyilir.

    Ötən gün oxucular GünAz TV-yə “Kamaz”ların Ənzəli limanında daşınmaq üçün digər yük maşınlarına yüklənməsini əks etdirən fotolar göndəriblər.

    Ötən günlər ərzində iranlı rəsmilərin əksəriyyəti Ərdoğanın Araz şerini oxumasına verdikləri reaksiyada Tehran hökumətini Ermənistana hər cür dəstək verməyə çağırıblar. Dünən isə İran Milli Məclisinin plenar iclasında çıxış edən deputat Mahmud Əhmədi Biğəş Azərbaycan və Türkiyəyə qarşı nifrət dolu sözlər səsləndirməklə yanaşı, Azərbaycan Respublikasını “İranın tarixi əraziləri” adlandırıb və Tehran rejimini çəkinmədən Ermənistana hər cür dəstək göstərməyə çağırıb.

    Qeyd etmək lazımdır ki, Qarabağda gedən Vətən müharibəsi zamanı İran dayanmadan Ermənistana hərbi logistik dəstək verirdi. Buna etiraz olaraq Güney Azərbaycanın əksər şəhərlərində dəfələrlə etiraz aksiyaları keçirilib. Həmin aksiyalar zamanı Tehran hökumətinin təhlükəsizlik qüvvələri 100-dən çox güney azərbaycanlını vəhşicəsinə döyərək həbs edib.

  • BDU-nun şəhid olan məzun və tələbələrinin adları açıqlandı

    Bakı Dövlət Universitetinin (BDU) şəhidlik zirvəsinə ucalan tələbə və məzunlarının siyahısı açıqlanıb.

    Onlar Tural Eyyubov, Cavid Manafov, Manaf Bəhmənli, Hüseyn Quliyev, Seyfəddin Dadaşov, Nadir Nadirli, Ataməli Musaoğlu, Şəhriyar Həbibli, Nicat Əhmədov və Kənan Məmmədovdur.

    

  • Ərdoğan: “Türkiyə tarixi bir dönüm nöqtəsində azərbaycanlı qardaşlarının yanında yer alıb”

    “Türkiyə eynilə bir əsr əvvəl Nuri Paşa rəhbərliyindəki Qafqaz İslam Ordusunun etdiyi kimi tarixi bir dönüm nöqtəsində azərbaycanlı qardaşlarının yanında yer alıb”.

    “Haber Global”ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    “Azərbaycanlı qardaşlarımız ölkəmizin də dəstəyi ilə 44 gün davam edən Vətən müharibəsini, həmd olsun, şərəfli bir zəfərlə taclandırıb. 30 ildir işğalda saxlanılan Azərbaycan torpaqları xilas edilmiş, Dağlıq Qarabağın vətən həsrəti sona çatmışdır. Hər anı qəhrəmanlıqlarla dolu 44 günlük bir savaşın ardından qazanılan zəfər hərbi, diplomatik və siyası baxımdan çox böyük anlamlar daşıyır.

    Qarabağ artıq donmuş münaqişəni deyil, haqqın batilə qalib gəlməsi nəticəsində qazanılmış şanlı bir zəfəri ifadə edir. Şəhidlərimizin fədakarlığının rəmzi olan Azərbaycan bayrağı 30 ildən sonra Qarabağda qürurla dalğalanır. Laçından Şuşaya, Füzulidən Kəlbəcərə qədər bütün Qarabağ səmasını əzan bəzəyir.

    Dağlıq Qarabağın xilası ilə Qarabağda yeni bir dövrün qapıları aralanıb. İnşallah bundan sonra bölgədə mərkəzində atışma yerinə sülhün, gərginlik yerinə əməkdaşlığın, münaqişə yerinə yaxşı qonşuluq münasibətlərinin olduğu yeni bir status-kvo qurulacaqdır. Qardaşım İlham Əliyevin dəvəti əsasında həyata keçirdiyimiz Azərbaycan ziyarəti bu baxımlar çox önəmli mesajlar ehtiva edir.

    Azadlıq meydanında keçirilən Zəfər tədbirlərində mərhum Heydər Əliyevin “tək millət, iki dövlət” şüarının canlandığını hamımız birlikdə yenidən gördük. Bakı küçələrində, əllərində, maşınlarında, binalarında, balkonlarında Türkiyə və Azərbaycan bayraqları daşıyan azərbaycanlı qardaşlarımızın biz də heyətimizlə birlikdə ortaq olduq. VƏtən müharibəsi zamanı şəhid olan 2783 qəhrəman Azərbaycan əsgərini və 100 dinc sakini rəhmətlə yad etdik. Beləliklə, Türkiyə və Azərbaycanın kədərdə və sevincdə tək ürək, tək bilək olduğunu bütün dünyaya bir daha göstərdik.

    Bundan, əlavə səfər zamanı keçirdiyimiz görüşlərdə Qarabağ mövzusunda beynəlxalq müstəvidə və digər ölkələrlə iş baxımından izləyəcəyimiz yol xəritəsini müzakirə etdik. Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında bərpa və müxtəlif infrasturuktur layihələrini dəyərləndirdik. Vətəndaşlarımıza şəxsiyyət vəsiqəsi ilə səyahət imkanı verən protokolla yanaşı, media və investisiya sahələrində müxtəlif anlaşmaların imzalanmasına şahidlik etdik. İmzalanan anlaşmaların müdafiə və infrastruktur başqa olmaqla hər sahədə əməkdaşlığımızı daha genişləndirəcəyinə inanıram.

    Bu vəsilə ilə dəyərli qardaşım İlham Əliyevə dəvəti və qonaqpərvərliyi üçün özüm və yoldaşım adından, özünə və yoldaşına, eyni zamanda millətim adından Azərbaycan xalqına salam və sevgilərimi göndərirəm.Vətən, bayraq və əzan uğruna canlarını fəda edən Azərbaycan ordusunun qəhrəman nəfərlərinə Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə şəfa diləyirəm. Qazanılan zəfər münasibətilə şəxsim və millətim adına bir daha Azərbaycan türklərini təbrik edirəm!”, – deyə R.T.Ərdoğan bildirib.

  • Девлет Бахчели: Позор от поражения выжжено как клеймо на лбу Армении

    Освобождение 70% Карабаха от армянской оккупации является победой тюрков. На лбу Армении выжжено клеймо позора от сокрушительного поражения.

    Как сообщает Haber Global, об этом в своем аккаунте в Twitter написал председатель Партии национального движения Турции Девлет Бахчели:

    “Карабах принадлежит тюркам, Азербайджану. Оккупация — это позор, вражда и предательство исторических реалий. Слава Всевышнему голова террористической Армении была раздавлена во время 44-дневной войны. 2783 героя пожертвовали своими жизнями ради независимости своей страны. Удел тех, кто идет с мечом на соседа, очень прискорбен”, – отметил Д.Бахчели.

    Он также коснулся Парада победы, проведенного на площади Азадлыг в Баку.

    “В этом мероприятии приняли участие президенты Азербайджана и Турции. Мы показали всему миру решительность и героизм тюрков. Но Армения, оставаясь приверженной своей провокационной сущности, в очередной раз нарушила режим прекращения в поселке Гадрут Ходжавендского района. В результате данной провокации шехидами стали четверо азербайджанских военнослужащих. Армения – это воплощение трусости и мерзости”, – подчеркнул он.

  • Bu gün vətənə qaytarılan bütün əsir və girovların adları – SİYAHI

    Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir ki, beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanıb.

    Əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub.

    Dövlət Komissiyası Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyulundan erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsinin təmin edildiyini bildirib.

    Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.

    Məlumatlara görə, dekabrın 14-də Vətənə qaytarılan 9 əsir və girov aşağıdakı şəxslərdir:

    1. Emin Baxşəliyev

    2. Amin Musayev

    3. Yəhya Abdinov

    4. Şərif Əliyev

    5. Ömər Ələkbərov

    6. Nurəddin Yolçuyev

    7. Bayram Kərimov

    8. Dilqəm Əsgərov

    9. Şahbaz Quliyev