Month: December 2020

  • Rusiyada İslamın qəbul olunmasının 1100 illiyi qeyd ediləcək

    Rusiyada İdil bulqarlarının (Volqa bulqarları) İslam dinini qəbul etməsinin 2022-ci ildə 1100-cü ildönümü olacaq.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya prezidenti bu bayram münasibəti ilə tədbirlərin keçirilməsini tapşırıq verib.

    “Rusiya hökumətinə və Tatarıstan Respublikasının Nazirlər Kabinetinə bu məsələdə marağı olan dini təşkilatların iştirakı ilə Volqa Bulqarlarının İslam dinini qəbul etməsinin 1100-cü ildönümünə dair birgə təkliflər hazırlamaq tapşırılıb”, məlumatda bildirilib.

    Qeyd edək ki, İdil bulqar türkləri 922-ci ildə İslamı qəbul ediblər. İdil Bulqar dövləti Volqaboyu ərazidə yerləşib. Ərəb xilafəti və Bizansla ticarət əlaqəsi saxlayıb. 919-cu ildə dövlət başçısı Bağdada İslamı qəbul etmək istədikləri barədə səfir göndərir. 922-ci ildə Xan Almuş İslamı İdil Bulqarın dövlət dini elan edir.

  • Türkiyə Prezidenti: “Qarabağda haqq batilə qalib gəldi”

    “Qarabağ artıq dondurulmuş münaqişə deyil, haqqın batilə qalib gəlməsi nəticəsində qazanılan möhtəşəm zəfərdir”.

    “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    Onun sözlərinə görə, Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə Qafqazda yeni dövrün qapıları açılıb:

    “Bundan sonra bölgədə münaqişə əvəzinə sülh, gərginlik əvəzinə əməkdaşlıq, düşmənçilik əvəzinə yaxşı qonşuluq münasibətləri ilə yeni status-kvo qurulacaq”.

  • Политолог: Миротворцы РФ начинают заниматься политикой, это недопустимо

    “События, произошедшие в Ходжавендском районе Азербайджана, вызывают крайнее сожаление и удивление. С одной стороны мы видим, что оставшиеся там бандформирования армянских террористов устраивают вылазки и нападают на азербайджанских военнослужащих и мирных граждан. С другой стороны, острое беспокойство вызывают действия российских миротворцев в Карабахе”.

    Об этом Report заявил политолог Тофик Аббасов.

    “Потому что они фактически уклоняются от выполнения своих прямых обязательств. Дело в том, что после этого бандитского нападения армянских бандформирований российские миротворцы должны были проявить реакцию должным образом и пресечь такого рода действия. У них есть контакты с представителями временной местной администрации. Они должны были показать свою способность оперативно реагировать на неожиданно возникающие события. И вместо того, чтобы предпринять адекватные меры против армянских бандформирований, российские миротворцы в первую очередь позаботились о том, чтобы изменить карту своей деятельности, расширить зону своего влияния, ограничив этим самым действия ВС Азербайджана. Это вопиющее нарушение их прямых обязательств”, – считает политолог.

    Т. Аббасов напомнил, что миротворцы должны предпринимать сбалансированные шаги, избирательности в их деятельности не должно быть.

    “Они должны действовать согласно своему мандату. Я считаю, что российская сторона должна быть проинформирована об этом на самом высоком уровне, в частности президента РФ, который в числе глав Азербайджана и Армении подписал трехстороннее заявление. У Азербайджана есть все необходимые возможности и правовая база, для того, чтобы отреагировать на незаконные действия российских миротворцев. Это своего рода открытое уклонение от выполнения своих прямых обязательств. Они уже начинают заниматься политикой и этого категорически допускать нельзя. Мы видим превышение своих полномочий”, – отметил он.

    Политолог уверен, что в данном инциденте определенно прослеживается поддержка из российского центра, где определенные силы очень болезненно восприняли победу Азербайджана во Второй Карабахской войне.

    “Но мы знаем, что официальная Москва имеет с официальным Баку ровные, выверенные отношения. Поэтому самодеятельность отдельных российских политических кругов, которые исподтишка помогают армянской стороне и стимулируют их агрессивные планы, в первую очередь, они вредят азербайджано-российским отношениям. И на все это нельзя закрывать глаза. Эти эксцессы должны быть тщательно расследованы”, – заключил эксперт.

  • Tofiq Abbasov: “Sülhməramlıların siyasətə cəlb edilməsi yolverilməzdir”

    “Xocavənd rayonunda baş verənlər böyük təəssüf, habelə təəccüb doğurur. Orada qalan erməni quldur dəstələrinin azərbaycanlı hərbçilərə, dinc sakinlərə hücum etdiklərini görürük. Digər tərəfdən, Qarabağdakı Rusiya sülhməramlılarının da davranışı böyük narahatlıq doğurur”.

    Bu fikirləri “Report”la söhbəti zamanı politoloq Tofiq Abbasov dilə gətirib.

    “Əslində bu sülhməramlılar öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırır. Erməni quldur dəstələrinin həmin o hücumundan dərhal sonra rusiyalı sülhməramlılar müvafiq tədbirlər görərək onların qarşısını almalıdılar. Belə ki, onlar müvəqqəti idarə qurumları ilə təmasdadırlar və qəfildən ortaya çıxan məsələlərə çevik cavab vermək bacarıqlarını nümayiş etdirməlidilər. Lakin erməni yaraqlılarına qarşı lazımi addımlar atmaq əvəzinə, rusiyalı sülhməramlılar daha çox xəritəyə diqqət yetirərək öz fəaliyyət dairəsini genişləndirməyə, bununla da Azərbaycan Ordusunun addımlarını məhdudlaşdırmağa girişdilər. Bununla da öz öhdəliklərinə daban-dabana zidd hərəkətlərə yol verdilər”, – deyən politoloq sülhməramlıların tarazlı və bitərəf fəaliyyət göstərməli olduqlarını vurğulayıb.

    “Fikrimcə, Rusiya tərəfi bu məsələdən ən yüksək səviyyədə, yəni Azərbaycan prezidenti və Ermənistan baş naziri ilə yanaşı, məlum birgə bəyanata imza atmış prezident səviyyəsində xəbərdar edilməlidir. Rusiyalı sülhməramlıların qanunsuz hərəkətlərinə lazımi cavab vermək üçün Azərbaycanın əlində hər cür imkanlar və hüquqi baza var. Belə ki, sülhməramlılar artıq siyasətə cəlb olunmağa başlayır, buna yol vermək olmaz. Onlar öz səlahiyyətlərini aşırlar”, – deyən ekspertin qənaətincə, bu hadisələrdə Rusiyada Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsinə qısqanclıq bəsləyən bəzi dairələrin dəst-xətti sezilir:

    “Lakin rəsmi Moskva ilə rəsmi Bakı arasında davamlı, ölçülüb-biçilmiş münasibətlərin olduğunu da bilirik. Ona görə də Rusiyada ayrı-ayrı qüvvələr tərəfindən özbaşınalıq edilərək Ermənistana altdan dəstək vermək, onların işğalçı niyyətlərinə züy tutmaq Rusiyanın Azərbaycanla münasibətlərinə zərər vurur. Bunlara göz yuma bilmərik. Və bütün bu hadisələr ətraflı araşdırılmalıdır”.

  • ATƏT PA-nın prezidenti dəyişib

    Gürcüstanda yeni parlamentin formalaşmasından sonra ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli vəzifəsini tərk edib.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qurumun məlumatında bildirilib.

    Qeyd olunub ki, PA-nın vitse-prezidenti lord Piter Bounes (Böyük Britaniya) prezident postunu tutub.

    P.Bounes keçmiş prezidentə, ATƏT və PA-ya sadiqliyinə görə təşəkkür edib.

    G.Tsereteli, öz növbəsində, ATƏT PA-nın üzvlərinə etimad və dəstəyə görə minnətdarlığını ifadə edib.

    Qeyd edək ki, “Avropalı Gürcüstan” pasrtiyasından deputat olmuş G.Tsereteli 2017-ci ildən ATƏT PA-ya rəhbərlik edib.

  • Qarabağ qazisi Göyçayda coşqu ilə qarşılanıb

    Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsinin iştirakçılarından biri də Elməddin Tahir oğlu Məmmədovdur. Qarabağ qazisi doğulduğu Göyçay rayonunun Çərəkə kəndində böyük coşqu ilə qarşılanıb.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, E.Məmmədov orta məktəbi bitirdikdən sonra 2013-cü ildə hərbi xidmətə yollanıb. Uşaq vaxtından silaha, orduya maraq göstərən Elməddinin snayper olmaq böyük arzularından biri olub. Elə bu arzusu onu snayper kimi xidmət etməsinə gətirib çıxarıb. 2014-cü ildə hərbi xidmətini başa vuraraq doğulduğu kəndə qayıdıb.

    Sentyabrın 27-də Vətən müharibəsi başlayanda cəbhəyə getmək üçün Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsində könüllü olaraq qeydiyyatdan keçib. Elməddin bir müddət sonra ordu sıralarına çağırılır, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edir. Düşmənin atdığı minaatan mərmisi yanına düşdüyündən başından qəlpə yaraları alır. Döyüş yoldaşlarının köməyilə ərazidən çıxarılaraq xəstəxanaya çatdırılır. Qazimiz müalicə aldıqdan sonra yenidən cəbhəyə dönmək istəsə də, səhhəti buna imkan vermir və kəndə ailəsinin yanına göndərilir.

  • Где должны сдавать очередной тест лица, лечащиеся от COVID-19 в домашних условиях? – ВИДЕО

    Где должны сдавать очередной тест люди, лечащиеся от коронавирусной инфекции в домашних условиях?

    В последнее время это является самым часто задаваемым вопросом в Азербайджане.

    Baku TV подготовил видеосюжет по этому поводу.

  • Ev şəraitində müalicə alan COVID-19 xəstəsi növbəti testini harada verməlidir? – VİDEO

    Son günlər ən çox səslənən suallardan biri də koronavirusa yoluxmuş və evdə müalicə alan şəxslərin növbəti dəfə harda test verməkləri ilə bağlıdır.

    Məsələ ilə bağlı Baku TV TƏBİB-dən və həkimlərdən açıqlama alıb.

    Ətraflı süjetdə:

  • “Müəllim” ləqəbli şəhid kəşfiyyatçı İmran Məmmədli: “Mənim üçün öncə Vətən, sonra ailədir” – VİDEO

    Düşmənə qan udduran “müəllim” ləqəbli kəşfiyyatçı, şəhid İmran Məmmədli.

    Hələ aprel döyüşlərindən düşmənin kabusuna çevrilən İmran vətən müharibəsində də ermənilərə ağır zərbələr vurdu. Füzuli istiqamətində düşmən qüvvələrinin arxasına keçərək döyüşdü və şəhidlik zirvəsini fəth etdi.

    ARB TV-nin “Xəbərlər” komandası şəhid İmran Məmmədlinin evində olub və onun həyatı ilə bağlı sujet hazırlayıb:

  • Bahçelidən Ərdoğana dəstək: “Arazı ayırdılar, hətta qopardılar”

    Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlet Bahçeli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda Zəfər paradında bayatının söylənməsini dəstəkləyib.

    “Report” xəbər verir ki, o, bu barədə öz tvitter səhifəsində yazıb:

    “Bu dəfə mən də səslənirəm:

    Arazı ayırdılar,
    Mil ilə doyurdular.
    Mən səndən ayrılmazdım,
    Zor ilə ayırdılar.
    Ay Laçın, can Laçın,
    Mən sənə qurban, Laçın.

    Bu şeirin harası yanlışdır? Ermənistana açıq dəstək verənlər bizə nə danışırlar? Arazı ayırdılar, hətta qopardılar”.