Month: December 2020

  • Azərbaycan nefti yenidən ucuzlaşır

    Azərbaycan nefti ucuzlaşıb.

    “Azeri Light” markalı neftin bir bareli 1,04 faiz və ya 0,53 ABŞ dolları qədər ucuzlaşıb.

    Nəticədə, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 50,88 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək, 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək, 149,66 dollar olub.

  • Azad edilən ərazilərdə bələdiyyələrin formalaşdırılması ilə bağlı plan hazırlanacaq

    “Əsgərlər görünən düşmənlə vuruşub. Ancaq indi görürük ki, görünməyən düşmənlərimiz də fəaliyyətə başlayıb. Mən siyasi partiyaları, deputatları, blogerləri onlarla mübarizədə aktiv olmağa çağırıram”.

    “Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

    Komitə sədri bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bolşeviklərin adına olan kəndlərin adı dəyişdirilib:

    “Düşünürəm ki, yaz sessiyasında işğaldan azad edilən ərazilərimizdə bələdiyyələrin formalaşdırılması ilə bağlı plan hazırlayacağıq. Çünki illərdir ki, oradan olan vətəndaşlarımız seçmək və seçilmək hüququndan məhrum olublar”.

  • 203 nəqliyyat vasitəsinin postu icazəsiz keçməsinin qarşısı alındı

    203 nəqliyyat vasitəsinin müvafiq icazəsi olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

    Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən verilmiş müvafiq qərara əsasən, son sutka ərzində Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən karantin keçid postundan 18-i rayon, 21-i paytaxt istiqamətinə olmaqla 39, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 26-sı rayon, 32-si paytaxt istiqamətinə olmaqla 58, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 68-i rayon, 38-i paytaxt istiqamətinə olmaqla 106 avtomobil geri qaytarılıb, ümumilikdə 203 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

  • Милли Меджлис утвердил переименование села Сагиян в Гюнешли

    15 декабря на пленарном заседании Милли Меджлиса (парламента) был обсужден законопроект “О переименовании села Сагиян Шамахинского района Азербайджана в Гюнешли”.

    Как передает Report, о законопроекте депутатов проинформировал председатель парламентского комитета по региональным вопросам Сиявуш Новрузов.

    Он отметил, что название села Сагиян никак не связано с азербайджанским этносом, историей и географией АР.

    По его словам, в связи с этим было признано целесообразным переименовать этот населенный пункт в Гюнешли.

    После обсуждений законопроект был поставлен на голосование и принят.

  • Azərbaycanda daha bir kəndin adı dəyişdirildi

    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

    “Report” xəbər verir ki, qanun layihəsi barədə parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

    O bildirib ki, Şamaxı rayonu sərhəd təmas xəttindən kənarda yerləşməsinə baxmayaraq, inzibati ərazisindəki Saqiyan kəndinin adı Azərbaycan etnosu, milli-irsi dəyərləri, xalqımızın tarixi, coğrafiyası, yerli əhalinin məişəti ilə heç bir bağlılıq daşımır.

    Komitə sədri Toponimiya komissiyası ilə müvafiq məsləhətləşmələr aparıldıqdan sonra, sakinlərin də istəyinə uyğun olaraq coğrafi ərazi baxımından güney ərazidə yerləşən kəndin Günəşli adlandırılmasının məqsədəuyğun hesab edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Günəşli sözü həm də xoşbəxt, sevinc dolu, fərəhli və işıqlı mənalarını özündə əks etdirir.

    Layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

    Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

  • Azərbaycanlı alimdən evdə koronavirus müayinələrinin ölümcül nəticələri ilə bağlı XƏBƏRDARLIQ

    Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev koronavirus xəstələrinin ev şəraitində Kompüter Tomoqrafiyası (KT) və rentgen müayinələrindən keçməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

    Koronavirus xəstələrinin ev şəraitində müayinə və müalicəsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirən azərbaycanlı alim “Report”a açıqlamasında bildirib ki, bu pasiyentlərin ev şəraitində KT və rentgen müayinələrindən keçməsinin heç bir elmi əsası yoxdur:

    “Ev şəraitində mobil Kompüter Tomoqrafiyasından istifadə etmək texniki cəhətdən sadə bir şey deyil və ümumiyyətlə ev şəraitində onların COVID-19 xəstələrində tətbiqinə ehtiyac yoxdur. Bunun tətbiqinin Azərbaycanda artıq edildiyini mən dünən İTV kanalının “Sabaha saxlamayaq” verilişində qonaq olarkən digər qonaq həkimdən eşitdim. Düzünü desəm, dəqiq deyə bilmərəm ki, həmin həkim KT müayinəsi deyərkən doğrudanmı ev şəraitində Kompüter Tomoqrafiyası müayinəsini nəzərdə tuturdu, yoxsa o, sadə mobil rentgen müayinəsinə KT müayinəsi deyirdi.

    Hər iki halda bu müayinələrin ev şəraitində praktiki olaraq istifadəsində heç bir tibbi göstəriş yoxdur. Bunu edən həkimlər və orta tibb işçilərinə göstəriş verən həkim-mütəxəssislər mütləq bilməlidirlər ki, bu cür rentgen şüaları xəstə insanın və hətta evdə olan digər insanların da orqanizmlərinə ciddi fəsadlar törədir. Bəzən bu fəsadlar illər sonra üzə çıxır.

    Məsələn, uşaqlarda illər sonra müxtəlif qan xərçənglərinin yaranmasına səbəb olur. Ona görə də ev şəraitində müayinə zamanı bu məsələlər protokollarda mütləq nəzərə alınmalıdır və heç bir halda tətbiqinə icazə verilməməlidir”.

    Tibb elmləri doktoru həmçinin koronavirus xəstələrinin ev şəraitində özünü müalicə ilə bağlı məlumatlara da münasibət bildirib:

    “Ev şəraitində müalicə alan şəxslərin heç də hamısı bilmədən əllərinə keçən bütün dərmanları qəbul etmirlər, onlar müvafiq qurumlar tərəfindən diqqətsiz qaldıqlarına və nəticədə də əlacsız olduqlarına görə bunu edirlər. Xəstələrə bu şəkildə diqqət göstərmək isə tibbi xidmət sayılmır.

    Koronavirus xəstələrinin sayının onları müalicə edən həkimlərin sayından çox olmasını, eləcə də səhiyyə müəssisələrinin dolmasını və artıq xəstələri qəbul edə bilməməsini təsəvvür etmək mənim üçün çox ağırdır. Mən bu cür səhiyyə sisteminin belə problemlərlə üzləşəcəyini hələ avqust və sentyabr aylarından dedim və ciddi xəbərdarlıq etdim.

    Əgər vaxtında düzgün koordinasiya mexanizmi qurulardısa, bu problemlərin də aradan qaldırılmasına nail olmaq mümkün olardı. İndi də hesab edirəm ki, ev şəraitində müalicə olunan xəstələrə də xüsusi diqqət və nəzarət gücləndirilməlidir. Müdafiə Nazirliyi əsgərinin, Təhsil Nazirliyi şagirdinin qayğısına qaldığı kimi Səhiyyə Nazirliyi və TƏBİB də xəstələrinin qayğısına mütləq qalmalıdır”.

  • Bakı və Abşeronda qazın verilişində məhdudiyyət olacaq

    Dekabrın 15-də paytaxtın və Abşeron rayonunun bəzi ərazilərinin təbii qaz təchizatında fasilələr yaranacaq.

    “Azəriqaz” İstehsalat Birliyinin məlumatına əsasən, dekabrın 15-də Qaz İxrac İdarəsinin balansında olan “Qaradağ-Xırdalan-Digah” magistral qaz kəmərinin 12-ci kilometrində təmir işləri aparılacaq.

    Belə ki, dekabrın 8-də yük maşını tərəfindən zədələnmiş kəmərin altı metrlik hissəsində və dayaqlar üzərindən düşmüş 30 metrlik hissəsində vacib təmir işlərinin aparılmasına zərurət yaranıb. Bildirilib ki, bu işlər görülmədiyi təqdirdə yüksək təzyiqli qaz xəttinin istismarı dövründə təhlükəli vəziyyət yaşana bilər. Buna görə də dekabrın 15-də saat 09:00-dan işlər başa çatanadək bir neçə qaz paylayıcı stansiyadan qaz təchizatının müvəqqəti olaraq dayandırılması gözlənilir.

    Bu müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri Mexkolon yaşayış massivi, Novxanı kəndi və bağlar ərazisi, Mehdiabad, Qobu, Daş Güzdək qəsəbələri, Binəqədi rayonu Biləcəri, Rəsulzadə qəsəbələri, Binəqədi kəndi, Gülüstan yaşayış massivi, 6, 7, 8, 9-cu mikrorayonlar, Xutor yaşayış massivi, Mədən ərazisi, Baksol yolu, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Şərifzadə, Vasif Əliyev, Xıdır Mustafayev küçələrində, Səbail rayonu, Salyan yolu, Bibiheybət, Badamdar qəsəbəsi 3-cü massiv ərazisində, Qaradağ rayonu Lökbatan qəsəbəsi və Sədərək ticarət mərkəzinin yaxınlığında xarici dairəvi yolun kənarında fərdi yaşayış evlərinin təbii qaz təminatında qısa fasilələr olacaq.

  • В России произошел пожар в доме престарелых, погибли 11 человек – ВИДЕО

    В Башкирии произошел пожар в частном пансионате. Спасатели обнаружили на месте инцидента тела 11 человек. Об этом передает ТАСС со ссылкой на пресс-службу МЧС России.

    Сообщение о возгорании в селе Ишбулдино Абзелиловского района поступило на пульт дежурного в 00:53 по московскому времени (01:53 по бакинскому времени – ред.).

    По данным министерства, в 04:00 мск (05:00 по Баку) пожар был потушен. “Причины и обстоятельства произошедшего устанавливаются”, – сказали в ведомстве.

    Глава администрации Абзелиловского района Ильдар Нафиков сообщил, что в регионе из-за инцидента введен режим чрезвычайной ситуации. По его словам, пожар произошел в здании 1960-х годов постройки, где находились 16 человек. “Из огня удалось вывести пятерых. Несмотря на сработавшие извещатели, 11 человек спасти не удалось”, – написал он в соцсети.

    Прокуратура Башкирии проведет проверку по факту гибели людей в пожаре.

    Источник в экстренных службах сообщил ТАСС, что причиной происшествия в пансионате, по предварительным данным, является неосторожное обращение с огнем.

    “Рассматриваются разные версии. Среди них неисправность проводки и человеческий фактор. Возможно, кто-то закурил в постели”, – сказал “Интерфаксу” источник в администрации Абзелиловского района.

    Он добавил, что пансионат, где произошел пожар, оказался частным домом престарелых.

    Источник в экстренных службах сообщил ТАСС, что жертвами огня стали только пожилые постояльцы.

  • Rusiyada qocalar evində yanğın: 11 nəfər öldü – VİDEO

    Rusiyanın Başqırdıstan respublikasında qocalar evində yanğın baş verib. Xilasedicilər hadisə yerində 11 nəfərin cəsədini aşkar ediblər.

    Bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

    Hadisə Abzelilovski rayonunun İşbuldino kəndində baş verib.

    Nazirlikdən verilən məlumata görə, hadisənin baş vermə səbəbləri və şərtləri müəyyənləşdirilir.

    Abzelilovski rayon administrasiyasının rəhbəri İldar Nafikov hadisə ilə əlaqədar bölgədə fövqəladə rejim tətbiq olunduğunu deyib. Onun sözlərinə görə, yanğın 1960-cı illərdə inşa edilmiş, 16 nəfərin olduğu binada baş verib.

    Beş nəfərin xilas edildiyi bildirilir.

    İlkin məlumatda qeyd olunur ki, hadisə ehtiyatsızlıqdan baş verib.

    “Müxtəlif versiyalar nəzərdən keçirilir. Bunların arasında naqillərdəki nasazlıqlar və insan faktoru var. Bəlkə də kimsə yataqda siqaret yandırıb”, – deyə bildirilir.

  • Dünya bazarında neftin qiyməti

    Dünya bazarında neftin qiymətində azalma müşahidə olunur.

    RT xəbər verir ki, WTI markalı neftin yanvar fyuçersləri 0,79 faiz azalaraq, bir bareli 46,62 dollara düşüb.

    “Brent” markalı neftin fevral fyuçersləri 0,78 faiz ucuzlaşaraq, bir bareli 49,90 dollar təşkil edib.