Month: December 2020

  • Хасан Роухани: Стихотворение Президента Турции не было направлено против Ирана

    Поскольку я знаю Президента Турции Реджепа Тайипа Эрдогана, не думаю, что он проявил неуважение к Ирану и его территориальной целостности.

    Как передает Trend, об этом на пресс-конференции сказал Президент Ирана Хасан Роухани.

    По его словам, как отметила турецкая сторона, стихотворение Президента Турции не было направлено против Ирана.

    “На этом основании, следует оценивать выступление Президента Турции в полном контексте”, – отметил Хасан Роухани.

    Он отметил, что проявленную в Иране реакцию по этому вопросу следует принять с пониманием, поскольку территориальная целостность Ирана крайне важна.

  • Ruhani: “Ərdoğanın şeiri İrana qarşı yönəlməyib”

    “Ərdoğanın İranın ərazi bütövlüyünə ya da xalqına qarşı təhqir niyyətində olmasını uzaq bir ehtimal kimi görürəm”.

    “Haber Global”ın məlumatına görə, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

    Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun iranlı həmkarı Cavad Zəriflə telefon söhbətində Rəcəb Tayyib Ərdoğanın Bakıdakı nitqində İranı nəzərdə belə tutmadığına diqqət çəkməsinin özü üçün vacib olduğunu dilə gətirən Ruhani Türkiyə Prezident Administrasiyasının sözçüsünün və Türkiyənin Tehrandakı səfirinin də eyni məsələni vurğuladığını xatırladıb.

    Sözügedən şeirin çoxyönlü olduğunu və fərqli mənalar daşıya biləcəyini qeyd edən Ruhani, “bu şeiri İrandan oxusanız bir mənaya gəlir, İrandan kənarda oxusanız başqa bir məna daşıyır”, -sözlərini deyib.

    “Həqiqət budur ki, Türkiyə rəsmiləri açıq bir şəkildə Ərdoğanın qəsdinin olmadığını bildirib. Ərdoğan eyni nitqində regional məsələlərlə bağlı Türkiyə, İran, Rusiya, Azərbaycan və Ermənistanın birlikdə çoxşaxəli iş aparmalı olduğunu ifadə edib. Nitqinin əvvəlinə və sonrasına da diqqət yetirməliyik”, – deyə H.Ruhani qeyd edib.

  • Girovluqdan azad edilən Dilqəm Əsgərovun ailəsindən VİDEOREPORTAJ

    Bu gün erməni girovluğundan azad edilərək Azərbaycana gətirilmiş Dilqəm Əsgərovun ailəsində böyük sevinc yaşanıb.

    Baku TV Əsgərovlar ailəsinin yaşadığı Şəmkirdə olub və D.Əsgərovun oğlundan atasının azad olunması ilə bağlı açıqlama alıb.

    Sözügedən süjeti təqdim edirik:

  • Kürdoğlu Əsgərov: “Altı il əvvəl də demişdim, atamı azad edə biləcək yeganə şəxs Ali baş Komandanımızdır”

    “Altı il əvvəl də demişdim ki, atamı erməni girovluğundan azad edə biləcək yeganə şəxs Ali baş Komandanımız İlham Əliyevdir. Bu gün də bu, sübut olundu”.

    Bu sözləri APA-ya Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

    O, prezidentə minnətdarlığını bildirib: “Bu günü ailəmizə yaşatdığı üçün Prezidentimiz çox sağ olsun. İndi ən böyük arzum, onunla görüşüb, atamı erməni girovluğundan azad etdiyi üçün əlini sıxıb, üz-üzə təşəkkür etməkdir. Yaşasın Ali Baş Komandanımız!”.

    Qeyd edək ki, 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov bu gün təyyarə ilə Bakıya gətirilib.

    Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.

  • “YouTube” və “Google”da nə baş vermişdi?

    “Google” istifadəçiləri şirkətin xidmətlərində problemlərlə üzləşiblər.

    Bu barədə internet mənbələrindəki fasilələri izləyən “Downdetector” məlumat yayıb.

    Xüsusilə “YouTube”, “Gmail” və şirkətin digər saytlarına girməyə çalışarkən problemlər yaşanıb.

    Qeyd edək ki, problemlər Rusiya, Almaniya, Böyük Britaniya, İtaliya və digər Avropa ölkələri ilə yanaşı Azəbaycanda da qeydə alınıb.

    “Google” istifadəçilərinin 86 faizi hesablarına daxil ola bilməyib, 13 faizi tapmaqda çətinlik çəkdi.

    “Google” poçt istifadəçilərinin təxminən 76 faizi hesablarına daxil olma problemlərindən şikayətlənib, 17 faizi texniki nasazlıqdan şikayətlənib, digər beş faizi isə poçtlarında mesaj qəbul etməkdə problemlərlə üzləşib.

    Ziyarətçilərin 49 faizi “YouTube” ilə bağlı problemlərin olduğunu, 45 faizi videolara baxarkən fasilələrin yarandığını, dörd faizi isə ümumiyyətlə sayta daxil ola bilmədiklərini bildirib.

    Hazırda problem aradan qaldırılıb.

  • Yerevanda tuneldə avtomobil partlayıb

    Ermənistanın paytaxtı Yerevanın Vardanans küçəsindəki tuneldə avtomobil partlayıb.

    “Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

    Avtomobilin salonundan sərnişinlər və sürücü çıxarılıb.

    Hadisənin səbəbi araşdırılır.

  • Сестра Шахбаза Гулиева: Я безгранично благодарна нашему Президенту и армии, которые подарили нам эту радость

    Я очень обрадовалась освобождению моего брата, находившегося в заложниках у армянской стороны, выражаю признательность нашему Президенту.

    Об этом АПА сказала сестра Шахбаза Гулиева Ирада Гулиева.

    “Если бы не освободили наши земли, то Шахбаза и Дильгама тоже не удалось бы освободить. Я безгранично благодарна нашему Президенту, доставившему нам эту радость, нашей армии, освободившей наши земли. Слава Аллаху, который воссоединил нас”, – отметила она.

    И.Гулиева сказала, что только что узнала об этом, еще не встретилась с братом.

    Отметим, что сегодня днем была обеспечена доставка в Баку самолетом Шахбаза Гулиева и Дильгама Аскерова, которые с июля 2014 года находились в заложниках у армянской стороны. После того как будут осуществлены соответствующие карантинные меры, освобожденные лица воссоединятся со своими семьями.

  • Düşməndən intiqamımızı alan şəhid İntiqam

    Vətən müharibəsinin qəhrəmanlarından biri də şəhid Abbasov İntiqam Yavər oğludur.

    O, 1978-ci il sentyabrın 21-də Masallı rayonunun Köçəkli kəndində anadan olub. Ailədə 4 qardaşdan biri olan İntiqam 1985-ci ildə Sədrəddin Rəhimov adına tam orta məktəbin 1-ci sinfinə gedib və 1996-cı ildə həmin məktəbi uğurla bitirib.

    1996-cı ildə hərbi xidmətə yollanan qəhrəmanımız 1999-cu ildə xidmətini başa vurub.

    Uşaqlıqdan hərbiyə maraq bəslədiyi üçün 2000-ci ildən Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissəsində gizir və tank komandiri olaraq işə başlayır. Aprel döyüşlərində də böyük şücaət göstərib. Uğurları, nailiyyətləri nəticəsində 2017-ci ildə baş gizir rütbəsini alıb. Dəfələrlə diplomlar, fəxri fərmanlar və medallarla təltif edilib.

    İntiqam 2000-ci ildə ailə həyatı qurub, bir qız və bir oğlan övladı var.

    O, sentyabrın 29-da Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.


    “Report” şəhidin övladları və yaxınları ilə həmsöhbət olub. Onlar əmindilər ki, əgər İntiqam indi yaşasaydı, şəhidlərimizi görüb “Kaş mən də şəhid olardım” deyərdi.

  • “Düşmənin ölən əsgərinə belə hörməti yoxdur”

    Vətən savaşı qəhrəmanları – Anar Köçərli Qubadlı, Orxan Musayev isə Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanıb.

    “Report” igid qazilərimizlə müsahibəni təqdim edir:

  • Amin Musayev əsirlikdən qaytarılıb? – VİDEO

    Vətən Müharibəsində Ermənistana əsir düşən Azərbaycan Ordusunun hərbçisi Amin Musayevin əsirlikdən qaytarılması ilə bağlı məlumat yayılıb.

    Bu kimi xəbərlər sosial şəbəkələrdə paylaşılıb.

    Məsələ ilə bağlı Aminin ailəsi ilə əlaqə saxlayan Baku TV-nin müxbiri öyrənib ki, hələlik Musayevin ailəsində onun azad olunması ilə bağlı məlumat yoxdur.

    Daha ətraflı Baku TV-nin süjetində: