Month: December 2020

  • В результате пожара в Джалилабаде заживо сгорела 81-летняя женщина

    В Джалилабадском районе Азербайджана в одноэтажном жилом доме общей площадью 84 квадратных метра произошел пожар.

    Об этом говорится в сообщении МЧС.

    На месте происшествия было обнаружено обгоревшее тело Нубар Хатамовой (1939 г.р.).

    Пожар был потушен.

    В связи с инцидентом ведется расследование.

  • Cəlilabadda dəhşətli yanğın: 81 yaşlı qadın diri-diri yandı

    Cəlilabad rayonunda ümumi sahəsi 84 kvadrat metr olan birmərtəbəli evin yanar konstruksiyaları 36 kvadrat metr sahədə yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1939-cu il təvəllüdlü Hətəmova Nübar Ələkbər qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

    Evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın söndürülüb.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Xınalıq yaxınlığındakı 2783 metr yüksəkliyə 2783 şəhidimizə həsr olunan xatirə lövhəsi quraşdırılıb – FOTO

    Alpinistlərimiz tərəfindən Xınalıq kəndi yaxınlığında olan 2783 metr yüksəklikdə yerləşən zirvəyə Vətən Müharibəsində şəhid olmuş 2783 hərbçimizə həsr olunan xatirə lövhəsi quraşdırılıb.

    Xatirə lövhəsi Vətən müharibəsində qazandığımız qələbə simvoluna çevrilən Xarı bülbül formasındadır və mərkəzində 2783 rəqəmi yazılıb.

    Allah bütün şəhidlərimizə rəhmət etsin! Ruhları şad olsun!

  • Vilayət Eyvazovdan yeni TƏYİNAT – FOTO

    Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

    Unikal.org-un məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovniki, hüquq elmləri doktoru Əhmədov Mahir Bayram oğlu DİN-in Polis Akademiyası rəisinin birinci müavini təyin edilib.

    Qeyd edək ki, o, 1992-ci ildən 2020-ci il tarixinədək DİN-in Polis Akademiyası rəisinin tədris və elmi işlər üzrə müavini vəzifəsində xidmət edib.

  • Yevlaxda yük maşınları toqquşub, ölən var

    Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

    “Report”un məlumatına görə, yolun Yevlax rayonu ərazisindən keçən hissəsində yük avtomobili Gürcüstan dövlət nömrə nişanlı digər yük maşınına çırpılıb.

    Qəza nəticəsində bir nəfər ölüb. Dünyasını dəyişənin qadın olduğu və kimliyinin dəqiqləşdirildiyi bildirilir.

    Hadisə yerinə Dövlət Yol Polisi idarəsinin əməkdaşları və təcili tibbi yardım maşını cəlb olunub. Qəzada sürücülərdən biri xəsarət alıb.

    Fakta bağlı araşdırma aparılır.

  • Mövlud Çavuşoğlundan Cavad Zərifə: “Ərdoğanı hədəf alan açıqlamalar qəbuledilməzdir”

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranın XİN rəhbəri Cavad Zəriflə telefonla danışıb.

    Bu barədə “Haber Global” xəbər yayıb.

    Qeyd edilib ki, M.Çavuşoğlu iranlı həmkarı ilə danışarkən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanı hədəf alan açıqlamaların qəbuledilməz olduğunu bildirib.

    Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri zamanı səsləndirdiyi şeirə və çıxışına İran XİN-də siyasi xarakter verilib, Türkiyənin Tehrandakı səfiri XİN-ə çağırılaraq bu barədə izahat tələb olunub. İran mətbuatında Türkiyə Prezidentinin əleyhinə ifadələr yer alan yazılar dərc edilib.

    Dünən isə İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Türkiyə XİN-ə çağırılıb.

  • Bakıda gənc qız özünü 5-ci mərtəbədən atdı

    Bakıda intihar hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Nəsimi rayonunun 4-cü mikrorayon, 20 yanvar küçəsində qeydə alınıb.

    Yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atan gənc qız hadisə yerində dünyasını dəyişib.

    Hadisənin təfərrüatı rayon prokurorluğu tərəfindən araşdırılır.

  • Parisdən 100-dən çox nümayişçi saxlanıldı

    Fransanın paytaxtı Paris şəhərində “Qlobal təhlükəsizlik haqqında” qanundan narazı olan şəxslərin keçirdiyi etiraz aksiyalarında hüquq-mühafizə orqanları tərəfindən 107 nümayişçi saxlanılıb.

    Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Artıq dördüncü şənbədir keçirilən aksiyalarda təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı güc tətbiq edir.

    Qeyd edək ki, Fransa vətəndaşları “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinin 24-cü maddəsinə etiraz edirlər.

    24-cü maddəyə görə, əməliyyat zamanı polis və ya jandarmın kimliyini müəyyənləşdirilməyə kömək edəcək üz və ya bədənin digər hissələrinin şəklinin yayılması qarşılığında cərimə və ya bir il müddətinə həbs cəzası nəzərdə tutulur.

  • İran və Türkiyə arasındakı anlaşılmazlıq aradan qaldırılıb

    İran və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığında iki ölkə arasındakı anlaşılmazlıq aradan qaldırılıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, telefon söhbətində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif iki ölkənin yaxşı qonşuluq və dostluq münasibətlərinin olduğunu qeyd ediblər.

    Telefon söhbəti zamanı iki ölkənin ölkələrin ərazi bütövlüyünə və milli hakimiyyətə hörmətlə yanaşdığı qeyd olunub.
    Telefon söhbətində həmçinin qarşılıqlı etimad əsasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə ümid edilib.

  • Mütəxəssis: “Danışanda maskanı çıxarmaq virusun yayılmasına rəvac verir”

    “Dəfələrlə deyildiyinə baxmayaraq, bəzi insanlar maskadan düzgün istifadə etmir: maskanı çənənin üstündə gəzdirir, vaxtlı-vaxtında dəyişmir, günlərlə eyni maskadan istifadə edirlər, çirklənmiş maskaları hara gəldi atırlar və bəzi hallarda qarşısındakı insan ilə danışdıqda maskanı çıxarırlar. Bununla da virusun yayılmasına rəvac verirlər”.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Mərkəzi Gömrük Hospitalının Xəstə xidmətləri şöbəsinin rəisi Gülşən İmanova deyib.

    Həkim bildirib ki, koronavirus əleyhinə hazırlanan vaksinlərin əhali arasında tətbiqinə hələ başlanılmadığı üçün bütün dünyada yoluxmaların sayında sürətli artım müşahidə olunur: “Hər şeydən əvvəl, insanlar pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün həm açıq, həm də qapalı məkanlarda maskalardan istifadə etməlidir”.

    Onun sözlərinə görə, infeksiyanın yayılma səbəblərindən biri də insanlar arasında virusa inanmamaq kimi düşüncənin, virusun onlara keçməyəcəyi ilə bağlı arxayınlaşmanın yaranmasıdır: “Onlar karantin rejiminin, bəzi məhdudiyyət tədbirlərinin yumşaldılmasından sonra virusla mübarizə qaydalarına əməl etmək, infeksiyadan qorunmaq istəmirlər. Çox təəssüf ki, bir sıra obyektlərdə insanlar maskadan yalnız cəriməyə düşməmək üçün istifadə edirlər.

    Payız aylarında yenidən artmağa başlayan koronavirus hadisələrinin sayı yeni antirekord rəqəmlərə çatıb. Buna səbəb respirator xəstəliklərin məhz bu aylarda artmasıdır. Risk kateqoriyasına daxil olan insanlar: yaşlılar, yanaşı xəstəlikləri olan insanlar özlərini daha çox qorumalıdır. Zərurət olmadıqda evdən çıxmamalıdırlar.

    Son vaxtlar tez-tez eşitdiyimiz xəbərlərdən biri də odur ki, koronavirus xəstələri evdə müalicə alarkən təcrid olunmaqdansa, həyətə, küçəyə, marketə çıxır və ətrafdakı insanları yoluxdururlar. Hətta, işə gedən belə xəstələr haqqında da faktlar vardır. Bu yolverilməzdir! Düzdür, onlar inzibati qaydada cəzalandırılır, lakin başqalarına verdikləri zərər ölçüyə gəlmir, heç bir çərçivəyə sığmır”.

    G. İmanova bildirib ki, xəstəliyin yayılma səbəblərindən biri də ara məsafənin saxlanmamasıdır: “İctimai nəqliyyatdakı vəziyyət də göz qabağındadır. Maskalardan düzgün istifadə olunmur, ara məsafə gözlənilmir, tutacaqlardan istifadədən sonra əllər spirtlə təmizlənmir. Əhali arasında maarifləndirmə işləri aparılsa da, yığıncaqlar təşkil edilir, təbii ki, belə məclislərdə insanlar bir-biri ilə yaxın təmasda, ünsiyyətdə olur və nə maska, nə əl yumaq, nə də ara məsafə yada düşür. Mütəxəssislər hələ pandemiyanın müəyyən müddət davam edəcəyini vurğulayırlar. Koronavirusa qarşı vaksinlərin kütləvi tətbiqinə qədər hər bir şəxs tələb edilən qaydalara ciddi şəkildə riayət etməli və unutmamalıdır ki, əsas məsələ insanların sağlamlığıdır, onların həyatıdır”.