Month: December 2020

  • ABŞ-da gündəlik ən çox yoluxma qeydə alındı

    ABŞ-da ötən 24 saat ərzində 231 775 nəfər koronavirusa yoluxub.

    Bu barədə Cons Hokins Universitetinin məlumatında bildirilir. Bu, indiyədək qeydə alınmış ən yüksək gündəlik yoluxma sayıdır. Əvvəlki rekord dekabrın 5-də 227 mindən çox yoluxma olub.

    Həmçinin son 24 saat ərzində ölkədə 3 309 nəfər koronavirus xəstəsi dünyasını dəyişib.

  • Dəfnində iştiraka icazə verilən yaxın qohumlar kimlərdir? – RƏSMİ

    Daxili İşlər Nazirliyi sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə dəfnində iştiraka icazə verilən yaxın qohumlarla bağlı məsələyə aydınlıq gətirib.

    Nazirlikdən Trend-ə bildirilib ki, Mülki Prosessual Məcəllənin 19-cu maddəsinə uyğun olaraq yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr aiddirlər.

  • Azərbaycan güləşçisi erməni rəqibini məğlub etdi

    Bu gün güləş üzrə Fərdi Dünya Kuboku başlayıb.

    İlk yarış günündə 55, 67, 72, 77 və 87 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.

    Eldəniz Əzizli ilk görüşdə yerli güləşçiyə cəmi 1 dəqiqə 40 saniyəyə qalib gəlib. Təcrübəli güləşçimiz növbəti görüşdə Rusiya idmançısına uduzub.

    İslambek Dadov təsnifat mərhələsində İtaliya təmsilçisini cəmi 29 saniyəyə xalçadan məyus yola salıb. Peru güləşçisini də vaxtından əvvəl üstələyən yığmamızın üzvü adını 1/4 finala yazdırıb. Bu mərhələdə prinsipial qarşılaşmaya çıxan güləşçimiz Ermənistan təmsilçisinə qalib gələrək yarımfinala yüksəlib.

    Ülvü Qənizadə debütdə Fransa, Sənan Süleymanov Almaniya, İslam Abbasov isə Əlcəzair güləşçisinə məğlub olub.

    Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

  • Bakıda maskasız gəzən aktiv koronavirus xəstəsi saxlanıldı

    Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən 34 yaşlı Rəşad Əhmədov Binə qəsəbəsində ictimai yerdə tibbi maskadan istifadə etmədiyinə görə saxlanılıb.

    Daxili İşlər Nazirliyindən bildirilib ki, araşdırma zamanı onun aktiv COVID-19 virusunun daşıyıcısı kimi qeydiyyatda olduğu müəyyən olunub.

    Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

    Onun barəsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

  • General: “Karantin postlarının tələblərinə əməl etmək lazımdır”

    “Karantin postlarının qurulması, məhdudiyyətlərin tətbiq edilməsi təsadüfü deyil. Bu, ölkəmizdə koronaviruslu xəstələrin sayının artması ilə bağlıdır. Pandemiyanın qarşısını almaq üçün zərurətdən belə addımlar atılır”.

    “Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.

    O, vətəndaşları tətbiq olunan məhduduyyətlərə anlayışla yanaşmağa, qaydalara riayət etməyə çağırıb: “Bu, insanların özləri üçün tətbiq edilən məhdudiyyətdir. Hər birimiz bilməliyik ki, bu, bizim gələcəyimiz, ailəmiz, həyatımız üçün vacibdir. Ona görə də qaydalara əməl etmək, sosial məsafəni gözləmək, məhdudiyyətləri qəbul etmək lazımdır. Polislə üz-üzə dayanmaq olmaz”.

    Xatırladaq ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək.

  • В Азербайджане выявлены 4 268 новых случаев инфицирования коронавирусом, скончались 43 человека – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 4 268 новых случаев инфицирования коронавирусом, еще 4 085 человек вылечились и были выписаны домой.

    Об этом 12 декабря сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 43 пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 171 423 человека, 1 883 из них скончались, 107 635 – вылечились, 61 905 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 1 938 244 теста (за последние 24 часа – 19 378) на COVID-19.

  • Azərbaycanda daha 43 nəfər koronavirusdan öldü: 4268 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 4268 yeni yoluxma faktı qeydə alınıb, 4085 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 43 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 61 905 nəfərə çatıb.

    Ölkədə son sutka ərzində 19 378, hazırkı dövrədək isə 1 938 244 test aparılıb.

    Ümumi ölənlərin sayı 1 883 nəfərdir.

    Ümumi yoluxanların sayı 171 423 nəfər, ümumi sağalanların sayı 107 635 nəfərdir.

  • Генерал-майор Рамиль Аскеров освобожден от занимаемой должности

    В Министерстве обороны Азербайджана произведено кадровое изменение, передает Unikal.org.

    Приказом министра Закира Гасанова начальник Главного управления внутренней безопасности генерал-майор Рамиль Аскеров освобожден от занимаемой должности.

  • General-mayor Ramil Əsgərov vəzifəsindən azad edildi

    Müdafiə Nazirliyində kadr dəyişikliyi olub.

    Unikal.org-un məlumatına görə, nazir Zakir Həsənovun müvafiq əmri ilə Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərov vəzifəsindən azad olunub.

  • Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibində dəyişiklik – FƏRMAN

    Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Fərmanla Fondun İdarə Heyətinin tərkibində dəyişiklik edilib.

    Dəyişikliyə əsasən, İdarə Heyətinin tərkibi dörd nəfərdən – Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin üç müavinindən ibarət olacaq.

    Buna qədər isə İdarə Heyətinin tərkibi üç nəfərdən – Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin iki müavinindən ibarətdir.