Month: December 2020

  • İlham Əliyev: “Mən Minsk qrupunu səfərə dəvət etməmişəm”

    Mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm.

    Bu fikirləri Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edərkən söyləyib.

    “Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm”, deyə Dövlət başçısı bildirib.

  • Минобороны: Армянская сторона нарушила режим прекращения огня на освобожденных территориях Азербайджана

    Армянская сторона совершила провокационные действия на освобожденных территориях Азербайджана, сопровождавшиеся нарушением режима прекращения огня.

    Со стороны Вооруженных Сил Азербайджана были приняты адекватные ответные меры.

    В настоящее время соблюдается режим прекращения огня, сообщает сайт Министерства обороны.

  • Müdafiə Nazirliyindən düşmən təxribatı ilə bağlı RƏSMİ AÇIQLAMA

    Erməni tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozulması ilə müşayiət olunan təxribat əməlləri törətmişdir.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri görülmüşdür.

    Hal-hazırda atəşkəs rejiminə riayət olunur.

  • Ermənistan MN: Hadrutda döyüş başladı

    Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda yenidən hərbi əməliyyatların başlanması barədə məlumat verib.

    Bu barədə “RİA Novosti” xəbər yayıb.

    Həmçinin separatçı birləşmələrin “münasib tədbirlər gördüyü” iddia edilir.

    Öz növbəsində “Sputnik” Ermənistan Hadrut ətrafında iki kəndin Ermənistan tərəfinin nəzarəti altında qaldığını, lakin bu ərazilərə gedən bütün yolların Azərbaycan tərəfinin nəzarətində olduğunu, bu səbəbdən kəndlərin anklav olaraq qaldığını qeyd edib. Azərbaycan ordusu bu istiqamətdə hücuma keçib.

    Xatırladaq ki, ötən gün erməni tərəfi Hadrutda təxribata əl atıb və nəticədə Azərbaycan ordusunun bir əsgəri yaralanıb.

  • İranda sayt rəhbəri edam edildi

    İranda hökumət əleyhinə yayımlar edən və korrupsiyada günahlandırılan “Amad News” saytının direktoru Ruhollah Zam edam edilib.

    Bu barədə DHA xəbər yayır.

    Bildirilir ki, bir neçə gün əvvəl İran Ali Məhkəməsi tərəfindən edam cəzası təsdiqlənən Zamın bu gün səhər edam edildiyi açıqlanıb.

    O, İslam İnqilabı Keşikçiləri Korpusu (IRGC) Kəşfiyyat Xidməti tərəfindən 2019-cu ildə nəzarətə alınmışdı.

  • Rusiya MN: “Üçtərəfli bəyanatdan sonra ilk dəfə Qarabağda atəşkəs pozulub”

    Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması və Rusiya Federasiyasının sülhməramlı əməliyyatlarının başladığı andan etibarən ilk dəfə atəşkəs pozulub.

    Bu barədə Rusiyanın Müdafiə Nazirliyi informasiya yayıb.

    “11 dekabrda Hadrutda atəşkəs rejiminin pozulması ilə bağlı bir hal qeydə alınıb”, – deyə Rusiya MN-dən bildirilib.

  • Ceyun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub

    Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

    Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

  • Azərbaycanda ötən ay doğulan uşaqların sayı açıqlandı

    Bu ilin noyabr ayı ərzində Azərbaycanda 9 920 doğum qeydə alınıb.

    Ədliyyə Nazirliyindən bildirilib ki, onlardan 133-ü əkiz, 7-si üçəm olub.

    Bundan başqa, ötən ay ölkədə qeydə alınan ölüm hallarının sayı da açıqlanıb. Belə ki, noyabrda Azərbaycanda 8 385 ölüm faktı qeydə alınıb.

  • İlham Əliyev: “Paşinyan bizi təhrik etdi, qəbuledilməz hərəkətlər etdi və buna görə cəzalandırıldı”

    Müharibənin ilk günlərində Azərbaycan Ordusu Ermənistan ordusunun səngərlərinə daxil olanda, orada məhv edilmiş işğalçıların bəzilərinin bir-birinə zəncirləndiyinin şahidi oldu. Bu, şokedici videolar idi. Yəni, onlar insanları səngərdə durmağa məcbur edirdilər. Qaçmaq, mövqelərini tərk etmək istəyənlərin qarşısı belə alınırdı.

    Bu sözləri Prezident İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən deyib.

    “Müharibə zamanı onların xüsusi qrupları var idi ki, onlar Ermənistan qoşunlarının arxasında dayanaraq qaçmağa cəhd edən öz millətinin nümayəndələrini qətlə yetirirdilər. Belə hadisələr çox baş vermişdir. Onlar müharibə caniləridirlər.

    Gəncəni ballistik raketlə atəşə tutmaları, Bərdə və Tərtər şəhərlərinin kasetli və fosforlu sursatla atəşə məruz qalması, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma – bunların hamısı hərbi cinayətlərdir və onlar bununla fəxr edirdilər.

    Sarkisyan və Köçəryan hərbi cinayətkardırlar. Dağıdılmış Ağdam məscidi qarşısında çıxışımda dediyim kimi, biz Sarkisyan və Köçəryanı məğlub etdik. Onlar məsuliyyəti Paşinyanın üzərinə atmaq istəyirlər. Ancaq mən demişəm ki, Paşinyan heç kimdir. O, Sarkisyan və Köçəryan rejiminə qarşı etiraz dalğası üzərində hakimiyyətə gəlmiş təsadüfi insandır.

    Bu adamın heç bir bilik və təcrübəsi yoxdur. Onun beynəlxalq münasibətlər və ölkənin idarəçiliyi haqqında təsəvvürü yoxdur. Həyatında kiçik bir kolxoza belə rəhbərlik etməyən insandır. Yəni, təkcə onu günahlandırmaq olmaz. Düzdür, o, bizi təhrik etdi, qəbuledilməz hərəkətlər etdi və buna görə cəzalandırıldı. Lakin biz, Sarkisyan və Köçəryan ordusunu məğlub etdik. Bu ordunu 30 il ərzində yaradanlar onlar idi”, – deyə ölkə başçısı bildirib.

  • Prezident: “Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb”

    Son görüşümüzdən uzun müddət keçib, bu, ötən il olmuşdur. Bu vaxt ərzində bir çox hadisələr baş vermişdir. Birincisi, pandemiya bütün dünyada vəziyyəti tamamilə dəyişmişdir. Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir.

    Bu sözləri Prezident İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən deyib.

    Ölkə başçısı bildirib ki, hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur:

    “Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm.

    Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir”.