В Ходжалы будет создан музей геноцида.
Об этом было заявлено на очередном заседании Президиума Национальной академии наук Азербайджана (НАНА), на котором обсуждался “План мероприятий по выполнению задач НАНА в связи с научно-исследовательскими работами на освобожденных от оккупации территориях АР”.
Month: December 2020
-
Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq
Xocalıda “Xocalı soyqırımı” muzeyinin yaradılması nəzərdə tutulur.
Bu barədə dünən keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında bildirilib.Qeyd edilib ki, bu, AMEA tərəfindən hazırlanan Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı Tədbirlər planında öz əksini tapıb.
-
Koronavirusla bağlı SON STATİSTİKA
Dünyada 71 438 206 nəfərdə koronavirus aşkarlanıb.
Bu barədə onlayn statistikada qeyd olunur.Virusdan 1 601 190 xəstə ölüb, 49 638 035 nəfər sağalıb.
Avropada 19 458 976, Asiyada 18 876 877, Şimali Amerikada 18 834 907, Cənubi Amerikada 11 861 556, Afrikada isə 2 358 608 nəfərdə koronavirus aşkarlanıb.
Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (16 295 458 nəfər), Hindistan (9 827 026 nəfər), Braziliya (6 836 313 nəfər), Rusiya (2 597 711 nəfər) və Fransadır (2 351 372 nəfər).
Səkkizinci yerdə olan Türkiyədə 1 780 673, İranda 1 092 407, Gürcüstanda 183 099, Ermənistanda isə 146 317 nəfərdə koronavirus müəyyən edilib.
Azərbaycanda koronavirusa yoluxan 167 155 nəfərin 1 840-ı ölüb, 103 550-si sağalıb.
-
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Vaşinqtonda yad olunub – FOTO
Azərbaycanın ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Hazırkı pandemiya səbəbindən tədbir məhdud çərçivədə, səfirliyin və bəzi diaspor üzvlərinin iştirakı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra səfir Elin Süleymanov Ümummilli Liderin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi, həmçinin xalqımızın rifahı üçün göstərdiyi misilsiz xidmətlərindən danışıb.Səfir builki anım tədbirinin Azərbaycan tarixində xüsusi dövrə təsadüf etdiyini qeyd edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Ermənistanın təcavüzünə qarşı şanlı qələbəsinə toxunub. Səfir Ümummilli Liderin əsasını qoyduğu dövlətçilik ənənələri, müəyyən etdiyi uzaqgörən siyasəti və atdığı müdrik addımların bu gün bu tarixi nailiyyətlərin əldə edilməsinə imkan verdiyini qeyd edib. E.Süleymanov Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən Ulu Öndərin bu arzusunu bu gün Prezident İlham Əliyevin reallaşdırdığını bildirib. Səfir əlavə edib ki, bu gün torpaqlarımızın azad edilməsi Azərbaycan xalqının böyük qələbəsidir və bu qələbə Ulu Öndərin də ruhunu şad edib.
Sonda Ümummilli Liderin xatirəsi ehtiramla anılaraq, büstünün önünə gül dəstələri düzülüb.



-
В НАНА произведены кадровые перестановки
В Национальной академии наук Азербайджана (НАНА) произведены кадровые перестановки, сообщила пресс-служба АН.
Согласно решению Президиума НАНА, академик Тельман Алиев освобожден от должности директора Института систем управления и назначен советником АН.Другим решением академик-секретарь, член-корреспондент НАНА Аминага Садыгов назначен и.о. директора данного института.
Кроме того, академик Адиль Гарибов утвержден на должность академика-секретаря АН.
Член-корреспондент НАНА Аловсат Гулиев освобожден от должности директора Института почвоведения и агрохимии, на его место назначен академик Гариб Мамедов.
-
Azərbaycanda iki vəzifəli şəxs işdən çıxarıldı
Azərbaycan Milli Elmlər Akademiyasının iki direktoru vəzifəsindən azad edilib.
Bu barədə AMEA-nın mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, akademik Telman Əliyev öz xahişi ilə İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsindən azad olunub və AMEA-nın müşaviri təyin edilib.
AMEA Rəyasət Heyətinin digər qərarı ilə akademik-katib, müxbir üzv Əminağa Sadıqov İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib. Həmçinin, akademik Adil Qəribovun AMEA-nın akademik-katibi vəzifəsinə təsdiqlənməsi qərara alınıb.
Bundan əlavə, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilib, onun yerinə akademik Qərib Məmmədov təyin olunub.
-
Можно ли выгуливать собак в дни ужесточенного карантинного режима?
В период ужесточенного карантинного режима граждане могут выгуливать своих собак после получения SMS-разрешения на выход из дома.
Об этом в ответ на запрос oxu.az сообщил начальник пресс-службы МВД Эльшад Гаджиев.Он отметил, что никакого дополнительного разрешения для этого не требуется.
“Лица, отправившие SMS, чтобы приобрести продукты питания и лекарства, воспользоваться банковскими, почтовыми и другими услугами, а также прогуляться на свежем воздухе, и получившие положительный ответ, могут также выгуливать своих собак в течение трех часов”, – сказал Э.Гаджиев.
-
Sərt karantin günlərində itləri gəzdirmək olar? – AÇIQLAMA
“Sərt karantin rejimində vətəndaşların aldıqları icazə müddəti ərzində itlərini gəzdirməsinə icazə var”.
Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev məlumat verib.O bildirib ki, ev heyvanlarından itlərin gəzdirilməsi üçün əlavə icazə almağa ehtiyac yoxdur:
“Ərzaq və dərman almaq, bank və poçt xidmətlərindən istifadə etmək üçün, habelə açıq havada vaxtın keçirilməsi ilə əlaqədar SMS vasitəsilə evdən çıxmaq icazəsi almış şəxslər üç saat müddətində həm də itlərini gəzdirə bilərlər”.
-
В Карабахе будет создан университет
Будут созданы Карабахский региональный научный центр и университет.
Об этом говорилось на очередном заседании Президиума Национальной академии наук Азербайджана (НАНА).Также было отмечено, что предусматривается оказание им научной и кадровой поддержки, оснащение необходимыми приборами и оборудованием.
-
Qarabağ Universiteti yaradılacaq
Qarabağ Regional Elmi Mərkəzi və Qarabağ Universiteti yaradılacaq.
Bu barədə dünən keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında bildirilib.Qeyd edilib ki, mərkəzin və universitetin formalaşdırılmasına elmi və kadr dəstəyinin göstərilməsi, cihaz və qurğularla təminatı nəzərdə tutulur.