Month: December 2020

  • İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər – VİDEO

    Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 17 il keçir.

    AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

    Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.

    Azərbaycanın dövlət himni səsləndirilib.

    Dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

    Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

  • Türkiyədə ailə faciəsi: Bir ayda beş nəfər koronavirusdan öldü

    Türkiyədə Rizə vilayətində Gənc ailəsinin bəzi üzvləri koronavirusa yoluxublar.

    “Haber Global” məlumat verir ki, təxminən bir ay əvvəl 24 yaşlı Burak Gənc xəstəlik səbəbi ilə ölüb.

    Onun ölümündən dörd gün sonra atası, 49 yaşlı Məhəmməd Gənc də vəfat edib. Ata-oğul ailə qəbiristanlığında yan-yana dəfn edilib.

    4 dekabrda Məhəmməd Gəncdən sonra, onun böyük qardaşı, 53 yaşlı İbrahim Gənc də ölüb.

    Gənc ailəsindəki 15 nəfərdən 12-si bu xəstəliyə yoluxub.

    Təxminən 10 gün əvvəl 36 yaşlı Bünyamin Gənc də ölüb. Bu dövrdə xəstəxanada COVID-19-dan müalicə olunan 58 yaşlı atası Əli Gəncdən oğlunun ölümü xəbərini gizlədiblər.

    Gənc ailəsi bu gün koronavirus səbəbi ilə beşinci faciəni yaşayır. Oğlunun ölüm xəbəri ondan gizlədilən Əli Gənc də, oğlu və qardaşları ilə eyni xəstəlikdən müalicə aldığı xəstəxanada həyatını itirib.

    Gənc ailəsinin bəzi üzvlərinin koronavirusdan müalicələrini davam etdikləri bildirilib.

  • ABŞ-da “Ştatlar Birliyi” yaradılacaq?

    ABŞ-ın Texas ştatında respublikaçılar partiyasının sədri Allen Uest ABŞ Ali Məhkəməsinin 3 noyabr seçkilərinin nəticələrini nəzərdən keçirmək iddiasını rədd etmə qərarına cavab olaraq, ölkə konstitusiyasının prinsiplərinə riayət edəcək “Dövlətlər Birliyi”nin qurulmasını təklif edib.

    TASS xəbər verir ki, bu barədə bəyanat partiyanın rəsmi saytında yayımlanıb.

    Onun sözlərinə görə, Texasın Corciya, Miçiqan, Pensilvaniya və Viskonsinə qarşı iddiasını rədd edən Ali Məhkəmənin qərarı bəzi ştatların ABŞ konstitusiyasını pozmasına və bunun üçün məsuliyyət daşımamasına imkan verən təhlükəli bir vəziyyət yaradır.

    “Ali Məhkəmə, 17 əyalət və 106 ABŞ konqresmeninin dəstəklədiyi Texas iddiasını rədd edərək, istənilən ştatın konstitusiyaya zidd hərəkətlər edib, öz seçki qanunlarını poza bilməsinə qərar verib”, – deyə o bildirib.

    A.Uest qeyd edib ki, bəlkə də qanuna tabe olan dövlətlər bir araya gələrək konstitusiyaya sadiq qalan “Ştatlar Birliyi”ni yaratmalıdırlar.

    Texaslı respublikaçıların başçısının sözləri artıq ictimaiyyət və media tərəfindən birmənalı qarşılanmayıb və reaksiyalara səbəb olub.

  • 18-летний участник боев за Джебраил и Зангилан первым ступил на Худаферинский мост – ВИДЕО

    Уроженец села Меликчобанлы Шамахинского района, 18-летний Шахсаддин Гафаров – солдат, который первым ступил на Худаферинский мост и выпил воду из реки Араз.

    Во время второй Карабахской войны он принял участие в боях на джебраильском и зангиланском направлениях.

    Подробнее – в видеосюжете Baku TV.

  • Xudafərin körpüsünə ilk ayaq basan 18 yaşlı qazimiz – VİDEO

    O Xudafərin körpüsünə ilk ayaq basan, Araz çayının suyundan içən ən gənc qazimizdir.

    Söhbət Şamaxı rayonunun Məlikçobanlı kənd sakini 18 yaşlı Şahsəddin Qafarovdan gedir.

    O, Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Первая после войны группа граждан Азербайджана вернулась из Дагестана на родину

    Первая после окончания Отечественной войны группа граждан Азербайджана вернулась из России на родину, рассказал глава Магарамкентского района Дагестана Фарид Ахмедов.

    По его словам, в АР возвратились 33 человека, а российская сторона приняла порядка 400 граждан РФ, пишет Sputnik Азербайджан.

    Ф.Ахмедов отметил, что на данный момент в Дагестане размещены около 500 азербайджанцев, стремящихся попасть домой.

    “Пока не известно, когда начнется регулярный пропуск… Организация сухопутного коридора приостановлена. О сроках возобновления этого процесса мы еще не знаем”, – отметил чиновник.

    Глава района подчеркнул, что граждане Азербайджана живут в гостиницах за счет местного бюджета, им предоставляются возможности для работы: власти регулярно посылают наряды на строительные или погрузочные работы.

    Ф.Ахмедов заверил, что людей не бросят на произвол судьбы, ведь “они – наши соседи”.

  • Müharibədən sonra azərbaycanlılardan ibarət ilk qrup Dağıstandan ölkəmizə qayıtdı

    Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycan vətəndaşlarının ilk qrupu Rusiyadan Azərbaycana qayıdıb.

    Bu barədə “Sputnik” Dağıstanın Məhərrəmkənd rayonunun başçısı Fərid Əhmədovun açıqlamasına istinadla xəbər yayıb.

    Onun sözlərinə görə, 33 nəfər Azərbaycana qayıdıb və Rusiya tərəfi 400-ə yaxın vətəndaşını qəbul edib.

    Əhmədov bildirib ki, hazırda 500-ə yaxın Azərbaycan vətəndaşı evlərinə qayıtmaq üçün Dağıstanda gözləyir:

    “Müntəzəm buraxılışın nə vaxt başlayacağı hələ məlum deyil… Torpaq dəhlizinin təşkili dayandırılıb. Hələ bu prosesin yenidən başlama vaxtı barədə məlumatımız yoxdur”.

    Rayon rəhbəri vurğulayıb ki, Azərbaycan vətəndaşları yerli büdcənin vəsaiti hesabına yerli hotellərdə yaşayırlar, onlara iş imkanları verilir: rayon rəhbərliyi mütəmadi olaraq tikinti və ya yük daşıma işləri üçün sifarişlər göndərir.

    F.Əhmədov qeyd edib ki, həmin insanlar taleyin ümidinə buraxılmayacaqlar, çünki onlar qonşudurlar.

  • Həkim şaxtada maskanın təhlükəsi barədə danışdı

    Şaxtada vacib olmadığı halda maska taxmamalısınız, çünki bu zaman o tez islanır və soyuyur.

    “RİA Novosti” xəbər verir ki, bunu Moskva Şəhər QİÇS-in Qarşısının Alınması və Mübarizə Mərkəzinin elmi-klinik şöbəsinin infeksionisti Yelena Belova deyib.

    “Maska şaxtada isinməyən bir elementdir. Buna görə də boş küçədə gəzirsinizsə, maskanızı çıxarın. Başa düşmək lazımdır ki, nəfəs aldıqda və danışarkən maskanın üzə bitişik tərəfində nəm əmələ gəlir”, – Belova bildirib.

    Onun sözlərinə görə, maskadan istifadə yalnız insanların sıx olduğu yerlərdə, məsələn, avtobus dayanacaqlarında tələb olunur.

  • В Товузе от разрыва сердца скончался водитель, сбивший насмерть пешехода

    В городе Говлар Товузского района произошло дорожно-транспортное происшествие со смертельным исходом, передает oxu.az.

    ВАЗ-2107 сбил переходившего дорогу местного жителя Рамиса Исмаилова (1969 г.р.).

    Водитель автомобиля, уроженец Шамкирского района Роял Иманов (1988 г.р.), незамедлительно доставил пострадавшего в больницу. Но несмотря на все усилия врачей, жизнь мужчины спасти не удалось.

    Когда Р.Иманов узнал об этом, у него произошел инфаркт, и он скончался в той же больнице.

  • Tovuzda dəhşətli hadisə: Vurduğu piyadanın öldüyünü bilən sürücünün ürəyi partladı

    Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qovlar şəhəri ərazisində baş verib.

    Hadisə zamanı “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən piyada, Qovlar şəhər sakini, 1969-cu il təvəllüdlü İsmayılov Ramis Ənvər oğlunu vurub.

    Avtomobilin sürücüsü, Şəmkir rayon sakini 1988-ci il təvəllüdlü İmanov Röyal Elcan oğlu dərhal yaralını xəstəxanaya çatdırıb.

    Həkimlərin səylərinə baxmayaraq, R.İsmayılovun həyatını xilas etmək mümkün olmayıb.

    Bu xəbərə ürəyi dözməyən R.İmanov da xəstəxanada vəfat edib.