Month: December 2020

  • МЧС Азербайджана: Ведется оценка для восстановления домов, поврежденных в результате армянской агрессии

    Для восстановления домов, поврежденных в результате армянской агрессии, ведутся оценочные работы.

    Как сообщает Trend, об этом сказал министр по чрезвычайным ситуациям Азербайджана Кямаледдин Гейдаров.

    “Все здания, поврежденные во время войны, будут восстановлены. Сегодня в этом направлении ведутся работы с участием нескольких структур. После решения всех вопросов начнется восстановление домов”, – сказал он.

  • Nazir: “Erməni təxribatı nəticəsində ziyan dəymiş evlərin bərpası üçün qiymətləndirmə işləri aparılır”

    Erməni təxribatı nəticəsində ziyan dəymiş evlərin bərpası üçün qiymətləndirmə işləri aparılır.

    Trend-in məlumatına görə, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bildirib.

    Onun sözlərinə görə, hazırda həmin ərazilərdə işlər gedir:

    “Müharibə zamanı ziyan dəymiş evlər bərpa olunacaq. Hazırda həmin ərazilərdə bir neçə qurum tərəfindən işlər gedir. Bu məsələlər yekunlaşdıqdan sonra işlərə başlanılacaq”.

  • Nə üçün bir maskanı bir neçə dəfə istifadə etmək olmaz? – Mütəxəssislərdən AÇIQLAMA

    Bir adam ardıcıl bir neçə gün eyni maskanı taxarsa, maska “nəm kompresə” çevrilir.

    Bunu rusiyalı infeksionist Yelena Belova “RİA Novosti”yə müsahibəsində deyib.

    “İnsanlar indi daha az müqavimət yolunu tutublar – təkrar istifadə edilə bilən maska alıb iki-üç həftə onu taxırlar. Sağlamlıq üçün birdəfəlik maskalardan istifadə edib onu düzgün tətbiq etmək daha vacibdir. Nəm maskanı atmaq lazımdır”, – deyə Belova deyib.

    Onun sözlərinə görə, əgər insanın ağciyərində problem varsa, daha yaxşı bir variant kimi filtrli, qapaqla olan maska almaq yaxşıdır:

    “Onlar ağciyər problemi olan insanlara rahat nəfəs almağa imkan verirlər”.

    Öz növbəsində infeksionist, professor Nikolay Malışev bildirib ki, bir insanın uzun müddət taxdığı maska özünə kir toplayır:

    “Birincisi, onun üzərinə nəfəs alırsınız, çirklənir, nəmlənir. Ancaq digər insanlar sizin üstünüzə öskürür, asqırır və siz bunları da toplayırsınız. Əgər gün ərzində dəyişməsəniz, onda onun üzərində daha çox şey olacaq – həm bakteriya, həm də viral çirklənmə. Bu səbəbdən maskanı dəyişdirmək lazımdır”.

  • Пакистан оказал гумпомощь Азербайджану

    Правительство Пакистана направило гуманитарную помощь Азербайджану.

    Как сообщает посольство этой страны в Баку, она предназначена для находящихся на освобожденных землях военнослужащих и других лиц.

    Гумпомощь, доставленная спецбортом из Пакистана, была передана представителям соответствующих структур АР в Международном аэропорту Гейдар Алиев.

    Пакистанский посол Билал Хайи сказал, что этот шаг является очередным свидетельством братского отношения его страны к азербайджанскому народу.

    Правительство и народ Пакистана всегда были рядом с Азербайджаном и готовы оказать всестороннюю поддержку в восстановлении освобожденных территорий и возвращении вынужденных переселенцев на родные земли, отметил он.

    Официальные лица АР выразили благодарность за оказанную помощь.

  • Pakistan hökuməti Azərbaycana humanitar yardım göndərdi

    Pakistan hökuməti Azərbaycana humanitar yardım göndərib.

    Pakistanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, yardım işğaldan azad edilmiş ərazilərdə işləyən hərbçilər və digər insanlar üçün nəzərdə tutulub.

    Pakistandan xüsusi təyyarə ilə göndərilən humanitar yardım Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın müvafiq qurumlarının rəsmilərinə təhvil verilib.

    Pakistanın Azərbaycandakı səfiri Bilal Haye bildirib ki, bu yardım ölkəsinin Azərbaycan xalqına qardaşlıq münasibətinin daha bir nümunəsidir. Pakistan hökuməti və xalqı həmişə Azərbaycanın yanında olub və azad edilmiş ərazilərin yenidən qurulması, məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması zamanı hərtərəfli dəstəyini göstərməyə hazırdır.

    Azərbaycan rəsmiləri yardıma görə minnətdarlıq ediblər.

  • 8 dərəcə şaxta olacaq

    Azərbaycanda dekabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir.

    Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 60-70 faiz olacaq

    Dekabrın 13-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 1-4, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 şaxta olacaq.

  • Bəzi rayonlarda qaz olmayacaq

    Bəzi rayonların təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

    “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata əsasən, Qaz İxrac İdarəsi diametri 1200 millimetr olan “Mozdok-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərində iki gün ərzində təmir işləri aparacaq.

    Kəmərin 332-ci və 335-ci kilometrliyində korroziyaya uğramış 120 metrlik hissəsinin dekabrın 12-si və 13-ü tarixlərində mövcud şəbəkəyə birləşdirilməsi planlaşdırılır və bu zaman kəmərdə qazın nəqli müvəqqəti olaraq dayandırılacaq.

    Bildirilib ki, bu müddət ərzində Xızı, Şabran, Siyəzən, Qusar, Quba və Xaçmaz rayonlarında həm əhali abonentlərinin, həm də qeyri-yaşayış sahələrinin qaz təchizatında fasilə yaranacaq. Bununla yanaşı, “Siyəzən Quşçuluq” fabrikinin qaz təchizatının alternativ mənbə olaraq “Yaşma-Siyəzən” qaz kəmərindən təmin edilməsi nəzərdə tutulur.

  • Azad olunmuş ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası hazırlanıb

    “Prezident İlham Əliyevin tapşırığı ilə aidiyyəti qurumlar, o cümlədən İqtisadiyyat Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası hazırlanıb. Layihə olaraq müzakirə edilir və hökumətə təqdim ediləcək”.

    “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

    O bildirib ki, həmin konsepsiyaya və bölgələrimizin gələcək sosial, iqtisadi planlaşdırmaya uyğun olaraq əsas tutulan sahələr – şəhərsalma və ərazi qurulması ilə bağlı olan məsələlər təbii ki, bunun həyata keçirilməsi üçün zəruri hüquqi, iqtisadi və maliyyə güzəştlər və təşviqlər sistemi nəzərdə tutulur:

    “Eyni zamanda, bilirsiniz ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, təxirəsalınmaz layihələr artıq həyata keçirilir. Burada xüsusən, dövlət tərəfindən həyata keçirilən yol şəbəkəsi, dəmir yolu, kommunal, təchizat kimi məsələləri qeyd etmək olar”.

  • Həyatının 12 ilini Vətənə xidmət edən şəhid mayor: “Yaralı halda döyüşərək, yoldaşlarını tək qoymayıb” – FOTO

    Vətən müharibəsinin unudulmaz qəhrəmanları, şəhidləri barədə dastanlar yazmaq olar. Onların şücaəti, döyüş meydanında göstərdikləri hünərləri barədə nə qədər danışılsa yenə də azdır.

    Bu tarix unudulmamalı, gənc nəsillərə miras qoyulmalıdır. Bu tarixin yazılmasında iştirak edən, Vətəninə layiqli xidmət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən igidlərimizdən biri də şəhid mayor Budaqov Rəşad Ramiz oğludur.

    Yevlax şəhərində anadan olan 34 yaşlı şəhidimiz Vətənini hər şeydən əziz tutub.

    2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan Rəşad Budaqov təhsilini müvəffəqiyyətlə bitirib, 2008-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb.

    Ömrünün 12 ilini xalqına ləyaqətlə xidmət edən mayor Azərbaycanın ordu sıralarında tankçı zabit kimi xidmətə başlayıb.


    Azərbaycanın bir çox bölgələrində xidmət aparan R.Budaqov əsasən cəbhə bölgələrində olub. Cəbhənin Füzuli, Ağcabədi, Bərdə, Goranboyda yerləşən hərbi hissələrində bölük komandiri, qərargah rəisi, hərbi hissə komandiri kimi çalışıb.

    Hər zaman düşmənlə döyüşə hazır olan şəhidimiz son olaraq Yevlax rayonu N saylı hərbi hissədə briqada komandirinin Maddi Texniki Təminat üzrə müavini vəzifəsində çalışıb.


    Onu tanıyanların sözlərinə görə, şəhid mayor çox mərd insan olub. 2016-cı ilin Aprel döyüşlərində iştirak edən R.Budaqov Ağdam istiqamətində gedən döyüşlərdə düşmənin döyüş texnikanlarını sıradan çıxarıb.

    İkinci Qarabağ müharibəsi başlayandan ona təhkim edilən taborla Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Talış yüksəkliyinin işğaldan azad olunmasında böyük rolu olub.

    Ağır döyüşlər zamanı ilk günlərdən yaralanan şəhid mayor yaralı olmasına rəğmən silahdaşlarını tək qoymayıb. Həkimlər ona bu vəziyyətdə döyüşməsinin təhlükəli olduğunu desələr də həkimlərin təkidinə baxmayaraq, R.Budaqov yenidən döyüşlərə qatılıb.


    Talış kəndi istiqamətində döyüşlərdə növbəti dəfə ağır yaralanan Rəşad Budaqovun həyatını bu dəfə xilas etmək mümkün olmayıb. O Vətən müharibəsində xalqına xidmətini şərəflə yerinə yetirərək, ali zirvəyə, şəhidlik zirvəsinə ucalıb.


    Şəhidimizdən Vətənə əmanət iki qız övladı qalıb.

    Allah rəhmət eləsin!

  • Чавушоглу сделал публикацию ко дню памяти Гейдара Алиева – ФОТО

    Министр иностранных дел Турции Мевлют Чавушоглу сделал в своем Twitter-аккаунте публикацию в связи с днем памяти общенационального лидера Гейдара Алиева.

    “В 17-ю годовщину со дня кончины Гейдара Алиева мы с почтением вспоминаем его. Завет общенационального лидера “Одна нация, два государства” будет жить в веках!”, – написал он.