Month: December 2020

  • Bakıda avtomobil 47 yaşlı qadını vurdu

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

    Belə ki, 1973-cü il təvəllüdlü Hidayətzadə Sevinc Əjdər qızı yolun qadağan olunmuş hissəsindən keçərkən avtomobil onu vurub. Yaralı xəstəxanaya çatdırılıb. Ona sol diz oynağının sınığı diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Hikmət Hacıyev və Fulya Öztürk müharibədən sonra yenidən görüşdülər – VİDEO

    Vətən müharibəsi zamanı hadisələri isti-isti dünyaya çatdıran jurnalistlərdən biri də “CNN Türk” telekanalının əməkdaşı Fulya Öztürk idi.

    Xanım reportyor hər zaman ən qaynar nöqtələrdən çəkilişlər edir, süjetlər hazırlayır, bununla da həm yerli sakinlərin, həm də ərazidə xidmət edən hərbçilərin sevimlisinə çevrilmişdi.

    Bu gün Bakıda baş tutan Zəfər Paradı və ondan sonra Türkiyə və Azərbaycan Prezidentlərinin görüşü, iki ölkə arasında sənədlərin imzalanması ilə əlaqədar Bakıya yenidən səfər edən Fulya Öztürk müharibə vaxtı dəfələrlə hadisə yerində görüşdüyü, açıqlamalar aldığı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə növbəti dəfə görüşüb.

    Tərəflərin arasındakı maraqlı söhbətin videosu sosial şəbəkələrdə yayılıb.

  • Çempionlar Liqasında həftənin rəmzi komandası müəyyənləşdi

    UEFA Çempionlar Liqasında həftənin rəmzi komandasını açıqlayıb.

    “Report”un məlumatına görə, qrup mərhələsinin son turunun ən yaxşı “11-liy”inə İtaliyanın “Yuventus”, Fransanın PSJ və İspaniyanın “Atletiko” klublarından 2 oyunçu düşüb.

    Qapıçı: Canluici Buffon (“Yuventus”)

    Müdafiəçilər: Natan Ake (“Mançester Siti”, İngiltərə), Denis Popov (“Dinamo” K, Ukrayna), Niklas Süle (“Bavariya”, Almaniya), Mario Ermoso (“Atletiko”), Anxelinyo (“Leyptsiq”, Almaniya)

    Yarımmüdafiəçilər: Rüd Vormer, (“Brügge”, Belçika), Yannik Karrasko (“Atletiko”)

    Hücumçular: Kilian Mbappe, Neymar (hər ikisi PSJ), Kriştianu Ronaldu (“Yuventus”).

  • Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri başa çatıb

    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri dekabrın 10-da başa çatıb.

    AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola saldılar.

  • Paxla haqqinda bilmədikləriniz

    Paxlanın tərkibi vitamin və proteinlə çox zəngindir. O həm yaşıl halda, həm də qurumuş olduqda tərkibində olan vitaminlərin təsiri dəyişməz olaraq qalır. Quru paxla təzə paxlaya nisbətən daha qidalandırıcı və xeyirlidir. 100 mq quru paxlanın tərkibində aşağıdakılar var:
    – 26 mq protein
    – 58 mq karbohidrat
    – 341 kalori
    – vitamin B1, B2, B6, K
    – protein
    – maqnezium
    Paxla sinir sistemini möhkəmləndirir, həzm prosesini sürətləndirir, qəbizliyi aradan qaldırır. Paxla sidik axarlarını genişləndirmək qabiliyyətinə malik olduğuna görə böyrək və sidik kisəsində olan qum çöküntülərini tökdürür. Bronxların xəstəlikləri zamanı öskürəyi kəsir, xəstəliyin əlamətlərini azaldır. Amma şəkərli diabet xəstələri paxla ilə ehtiyatla davranmalıdırlar. Çünki paxlanın tərkibində nişasta var və nişasta qanda şəkərin miqdarının qalxmasına səbəb olan amillərdən biridir.

  • “44 gündə əsgərlərimiz əsl cəhənnəmi yaşadılar” – Ermənilərdən etiraflar

    Median.Az xəbər verir ki, bu sözləri Ermənistan hökumətinə qarşı əsgər valideynləri tərəfindən formalaşdırılan təşəbbüsün rəhbəri Suren Qulankyan “Sputnik Ermənistan”a açıqlamasında deyib.

    “İnanın mənə, müharibədə iştirak edən hərbçilərin hamısının sağlamlıq problemləri var. O uşaqlar əsl cəhənnəmi yaşayıblar”, – Qulankyan bildirib.

    Onun sözlərinə görə, əsgər valideynləri öz tələblərini Müdafiə nazirinə çatdırmaq niyyətindədirlər.propress

  • BMT Dağlıq Qarabağa missiya göndərmək istəyir

    BMT Dağlıq Qarabağa öz missiyasını göndərmək niyyətini saxlayır və bütün tərəfləri missiyanın regiona ən qısa zamanda gəlməsi üçün əməkdaşlığa çağırır.

    “Report” xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

    Qeyd edək ki, bir müddət əvvəl də BMT-də bildiriblər ki, region sakinlərinin ehtiyacına görə beynəlxalq missiya dekabrın əvvəlində Dağlıq Qarabağa gəlməlidir, ancaq bu, hələlik reallaşmayıb.

    “Mən deməzdim ki, hansısa maneələr var”, – Dujarrik qeyd edib: “Detallar hələ işlənilir”.

    “Qeyd etdiyim kimi, biz münaqişə regionlarında bütün zərərçəkənlərin humanitar ehtiyaclarını təmin etməyə hazırıq. BMT-nin Humanitar məsələlər üzrə İdarəsində və başqa departamentlərdəki həmkarlarımız humanitar ehtiyacların müstəqil qiymətləndirilməsi üçün bütün tərəflərlə işləyirlər”, – deyə o əlavə edib.

  • Azərbaycanlı həkim koronavirusun BİTƏCƏYİ TARİXİ AÇIQLADI

    “Əgər qısa zamanda koronavirus əleyhinə vaksin aşkarlansa və dünya üzrə vaksinləşmə aparılsa, bu, bizim qurtuluşumuz olar”.

    BAKU.WS bildirir ki, bu sözləri redaktor.az-a həkim-radioloq Aydın Əliyev koronavirusun nə vaxt sona çatacağı haqqında danışarkən deyib.

    “Hazırda, demək olar ki, bütün dünya koronavirusun vaksinini axtarır. Çünki bu, virusdan yaxa qurtarmağın yeganə yoludur. Bəziləri iddia edir ki, guya kütləvi immunitet yaranarsa, virus təsir gücünü itirəcək.

    Nəzərə alın ki, virus 1 ildir baş qaldırıb və artıq 70 milyona yaxın insan bu virusun qurbanı olub. Kollektiv immunitetin yaranmasını gözləsək, hələ bir neçə milyon insan da öləcək.

    Düzdür, vaksinin də nə vaxt hazır olacağı, effekt verib-verməyəcəyi də bəlli deyil. Amma ən azından bu, daha ümidvericidir. Əgər vaksin tapılsa və gözlənilən effekti versə, növbəti ilin əvvəlindən normal həyatımıza geri dönə biləcəyik”, – deyə A.Əliyev qeyd edib.

  • Böyük müharibə başlayır: Rusiyaya qarşı… – XƏBƏRDARLIQ EDİLDİ

    Rusiya və Qərb arasında böyük müharibə baş verə bilər.

    Median.Az redaktor.az- istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Forbes” və “The Times” nəşrlərində məqalə yer alıb.

    Qeyd olunub ki, Soyuq müharibə dövründən bəri Rusiya ilə Qərb arasında münasibətlər ən pis səviyyəyə düşüb. Beynəlxalq diplomatlar və siyasətçilər ölkələrin daha diqqətli olması barədə xəbərdarlıq etməyə başlayıblar.

    Həmçinin, beynəlxalq müqavilələrin əvvəlki kimi effekt vermədiyi vurğulanıb.

  • В Сабирабаде молодого человека убил его родственник

    В Сабирабаде совершено убийство.

    Как передает аранское бюро Report, инцидент был зафиксирован в селе Гарагюнай.

    По предварительной версии, жителя села Нурушова Сакита Эльшад оглу 1994 года рождения зарезал ножом внук его дяди.

    По факту ведется расследование.