Bakı Media Mərkəzi Zəfər paradına həsr olunmuş videoçarx hazırlayıb.
Müzəffər Azərbaycan Ordusunun Tarixi Qələbəsinə həsr olunan Zəfər paradından hazırlanan videoçarxı təqdim edirik:
Month: December 2020
-
Qanunsuz ov edən şəxslər cəzalandırıldı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Oğuz rayonu ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.
Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Qəbələ rayon sakini Cavid Xasmamedov, Ağdaş rayon sakinləri Mehman Veyisov və Namik Qənbərov olduğu müəyyən edilib.Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və hər biri 1500 manat məbləğində cərimə edilib.
-
Futbol millimiz oyunlarını Lüksemburqda keçirəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-19) Avropa çempionatının ilkin seçmə mərhələsində keçirəcəyi oyunların məkanı müəyyənləşib.
Komandamız matçlarını Lüksemburqda oynayacaq.
U-19 yığmamız İspaniya, Belçika və Lüksemburqla birgə 8-ci qrupda mübarizə aparacaq.
Qrup mərhələsinin görüşləri 2021-ci il 8-17 noyabr tarixlərində Lüksemburqda təşkil olunacaq.
-
Ombudsman: “Azərbaycanlı əsirlərə qarşı Cenevrə Konvensiyalarının prinsiplərinə zidd münasibət göstərilir”
“Hazırda Ermənistanda saxlanılan azərbaycanlı əsirlərə qarşı Cenevrə Konvensiyalarının prinsiplərinə zidd münasibət göstərilir və bunun dayandırılmasını tələb edən danışıqlar davam edir”.
Bunu Ombudsman Səbinə Əliyeva videokonfrans vasitəsilə Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) təşkil etdiyi “Müharibə zamanı insan hüquqlarının pozulmasının qarşısının alınması və müharibə cinayətlərinə dair faktların toplanmasında insan hüquqları təsisatlarının rolu” mövzusunda onlayn konfransda məruzə ilə çıxış edərkən deyib.O bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycanda hərbi əsirlərə qarşı humanist münasibət göstərilir.
Konfransın sonunda Azərbaycanın işğal olunmuş ərazilərində insan hüquqları pozuntularının və müharibə cinayətlərinin araşdırılması üzrə Azərbaycan Ombudsman institutu ilə birgə araşdırma komissiyasının yaradılmasına qərar verilib.
-
Human Rights Watch: Армянские ВС применяли разрушительное оружие при атаках населенных пунктов Азербайджана
Армянские вооруженные силы нанесли ряд неизбирательных ракетных ударов по Азербайджану в период боевых действий с сентября по ноябрь 2020 года, говорится в сообщении Human Rights Watch (HRW), передает Trend в пятницу 11 декабря со ссылкой на организацию.
В Азербайджане в ходе расследований HRW на местах задокументировала 11 инцидентов, когда армянские ВС использовали баллистические и артиллерийские ракеты, крупнокалиберные артиллерийские снаряды, поражавшие населенные пункты.“Армянские силы неоднократно использовали ракеты и тяжелую артиллерию, атакуя мирные города и села в нарушение правил ведения войны”, – сказал директор Human Rights Watch по Европе и Центральной Азии Хью Уильямсон.
Он отметил, что снова и снова в течение шестинедельной войны уничтожались мирные граждане и их дома, и что данные факты должны быть расследованы.
HRW изучила ракетные и артиллерийские удары армянских ВС по Агдаму, Барде, Физули, Гяндже, Геранбою, Нафталану и Тертеру.
В отчете на основе интервью со свидетелями нападений, новостных сообщений и правительственных данных рассматриваются факты 18 атак, в результате которых погибли 40 мирных жителей и десятки получили ранения.
В HRW также расследовали спутниковые снимки, связанные с 10 нападениями, фотографии и видео, размещенные в социальных сетях, которые подтвердили время и дату совершения военных преступлений, а также масштабы разрушений.
“Армянские силы стреляли из очень разрушительного и неточного оружия по городам, поселкам и селам Азербайджана”, – сказал Уильямсон.
Он добавил, что ответственность за эти и другие очевидные нарушения законов войны имеет решающее значение.
-
“Human Rights Watch”: Ermənistan Azərbaycana istifadəsi qadağan olunmuş silahlardan atəş açıb
Ermənistan silahlı qüvvələri 2020-ci ilin sentyabrından noyabrına qədər davam edən döyüş əməliyyatları zamanı qanuna zidd olan raketlərlə hərbi və mülki hədəflər arasında ayrı-seçkilik etmədən Azərbaycana zərbələr endirib.
Bununla bağlı “Human Rights Watch”un hesabatında məlumat yer alıb.Hesabatda qeyd edilib ki, aparılan araşdırma zamanı Ermənistan silahlı birləşmələrinin Azərbaycandakı mülki əhalinin yaşadığı ərazilərə ballistik raketlər, top mərmiləri və iriçaplı silahlardan 11 dəfə zərbə endirildiyi müəyyənləşib.
Sənəddə təşkilatın Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtərdəki şəhər, qəsəbə, kəndlərinə erməni hərbi qüvvələri tərəfindən edilən hücumların araşdırıldığı bildirilib.
Bildirilib ki, belə hücumlar zamanı mülki şəxslər öldürülüb və mülki obyektlər dağıdılıb.
Hesabatda qeyd edilib ki, oktyabrın 4-ü və 17-si arası Gəncəyə edilən hücumlar 32 mülki şəxsin ölümünə səbəb olub, bu hücumlarda idarə olunmayan “Smerch” artilleriya raketləri və “SCUD-B” ballistik raketlərindən istifadə olunub.
Sənəddə həmçinin, Azərbaycan Baş Prokurorluğunun rəsmi məlumatına istinad edilib. Bildirilib ki, silahlı münaqişə vaxtı 98 mülki şəxs həlak olub, 414 nəfər yaralanıb, 3000-dən çox ev və 100 yaşayış binası dağıdılıb və ya ciddi zərər görüb.
-
Ərdoğan Azərbaycanın tarixi zəfəri barədə: “Minsk Qrupu nəticə göstərmədi, biz bunu izlədik” – VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlama verib.
Bu barədə “Haber Global” məlumat yayıb.Türkiyə lideri Azərbaycanda keçirilən Zəfər paradından, iki qardaş ölkə arasındakı münasibətlərdən bəhs edib:
“Azərbaycan bizim üçün qardaş ölkədir. Ermənistan 30 il müddətində Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Azərbaycanlı qardaşlarımız bu müddətdə çox səbr etdilər, işğal nöqtəsində Minsk Qrupu (ATƏT), təəssüf ki, gözlənilən nəticə göstərmədi, ədalətli nəticə əldə edilmədi, biz bu müddəti izlədik.
Amma dünən Azərbaycanda qardaşlarımızın həyəcanı, coşqusu, doğrudan da, çox fərqli idi. Azərbaycan lideri İlham Əliyev qardaşım, dəyərli həyat yoldaşı, mən və həyat yoldaşım, bütün heyətimiz orada, həqiqətən, Azərbaycan və Türkiyənin bir yerdə olmasının ən gözəl nümunələrini göstərdik.
Bundan sonra da, birlikdə atacağımız addımları bağladığımız müqavilələrlə də təsdiqlədik.
Bu mərhələni qərarlı şəkildə davam etdirəcəyik”.