Month: December 2020

  • Bakıda bazarın fəaliyyəti dayandırıldı – RƏSMİ + VİDEO

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən öz səlahiyyətlərinə uyğun olaraq, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Tikinti materiallarının satışı bazarı”nda aparılan plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanın mövcud olduğu aşkar edilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, aşkar edilən nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

    Tikinti materiallarının satışı bazarında xidmətlərin göstərilməsinin dayandırılması barədə qərar qəbul edilib.

  • УКАЗ Президента Ильхама Алиева об отмене военного положения

    Президент Азербайджана Ильхам Алиев подписал указ об отмене военного положения в стране.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    В соответствии с указом, военное положение, которое было объявлено на всей территории республики согласно указу Президента АР за №1166 от 27 сентября 2020 года, отменяется с 00:00 12 декабря.

  • İlham Əliyevdən hərbi vəziyyətin ləğvi ilə bağlı FƏRMAN

    Prezident İlham Əliyev Hərbi vəziyyətin ləğv edilməsi haqqında Fərman imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sənədə əsasən, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilir.

  • Президент Ильхам Алиев подписал важный указ в связи со Службой внешней разведки

    11 декабря Президент Азербайджана Ильхам Алиев подписал указ о внесении изменений в утвержденные главой государства “Структуру Службы внешней разведки (СВР) АР”, “Максимальную численность штата военнослужащих СВР АР и сотрудников, принятых на работу в ее систему и содержащихся за счет средств госбюджета” и “Перечень высших воинских званий в Службе внешней разведки”.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Кабмину поручено решить вопросы, вытекающие из настоящего указа.

  • Prezidentdən Xarici Kəşfiyyat Xidməti ilə bağlı VACİB FƏRMAN

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu”nda, “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə və “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Sənəd AZƏRTAC-da dərc olunub.

    Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

  • “Bandotdel” Sumqayıtda əməliyyat keçirdi: Saxlanılan var

    Sumqayıt sakinindən odlu silah və patronlar götürülüb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini Ə.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan iki ədəd bıçaq aşkarlanıb. Ona məxsus “Niva” markalı avtomobilə baxış zamanı isə oradan “AK-74” markalı avtomat, patron sandığı və 27 ədəd patron aşkar edilərək götürülüb.

    Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Парламент одобрил отмену военного положения в Азербайджане

    11 декабря на пленарном заседании Милли Меджлиса (парламента) Азербайджана был одобрен указ Президента республики об отмене военного положения в стране, передает Report.

    Согласно документу, военное положение в Азербайджане отменяется с 00:00 12 декабря 2020 года.

  • Parlament Azərbaycanda hərbi vəziyyətin ləğv edilməsini təsdiqlədi

    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı barədə sənəd müzakirəyə çıxarılıb.

    “Report”un xəbərinə görə, sənədə əsasən, Azərbaycanda 2020-ci il dekabrın 12-si saat 00:00-dan hərbi vəziyyət ləğv olunacaq.

    Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

  • Dilqəm Əsgərovun Kəlbəcərdəki evinin görüntüləri yayıldı – VİDEO

    Sosial şəbəkələrdə düşmən girovluğunda olan Dilqəm Əsgərovun Kəlbəcərdəki evinin görüntüləri yayılıb.

    Görüntülər rayonun Şaplar kəndində çəkilib və bildirilir ki, bu evdə onun atası və özü yaşayıb.

    Qeyd edək ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Kəlbəcərdəki yaxınlarının məzarını ziyarət etmək istəyərkən ermənilər tərəfindən Kəlbəcərdə girov götürülüb.

    H.Həsənov isə öldürülüb.

  • Əhalinin NƏZƏRİNƏ: SMS icazə ilə bağlı sistem yenidən aktivləşdirildi – VİDEO

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkəmizdə 14 dekabr 2020-ci il saat 00:00-dan 18 yanvar 2021-ci il saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək.

    Həmin tarixlərdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində vətəndaşlara (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti qoyulacaq.

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin Daxili İşlər Nazirliyi ilə birgə ərsəyə gətirdiyi “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” də qeyd olunan tarixlərdə fəaliyyət göstərəcək.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 dekabr 2020-ci il tarixli Qərarı əsasında fəaliyyət sahəsinə icazə verilən qurum və təşkilatlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda, “icaze.e-gov.az” portalından icazə alınaraq hərəkət edə biləcəklər.

    Portaldan icazənin alınması üçün qurum və təşkilatların möhür səlahiyyətli şəxsləri müəyyən edilmiş əməkdaşları barədə məlumatları portala daxil edə bilərlər.

    Sistemdən istifadəyə dair daha ətraflı məlumat üçün təlimat videosu:

    Vətəndaşlar isə yaşayış yerini və olduğu yeri tərk etmək üçün 8103 qısa nömrəsinə SMS göndərməlidirlər:

    1 rəqəmi – təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün üç saat müddətinə verilir;

    2 rəqəmi – ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün üç saat müddətinə gündə bir dəfə verilir;

    Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur.

    Yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

    Həmçinin, şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

    Vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 “Çağrı” Mərkəzinə müraciət edə bilərlər.

    Daxili İşlər Nazirliyinin əməkdaşlarının yoxlamaları zamanı müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

    Sistemdən istifadəyə dair daha ətraflı məlumat üçün təlimat videosu: