Month: December 2020

  • Rusiyalı ekspert: “Zəfər paradı 44 günlük müharibənin son nöqtəsi oldu”

    “Bakıda bu gün keçirilən Zəfər paradı Azərbaycanın qələbə çaldığı, Ermənistanın təslim olduğu 44 günlük müharibənin son nöqtəsi oldu. Müasir tarixdə bu cür paradların təntənəli, yaddaqalan tədbirlər olduğunu görürük. Hərbi parada görə xeyli dərəcədə dövlətin nüfuzu da ölçülür. Bakıdakı parad da çox möhtəşəm keçdi, Azərbaycan Ordusunun bugünkü qüdrəti ortaya qoyuldu”.

    Bu fikirləri “Report”un Rusiya bürosu ilə söhbətində rusiyalı hərbi ekspert və jurnalist İqor Korotçenko dilə gətirib.

    “Bu, nəinki regional, hətta beynəlxalq miqyaslı hadisədir, bir çox ölkələrdə izlənilib. Azərbaycan 30 illik işğaldan sonra ərazi bütövlüyünü, suverenliyini bərpa etməyi bacaran müasir dövrün yeganə ölkəsidir”, – deyən ekspertin fikrincə, paradda Azərbaycan Ordusunun həqiqi qüdrəti, Ermənistan ordusunun isə zəifliyi ortaya qoyulub: “Bu paradı keçirməklə Azərbaycan beynəlxalq hüquqa sadiq olduğunu nümayiş edərək ölkə suverenliyini gücləndirmək, müasir şaxələndirilmiş iqtisadiyyat qurmaq istiqamətində əvvəlcə Heydər Əliyevin, sonra İlham Əliyevin yeritdikləri siyasətin düzgün olduğunu bir daha göstərdi. Hərbi qələbələr əvvəla, dövlətin dayanıqlı olduğu, güclü iqtisadiyyata malik olduğu ilə şərtlənir. Həmçinin bugünkü Azərbaycan cəmiyyətinin də səviyyəsi özünü göstərdi. Ermənistan ordusunun qəhrəman ordusu olması, Azərbaycan Ordusunun isə zəifliyi barədə erməni politoloqların, ekspertlərinin yalanlarını çox eşitmişik. Lakin həyat bütün bunları yerbəyer etdi, bu gün ermənilərin geri çəkilərkən atıb getdiyi, bir qismi yararlı vəziyyətdə olaraq qənimət götürülmüş xeyli sayda hərbi texnika gördük. Həmin texnikaları nümayiş etdirməkdə məqsəd bu müharibənin “Qarabağ müdafiə ordusu” adlı hansısa qondarma birləşməyə qarşı yox, iki ordu arasında, yəni Azərbaycan ilə Ermənistan orduları arasında getdiyini göstərməkdi. Ermənistan ordusu da müasir silahlardan istifadə edib, lakin gerçək döyüşlərdə Azərbaycan əsgər və zabitləri hərbi hazırlıq, mənəvi səviyyə baxımdan düşməni dəfələrlə üstələyiblər”.

    “Azərbaycanın daha çox dronlarla qalib gəldiyini deyirlər. Bu, həqiqətin bir hissəsidir. Şuşa döyüşlərində Azərbaycanın xüsusi təyinatlıları yalnız əllərində gətirdikləri silahlardan istifadə ediblər. Çünki oraya çatmaq üçün dağlıq, meşəlik ərazidən, hərbi texnikasız hərəkət edib dərhal düşmənlə üz-üzə gəliblər. Qızğın küçə döyüşlərində Azərbaycan Ordusu düşməni əzdi. Burada da ordunun səviyyəsi, əsgərlərin mənəvi hazırlığı özünü büruzə verib.

    Paradda əvvəllər üzə çıxarılmayan birləşmə olan Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları da iştirak edirdi. İndi ermənilərin sosial şəbəkələrdə hay-küy salıb güya Azərbaycan tərəfində qara geyimli Türkiyə xüsusi təyinatlıların vuruşması barədə yaydıqları xəbərlərdə kimdən söhbət getdiyini bildik. Əslində bunlar Azərbaycan xüsusi təyinatlıları imiş”, – rusiyalı ekspert qeyd edib.

    “Müharibə başa çatdı. İndi də Azərbaycan qarşısında azad edilmiş əraziləri bərpa etmək durur. Çünki orada bütün şəhərlər, qəsəbələr, kəndlər, tarixi və dini abidələr, bütün dinlərə aid məbədlər, yəni hər şey dağıdılıb, viran qoyulub. Ermənistan özündən sonra ölü torpaq qoyub. Odur ki, görüləcək işlər çoxdur”, – rusiyalı politoloq qeyd edib.

  • Türkiyə və Azərbaycan arasında pasport rejimi ləğv edilir

    Azərbaycan vətəndaşları Türkiyəni, Türkiyə vətəndaşları isə Azərbaycanı sadəcə şəxsiyyət vəsiqəsilə ziyarət edə biləcək.

    “Report” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter səhifəsində yazıb.

    “Qardaşım Ceyhun Bayramov ilə imzaladığımız protokolla Türkiyə-Azərbaycan arasında çox yaxında sadəcə şəxsiyyət vəsiqələrimizlə səyahət edə biləcəyik. “Bir millət, iki dövlət”ə elə bu yaraşar! Xeyirli olsun”, – o qeyd edib.

  • İlham Əliyev və Mehriban Əliyevanın adından Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğanın şərəfinə nahar verilib

    Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə nahar verilib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Aktrisa Laləzar Ocaqquliyeva vəfat etdi

    Gəncə Dövlət Dram Teatrının aktrisası Laləzar Ocaqquliyeva vəfat edib.

    Bu barədə sosial şəbəkədə məlumat verilib.

    Qeyd edək ki, Laləzar Hüseyn qızı Ocaqquliyeva 1954-cü ildə anadan olub.

  • 9-летняя дочь Фирдовси Умудова поздравила азербайджанских военных – ВИДЕО

    Айшан Умудова, дочь полковник-лейтенанта Государственной пограничной службы (ГПС) и вице-президента Федерации борьбы Азербайджана Фирдовси Умудова, песней поздравила азербайджанскую армию с победой в 44-дневной Отечественной войне.

    Видео с поздравлением Ф.Умудов поделился на своей странице в Facebook, передает Median.Az.

    “Военные операции, которые велись на протяжении 44 дней, навечно вписаны в историю нашего государства, они навсегда останутся в памяти каждого азербайджанца и никогда не будут забыты. Экономическая мощь нашей страны, современное армейское строительство, решимость и воля азербайджанского народа стали важными факторами, обусловившими победу нашей страны.

    Да упокоит Аллах души шехидов, желаю исцеления раненым “, – написал он.//oxu.az

  • Firdovsi Umudovun 9 yaşlı qızı Ayşən Azərbaycan hərbiçilərini təbrik etdi – VİDEO

    DSX-nın zabiti, polkovnik-leytenant, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun qızı Ayşən Umudova 44 günlük vətən müharibəsindən qalib ayrılan Azərbaycan ordusunu mahnı ilə təbrik edib.

    Median.Az
    xəbər verir ki, balaca qızın Azərbaycan ordusunu təbrik etdiyi videogörüntüləri F.Umudov özünün “Facebook” hesabında paylaşıb.

    “44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar dövlətimizin tarixində, eyni zamanda hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq, heç vaxt unudulmayacaq. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi də ölkəmizin qələbəsini təmin edən mühüm amillərdən oldu.

    Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”, – F.Umudovun paylaşımında bildirilib.//oxu.az

  • Армянские СМИ: Ереван готов передать Дильгама Аскерова и Шахбаза Гулиева Азербайджану

    Армянская сторона готова передать Азербайджану Дильгама Аскерова и Шахбаза Гулиева в рамках обмена пленными и заложниками.

    Об этом сообщает politik.am.

    По информации издания, об этом упомянул в одном из своих выступлений премьер-министр Армении Никол Пашинян.

    Пресс-секретарь премьера Мане Геворгян оставила без ответа запрос сайта по этому вопросу.

    Отметим, что в ходе проведенной армянским спецназом операции в селе Шаплар оккупированного Кельбаджарского района в июле 2014 года был убит гражданин Азербайджана Гасан Гасанов, а Шахбаз Гулиев и гражданин России Дильгам Аскеров взяты в заложники. Все они намеревались посетить родные места и могилы своих родственников.

    В отношении Ш.Гулиева и Д.Аскерова было возбуждено уголовное дело. Затем так называемый “суд” приговорил Аскерова к пожизненному заключению, а Гулиева – к 22 годам лишения свободы.

  • Erməni KİV: İrəvan Dilqəm və Şahbazı Azərbaycana təhvil verməyə hazırdır

    İrəvan tərəfi Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevi əsir və girovların mübadiləsi çərçivəsində Azərbaycana təhvil verməyə hazırdır.

    Bununla bağlı Ermənistanın politik.am saytı məlumat yayıb.

    Nəşr yazır ki, bununla bağlı Ermənistan baş naziri Nikol Paşinyan çıxışlarından birində buna eyham vurub.

    Paşinyanın rəsmi nümayəndəsi Mane Qerqyan nəşrin məsələ ilə bağlı sualını cavabsız qoyub.

  • Düşmən əks-təbliğat aparmaq məqsədilə məlumat əldə etməyə çalışır – XƏBƏRDARLIQ

    Ermənistan tərəfi öz uğursuzluqlarını pərdələmək üçün saxta xəbərlər yaymaqda davam edir.

    Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, düşmən tərəfi əks təbliğat aparmaq məqsədilə müxtəlif kanallar – “WhatsApp”, “Telegram”, sosial şəbəkələr üzərindən vətəndaşlarımıza yazaraq, özlərini bizdən biri kimi qələmə verir və guya qələbəyə həsr olunmuş film çəkilişində istifadə etmək üçün əldə olan video-görüntülərin təqdim edilməsini istəyirlər. Bunun qarşılığında isə vətəndaşlara müəyyən pul məbləği təklif edilir. Məqsəd Azərbaycan əleyhinə məlumatlar yaymaqla əks təbliğat aparmaqdır.

    Vətəndaşlardan xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara etimad edib qarşı tərəfə informasiya ötürməsinlər, fərdi məlumatlarını təqdim etməsinlər və bu kimi mesajları “spam” olaraq şikayət etsinlər.

    Həmçinin bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.

  • Bəzi deputatlar Zəfər paradına buraxılmayıb

    Bu gün Milli Məclisin deputatları yenidən koronavirus testindən keçirilib. Ümumiyyətlə, hər plenar iclas öncəsi deputatların COVID-19 virusuna yoluxub-yoluxmamasını dəqiqləşdirmək artıq prosedur olub.

    Modern.az-ın əldə etdiyi məlumata görə, bu gün keçirilən Zəfər paradına heç də deputatların hamısı qatıla bilməyib. Əsasən paradda komitə sədrləri və müavinləri iştirak edib.

    Parada qatıla bilməyən komitə sədrləri arasında Siyavuş Novruzov da olub.

    Zəfər paradında iştirak üçün Siyavuş Novruzova dəvət göndərilsə də, koronavirus testinin pozitiv çıxması onun tədbirə qatıla bilməməsi ilə nəticələnib. Ancaq bu virus səbəbiylə parada qatıla bilməyən deputat tək Siyavuş Novruzov deyil. Xeyli sayda deputat virusa yoluxduğundan Zəfər paradını, tarixi hadisəni canlı izləyə bilməyib.

    Qeyd edək ki, sabah, dekabrın 11-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.