Month: December 2020

  • Zaxarova Naxçıvana dəmir yolu çəkilməsindən danışdı

    “Üç ölkə liderlərinin 9 noyabr tarixli bəyanatının 9-cu bəndinə görə, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri maneəsiz hərəkət edəcək”.

    Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

    Onun sözlərinə görə, Ermənistan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların maneəsiz hərəkəti üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verir:

    “Nəqliyyat kommunikasiyasına nəzarət Rusiyanın FSB sərhəd xidməti tərəfindən həyata keçirilir. Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas ərazisi ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin ediləcəyi də razılaşdırılıb”.

    Zaxarova eyni zamanda Naxçıvanla Azərbaycan arasında birbaşa yol çəkilməsi məsələsinə də toxunub:

    Bildiyiniz kimi, iqtisadi əlaqələrin blokdan çıxarılması, yeni kommunikasiyaların inşası uzun müddətli hadisədir, buna bir çox ixtisaslaşmış strukturları cəlb etmək lazımdır və əsas məsələlər, bildiyimiz qədərilə, bunun üçün xüsusi mexanizmlər yaratmış Azərbaycan və Ermənistan səlahiyyətliləri tərəfindən həll ediləcək”.

    O, bildirib ki, bu gün ən ümidverici istiqamət dəmir yolu nəqliyyatının bərpasıdır. Bu istiqamətdə rusiyalı mütəxəssislərin köməyi ilə Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun sərhəd hissələrində, eləcə də Ermənistan sərhədinə bitişik olan dəmir yolu xətlərində ilkin araşdırma aparılıb.

  • DİN-dən əhaliyə XƏBƏRDARLIQ

    Daxili İşlər Nazirliyi vətəndaşları xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməyə çağırıb.

    Nazirlikdən bildirilib ki, xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur:

    “Dekabrın 9-da polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublikamızda əhalinin intensiv hərəkət etdiyi, ictimai yerlərdə 25 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.

    Görülən tədbirlərlə həmin şəxslər evə qaytarılıblar.

    Onlardan 21 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

    Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq”.

  • “Facebook”un işində problemlər yaranıb

    Dünyanın müxtəlif ölkələrindən olan istifadəçilər bu gün “Facebook Messenger” tətbiqi ilə bağlı problem yaşadıqlarını bildiriblər.

    Bu barədə “Downdetector” xəbər yayıb.

    Məlumata görə, istifadəçilərin 54 faizi mesaj ala bilmir, 30 faizi serverə qoşulma problemi yaşayır, daha 14 faizi isə messencerə daxil ola bilmir.

    Qeyd edək ki, Azərbaycanda da sosial şəbəkə istifadəçiləri eyni problemlə üzləşiblər.

  • Azərbaycan ilk dəfə olaraq Xarici Kəşfiyyat Xidmətinin YARASA xüsusi bölməsini göstərdi – VİDEO

    Bu gün Azadlıq Meydanında Zəfər paradında Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin YARASA xüsusi təyinatlılarını da müşahidə etmək mümkün olub.

    Bildiyimiz kimi, bu, Azərbaycan Silahlı Qüvvələrinin ən gizli xüsusi bölməsidir və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının işğaldan azad edilməsində fəal iştirak edib. Üstəlik, bölmənin əsas fəaliyyəti düşmənin arxa cəbhəsində həyata keçirilib.

    Qeyd edək ki, YARASA döyüşçüləri müharibə dövründə Azərbaycanın yaşayış məntəqələrinin azad edilməsində iştirak ediblər. Onlar xüsusən də Qubadlıya ilk girənlərdən olublar.

    YARASA döyüşçüləri orden və medallarla təltif ediliblər. Onlar haqlı olaraq Azərbaycan ordusunun elit qüvvələri və qüruru sayılırlar.

  • AZAL xüsusi karantin rejimi dövründə xüsusi reyslərin yerinə yetirilməsini davam etdirir – RƏSMİ

    31 yanvar 2021-ci il tarixədək Azərbaycan Respublikasının bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır.

    Bu barədə “Azərbaycan Hava Yolları”nın mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, karantin dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın icazəsi ilə xüsusi reyslərin yerinə yetirilməsi davam etdirilir.

  • В Баку начался парад Победы – ПРЯМОЙ ЭФИР

    На площади Азадлыг в Баку начался военный парад, который проводится в честь исторической Победы Азербайджана во второй Карабахской войне.


    За парадом наблюдают Президент АР, Верховный главнокомандующий Вооруженными силами Ильхам Алиев, Президент Турции Реджеп Тайип Эрдоган, представители государств и правительств обеих стран.

    В грандиозном мероприятии принимают участие более 3 тыс. военнослужащих ВС АР. На параде представлено до 150 единиц военной техники, в том числе новейшей, ракетные и артиллерийские установки, системы противовоздушной обороны, а также военные корабли и катера.

    Кроме того, демонстрируется часть военных трофеев, захваченных у врага азербайджанской армией во время отечественной войны.

  • Bakıda möhtəşəm Zəfər paradı başladı – CANLI YAYIM

    Azərbaycanın İkinci Qarabağ Müharibəsində qazandığı tarixi qələbəyə həsr olunmuş hərbi parad başlayıb.


    Müzəffər Azərbaycan ordusunun 44 günlük zəfər yürüşünün məntiqi yekunu olan parad Bakının Azadlıq Meydanında keçirilir.

    Zəfər paradını Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, iki ölkənin dövlət və hökumət üzvləri izləyir.

    Paradda Azərbaycan ordusunun 3000 nəfərdən artıq şəxsi heyəti, 150-dək hərbi texnika, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də, hərbi gəmi və katerlər nümayiş etdirilir.

    Vətən Müharibəsində müzəffər ordumuzun düşməndən qənimət kimi ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunur.

  • Ordumuzun məhv etdiyi düşmən texnikalarının nömrələrindən ibarət lövhə hazırlandı – FOTO

    Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində məhv etdiyi düşmənə məxsus texnikaların nömrə nişanlarından ibarət nəhəng lövhə hazırlanıb.

    Lövhə Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilib.

    Lövhədə böyük hərflərlə “Qarabağ Azərbaycandır!” şüarı əks olunub.

    Lövhə bu gün baş tutacaq Zəfər paradında nümayiş etdiriləcək


  • Харыбюльбюль: символ мужества и любви теперь каждый может носить на груди – ВИДЕО

    О цветке харыбюльбюле, символе тоски по родине, сложилось много легенд и преданий.

    Он одновременно и силен, и слаб. Цветок олицетворяет мужество и любовь.

    Анар Ибаев – один из ювелиров, изготавливающих брошь “Харыбюльбюль”.

    Подробнее в видеорепортаже AZTV.

  • Vətən həsrətinin simvolu Xarı bülbül: İndi hər kəs onu sinəsində gəzdirmək istəyir – VİDEO

    Vətən həsrətinin simvolu Xarı bülbül haqqında çox danışılıb, haqqında çox əfsanələr, rəvayətlər yayılıb.

    Zərif olduğu qədər də güclüdür. Şuşanın mərdlik, ərənlik, sevgi obrazıdır.

    Anar İbayev Xarı bülbül broşunu hazırlayan sənətkar-zərgərlərdən biridir.

    İndiyə kimi çox bəzək əşyası üzərində işləyib. Bu əl işi isə onun üçün əvvəlkilərdən tamamilə fərqlənir.

    Daha ətraflı AZTV-nin videoreportajında: