Month: December 2020

  • Məğlub Ermənistan ordusunun texnikaları Azadlıq meydanında – FOTOREPORTAJ

    Bu gün Bakının Azadlıq meydanında 44 günlük Vətən Müharibəsinin Qələbəsinə həsr olunan Zəfər paradı keçirilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.

    Azərbaycanın tarixi qələbəsi şərəfinə keçirilən paradda Vətən müharibəsində Azərbaycan ordusunun düşməndən qənimət olaraq ələ keçirdiyi hərbi texnikalar nümayiş olunub.

    Oxu.Az həmin anları lentə alıb:

  • Prezident: “Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur”

    “Mən hər zaman əziz qardaşımı qarşılayarkən, yaxud qardaş Türkiyədə olarkən deyirdim ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapılmaz. Bu, həqiqətdir”.

    Bu sözləri bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

    “Bu gün dünya xəritəsinə baxsaq, görərik ki, bizim qədər bir-birinə bağlı olan, bir-birinin hər zaman yanında olan ikinci ölkələr yoxdur. Bizi birləşdirən həm ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda bizim siyasətimizdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir. Türkiyənin gücü bizim gücümüzü artırır”, – o qeyd edib.

  • Atəşfəşanlığa hazırlığın pərdəarxası – VİDEO

    Bu gün xalqımızın qələbə sevincini əks etdirən Zəfər atəşfəşanlığı olacaq.

    Artıq bununla bağlı bütün hazırlıqlar başa çatıb.

    Baku TV hazırlıq prosesi ilə bağlı reportaj hazırlayıb:

  • В Баку был дан салют в честь Победы Азербайджана в Отечественной войне – ВИДЕО

    10 декабря на площади Азадлыг в Баку состоялся парад Победы, который стал логическим завершением 44-дневной Отечественной войны.

    В честь исторической Победы состоялся салют.

  • Bakıda Zəfər atəşfəşanlığı – VİDEO

    Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda 44 günlük Vətən Müharibəsinin məntiqi yekunu olan Zəfər paradı keçirilib.

    Paraddan sonra hazırda xalqımızın qələbə sevincini əks etdirən atəşfəşanlıq keçirilib.

    Baku TV həmin görüntüləri təqdim edir:

  • Azərbaycan-Türkiyə sənədləri imzalanıb

    Dekabrın 10-da Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Ильхам Алиев и Реджеп Тайип Эрдоган посетят Шушу

    После строительства с участием турецких компаний автомобильной дороги в Шушу я и мой брат, президент Турции Реджеп Тайип Эрдоган поедем в этот город.

    Как сообщает Oxu.Az, об этом 10 декабря заявил Президент Ильхам Алиев после церемонии подписания документов между Азербайджаном и Турцией.

    Глава государства отметил, что соответствующая договоренность была достигнута на встрече с турецким коллегой.

  • İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birlikdə Şuşaya gedəcəklər

    “Türkiyə şirkətlərinin iştirakı ilə Şuşa şəhərinə avtomobil yolu çəkildikdən sonra qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Şuşaya gedəcəyik”.

    Oxu.Az xəbər verir ki, bu sözləri bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

    Dövlət başçısı qeyd edib ki, bu barədə Ərdoğanla görüşdə razılığa gəliblər.

  • İlham Əliyev: “Bayraktar” uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı”

    “Bu gün imzalanmış bir neçə sənəd Türkiyənin inkişaf etmiş sənaye məhsullarını Azərbaycana təqdim edəcək. Bu gün imzalanmış sənədlər son illər imzalanmış sənədlər arasında çox kiçik yer tutur”.

    Bu sözləri bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

    “Vətən müharibəsində Türkiyənin müdafiə sənayesinin məhsulu olan məşhur “Bayraktar” böyük dəyişikliklərə səbəb olub. Bizim uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı. Bütün dünya türk xalqının zəkasını, istedadını bir daha gördü. Türk sənayesinin inkişaf etmiş olduğunu bir daha gördü”, – ölkə başçısı bildirib.

  • Prezident: “Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa, yeni platformada yer ala bilərlər”

    “Biz bölgədə yeni bir əməkdaşlıq platforması yaratmalıyıq. Artıq ilkin bəyanatlar verilib. Bu, çoxtərəfli platforma ola bilər. Bu əməkdaşlıq platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər”.

    “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

    “Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı var. Eyni zamanda Azərbaycan-Rusiya-İran əməkdaşlığı, Türkiyə-Rusiya-İran əməkdaşlığı var. Bütün bu əməkdaşlıq platformalarını ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa, öz əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Biz buna açığıq. Müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir. Biz bu səhifəni bağlamalıyıq. Biz bu ədavətə son qoymalıyıq. Bunun təşəbbüskarı biz olmamışıq. Biz sadəcə olaraq 30 il ərzində beynəlxalq təşkilatlardan dəstək gözləyirdik. Minsk qrupundan dəstək gözləyirdik. Gözləyirdik ki, onların qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilsin, ancaq bu olmadı. Sadəcə nə hərb, nə sülh vəziyyəti, status-kvo davam edirdi. Biz hərbi yollarla bu status-kvonu dəyişdirdik, düşməni torpaqlarımızdan çıxardıq. Onlara çox böyük zərbə vurduq. Onların əsas ideoloji sütunlarını məhv etdik. Ondan sonra söylədik ki, əməkdaşlığa hazırıq. Biz yeni əməkdaşlıq formatı təşkil etməklə gələcəkdə bölgəmizdə müharibə riskini sıfıra endirə bilərik”, – dövlət başçısı qeyd edib.